Microsoft Word risale1-22. 01. 2013. doc



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə25/181
tarix30.10.2018
ölçüsü2,57 Mb.
#76141
1   ...   21   22   23   24   25   26   27   28   ...   181

 

61

3. Ədədiyyəadəti olanlar; belə olan qadınların heyz günlərinin sayı iki 

ay ardıcıl bir sayda olar, amma o iki qanı gördükləri vaxt bir olmaz, məsələn, 

birinci ayın beşindən onuna qədər və ikinci ayın on ikisindən on yeddisinə 

qədər qan görərlər. 

4. Müztəribə” olanlar; bir neçə ay qan görən, amma müəyyən bir adət 

tapmayan və yaxud adəti pozulan və yeni adət tapmayan qadınlar bu qismə 

aiddirlər. 

5. Mübtədiə” olanlar; birinci dəfə qan görən qadınlara deyilir. 

6. “Nasiyə” olanlar; öz adətini yadından çıxaran qadınlara deyilir. 

Bunların hər birinin müəyyən hökmü vardır ki, gələcək məsələlərdə 

deyiləcək. 

1. “Vəqtiyyə” və “ədədiyyə” adəti olan qadın 

Məsələ 468: “Vəqtiyyə” və “ədədiyyə” adəti olan qadınlar iki qisimdir: 

1. İki ay ardıcıl olaraq müəyyən vaxtda heyz qanı görüb, müəyyən vaxt-

da da qandan kəsilən qadınlar; məsələn, iki ay ardıcıl olaraq ayın birinci gü-

nündən qan görməyə başlayıb, yeddinci gündə pak olurlar. Bu qadınların 

heyz adəti ayın birinci günündən yeddinci gününə qədərdir.  



2. Qadın iki ay ardıcıl olaraq öz müəyyən vaxtında heyz qanı görür və üç 

gün yaxud daha çox qan gördükdən sonra bir gün və ya bir neçə gün pak 

olub yenidən qan görərsə və qan gördüyü günlərlə arada pak olduğu günlər 

birlikdə eyni sayda olarsa, onun adəti arada pak olduğu günlərlə birlikdə de-

yil, yalnız qan gördüyü günlər qədərdir. Demək, qan gördüyü və pak olduğu 

günlərin sayı hər iki ayda eyni olmalıdır. Məsələn, əgər birinci ayda və həm-

çinin ikinci ayda ayın birinci günündən üçüncü gününə kimi qan gördükdən 

sonra üç gün pak olub yenidən üç gün qan görərsə, bu qadının adəti (qan 

gördüyü) üst-üstə altı gündür. Arada pak olduğu üç gündə, vacib ehtiyata 

əsasən, aybaşı qadınlara haram olan işləri tərk etməli, istihazəli qadınların 

əməllərini də icra etməlidir. Əgər ikinci ayda qan gördüyü günlərin sayı çox 

və ya az olarsa, bu qadın “ədədiyyə” deyil, “vəqtiyyə adəti”nin sahibidir.  



Məsələ 469: “Vəqtiyyə” adəti olan qadın (istər “ədədiyyə” adəti olsun, 

istərsə də olmasın) əgər adət vaxtında və ya “adətini qabaqlamışdır” deyilə-

cək şəkildə bir neçə gün vaxtından əvvəl qan görərsə, o qan heyz əlamətləri-

ni daşımasa belə, aybaşı olmadığını başa düşərsə, məsələn, üç gündən əvvəl 

pak olarsa, icra etmədiyi ibadətlərin qəzasını icra etməlidir. 

Məsələ 470: “Vəqtiyyə” və “ədədiyyə” adəti olan bir qadın bütün adət 

günlərində, adətindən bir neçə gün qabaq və adət günlərindən bir neçə gün 

sonra qan görərsə  və bu müddət üst-üstə on gündən artıq olmasa, hamısı 

heyzdir. Ondan əvvəl və sonra gördüyü qan isə istihazədir və adətindən qa-

baq və sonrakı günlərdə icra etmədiyi ibadətləri qəza etməlidir. Əgər bütün 

adət günləri ilə birlikdə bir neçə gün də adətindən qabaq qan görərsə  və 

hamısı üst-üstə on gündən artıq olmasa, hamısı heyzdir. Əgər on gündən 



 

62

artıq olsa, yalnız adət günləri heyz əlamətlərini daşımasa və qabaqkı günlər 



heyz əlamətlərinə malik olmasa belə heyzdir. Ondan qabaq gördüyü qan isə 

istihazədir.  Əgər həmin günlər ibadətlərini tərk etmişdirsə, qəza etməlidir. 

Əgər bütün adət günləri ilə birlikdə bir neçə gün adətindən sonra qan görərsə 

və hamısı üst-üstə on gündən artıq olmasa, hamısı heyzdir. Amma əgər on 

gündən artıq olsa, adət günləri heyz, qalanı isə istihazədir. 

Məsələ 471: “Vəqtiyyə” və “ədədiyyə” adəti olan bir qadın əgər bir miq-

dar adəti olan günlərlə birlikdə bir neçə gün də adət günlərindən qabaq qan 

görsə və bu müddət üst-üstə on gündən artıq olmasa, hamısı heyzdir. Əgər 

on gündən artıq olarsa, adət vaxtında gördüyü günlərlə,  əvvəlki günlərdən 

adətinin sayını tamamlayacaq qədərini heyz, ondan qabaqkı günlərini isə isti-

hazə hesab etməlidir.  Əgər adət günlərindən bir miqdarı ilə birgə bir neçə 

gün adətindən sonra qan görsə  və üst-üstə on gündən artıq olmasa, hamısı 

heyzdir.  Əgər on gündən artıq olarsa, adət vaxtında qan gördüyü günlərlə 

sonrakı günlərdən adətinin sayını tamamlayacaq qədərini heyz, qalanını isə 

istihazə hesab etməlidir. 



Məsələ 472: Heyz adəti olan bir qadın üç gün və ya daha çox qan gör-

dükdən sonra paklanıb yenidən qan görərsə, bu iki qan arasındakı fasilə on 

gündən az olsa, qan gördüyü günlərlə arada paklandığı günlər üst-üstə on 

gündən çox olarsa, məsələn, beş gün qan görüb, beş gün paklanarsa və yeni-

dən beş gün qan görərsə, bunun bir neçə surəti vardır: 

1.  Birinci dəfə gördüyü qanın hamısı və ya bir miqdarı adət günlərində 

olsa və paklandıqdan sonra gördüyü ikinci qan adət günlərində olmasa, birin-

ci qanı bütünlüklə heyz və ikinci qanı istihazə hesab etməlidir. Amma əgər 

ikinci qanda heyz əlamətləri olsa, onda birinci qan günləri ilə ondan sonra 

pak olduğu günlər birgə on gündən artıq olmasa heyz, yerdə qalan isə istiha-

zədir. Məsələn,  əgər üç gün qan görüb, üç gün də paklandıqdan sonra beş 

gün heyz əlamətlərini daşıyan qan görsə, birinci üç gün və ikinci qangörmə-

nin dörd günü heyzdir. Aradakı paklıq müddəti isə vacib ehtiyata əsasən, ay-

başı olmayan qadınların vaciblərini icra etməli, aybaşı qadınlara haram olan 

əməlləri isə tərk etməlidir. 



2.  Birinci qanı heyz adəti günlərində olmazsa, amma ikinci qan bütün-

lüklə və ya bir miqdarı adət günlərində olarsa, bu surətdə ikinci qanın hamı-

sını heyz, birinci qanı istihazə hesab etməlidir. 

3. Birinci və ikinci qanın bir miqdarı adət günlərində olsa, bu halda bi-

rinci qanın adət günlərində olan miqdarı üç gündən az olmazsa, arada pak ol-

duğu günlər və ikinci qanın adət günləri ilə birgə on gündən çox olmazsa 

(adət günlərində olan) hər iki qan heyzdir. Arada pak olduğu günlərdə isə 

vacib ehtiyata əsasən, həm heyzdən pak olan qadına vacib olan işləri icra 

etməli, həm də heyz qanı görən qadına haram olan əməllərdən çəkinməlidir. 

Adət günlərindən sonra olan ikinci qanın bir miqdarı isə istihazədir. Amma 

adət günlərindən əvvəl olan birinci qanın bir miqdarı əgər ona “adətini qa-




Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə