Microsoft Word risale1-22. 01. 2013. doc



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə23/181
tarix30.10.2018
ölçüsü2,57 Mb.
#76141
1   ...   19   20   21   22   23   24   25   26   ...   181

 

57

(əlli yaşından altımış yaşına qədər)  əvvəlcədən heyz hesab olunan hallarda 



heyz qanı görən qadına haram olan işləri tərk edib, istihazə qanı görən qa-

dının vəzifələrini icra etməlidir. 



Məsələ 433: Qızın doqquz yaşı tamam olmamışdan qabaq gördüyü qan 

heyz deyildir. 



Məsələ 434: Hamilə və uşağa süd verən qadınlar da heyz qanı görə bi-

lərlər. Bu halda hamilə olan qadınla hamilə olmayan qadının hökmü eynidir. 

Lakin hamilə qadın adətinin əvvəlindən iyirmi gün keçdikdən sonra heyz xü-

susiyyətini daşıyan bir qan görərsə, ehtiyata əsasən, heyz qanı görən qadına 

haram olan işləri tərk etməli və istihazə qanı görən qadına lazım olan əməllə-

ri icra etməlidir. 



Məsələ 435: Yaşının doqquz olub-olmadığını bilməyən qız əgər heyzin 

əlamətləri olmayan qan görərsə, heyz deyildir. Əgər heyzin əlamətləri olarsa, 

onun heyz hökmündə olması mübahisəlidir. Amma onun heyz olduğuna xa-

tircəmlik hasil edərsə, heyzdir və bu halda onun doqquz yaşının tamam ol-

ması məlum olar. 

Məsələ 436: Altımış yaşı olub-olmamasına şəkk edən qadın qan görərsə 

və o qanın heyz olub-olmadığını bilməsə, altımış yaşının tamamlandığını 

əsas götürməlidir. 

Məsələ 437: Heyz müddəti üç gündən az və on gündən çox olmur. Üç 

gündən azacıq az olsa belə, həmin qan heyz deyildir. 



Məsələ 438: Heyzin ilk üç günü ardıcıl olmalıdır. Deməli, əgər məsələn, 

iki gün qan görüb, bir gün pak olarsa və yenidən bir gün qan görərsə, həmin 

qan heyz deyildir. 

Məsələ 439: Heyzin başlanğıcında qanın xaricə çıxması lazımdır. Amma 

bütün üç günün ərzində qanın xaricə çıxması lazım deyildir. Belə ki, ayıb ye-

rinin daxilində qan olsa kifayətdir. Əgər üç gün ərzində bütün və ya bəzi qa-

dınlar arasında normal olduğu kimi, azacıq pak olsa belə, heyzdir. 



Məsələ 440: Qadının birinci və dördüncü gecə qan görməsi lazım deyil-

dir. Amma ikinci və üçüncü gecələrdə qan kəsilməməlidir. Əgər birinci gün 

sübhün  əvvəlindən üçüncü günün axşamına qədər ardıcıl qan gəlsə  və  əsla 

kəsilməzsə, həmin qan heyzdir. Həmçinin əgər birinci günün ortalarında baş-

layıb, dördüncü gün həmin vaxtda kəsilərsə də, həmin hökmü daşıyır. 

Məsələ 441: Əgər üç gün ardıcıl olaraq qan görüb kəsildikdən sonra tək-

rarən qan görərsə, qan gördüyü və arada pak olduğu günlər üst-üstə on gün-

dən çox olmazsa, qan gördüyü bütün günlər heyzdir. Amma vacib ehtiyata 

əsasən, arada pak olduğu günlərdə isə həm heyz olmayan qadına vacib olan 

əməlləri icra etməli, həm də heyz qanı görən qadına haram olan əməllərdən 

çəkinməlidir. 



Məsələ 442: Əgər qadın müddəti üç gündən artıq və on gündən az olan 

qan görüb o qanın çiban və ya yara, yoxsa heyz qanı olduğunu bilməsə, onu 

heyz qanı hesab etməməlidir.  



 

58

Məsələ 443: Əgər qadın yara, yoxsa heyz qanı olduğunu bilmədiyi bir 

qan görərsə, əvvəlki halı heyz olmamışdırsa, ibadətlərini icra etməlidir. 

Məsələ 444: Əgər qadın gördüyü qanın heyz, yoxsa istihazə olduğuna 

şəkk edərsə, heyz əlamətlərini daşıdığı təqdirdə, o qanı heyz hesab etməlidir. 



Məsələ 445: Əgər qadın heyz və ya “bəkarət” qanı olduğunu bilmədiyi 

bir qan görərsə, özünü yoxlamalıdır; yəni, ayıb yerinə bir miqdar pambıq 

qoyub, bir az gözlədikdən sonra çıxarmalıdır, əgər pambığın ətrafı bulaşmış-

dırsa, “bəkarət” qanı, yox əgər qan onun hər yerinə yetişibsə, heyz qanıdır. 



Məsələ 446: Əgər qadın üç gündən az qan görüb pak olduqdan sonra, 

yenidən üç gün qan görərsə, ikinci qan heyzdir. Birinci dəfə gördüyü qan 

adət günlərində olsa belə, heyz deyildir. 

Haizin (heyz qanı görən qadının) hökmləri 

Məsələ 447: Heyz qanı görən qadına bir neçə şey haramdır: 

1. Namaz kimi dəstəmaz, qüsl və ya təyəmmümlə icra etməsi vacib olan 

ibadətlər; əgər heyz qanı görən qadın bu kimi əməlləri düzgün əməl niyyəti 

ilə icra edərsə, caiz deyil. Lakin meyit namazı kimi dəstəmaz, qüsl və ya tə-

yəmmüm tələb etməyən ibadətləri icra edərsə, eybi yoxdur. 



2.  Cənabət hökmlərində deyilən və  cənabətli  şəxsə haram olan bütün 

əməllər. 



3. Dəllək kəsən yerə qədər daxil olub, sperma gəlməsə də belə, qabaqdan 

yaxınlıq etmək həm kişiyə, həm də qadına haramdır. Hətta vacib ehtiyata 

əsasən, dəllək kəsən yeri azacıq belə daxil etməməlidir. Amma kişinin, ehti-

yata əsasən, istər arvadı heyz halında olsun, istərsə olmasın, qadın razı olma-

dığı təqdirdə, onunla arxadan əlaqədə olması caiz deyildir. 

Məsələ 448: Qadının heyz olduğu qəti olaraq məlum olmadığı, amma 

şəriət baxımından özünü heyzli hesab etməsi lazım olan günlərdə də, onunla 

cinsi yaxınlıq etmək haramdır. Bu halda on gündən çox qan görən və sonra-

dan açıqlanacaq göstərişlərə əməl edən qadın öz qohumlarının adət günlərini 

özünə heyz qərar verməli və  əri həmin günlərdə onunla cinsi yaxınlıq edə 

bilməz. 


Məsələ 449: Əgər kişi öz qadını ilə heyz halında yaxınlıq edərsə, tövbə 

etməlidir. Ona kəffarə (cərimə) vacib olmasa da yaxşı olar ki, kəffarə versin. 

Onun kəffarəsi aybaşının əvvəlində bir misqal qızıl, ortasında yarım misqal, 

axırında isə bir misqalın dörddə biri qədərdir. Hər misqal isə on səkkiz no-

xud miqdarındadır. 

Məsələ 450: Heyzli qadınla öpüşmək və mazaqlaşmaq kimi digər ləzzət-

lər almağın eybi yoxdur. 



Məsələ 451: Boşanmanın hökmlərində izah olunacağı kimi, heyz halın-

da ikən qadını boşamaq batildir. 




Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə