Microsoft Word risale1-22. 01. 2013. doc



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə16/181
tarix30.10.2018
ölçüsü2,57 Mb.
#76141
1   ...   12   13   14   15   16   17   18   19   ...   181

 

40

də belə, aradan qaldırıldığına və ya suyun onun altına yetişdiyinə əmin olun-



caya qədər o üzvü sürtməlidir. 

Məsələ 293: Əgər yuyulması  və ya məsh edilməsi lazım olan bir yer 

çirkli olarsa, amma suyun bədənə yetişməsinə mane olmazsa, eybi yoxdur. 

Eyni zamanda gəc düzəltmə və bu kimi işlərdən sonra əlin üstündə qalan və 

suyun dəriyə yetişməsinə mane olmayan ləkələrin də eybi yoxdur. Amma 

onların olduğu təqdirdə suyun bədənə yetişib-yetişməməsinə  şəkk edərsə, 

onları aradan qaldırmalıdır. 



Məsələ 294: Dəsətəmazdan əvvəl dəstəmaz üzvlərindən bəzisində suyun 

dəriyə yetişməsinə mane olan bir şeyin olduğunu bilərsə və dəstəmaz aldıq-

dan sonra dəstəmaz alarkən suyu ora çatdırıb-çatdırmadığına  şəkk edərsə, 

dəstəmazı düzgündür. 



Məsələ 295: Əgər dəstəmaz üzvlərindən bəzisində suyun bəzən onun 

altına toxunduğu, bəzən də keçmədiyi bir maneə olarsa və insan dəstəmaz 

aldıqdan sonra suyun onun altına keçib-keçmədiyinə  şəkk edərsə, bu halda 

dəstəmaz alarkən suyun onun altına toxunduğuna diqqət olmadığını bilirsə, 

müstəhəb ehtiyata əsasən, yenidən dəstəmaz almalıdır. 

Məsələ 296: Əgər dəstəmazdan sonra dəstəmaz üzvlərində suyun dəriyə 

toxunmasının qarşısını alan maneə görsə və onun dəstəmaz alanda mövcud 

olduğunu, yoxsa sonradan meydana gəldiyini bilməsə, dəstəmazı düzgündür. 

Amma dəstəmaz alarkən o maneədən xəbərdar olmadığını bilərsə, yenidən 

dəstəmaz alması müstəhəb ehtiyatdır. 

Dəstəmazın hökmləri 

Məsələ 297: Suyun pak olması və qəsbi olmaması kimi dəstəmazın əməl-

ləri və şərtlərində çox şəkk edən şəxs, öz şəkkinə əhəmiyyət verməməlidir. 



Məsələ 298: Dəstəmazının batil olub-olmadığına şəkk edən şəxs, dəstə-

mazın batil olmadığını əsas götürməlidir. Amma sidiyə çıxdıqdan sonra is-

tibra etməmiş dəstəmaz alarsa və dəstəmazdan sonra ondan sidik olub-olma-

dığını bilmədiyi bir rütubət xaric olarsa, dəstəmazı batildir. 



Məsələ 299: Bir şəxs dəstəmaz alıb-almadığına  şəkk edərsə, dəstəmaz 

almalıdır. 



Məsələ 300: Dəstəmaz almasını bilən şəxsdən bir hədəs baş verərsə, mə-

sələn, sidiyə  çıxarsa, hansının  əvvəl olduğunu bilməsə, belə ki, namazdan 

əvvəl olarsa gərək dəstəmaz alsın.  Əgər namaz əsnasında olarsa, gərək na-

mazı tərk edib dəstəmaz alsın. Əgər namazdan sonra olsa, qıldığı namaz düz-

gündür və sonrakı namazlar üçün dəstəmaz almalıdır. 

Məsələ 301: Dəstəmaz aldıqdan sonra və ya dəstəmaz aldığı zaman dəs-

təmazın bəzi üzvlərini yumadığını və ya məsh çəkmədiyini yəqin edən şəxs, 

əgər çox vaxt keçdiyindən o yerdən qabaqkı yerlərin rütubəti qurumuşsa, ye-



 

41

nidən dəstəmaz almalıdır. Amma qurumamış olsa və ya havanın istiliyi və bu 



kimi bir səbəb üzündən qurumuş olsa, yadından çıxardığı və ondan sonrakı 

yerləri yumalı  və  məsh çəkməlidir. Dəstəmaz  əsnasında bir yerin yuyul-

masına və ya məsh çəkilməsinə şəkk edərsə, yenə də bu qaydaya əməl etmə-

lidir. 


Məsələ 302: Əgər namazdan sonra dəstəmaz alıb-almamasına şəkk edər-

sə, namazı düzgündür, lakin sonrakı namazlar üçün dəstəmaz almalıdır.  



Məsələ 303: Əgər namaz əsnasında dəstəmaz alıb-almadığına şəkk edər-

sə, vacib ehtiyata əsasən, dəstəmaz alıb yenidən namaz qılmalıdır. 



Məsələ 304:  Əgər namazdan sonra dəstəmazının batil olduğunu bilsə, 

amma namazdan əvvəlmi, yoxsa sonramı batil olduğuna şəkk edərsə, qıldığı 

namaz düzgündür. 

Məsələ 305: İnsandan xəstəlik üzündən damla-damla sidik gələrsə və ya 

qaitin çıxmasının qarşısını ala bilmirsə, bu halda əgər namaz vaxtının əvvə-

lindən sonuna qədər olan müddət ərzində dəstəmaz alıb namaz qıla biləcək 

miqdarda fürsət tapacağına yəqini varsa, namazı fürsət tapacağı vaxtda qıl-

malıdır. Əgər fürsəti yalnız namazın vacibinə yetəcək qədər olsa, fürsət ta-

pan kimi namazın yalnız vaciblərini yerinə yetirməli, azan, iqamə və qunut 

kimi müstəhəb əməlləri tərk etməlidir. 

Məsələ 306: Əgər dəstəmaz və namazın bir hissəsinə yetəcək qədər bir 

fürsət taparsa və namaz əsnasında bir və ya bir neçə dəfə ondan sidik və ya 

nəcis xaric olarsa, vacib ehtiyata əsasən, bu fürsət müddətində dəstəmaz alıb 

namaz qılmalıdır. Namaz əsnasında xaric olan sidik və qaitə görə dəstəmazı-

nı yeniləməsi lazım deyildir.  

Məsələ 307: Dəstəmaz və namazın bir hissəsi üçün belə fürsət olmaya-

caq  şəkildə sidik və ya qaiti ardıcıl xaric olan şəxsin bir neçə namaz üçün 

dəstəmaz alması kifayətdir; lakin bir şərtlə ki, yuxu kimi dəstəmazı pozan 

başqa bir səbəb ondan baş verməsin, yaxud sidik və qait təbii şəkildə xaric 

olsun. Amma hər namaz üçün bir dəstəmaz alması daha yaxşıdır. Lakin unu-

dulmuş səcdə və təşəhhüdün qəzası ilə ehtiyat namazı üçün ayrı bir dəstəmaz 

alması lazım deyil.  

Məsələ 308: Əgər bir şəxsdən sidik və ya qait ardıcıl olaraq çıxarsa, dəs-

tamazdan sonra dərhal namaz qılması lazım (vacib) deyil; amma daha yaxşı 

olar ki, dərhal qılsın. 

Məsələ 309: Əgər bir şəxsdən sidik və ya qait ardıcıl olaraq xaric olarsa, 

namazdan başqa vaxtda olsa belə, dəstəmaz aldıqdan sonra Qurani–Kərimin 

yazılarına toxunması caizdir. 

Məsələ 310: Sidiyi damla-damla tökülən şəxs, namaz əsnasında içərisin-

də pambıq və ya başqa bir şey olub sidiyinin başqa yerlərə toxunmasının qar-

şısını alan bir kisə ilə özünü qorumalıdır. Vacib ehtiyata əsasən, namazdan 

əvvəl nəcislənmiş sidik çıxacağını suya çəksin. Eyni zamanda qaitin çıxma-

sının qarşısını ala bilməyən şəxs, mümkün olduğu təqdirdə namaz müddətin-



Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə