Microsoft Word risale1-22. 01. 2013. doc



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə29/181
tarix30.10.2018
ölçüsü2,57 Mb.
#76141
1   ...   25   26   27   28   29   30   31   32   ...   181

 

69

miqdardan çox gözləməlidir.) Pambıq pakdırsa, qüsl etməli və ibadətlərini 



icra etməlidir.  Əgər pak deyilsə, pambığa sarı rəngli su bulaşsa da, heyzdə 

adəti yoxdursa yaxud adəti on gündürsə  və yaxud adət günləri hələ tamam 

olmamışdırsa, gözləməlidir. Əgər on gündən əvvəl paklansa, qüsl etməlidir. 

Müddət on günə çatıbsa və yaxud qanı on gün həddini keçibsə onuncu günün 

başında qüsl etməlidir. Amma adəti on gündən azdırsa, on gün tamamlan-

dıqdan  əvvəl və yaxud onuncu günün başında paklanacağını bilsə, qüsl 

etməlidir. 

Məsələ 495: Əgər qadın bir neçə günü heyz hesab edib, ibadət etməsə və 

sonradan o zaman heyz olmadığını başa düşsə, o günlərdə icra etmədiyi na-

maz və orucları qəza etməlidir. Əgər bir neçə günü heyz olmadığını güman 

edib ibadət etsə və sonradan o zaman heyz olduğunu anlasa, o günlərdə va-

cib oruc tutmuşdursa, onları qəza etməlidir. 

Nifas 

Məsələ 496: Uşağın ilk hissəsi anasının bətnindən çıxmağa başladığı an-

dan etibarən, qadının gördüyü qan on gündən əvvəl və yaxud onuncu günün 

əvvəlində  kəsilərsə  və ona “doğuş qanı” aid edilərsə, həmin qan nifas qanı 

hesab olunur. Nifas halında olan qadınlara “nüfəsa” – deyilir. 



Məsələ 497: Uşağın birinci hissəsi bayıra çıxmazdan öncə qadının gör-

düyü qan, nifas deyildir. 



Məsələ 498: Uşağın yaradılış baxımından tamamlanması lazım deyildir. 

Natamam uşaq laxta qan surətində olan “ələqə” yaxud ət parçası  şəklində 

olan “müzğə” mərhələsindən keçdikdən sonra düşərsə, qadının on günə qə-

dər gördüyü qan, nifas qanı hesab olunur. 



Məsələ 499: Nifas qanının bir andan çox gəlməməsi mümkün olsa da on 

gündən çox olarsa, nifas hesab olunmaz. 



Məsələ 500: Əgər qadın özündən bir şey düşüb-düşmədiyinə yaxud dü-

şən şeyin uşaq olub-olmadığına şəkk edərsə, araşdırması lazım deyil və on-

dan xaric olan qan şəriət baxımından nifas qanı deyildir. 

Məsələ 501: Haiz qadına vacib olan əməllər “nüfəsa” – qadınlara da va-

cibdir. Vacib ehtiyata əsasən, məsciddə dayanmaq, digər qapıdan çıxmadan 

daxil olmaq, iki məsciddən (Məscidul-həram və  həzrət Peyğəmbər(s)-in 

məscidindən) keçmək, vacib səcdəsi olan ayələri oxumaq, Qurani–Kərimin 

xəttinə və Allahın adına toxunmaq onlara haramdır. 

Məsələ 502: Nifas halında olan qadına talaq vermək və onunla cinsi 

yaxınlıq etmək haramdır, amma bunun kəffarəsi yoxdur. 



Məsələ 503:  “Ədədiyyə” adəti olmayan qadının qanı on günü keçməsə, 

onun hamısı nifasdır. Əgər on gündən əvvəl pak olsa, qüsl etməli və öz ibadət-

lərini yerinə yetirməlidir.  Əgər sonra bir dəfə yaxud çox qan görsə, qan 



 

70

gördüyü günlərlə arada pak olduğu günlər üst-üstə on gün və yaxud on gündən 



az olduğu təqdirdə gördüyü qanların hamısı nifasdır və pak olduğu günlərdə 

ehtiyata  əsasən, pak qadına vacib olan işləri icra etməli, “nüfəsa” ya haram 

olan əməlləri tərk etməlidir. Buna əsasən, oruc tutduğu surətdə, qəza etməlidir. 

Əgər sonda gördüyü qan on gündən keçsə, o qanın on gün ərzində gördüyü 

miqdarı nifas, on gündən sonrakını isə istihazə qəbul etməlidir. 

Məsələ 504:  “Ədədiyyə” adəti olan qadının (doğuşdan sonra) gördüyü 

qan adət günlərindən çox olsa, on gündən keçməsə belə, vacib ehtiyata əsasən, 

adət günlərindən sonrakı günlərdə “nüfəsa”ya haram olan əməlləri tərk edib, 

“müstəhazə”yə vacib olan əməlləri icra etməlidir.  Əgər bir dəfədən çox qan 

görsə və onların arasında pak olsa, adət günləri qədərini nifas qərar versin və 

ehtiyat olaraq aradakı pak olduğu və adətindən çox qan gördüyü günlərdə 

“nüfəsa”ya haram olan əməlləri tərk edib vacib olan əməlləri icra etsin. 

Məsələ 505: Nifas qanından pak olan qadın içəridə qan olduğuna ehti-

mal versə, ya ehtiyata əsasən, qüsl edib ibadətlərini icra etməli, ya da “istib-

ra” etməlidir.  İbadətləri “istibra”sız tərk etmək caiz deyildir. “İstibra”nın 

qaydası 495-ci məsələdə qeyd edilib. 



Məsələ 506: Əgər qadının nifas qanı on gündən keçsə, heyzdə “ədədiyyə” 

adəti vardırsa, onun adət günləri miqdarı nifas, qalanı isə istihazədir.  Əgər 

adəti yoxdursa, on günə kimi nifas və qalanı istihazə hesab olunar. Əgər adəti-

ni unutmuşsa, adətin ehtimal verdiyi ən çox ədədi fərz etməlidir. Müstəhəb eh-

tiyata əsasən, adəti olan qadın adətindən sonrakı gündən və adəti olmayan qa-

dın onuncu gündən etibarən doğuşun on səkkizinci gününə kimi istihazənin 

əməllərini icra və “nüfəsa”ya haram olan əməlləri  isə tərk etsin. 

Məsələ 507: Heyzdə “ədədiyyə” adəti olan qadın doğuşdan sonra bir aya 

qədər və yaxud artıq ardıcıl qan görsə, onun adət günləri miqdarı nifasdır. 

Nifasdan sonra gələn on gün müddətində gördüyü qan “vəqtiyyə” adətinə 

sahibi və aylıq adət günlərində olsa belə, istihazədir. Məsələn, heyz adəti 

olan hər ayın iyirmi yeddisinə qədər olan qadın ayın onunda doğsa və bir ay 

yaxud artıq ardıcıl olaraq qan görsə, ayın on yeddisinə qədər nifas və on yed-

dinci gündən etibarən on gün, hətta öz adət günləri olan ayın iyirmisindən 

iyirmi yeddisinə  qədər gördüyü qan istihazədir. On gün keçdikdən sonra 

gördüyü qan isə “vəqtiyyə” adəti olsa və gördüyü qan adət günlərində olma-

sa, gözləməsi bir ay yaxud çox çəksə və bu müddət ərzində qan heyz əlamət-

lərini daşısa da adət günlərini gözləməlidir. Amma qadının “vəqtiyyə” adəti 

olmasa, mümkün olduğu təqdirdə heyzini onun əlamətləri ilə təyin etməlidir 

(bunun qaydası 479-cı  məsələdə qeyd olunub). Əgər bu mümkün olmasa, 

məsələn, nifasdan on gün sonra gördüyü qanların hamısı eyni şəkildə olsa və 

bir ay yaxud bir neçə ay eyni halda davam etsə, hər ay öz qohumlarından 

bəzisinin heyz adətini (479-cı  məsələdə deyilən  əsasda) özünə heyz qəbul 

etməlidir.  Əgər bu da mümkün olmasa, özünə münasib bildiyi sayı heyz 

olaraq seçməlidir. Bunun geniş şərhi 481-ci məsələdə qeyd edilmişdir. 




Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə