Microsoft Word risale1-22. 01. 2013. doc



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə20/181
tarix30.10.2018
ölçüsü2,57 Mb.
#76141
1   ...   16   17   18   19   20   21   22   23   ...   181

 

50

Məsələ 371: Haramdan cənabətli olmuş şəxs isti su ilə qüsl versə, hətta 

tərləsə belə, onun qüslü düzgündür. 

Məsələ 372: Qüsl edərkən bədəndə başın bir tükü qədər yuyulmamış yer 

qalsa, qüslü batildir. Amma qulağın və burunun içi kimi bədənin iç hissəsi 

sayılan yerin yuyulması vacib deyildir. 

Məsələ 373: Bədənin xarici və ya daxilində olmasına şəkk edilən yer yu-

yulmalıdır. 



Məsələ 374:  Sırğa yerinin dəliyi və bu kimi yerlər bədənin xaricindən 

sayılacaq qədər açıq olsa, oranı yumaq lazımdır, əks təqdirdə yumaq lazım 

deyildir. 

Məsələ 375: Suyun bədənə yetişməsinin qarşısını alan maneəni aradan 

qaldırıb təmizləmək lazımdır. Əgər təmizlədiyinə əmin olmadan qüsl edərsə, 

qüslü batildir. 

Məsələ 376: Qüsl edərkən suyun bədənə yetişməsinin qarşısını alan ma-

neənin bədənində olub-olmadığına şəkk edərsə, axtarış aparıb maneənin ol-

madığına əmin olmalıdır. 

Məsələ 377: Qüsl edərkən bədənin tərkib hissəsindən sayılan qısa tükləri 

yumaq lazımdır, uzun tüklərin yuyulması isə vacib deyildir. Hətta onlar is-

lanmadan belə, su bədənin dərisinə çatdırılsa, qüsl düzgündür. Amma əgər 

onları yumadan suyu bədəninin dərisinə çatdırmaq mümkün deyilsə, suyu 

bədənə çatdırmaq üçün onları yumaq lazımdır. 

Məsələ 378: Suyun pak olması və qəsbi olmaması kimi dəstəmazın düz-

gün olmasında qeyd olunan şərtlər bütünlüklə qüslün də düzgün olması üçün 

şərtdir. Amma qüsldə  bədənin yuxarıdan aşağıya doğru yuyulması lazım 

deyil. Həmçinin tərtibi qüsldə başı və boyunu yuduqdan dərhal sonra bədəni 

yumaq vacib deyildir. Belə isə, baş  və boyunu yuduqdan sonra bir müddət 

səbr edib, sonra bədəni yumağın eybi yoxdur. Hətta baş və boyunun, yaxud 

bədənin bütünlüklə bir dəfə yuyulması vacib deyildir. Demək, məsələn, başı 

yuduqdan bir müddət sonra boyunun yuyulması caizdir. Amma sidik və ya 

qaitin çıxmasının qarşısını ala bilməyən şəxs qüsl edib namaz qıla biləcəyi 

bir müddət  ərzində ondan sidik və ya qait gəlməsə, dərhal qüsl verməli və 

qüsldən dərhal sonra da namaz qılmalıdır. 

Məsələ 379: Hamamçının razı olub-olmadığını bilmədən hamamda nis-

yə çımmək niyyətində olan şəxsin qüslü sonradan hamamçını razı salsa belə, 

batildir. 

Məsələ 380:  Hamamçının nisyə qalmasına razı olduğu təqdirdə, qüsl 

edən şəxsin məqsədi onun pulunu ödəməmək və ya haram puldan ödəmək-

dirsə, qüslü batildir. 

Məsələ 381: Əgər xümsü verilməmiş pulu hamamçıya verərsə, harama 

mürtəkib olsa da, zahirən onun qüslü düzgündür və xümsə ehtiyac olanların 

haqqı onun boynunda qalır. 



 

51

Məsələ 382: Qüsl edib-etmədiyinə şəkk edən şəxs qüsl etməlidir. Amma 

qüsldən sonra etdiyi qüslün düzgün olub-olmadığına  şəkk edərsə, yenidən 

qüsl etməsi lazım deyil. 



Məsələ 383: Əgər qüsl əsnasında “kiçik hədəs” baş versə, məsələn, sidi-

yə çıxsa, qüslü tərk edib, yenidən qüsl etməsi lazım deyil, əksinə qüslünü ta-

mamlaya bilər və vacib ehtiyata əsasən, dəstəmaz da almalıdır. Amma niyyə-

tini tərtibi qüsldən irtimasi qüslə və ya irtimasi qüsldən tərtibi qüslə çevirər-

sə, dəstəmaz alması lazım deyil. 

Məsələ 384:  Əgər vaxtın azlığından insanın vəzifəsi təyəmmümdürsə, 

amma qüsl və namaz qədər vaxtın qaldığını güman edib qüsl verərsə, qüslü 

“qürbət” niyyəti ilə yerinə yetirdiyi surətdə, hətta namaz qılmaq üçün qüsl 

versə də, qüslü düzgündür. 



Məsələ 385: Cənabətli şəxs namazdan sonra qüsl edib-etmədiyinə şəkk 

edərsə, qıldığı namazlar düzgündür. Amma sonrakı namazlar üçün qüsl et-

məlidir. Əgər namazdan sonra ondan “kiçik hədəs” baş veribsə, dəstəmaz da 

alması lazımdır. Əgər vaxt qalmışdırsa, vacib ehtiyata əsasən, qıldığı namazı 

yeniləməlidir.  

Məsələ 386: Boynuna bir neçə qüsl vacib olan şəxs, hamısını niyyət et-

məklə bir qüsl verə bilər. Zahirən, əgər onlardan birini müəyyən olaraq niy-

yət edərsə, qalanları üçün kifayət edər. 

Məsələ 387:  Bədəninin bir yerinə Qurani–Kərim ayəsi və ya mütəal 

Allahın adı yazılan şəxs, əgər tərtibi qüsl etmək istəsə, suyu bədəninə əli ya-

zıya dəyməyəcək şəkildə çatdırmalıdır. Həmçinin əgər dəstəmaz da almaq is-

təsə, təkcə Qurani–Kərim ayəsi deyil, həm də Allahın adı ilə də bağlı, vacib 

ehtiyata əsasən, hökm eynidir. 

Məsələ 388: Cənabət qüslü edən şəxs namaz üçün dəstəmaz almamalı-

dır. Hətta “orta istihazə” üçün edilən qüsllərlə, eləcə də az sonra izah oluna-

caq müstəhəb qüsllərlə də dəstəmazsız namaz qıla bilər, lakin dəstəmaz al-

ması da müstəhəb ehtiyatdır. 



İstihazə 

Qadınlardan xaric olan qanlardan biri də istihazə qanıdır.  İstihazə qanı 

görən qadına “müstəhazə” deyilir. 

Məsələ 389: Əksər vaxtlarda istihazə qanı sarı  rəngdə  və soyuq olur, 

təzyiqsiz, yandırıcı xüsusiyyəti olmadan xaric olur və qatı da olmur. Amma 

ola bilər ki, bəzən qara, qırmızı, isti və qatı, təzyiqlə  və yandırıcı halda da 

xaric olsun. 



Məsələ 390: İstihazə üç növdür: 

1. Qəlilə (az). 

2. Mütəvəssitə (orta). 


 

52

Kəsirə (çox). 



Qəlilə” istihazə odur ki, qan yalnız qadının qoyduğu pambığın üzərinə 

bulaşsın, ona hopmasın. 



Mütəvəssitə” istihazə odur ki, qan pambığa hopsun, hətta onun bir tərə-

fində olsa belə; lakin qadınların qayda üzrə qanın qarşısını almaq üçün bağ-

ladıqları dəsmalın üstünə çıxmasın. 

“Kəsirə” istihazə odur ki, qan pambığı əhatə etsin və dəsmala yetişsin. 



İstihazənin hökmləri 

Məsələ 391: Qəlilə istihazədə qadın hər namaz üçün bir dəstəmaz alma-

lıdır. Pambığı suya çəkməsi və ya dəyişdirməsi müstəhəb ehtiyatdır. Amma 

ayıb yerinin çölünə qan yetişibsə, onu suya çəkməlidir. 

Məsələ 392: Mütəvəssitə istihazədə, vacib ehtiyata əsasən, qadın namaz-

ları üçün gündəlik bir qüsl verməlidir. Həmçinin qabaqkı məsələdə deyildiyi 

kimi, qəlilə istihazəsi olan qadının da vəzifəsinə  əməl etsin. Buna əsasən, 

əgər istihazə sübh namazından  əvvəl, yaxud həmin anda baş verərsə, sübh 

namazı üçün qüsl etməlidir.  Əgər qəsdən və ya unutqanlıq üzündən sübh 

namazı üçün qüsl etməsə, zöhr və  əsr namazları üçün qüsl etməlidir.  Əgər 

zöhr və əsr namazları üçün qüsl etməsə, şam və xiftən namazlarından əvvəl 

qüsl etməlidir, istər qan gəlsin, istərsə də kəsilsin. 



Məsələ 393:  Kəsirə istihazədə vacib ehtiyata əsasən, qadın hər namaz 

üçün pambıq və  dəsmalı ya dəyişməli, ya da suya çəkməli, bir qüsl sübh 

namazı üçün, bir qüsl zöhr və əsr namazları üçün, bir qüsl də şam və xiftən 

namazları üçün yerinə yetirməlidir. Zöhr və  əsr,  şam və xiftən namazları 

arasında fasilə verməməlidir.  Əgər fasilə verərsə,  əsr və xiftən namazları 

üçün ikinci dəfə qüsl etməlidir. Bütün bunlar qanın ardıcıl olaraq pambıqdan 

dəsmala yetişdiyi hal üçündür. Amma qan pambıqdan dəsmala bir qədər fa-

silə ilə yetişsə, qadın o fasilədə bir namaz, ya daha çox namaz qıla bilərsə, 

vacib ehtiyata əsasən, hər zaman qan pambıqdan dəsmala yetişsə, pambıq və 

dəsmalı ya dəyişsin, ya da suya çəksin və qüsl etsin. Beləliklə,  əgər qadın 

qüsl edərsə və məsələn, zöhr namazını qılarsa, amma əsr namazını qılmamış-

dan qabaq və ya namaz əsnasında qan yenidən pambıqdan dəsmala yetişərsə, 

əsr namazı üçün də qüsl etməlidir. Amma fasilə iki və ya daha artıq namaz 

qıla biləcək miqdarda olarsa, məsələn, qan ikinci dəfə pambıqdan dəsmala 

yetişməzdən əvvəl şam və xiftən namazlarını da qıla bilsə, həmin namazlar 

üçün əlavə qüsl etmək lazım deyildir və hər bir surətdə kəsirə istihazədə qüsl 

dəstəmaz əvəzinə kifayətdir. 

Məsələ 394: Əgər istihazə qanı namaz vaxtından  əvvəl gəlmişdirsə  və 

qadın o qan üçün dəstəmaz almamış və ya qüsl etməmişdirsə, namaz vaxtı 

müstəhazə olmasa da belə, dəstəmaz almalı və ya qüsl etməlidir. 



Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə