Microsoft Word risale1-22. 01. 2013. doc



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə19/181
tarix30.10.2018
ölçüsü2,57 Mb.
#76141
1   ...   15   16   17   18   19   20   21   22   ...   181

 

47

rütubət olduğunu bilmədiyi bir yaşlıq xaric olarsa, həmin yaşlıq sperma hök-



mündədir. 

Məsələ 347: Əgər insan qadınla cima etsə və sünnət yeri (dəllək kəsən 

yer) miqdarında və ya ondan çox yaxınlıq olarsa, istər qabaqdan olsun, istər-

sə də arxadan, istər yetkinlik yaşına çatmış olsun, istərsə də olmasın, sperma 

xaric olmasa da, hər ikisi cənabətli olar. 



Məsələ 348: Sünnət miqdarında yaxınlıq edib-etmədiyinə  şəkk edən 

şəxsin qüsl etməsi vacib deyildir. 



Məsələ 349:  İnsanın heyvanla yaxınlıq etməsi qəti  şəkildə haramdır. 

Lakin (Allah eləməmiş) insan bu işi görsə və ondan sperma xaric olsa, tövbə 

etdikdən sonra yalnız qüsl etməsi kifayətdir.  Əgər sperma xaric olmasa, 

yaxınlıqdan  əvvəl onun dəstəmazı var idisə, yenə  də  təkcə qüsl kifayətdir. 

Amma dəstəmazlı olmayıbsa, vacib ehtiyata əsasən, həm qüsl etməli, həm də 

dəstəmaz almalıdır. Həmçinin Allah eləməmiş, kişi və ya oğlan uşağı ilə ya-

xınlıq (livat) edənin də hökmü belədir. 

Məsələ 350: Əgər sperma öz yerindən hərəkət edib xaric olmasa və ya 

insan onun xaric olub-olmadığına şəkk edərsə, ona qüsl etmək vacib deyildir. 



Məsələ 351: Qüsl edə bilməyən, amma təyəmmüm etməsi mümkün olan 

şəxs, namaz vaxtı daxil olduqdan sonra da həyat yoldaşı ilə yaxınlıq edə bilər. 



Məsələ 352: Əgər bir şəxs paltarında sperma görüb onun özündən oldu-

ğunu bilərsə və ondan ötrü qüsl etməyibsə, qüsl etməlidir. Sperma çıxandan 

sonra qıldığına  əmin olduğu namazları da qəza etməlidir. Amma sperma 

çıxandan əvvəl qıldığına ehtimal etdiyi namazları qəza etməsi lazım deyil. 



Cənabətli şəxsə haram olan əməllər 

Məsələ 353: Beş əməl cənabətli şəxsə haramdır: 

1. Bədənin bir yerini Qurani–Kərimin xəttinə və ya Allahın adına – hansı 

dildə olmasından asılı olmayaraq – toxundurmaq. Yaxşı olar ki, peyğəmbər-

lərin(ə), imamların(ə) və xanım Zəhranın(ə) adlarına da toxundurmasın.  

2. “Məscidul-Həram”-a və Peyğəmbər(s) məscidinə daxil olmaq; bir qa-

pıdan daxil olub, digər qapıdan çıxsa belə. 



3. Yuxarıda qeyd olunan iki məsciddən başqa bütün məscidlərdə və va-

cib ehtiyata əsasən, imamların(ə) hərəmlərində dayanmaq. Amma məscidin 

bir qapısından daxil olub, digər qapısından çıxacağı halda eybi yoxdur. 

4. Vacib ehtiyata əsasən, bir əşyanı  məscidə qoymaq, ya da bir əşyanı 

məsciddən götürmək üçün daxil olmaq. 



5. Vacib səcdəsi olan ayələrin hər hansı birini oxumaq. Onlar bu dörd 

surədədir: 1) Otuz ikinci surə olan “Səcdə” surəsi, 2) Qırx birinci surə olan 

Fussilət” surəsi, 3) Əlli üçüncü surə olan “Nəcm” surəsi, 4) Doxsan altıncı 

surə olan “Ələq” surəsi. 




 

48

Cənabətli şəxsə məkruh olan əməllər 



Məsələ 354: Cənabətli şəxsə doqquz əməl məkruhdur: 

1-2.  Yemək və içmək. Lakin əllərini və ya üzünü yuyarsa və məzməzə 

edərsə (ağızı su ilə yaxalayarsa) məkruh deyildir. Əgər yalnız əllərini yuyar-

sa, məkruhluq azalar. 

3. Qurani–Kərimin vacib səcdəsi olmayan surələrindən yeddi ayədən 

artıq oxumaq. 



4.  Bədənin hər hansı bir yerini Qurani–Kərimin cildinə, haşiyəsinə  və 

xəttinin arasına toxundurmaq. 



5. Qurani–Kərimi üstdə gəzdirmək. 

6. Yatmaq; amma dəstəmaz alarsa, yaxud suyun olmadığına görə qüsl 

əvəzinə təyəmmüm edərsə, məkruh deyil. 



7. Xına və bu kimi boyaq maddələrindən istifadə etmək. 

8. Bədənə yağ çəkmək.  

9. Yuxu halında sperma xaric olduqdan sonra cinsi əlaqədə olmaq. 

Cənabət qüslü 

Məsələ 355: Vacib namazı qılmaq və bu kimi işlərin icrası üçün cənabət 

qüslü etmək vacibdir. Amma meyit namazı, səhv səcdəsi, şükür səcdəsi və 

Qurani–Kərimin vacib səcdələrini icra etmək üçün cənabət qüslü vacib de-

yildir. 


Məsələ 356: Qüsl edərkən “vacib qüsl” niyyəti etmək lazım deyil. Yal-

nız “qürbət” niyyəti ilə, yəni, Allahın dərgahında bəndəçilik və Onun əmrini 

yerinə yetirməkdən ötrü qüsl etmək kifayətdir. 

Məsələ 357: Namaz vaxtının daxil olduğuna əmin olub, vacib qüsl niy-

yəti ilə qüsl edərsə və sonra namaz vaxtından əvvəl qüsl etdiyini bilərsə, qüs-

lü düzgündür. 

Məsələ 358:  Cənanbət qüslünü iki şəkildə icra etmək olar; “tərtibi” və 

“irtimasi”. 



Tərtibi qüslü 

Məsələ 359: Tərtibi qüsldə, vacib ehtiyata əsasən, qüsl niyyəti ilə əvvəl-

cə baş və boyun, sonra isə bədən yuyulmalıdır. Yaxşı olar ki, əvvəl bədənin 

sağ tərəfi, sonra isə sol tərəfi yuyulsun. Tərtibi qüslün gerçəkləşməsində, su-

yun altında qüsl niyyəti ilə üç üzvə hərəkət vermək mübahisəlidir və ehtiyat 

edib bununla kifayətlənməməlidir.  Əgər qəsdən bədənini, baş  və boyunun 

bütünlüklə yuyulması bitməzdən  əvvəl yuyarsa, ehtiyata əsasən, qüslü ba-

tildir. 



 

49

Məsələ 360:  Bədən başdan  əvvəl yuyularsa, yenidən qüsl etmək vacib 

deyildir və əgər bədən ikinci dəfə yuyularsa, qüslü düzgündür. 

Məsələ 361: Əgər baş və boyunla bədəni tamamilə yuduğuna yəqini ol-

masa, buna əmin olması üçün hər bir hissəni yuyarkən əvvəlki hissədən də 

bir miqdarı onunla birlikdə yumalıdır.  

Məsələ 362: Əgər qüsldən sonra bədəninin bir yerini yumadığını bilib, 

amma hansı yer olduğunu bilməsə, başının yenidən yuması lazım deyil, yal-

nız bədəninin yumadığına ehtimal verdiyi yerini yumalıdır.  

Məsələ 363: Əgər qüsldən sonra bədəninin bir miqdarının yuyulmadığı-

nı bilsə, yuyulmayan yer sol tərəfdirsə, həmin miqdarı yumaq kifayətdir. 

Əgər sağ tərəfdirsə, müstəhəb ehtiyata əsasən, həmin miqdarı yuduqdan son-

ra sol tərəfi yenidən yusun. Amma yuyulmayan yer baş və boyundursa, vacib 

ehtiyata əsasən, həmin miqdarı yuduqan sonra bədənini yenidən yumalıdır. 

Məsələ 364: Əgər qüsl bitməzdən əvvəl sol və ya sağ tərəfin bir miqda-

rının yuyulub-yuyulmamasına şəkk edərsə, həmin miqdarı yuması lazımdır. 

Amma əgər baş və boyunun bir miqdarının yuyulmasına şəkk edərsə, vacib 

ehtiyata əsasən, həmin miqdarı yuduqdan sonra bədənini yenidən yumalıdır. 



İrtimasi qüsl 

İrtimasi qüsl iki şəkildə – bir dəfəyə və tədrici olaraq yerinə yetirilir. 



Məsələ 365: Bir dəfəyə olan irtimasi qüsldə su bədənin hamısını bir an-

da əhatə etməlidir, amma qüslə başlamazdan əvvəl bədənin hamısının sudan 

xaricdə olması şərt deyildir.  

Məsələ 366: Tədrici olaraq edilən irtimasi qüsldə, bədəni ürfi birliyi qo-

rumaq  şərti ilə yavaş-yavaş suya batırmalıdır. Belə irtimasi qüsldə, qüslə 

başlamazdan əvvəl hər üzvün sudan xaricdə olması lazımdır. 

Məsələ 367: İrtimasi qüsldən sonra bədənin bir miqdarına suyun dəymə-

diyini bilərsə, istər onun yerini bilsin, istərsə də bilməsin, yenidən qüsl etmə-

lidir. 

Məsələ 368:  Əgər tərtibi qüslə vaxtı olmasa, amma irtimasi qüsl üçün 

vaxtı varsa, irtimasi qüsl etməlidir. 



Məsələ 369: Həcc və ya ümrə üçün “ehram” bağlayan şəxs irtimasi qüsl 

verə bilməz, amma əgər unudaraq irtimasi qüsl verərsə, qüslü düzgündür. 



Qüsl verməyin hökmləri 

Məsələ 370: İrtimasi və tərtibi qüsldə bədənin qüsldən əvvəl tamamilə 

pak olması lazım deyil, hətta qüsl niyyəti ilə suya baş vurmaq yaxud suyu 

bədənə axıtmaqla bədən pak olarsa, qüsl gerçəkləşir. Bu şərtlə ki, qüsl 

verdiyi su pak olmalıdır, məsələn, kür su ilə qüsl etməlidir. 




Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə