Microsoft Word risale1-22. 01. 2013. doc



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə33/181
tarix30.10.2018
ölçüsü2,57 Mb.
#76141
1   ...   29   30   31   32   33   34   35   36   ...   181

 

78

Məsələ 578: Kafura bir miqdar həzrət imam Hüseyn(ə)-ın qəbrinin tür-

bətindən qarışdırmaq müstəhəbdir. Amma türbətlə qarışdırılmış bu kafur eh-

tiramsızlıq olan yerlərə sürtülməməlidir. Türbət kafurla qarışdırıldıqda “artıq 

bu kafur deyildir”– deyiləcək qədər çox olmamalıdır. 

Məsələ 579: Əgər kafur tapılmasa və ya ancaq qüsl ölçüsündə olsa, hə-

nut lazım (vacib) deyildir. Əgər qüsldən  artıq qalsa, amma yeddi üzvün ha-

mısına çatmasa, müstəhəb ehtiyata əsasən, əvvəl alnına və artıq qalarsa, baş-

qa yerlərə də sürtsünlər. 



Məsələ 580: İki ədəd yaş və təzə çubuğu meyitlə birlikdə qəbirə qoymaq 

müstəhəbdir. 



Meyit namazının hökmləri 

Məsələ 581: Müsəlman meyitə və ya İslam hökmünə tabe olan altı yaşlı 

uşaq meyitinə namaz qılmaq vacibdir. 



Məsələ 582: Vacib ehtiyata əsasən, altı yaşı tamam olmayan, amma na-

mazın nə olduğunu bilən uşağa namaz qılmaq lazımdır. Əgər namazın nə ol-

duğunu bilmirsə, “rəca” məqsədilə ona namaz qılmağın eybi yoxdur. Ancaq 

dünyaya ölü gəlmiş uşağa namaz qılmaq müstəhəb deyildir. 



Məsələ 583: Meyit namazı qüsl, kəfən və  hənutdan sonra qılınmalıdır. 

Əgər bunlardan əvvəl və ya bunların arasında qılınarsa, məsələni bilməmək 

və ya unutqanlıq üzündən olsa belə, kifayət deyildir. 

Məsələ 584: Meyit namazı qılmaq istəyən şəxs, üzü qibləyə durmalıdır. 

Eləcə də onun qarşısında meyiti arxası üstə uzatmaq, belə ki, meyitin başının 

namaz qılanın sağ tərəfində və ayaqlarının namaz qılanın sol tərəfində olma-

sı vacibdir. 



Məsələ 585: Namaz qılanın məkanı meyitin yerindən alçaq və ya hündür 

olmamalıdır. Amma azacıq alçaq və ya yuxarı olmağın eybi yoxdur. Müstə-

həb ehtiyata əsasən, namaz qılanın yeri qəsbi olmasın. 

Məsələ 586: Namaz qılan şəxs meyitdən uzaq olmamalıdır. Amma me-

yit namazını camaatla qılan şəxs meyitdən uzaq olsa belə, sıralar bir-birinə 

bitişikdirsə, eybi yoxdur. 

Məsələ 587: Namazı  qılan meyitin müqabilində dayanmalıdır. Amma 

namaz camaatla qılınsa, meyitin müqabilində olmayanların namazının eybi 

yoxdur. 

Məsələ 588: Namaz qılanla meyitin arasında pərdə, divar və ya bu kimi 

şeylər olmamalıdır. Amma meyit tabutda və ya bu kimi əşyanın içərisində 

olarsa, eybi yoxdur. 

Məsələ 589: Namaz qılan vaxtda meyitin ayıb yerləri örtülü olmalıdır. 

Əgər onu kəfənə bükmək mümkün deyilsə, ayıb yerlərini taxta, kərpic və bu 

kimi əşyalarla da olsa, örtsünlər. 



 

79

Məsələ 590: Meyit namazı ayaqüstə  və “qürbət” niyyəti ilə  qılınmalı  və 

niyyət zamanı meyit müəyyən edilməlidir, məsələn, “bu meyitə namaz qılıram 

qürbətən iləllah” – deyə niyyət edilməlidir. Vacib ehtiyata əsasən, gündəlik 

namazların “qiyam”-ında şərt sayılan bədənin qərarlaşmasına riayət olunsun.  

Məsələ 591:  Əgər ayaqüstə namaz qılmaq üçün bir nəfər tapılmasa, 

meyitə oturduğu yerdə namaz qılmaq olar. 



Məsələ 592:  Əgər meyit müəyyən bir şəxsin ona namaz qılınmasını 

vəsiyət etmişdirsə, o şəxsin meyitin qəyyumundan icazə alması lazım (vacib) 

deyil, amma yaxşı olar ki, icazə alsın. 

Məsələ 593: Bəzi fəqihlərin nəzərinə görə, meyitə bir neçə dəfə namaz 

qılmaq məkruhdur, lakin bu məsələ sabit deyil. Amma meyit elm əhli və 

təqvalı olsa, mübahisəsiz (ona bir neçə dəfə namaz qılmaq) məkruh deyil. 

Məsələ 594: Əgər meyit qəsdən və ya unutqanlıq üzündən yaxud da baş-

qa bir səbəbdən namaz qılınmadan dəfn edilərsə yaxud dəfn edildikdən sonra 

ona qılınan namazın batil olduğu məlum olarsa, ona namaz qılmaq üçün qəb-

rini açmaq caiz deyildir. Amma cəsədi çürüyüb dağılmadığı vaxta qədər 

“rəca” məqsədilə meyit namazı üçün söylənilən şərtlər əsasında qəbrinə na-

maz qılmağın eybi yoxdur. 



Meyit namazının qılınma qaydası 

Məsələ 595: Meyit namazının beş təkbiri var; əgər namaz qılan şəxs beş 

təkbiri bu tərtiblə deyərsə, kifayət edər. Niyyətdən və birinci təkbirdən sonra 

desin: 

 “Əşhədu əllə ilahə illəllahu və ənnə Muhəmmədən rəsulullah.” 

İkinci təkbirdən sonra desin: 



“Allahummə səlli əla Muhəmmədin və ali Muhəmməd.” 

Üçüncü təkbirdən sonra desin: 



“Allahumməğfir lil-mu-mininə vəl-muminat.” 

Dördüncü təkbirdən sonra əgər meyit kişidirsə, desin: 



“Allahumməğfir lihazəl-meyyit.” 

Əgər qadındırsa desin: 



“Allahumməğfir lihazihil-meyyit.” 

Sonra beşinci təkbiri desin. Bununla da namaz bitir. 

Yaxşı olar ki, birinci təkbirdən sonra desin: 

“Əşhədu əllə ilahə illəllahu, vəhdəhu la şərikə ləhu və əşhədu ənnə 

Muhəmmədən əbduhu və rəsuluhu ərsələhu bil-həqqi bəşirən və nəzirən 

beynə yədeyis-saəti.” 

İkinci təkbirdən sonra desin: 



“Allahummə  səlli  əla Muhəmmədin və ali Muhəmməd, və barik əla 

Muhəmmədin və ali Muhəmməd, vərhəm Muhəmmədən və ali Muhəmmə-


 

80

din kəəfdəli ma səlleytə və barəktə və tərəhhəmtə əla İbrahimə və ali İbra-



himə innəkə  həmidun məcidun və  səlli  əla cəmi-il-ənbiya-i vəl-mursəlinə 

vəş-şuhəda-i vəs-siddiqinə və cəmi-i ibadillahis-salihin.” 

Üçüncü təkbirdən sonra desin: 



“Allahumməğfir lil-mu-minə  vəl-mu-minati vəl-musliminə  vəl-mus-

limati, əl-əhya-i minhum vəl-əmvati, tabi beynəna və beynəhum bil-xey-

rati innəkə əla kulli şey-in qədir.” 

 Dördüncü təkbirdən sonra əgər meyit kişidirsə, desin: 



“Allahummə innə hazə  əbdukə  vəbnu  əbdikə  vəbnu  əmətikə  nəzələ 

bikə və əntə xeyru mənzulin bihi, Allahummə inna la nə-ləmu minhu illa 

xeyrən və əntə ə-ləmu bihi minna, Allahummə in kanə muhsinən fəzid fi 

ihsanihi və in kanə musi-ən fətəcavəz ənhu fəğfir ləhu, Allahumməc-əlhu 

indəkə fi ə-la illiyyin, fəxluf əla əhlihi fil-ğabirin, fərhəmhu birəhmətikə 

ya ərhəmər-rahimin.” 

Sonra beşinci təkbiri desin. (Bununla da meyit namazı bitir.) 

Əgər meyit qadındırsa, dördüncü təkbirdən sonra belə desin: 

“Allahummə innə hazihi əmətukə  vəbnətu  əmətikə  nəzələt bikə  və 

əntə xeyru mənzulin bihi, Allahummə inna la nə-ləmu minha illa xeyrən 

və  əntə  ə-ləmu biha minna, Allahummə in kanət muhsinətən fəzid fi 

ihsaniha və in kanət musi-ətən fətəcavəz ənha vəğfir ləha, Allahumməc-

əlha indəkə fi ə-la illiyyin, fəxluf  əla  əhliha fil-ğabirin, vərhəmha 

birəhmətikə ya ərhəmər-rahimin.” 

Məsələ 596: Təkbirləri və duaları elə ardıcıl oxumaq lazımdır ki, namaz 

öz şəklindən çıxmasın. 



Məsələ 597: Meyit namazını camaatla qılan şəxs, məmum (imama iqtida 

edən) olsa belə, onun təkbir və dualarını da oxumalıdır. 



Meyit namazının müstəhəb əməlləri 

Məsələ 598: Bir neçə əməl meyit namazı üçün müstəhəbdir: 

1. Meyit namazı qılan şəxs dəstəmazlı, qüsllü və ya təyəmmümlü olsun; 

ehtiyata əsasən, dəstəmaz alması və ya qüsl etməsi mümkün olmadığı yaxud 

dəstəmaz aldığı və ya qüsl aldığı təqdirdə, meyit namazına çata bilməməsin-

dən qorxarsa, təyəmmüm etməsi müstəhəbdir. 



2. Əgər meyit kişidirsə, imam-camaat və ya fərdi olaraq ona namaz qılan 

şəxs meyitin qamətinin ortasında,  əgər meyit qadındırsa, sinəsinin müqabi-

lində dayansın. 

3. Ayaqyalın namaz qılmaq. 

4. Hər təkbirdə əlləri yuxarı qaldırmaq. 

5. Meyitlə onun arasındakı məsafə külək paltarını tərpətdiyi zaman cəna-

zəyə dəyəcək miqdarda az olmasın.  




Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə