Microsoft Word risale1-22. 01. 2013. doc


 Meyit namazı camaatla qılınsın.  7



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə34/181
tarix30.10.2018
ölçüsü2,57 Mb.
#76141
1   ...   30   31   32   33   34   35   36   37   ...   181

 

81

6. Meyit namazı camaatla qılınsın. 



7.  İmam-camaat duaları və təkbirləri ucadan, onunla namaz qılanlar isə 

alçaqdan desinlər. 



8.  Camaatla qılınan meyit namazında məmum bir nəfər olsa belə, ima-

mın arxasında dayansın. 



9. Namaz qılan meyiti və möminləri çox dua etsin. 

10. Camaat namazında namazdan əvvəl üç dəfə “əs-səlat” – desin. 

11. Meyit namazı xalqın meyit namazı qılmaq üçün daha çox getdikləri 

yerdə qılınsın. 



12.  Meyit namazını camaatla qılmaq istəyən heyzli qadın, tək dayansın 

və namaz qılanların sıralarına qatılmasın. 



Məsələ 599: Məscidlərdə meyit namazı  qılmaq məkruhdur, amma 

“Məscidul-haram”da məkruh deyildir. 



Dəfnin hökmləri 

Məsələ 600: Meyiti, qoxusu çölə çıxmayacaq və yırtıcı heyvanların cə-

sədi çölə  çıxara bilməyəcəkləri  şəkildə torpağa dəfn etmək lazımdır.  Əgər 

yırtıcı heyvanların onun cəsədini çölə  çıxaracaqları qorxusu vardırsa, qəbri 

kərpic və buna bənzər tikinti materialları ilə bərkitmək lazımdır. 



Məsələ 601: Əgər meyitin dəfni yerdə mümkün olmasa, dəfnin yerinə 

onu binada və ya tabutda qoya bilərlər. 



Məsələ 602: Meyiti bədəninin ön tərəfi qibləyə doğru olacaq şəkildə 

torpaqda sağ tərəfi üstə uzatmaq lazımdır. 



Məsələ 603: Əgər bir şəxs gəmidə ölərsə, onun cəsədi xarab olmayacaq-

sa və gəmidə qalmasına maneə yoxdursa, quruya yetişib torpağa dəfn edilənə 

qədər gözləmək lazımdır. Əks təqdirdə, gəmidə qüsl, hənut və kəfən işlərini 

yerinə yetirib namazını qıldıqdan sonra, bir nehrəyə qoyaraq ağzını bağlama-

lı və sonra dənizə atmalı və yaxud ayağına ağır bir şey bağlayaraq, dənizə at-

malıdırlar. Mümkün olduğu təqdirdə, onu, heyvanlara dərhal yem olmayaca-

ğı bir yerdə dənizə atmalıdırlar. 

Məsələ 604: Düşmənin, meyitin qəbrini açaraq cəsədini çıxarıb qulağını, 

burnunu və ya başqa üzvlərini kəsməsindən qorxurlarsa, mümkün olduğu 

təqdirdə, onu ötən məsələdə deyildiyi tərzdə dənizə atmaq lazımdır. 

Məsələ 605: Dənizə atmağın yaxud qəbri möhkəm etməyin xərci lazım 

olan surətdə meyitin malının əslindən götürə bilərlər. 



Məsələ 606: Əgər kafir bir qadın ölsə və bətnindəki uşaq da ölmüş olsa

uşağın atası müsəlmandırsa, uşağın üzü qibləyə olması üçün qadını qəbirdə 

sol tərəfi üstə, arxası qibləyə olacaq şəkildə uzatmaq lazımdır. Həmçinin 

müstəhəb ehtiyata əsasən, onun bətnindəki uşağın bədəninə ruh daxil olmasa 

da, eyni hökmü daşıyır. 



 

82

Məsələ 607: Kafir qəbiristanlığında müsəlmanın, müsəlman qəbiristanlı-

ğında isə kafirin dəfn olunması caiz deyildir. 

Məsələ 608: Müsəlmanı, ona hörmətsizlik olunan yerlərdə, məsələn, zi-

bil tökülən yerlərdə dəfn etmək caiz deyildir. 



Məsələ 609: Meyiti qəsbi yerdə və məscid kimi meyitin dəfnindən başqa 

işlər üçün vəqf olunan yerdə  vəqfə  zərər yetirəcəyi yaxud vəqf məqsədinə 

maneə törədəcəyi surətdə dəfn etmək caiz deyildir. Həmçinin vacib ehtiyata 

əsasən, zərər yetirməsə və ya maneə törətməsə də, hökm belədir. 



Məsələ 610: Bir meyiti başqa ölünün qəbrində dəfn etmək üçün həmin 

qəbri açmaq (qazmaq) caiz deyil, amma qəbir köhnəlibsə və birinci meyit ta-

mamilə aradan gedibsə, caizdir. 

Məsələ 611: Tük, dırnaq və diş olsa belə, meyitdən ayrılan hissə onunla 

birgə dəfn olunmalıdır. Əgər meyitdən ayrılan hissə meyitin dəfn edilməsin-

dən sonra tapılarsa, həmin hissə meyitin dırnaq, tük və ya dişi olsa belə, va-

cib ehtiyata əsasən, başqa bir yerdə dəfn edilməlidir.  İnsandan həyatda ikən 

ayrılan dırnaq və dişin də dəfn edilməsi müstəhəbdir. 

Məsələ 612: Əgər bir şəxs quyuda ölsə və onu çıxarmaq mümkün olma-

sa, quyunun ağzı bağlanmalı və həmin quyu onun üçün qəbir qərar verilməli-

dir. 

Məslə 613: Əgər uşaq ananın bətnində ölsə və onun ananın bətnində qal-

ması anaya təhlükəli olsa, onu ən asan üsulla çıxarmaq lazımdır. Onu tikə-

tikə edib çıxarmaqda çarəsiz qalsalar, eybi yoxdur. Amma mümkündürsə və 

onun əri mütəxəssisdirsə, ərinin vasitəsilə çıxarılsın. Əgər mümkün deyildir-

sə, mütəxəssis bir qadın onu çıxarmalıdır. Qadın bu işin icrası üçün peşakar 

mütəxəssisə, naməhrəm olsa belə, özünə daha münasib olanına müraciət edə 

bilər.  

Məsələ 614: Əgər qadın ölsə və uşaq onun bətnində diri qalsa, uşağın az 

müddət diri qalacağına ümid olmasa belə, uşağın salamat qalması üçün cəsə-

din uyğun hissəsini yarıb, uşağı çıxarmaq və yenidən oranı tikmək lazımdır. 

Amma bu işlə uşağın ölməsinə yəqin edilsə və ya xatircəmlik hasil olsa, caiz 

deyil.  

Dəfnin müstəhəb əməlləri 

Məsələ 615: Qəbri ortaboylu insan ölçüsündə qazmaq və meyiti yaxın 

qəbiristanlıqda dəfn etmək müstəhəbdir.  Əlbəttə,  əgər uzaq qəbiristanlıqda 

yaxşı insanlar dəfn olunmuşsa yaxud camaat qəbiristan  əhlinə “Fatihə” 

deməkdən ötrü oraya çox getsələr, meyiti uzaq qəbiristanlıqda da dəfn etmək 

olar. Müstəhəbdir ki, cənazəni qəbrə bir neçə “zira” (dirsəkdən barmaqların 

ucuna qədər olan məsafə) qalmış yerə qoyub üç dəfə az-az qəbrə yaxınlaşdır-

sınlar və hər dəfə də cənazəni yerə qoyub, dördüncü dəfə isə qəbrə qoysun-



 

83

lar.  Əgər meyit kişidirsə, üçüncü dəfə başı  qəbrin aşağı  tərəfində olacaq 



şəkildə yerə qoyub, dördüncü dəfə onu baş tərəfindən qəbrə endirsinlər. Əgər 

meyit qadındırsa, üçüncü dəfə qəbrin qiblə tərəfində yerə qoyub, eninə qəbrə 

salsınlar və  qəbrə qoyan vaxt qəbrin üzərinə bir parça tutsunlar. Həmçinin 

meyiti tabutdan aramla götürüb qəbrə qoymaq, göstərilən duaları  dəfndən 

əvvəl və dəfn arasında oxumaq, meyiti qəbrə qoyduqdan sonra kəfənin bağ-

larını açmaq, meyitin üzünü torpağın üzərinə qoymaq, başının altına torpaq-

dan yastıq düzəltmək, meyitin arxası üstə aşmasın deyə arxasına kərpic və ya 

kəsək qoymaq, qəbri örtməzdən əvvəl (meyiti qəbrə qoyan şəxsin) sağ əlini 

meyitin sağ çiyninə vurub, sol əli ilə meyitin sol çiynini sıxaraq, ağzını 

meyitin qulağına yaxınlaşdırıb, onu şiddətlə  hərəkət etdirərək üç dəfə belə 

deməsi müstəhəbdir: 

“İsmə, ifhəm ya fuləbnə fulan.” “Fulanəbnə fulan” – sözünün əvəzinə 

meyitin adı və atasının adını desin. Məsələn, onun adı Məhəmməd və atası-

nın adı Əlidirsə, üç dəfə desin: 

“İsmə, ifhəm ya Muhəmmədəbnə Əliyy.” 

Ondan sonra belə desin: 



“Həl əntə ələl-əhdil-ləzi farəqtəna əleyhi min şəhadəti əllə ilahə illəl-

lahu, vəhdəhu la şərikə ləhu, və ənnə Muhəmmədən səlləllahu əleyhi və 

alihi əbduhu və rəsuluhu və seyyidun-nəbiyyinə və xatəmul-mursəlinə və 

ənnə Əliyyən əmirul-mu-mininə və seyyidul-vəsiyyinə və imamun iftərə-

dəllahu taətəhu ələl-aləminə və ənnəl-Həsənə vəl-Huseynə və Əliyyəbnəl-

Huseyni və Muhəmmədəbnə Əliyyin və Cəfərəbnə Muhəmmədin və Mu-

səbnə  Cəfərin və  Əliyyəbnə Musa və Muhəmmədəbnə  Əliyyin və  Əliy-

yəbnə Muhəmmədin vəl Həsənəbnə Əliyyin vəl Qaiməl-Huccətəl-Mehdi 

salavatullahi  əleyhim  əimmətul-mu-mininə  və hucəcullahi  ələl-xəlqi  əc-

məin və əimmətukə əimmətu hudən bikə əbrar, ya fulənəbnə fulan.” 

“Fulanəbnə fulan”ın yerinə meyitin və atasının adını deyib ardınca belə 

desin: 


“İza ətakəl-mələkani muqərrəbani rəsuleyni min indillahi təbarəkə və 

təala və səəlakə ən Rəbbikə və ən nəbiyyikə və ən dinikə və ən kitabikə və 

ən qiblətikə və ən əimmətikə fəla təxəf və la təhzən və qul fi cəvabihima: 

Allahu Rəbbi və Muhəmmədun səlləllahu əleyhi və alihi nəbiyyi vəl İsla-

mu dini vəl Quranu kitabi vəl Kəbətu qibləti və Əmirul-mu-mininə Əliy-

yubnu  Əbi Talibin imami vəl Həsənubnu  Əliyyinil Muctəba imami vəl 

Huseynubnu Əliyyiniş-Şəhidu bi Kərbəla imami və Əliyyun Zeynul-abidi-

nə imami və Muhəmmədunil Baqiru imami və  Cəfərunis-Sadiqu imami 

və Musəl Kazimu imami və  Əliyyunir-Rida imami və Muhəmmədunil 

Cəvadu imami və  Əliyyunil Hadi imami vəl Həsənul  Əskəri imami vəl 

Huccətul Muntəzəru imami, haula-i salavatullahi əleyhim  əimməti və 

sadəti və qadəti və şufəa-i, bihim ətəvəlla və min ə-da-ihim ətəbərrə-u fid-

dunya vəl axirəti, summə-ləm ya fulanəbnə fulan.” 


Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə