Microsoft Word risale1-22. 01. 2013. doc



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə17/181
tarix30.10.2018
ölçüsü2,57 Mb.
#76141
1   ...   13   14   15   16   17   18   19   20   ...   181

 

42

də qaitin başqa yerlərə sirayət etməsinin qarşısını almalıdır. Vacib ehtiyata 



əsasən, əgər əziyyəti yoxdursa, hər namaz üçün qaitin çıxacağını yusun. 

Məsələ 311: Sidik və ya qaitin çıxmasının qarşısını ala bilməyən  şəxs 

mümkün olduğu təqdirdə namaz müddətində sidik və ya qaitin çıxmasının 

qarşısını almalıdır. Yaxşı olar ki, xərc tələb etsə də, sidik və qaitin çıxması-

nın qarşısını alsın. Hətta əgər onun xəstəliyi asanlıqla müalicə olunarsa, yax-

şı olar ki, özünü müalicə etdirsin. 

Məsələ 312: Sidik və ya qaitin çıxmasının qarşısını ala bilməyən şəxs, 

xəstəlik ərəfəsində vəzifəsinə uyğun olaraq qılmış olduğu namazlarını sağal-

dıqdan sonra qəza etməsi vacib deyil. Amma namazın vaxtı ötməmiş sağa-

larsa, vacib ehtiyata əsasən, həmin vaxtda qıldığı namazı yenidən qılmalıdır. 



Məsələ 313: Əgər bir şəxs xəstəlik səbəbindən bağırsaq yelinin qarşısını ala 

bilmirsə, sidik və ya qaitin qarşısını ala bilməyənlərin vəzifəsinə əməl etməlidir. 



Dəstəmaz alınması vacib olan əməllər 

Məsələ 314: Altı halda dəstəmaz almaq vacibdir: 

1. Meyit namazından başqa vacib namazlar üçün; müstəhəb namazlarda 

isə dəstəmaz namazın düzgün olması üçün şərtdir. 



2. Əgər şəxs, namaz arasında sidiyə çıxmaq kimi dəstəmazı pozan hədəs 

edərsə, unudulmuş  səcdə  və ya təşəhhüd üçün dəstəmaz almalıdır. Amma 

səhv səcdəsi üçün dəstəmaz almaq vacib deyil.  

3. Həcc və ümrə kimi əməllərindən olan Kəbə evinin vacib təvafı üçün. 

4. Dəstəmaz alacağına dair nəzir və əhd etmiş və yaxud and içmişdirsə. 

5. Məsələn, Qurani–Kərimi öpəcəyini nəzir etmişdirsə. 

6. Nəcisə bulaşmış Qurani–Kərimi suya çəkib paklamaq və ya tualet və bu 

kimi yerlərdən çıxarmaq üçün əlini və ya bədəninin başqa yerini Qurani–Kəri-

min yazısına vurmağa məcbur olarsa; amma əgər dəstəmaz almaq müddəti qə-

dər Qurani–Kərimə hörmətsizlik olarsa, dəstəmaz almadan onu tualet və bu ki-

mi yerlərdən çıxarmalı və ya nəcisə bulaşıbsa suya çəkərək paklamalıdır. 

Məsələ 315: Qurani–Kərimin yazısına toxunmaq, yəni bədənin hər hansı 

bir yerini Qurani–Kərimin xəttinə vurmaq dəstəmazsız şəxsə haramdır. Am-

ma başqa dillərə  tərcümə edilmiş Qurani–Kərimə  dəstəmazsız toxunmağın 

eybi yoxdur. 



Məsələ 316: Uşaqların və dəlilərin Qurani–Kərimin xəttinə toxunması-

nın qarşısını almaq vacib deyildir. Amma onların toxunması Qurani–Kərimə 

hörmətsizlik sayılarsa, qarşısı alınmalıdır. 

Məsələ 317: Dəstəmazı olmayan şəxsin hansı dildə yazıldığından asılı 

olmayaraq, Allah-taalanın adına və Onun sifətlərini bildirən sözlərə toxun-

ması vacib ehtiyata əsasən, haramdır. Yaxşı olar ki, həzrət Məhəmməd(s), 



 

43

məsum imamların(ə) və xanım Fatimeyi-Zəhranın(ə) mübarək adlarına da 



dəstəmazsız toxunmasın. 

Məsələ 318:  Dəstəmaz nə vaxt alınmasından asılı olmayaraq, yalnız 

“qürbət” (Allaha yaxınlaşmaq) məqsədilə alınarsa, düzgün sayılır. Bu zaman 

vacib və ya müstəhəb niyyəti etmək də vacib deyil, hətta səhvən vacib niyyə-

ti edərsə və sonradan vacib olmaması məlum olarsa, dəstəmaz düzgündür. 



Məsələ 319: Vaxtın yetişdiyinə  yəqin edən  şəxs,  əgər vacib dəstəmaz 

niyyəti ilə dəstəmaz alsa və sonra vaxtın yetişmədiyini anlayarsa, dəstəmazı 

düzgündür. 

Məsələ 320: Dəstəmazı olan şəxsin hər namaz üçün yenidən dəstəmaz al-

ması müstəhəbdir. Bəzi fəqihlər buyurmuşlar ki, meyit namazı qılmaq, qəbiris-

tan əhlini ziyarət etmək, məscidə və imamların(ə) “hərəm”inə getmək, yanında 

Qurani–Kərim gəzdirmək, onu oxumaq və yazmaq, onun haşiyəsinə toxunmaq, 

eləcə  də yatmaq üçün dəstəmaz almaq müstəhəbdir. Amma bu işlər üçün 

dəstəmaz almağın müstəhəb olması sübuta yetməyib. Lakin müstəhəb olması 

ehtimalı ilə dəstəmaz alarsa, düzgündür və bu dəstəmazla yerinə yetirilən hər bir 

əməli icra edə bilər; misal üçün, həmin dəstəmazla namaz qıla bilər. 



Dəstəmazı batil edən əməllər 

Məsələ 321: Yeddi əməl dəstəmazı batil edir: 

1. Sidiyə getmək; zahirən insandan, sidiyə gedəndən sonra və istibra 

etməmişdən əvvəl xaric olan rütubət də sidik hökmündədir. 



2. Qaitə çıxmaq. 

3. Qaitin çıxacağından xaric olan mədə və bağırsaq yelinin çıxması. 

4. Gözün görmədiyi, qulağın eşitmədiyi yuxu halı; amma gözün görmə-

yib, qulağın eşitdiyi hal, dəstəmazı batil etməz. 



5. Ağılı aradan aparan dəlilik, məstlik, ürəkkeçmə və s. hallar. 

6. Az sonra açıqlanacağı kimi, qadınların istihazə halları. 

7. Cənabətli olmaq, hətta müstəhəb ehtiyata əsasən, qüslü vacib edən hər 

bir iş dəstəmazı batil edir. 



Cəbirə dəstəmazının hökmləri 

Yara və sınığa bağlanan sarğı, həmçinin yara və bu kimi yerlərin üzərinə 

qoyulan dərmanlar “cəbirə” adlanır. 

Məsələ 322: Əgər dəstəmaz yerinin birində yara, çiban və ya sınıq olar-

sa, belə ki, onların üstü açıq olduqda, su zərər yetirməzsə, adi halda dəstə-

maz almaq lazımdır. 

Məsələ 323: Əgər yara, çiban və ya sınıq üzdə və əllərdə olarsa, onun 

üstü açıq olsa və onun üstünə su tökməyin zərəri varsa, yara və çibanın ətrafı 




 

44

dəstəmazda deyildiyi kimi yuxarıdan aşağıya yuyulmalıdır. Yaxşı olar ki, 



əlin suyunu yaranın üzərinə  çəkməyin zərəri yoxdursa, əlin suyunu onun 

üzərinə çəksin, sonra yaranın üzərinə pak parça qoysun və əlin suyunu parça-

nın üzərinə də çəksin. Amma sınıqda təyəmmüm etmək lazımdır. 

Məsələ 324: Əgər yara, çiban və  sınıq başın qabaq hissəsində, yaxud 

ayaqların üzərindədirsə və onun üstü açıqdırsa, belə ki, ona məsh çəkə bilmə-

sə, məsələn, yara məsh yerini tamamilə örtmüşdürsə və ya sağlam olan yerlərə 

də  məsh çəkmək imkanı yoxdursa, bu surətdə  təyəmmüm etmək lazımdır. 

Həmçinin dəstəmaz alıb məsh yerinin üzərinə pak bir parça qoyaraq, əlində 

olan dəstəmaz suyunun nəmliyi ilə onun məsh çəkməsi müstəhəb ehtiyatdır. 



Məsələ 325:  Əgər çiban, yara və  sınığın üstü bağlı olarsa, onu açmaq 

əziyyətsiz mümkündürsə  və suyun da ona zərəri yoxdursa, onu açıb dəstə-

maz almalıdır, istər yara və bu kimi maneələr üzdə və əllərdə olsun, istərsə 

də başın qabaq hissəsində və ayaqların üzərində. 



Məsələ 326: Əgər üstü bağlı yara, çiban və ya sınıq üzdə və əllərdə olar-

sa, onu açıb üzərinə su tökməyin zərəri varsa, ətrafının mümkün olan miqda-

rını yumalı və vacib ehtiyata əsasən, cəbirənin üzərinə məsh çəkməlidir. 

Məsələ 327: Əgər yaranın üstünü açmaq mümkün olmasa, amma yara və 

onun üzərinə qoyulan sarğı pak olsa, suyun yaraya çatdırılması mümkündür-

sə və zərəri də yoxdursa, suyu yuxarıdan aşağıya doğru yaranın üzərinə çat-

dırmaq lazımdır. Əgər yara və ya onun üzərinə qoyulan sarğı nəcis olarsa, la-

kin onu suya çəkmək və suyu yaraya çatdırmaq mümkün olarsa, onu suya 

çəkməli və dəstəmaz alarkən suyu yaraya çatdırmalıdır. Yaraya zərəri olma-

dığı təqdirdə də, onu suya çəkmək mümkün olmasa, yaxud açılması çətinliyə 

və ya zərərə səbəb olarsa, təyəmmüm etməlidir. 



Məsələ 328: Əgər cəbirə, dəstəmazın bəzi üzvlərinin hər yerini örtmüş-

dürsə, cəbirə  dəstəmazı kifayətdir. Amma dəstəmaz üzvlərinin hamısını  və 

ya çoxunu örtmüşdürsə, ehtiyata əsasən, təyəmmüm etməli və cəbirə dəstə-

mazı da almalıdır. 



Məsələ 329: Cəbirənin namaz qılınması düzgün olan əşyalardan olması 

lazım deyil, hətta ipəkdən və ya əti yeyilməsi caiz olmayan heyvanın üzvlə-

rindən olsa belə, onun üzərinə məsh çəkmək olar. 

Məsələ 330:  Əlinin içində  və barmaqlarında cəbirə olan və  dəstəmaz 

aldığı zaman rütubətli  əlini onun üstünə  çəkən  şəxs baş  və ayaqlarına da 

həmin rütubətlə məsh çəksin. 

Məsələ 331: Cəbirə ayağın üzərinin hamısını eninə əhatə etdiyi halda, bar-

maq tərəfindən və ayağın üst tərəfindən bir qədər açıq qalmışsa, açıq olan yerlərdə 

ayağın üzərinə və cəbirə olan yerlərdə cəbirənin üzərinə məsh çəkməlidir. 

Məsələ 332:  Əgər üzdə  və ya əllərdə bir neçə  cəbirə varsa, onların 

arasını yumaq lazımdır və əgər cəbirələr başda və ya ayaqların üzərindədirsə, 

onların arasına məsh çəkməli, cəbirə yerlərində isə  cəbirə göstərişinə  əməl 

etməlidir. 




Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə