Microsoft Word risale1-22. 01. 2013. doc



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə24/181
tarix30.10.2018
ölçüsü2,57 Mb.
#76141
1   ...   20   21   22   23   24   25   26   27   ...   181

 

59

Məsələ 452: Qadın heyzli olduğunu və ya heyzdən pak olduğunu söyləyər-

sə, yalan danışmaqla ittiham edilmirsə, sözünü qəbul etmək lazımdır.  Əgər 

yalan danışmaqla ittiham olunarsa, sözünün qəbul edilməsi mübahisəlidir. 



Məsələ 453: Əgər qadın namaz əsnasında aybaşı olarsa, namazı batildir. 

Hətta axırıncı  səcdədən sonra və salamın axırıncı  hərfindən qabaq aybaşı 

olarsa, vacib ehtiyata əsasən, namazı batildir. 

Məsələ 454: Əgər qadın namaz əsnasında aybaşı olub-olmamasına şəkk 

edərsə, namazı düzgündür. Amma namazdan sonra namaz əsnasında aybaşı 

olduğunu başa düşərsə, qıldığı namaz batildir. 

Məsələ 455: Qadının heyz qanından pak olduqdan sonra namaz, dəstə-

maz və ya qüsllə, yaxud təyəmmümlə icra edilən digər ibadətlər üçün qüsl 

etməsi vacibdir. Heyz qüslü eynilə cənabət qüslü kimi edilir. Dəstəmaz əvə-

zinə də kifayət edir. Yaxşı olar qüsldən əvvəl dəstəmaz da alsın.  



Məsələ 456: Qadını heyz qanından pak olduqdan sonra qüsl verməsə belə, 

boşamaq düzgündür və əri onunla cinsi əlaqədə ola bilər. Amma vacib ehtiyata 

əsasən, ayıb yer yuyulduqdan sonra cinsi yaxınlıq olsun. Habelə qüsl etməzdən 

əvvəl, kişinin onunla cinsi əlaqədən çəkinməsi müstəhəb ehtiyatdır. Amma 

Qurani–Kərimin xəttinə toxunmaq kimi aybaşı olduğu zaman təharətin 

(paklığın)  şərt olması  səbəbindən ona haram olan işlər qüsl etməyincə halal 

olmaz. Həmçinin vacib ehtiyata əsasən, məsciddə dayanmaq kimi təharətin şərt 

olduğuna görə haramlığı sübuta yetməyən işlər də həmin hökmü daşıyır. 



Məsələ 457: Əgər dəstəmaz və qüsl almaq üçün kifayət qədər su olmasa, 

yalnız qüsl verəcək miqdarda olsa, bu halda qüsl verməlidir. Yaxşı olar ki, 

dəstəmaz  əvəzinə  də  təyəmmüm etsin. Əgər su yalnız dəstəmaza yetəcək 

miqdarda olarsa və qüslə yetəcək miqdarda olmasa, yaxşı olar ki, onunla 

dəstəmaz alsın və qüsl əvəzi olaraq təyəmmüm etsin. Əgər onlardan heç biri 

üçün su olmasa, bu zaman qüsl əvəzinə təyəmmüm etməlidir. Yaxşı olar ki, 

dəstəmaz əvəzinə də təyəmmüm etsin. 

Məsələ 458: Qadının aybaşı olduğu zaman qılmadığı namazların qəzası 

yoxdur. Amma aybaşı ikən tutmadığı Ramazan ayının oruclarını qəza etməli-

dir. Həmçinin vacib ehtiyata əsasən, nəzir etməklə müəyyən vaxtda vacib 

olan, amma (həmin vaxtda) aybaşı olduğu üçün tutmadığı orucları da qəza 

etməlidir. 

Məsələ 459: Əgər namaz vaxtı daxil olsa və qadın namazını təxirə sala-

cağı təqdirdə aybaşı olacağını bilərsə, dərhal namaz qılmalıdır. Həmçinin va-

cib ehtiyata əsasən, namazını  təxirə salacağı  təqdirdə aybaşı olacağına 

ehtimal versə də, hökm eynidir. 



Məsələ 460: Əgər qadın namazını təxirə salsa və vaxtın əvvəlindən bü-

tün müqəddimələrlə birlikdə, o cümlədən, dəstəmaz almaq və pak paltar tə-

darük etmək və s. ilə namaz qıla biləcəyi qədər vaxt keçdikdən sonra aybaşı 

olsa, həmin namazın qəzası ona vacibdir. Hətta  əgər vaxt daxil olsa və 

dəstəmaz, qüsl və ya təyəmmümlə bir namaz qıla bildiyi halda qılmamış 



 

60

olsa, vacib ehtiyata əsasən, hətta digər  şəraitləri tədarük görməyə vaxt çat-



masa da, onun qəzasını qılmalıdır. Amma tələsik və ya yavaş qılmaq və di-

gər işlərdə öz vəziyyətini nəzərə almalıdır, məsələn, səfərdə olmayan bir qa-

dın günorta vaxtının əvvəlində namaz qılmasa, onun qəzası ancaq günortanın 

əvvəlindən su ilə dəstəmaz və ya təyəmmüm alıb dörd rükət namaz qıla bilə-

cək qədər bir müddət keçdikdən sonra aybaşı olarsa, vacibdir. Müsafir olan 

qadın üçün isə təharət hasil etdikdən sonra iki rükət namaz qıla biləcək qədər 

müddətin keçməsi kifayətdir. 

Məsələ 461: Əgər qadın namazın vaxtının axırında qandan pak olsa, 

qüsl edib bir rükət, yaxud bir rükətdən çox namaz qılmağa vaxtı varsa, hə-

min namazı qılmalıdır. Əgər qılmasa, qəzasını icra etməlidir. 

Məsələ 462: Əgər aybaşı olan qadın paklandıqdan sonra qüsl verəcək 

qədər vaxtı olmasa, amma təyəmmümlə namazı vaxtında qıla bilərsə, vacib 

ehtiyata əsasən, həmin namazı təyəmmümlə qılsın. Əgər qılmasa qəza etmə-

lidir. Amma əgər vaxtın azlığından başqa bir səbəbə görə, vəzifəsi təyəm-

müm etmək olarsa, məsələn, suyun ona zərəri varsa, namazını təyəmmümlə 

qılmalıdır. Əgər qılmasa qəza etməlidir. 



Məsələ 463: Qadın heyzdən pak olduqdan sonra namaz üçün vaxt qalıb-

qalmadığını şəkk edərsə, namazını qılmalıdır. 



Məsələ 464: Əgər bir qadın “hədəs”dən pak olub bir rükət qıla biləcək 

qədər vaxt qalmadığını güman edib namaz qılmasa və sonradan vaxtın 

olduğunu anlayarsa, həmin namazın qəzasını qılmalıdır. 

Məsələ 465: Müstəhəbdir ki, aybaşı olan qadın namaz vaxtında özünü 

qandan pak edib, pambıq və  dəsmalı  dəyişdirərək dəstəmaz alsın və  əgər 

dəstəmaz ala bilmirsə, təyəmmüm etsin və namaz yerində üzü qibləyə oturub 

zikr, dua və salavat deməklə məşğul olsun. 



Məsələ 466: Qurani–Kərimi oxumaq və onu üstündə gəzdirmək, bədə-

nindən bir yerini onun yazılarının arasına toxundurmaq, xına qoymaq və bu 

kimi işlər bəzi fəqihlərin rəyinə əsasən, aybaşı olan qadın üçün məkruhdur. 

Haiz qadınların qisimləri 

Məsələ 467: Haiz (aybaşı) qadınlar altı qisimdir: 

 

1.  Adəti vəqtiyyə” və  “ədədiyyəsahibi olanlar; belə qadınlar iki ay 

ardıcıl müəyyən bir vaxtda heyz qanı görür və onların heyz günlərinin sayı 

hər iki ayda eyni olur. Məsələn, iki ay ardıcıl olaraq hər ayın əvvəlindən yed-

disinə kimi qan görərlər. 

2. “Vəqtiyyə” adəti olanlar; bunlar iki ay ardıcıl olaraq müəyyən vaxtda 

heyz qanı görsə də onun heyz günlərinin sayı hər iki ayda bir olmaz, məsə-

lən, iki ay ardıcıl olaraq hər ayın  əvvəlində qan görər, amma birinci ayın 

yeddinci günü və ikinci ayın səkkizinci günü qandan pak olarlar. 




Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə