Microsoft Word risale1-22. 01. 2013. doc



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə27/181
tarix30.10.2018
ölçüsü2,57 Mb.
#76141
1   ...   23   24   25   26   27   28   29   30   ...   181

 

65

qan on gündən artıq, yaxud üç gündən az olsa, bəzisi qohumlarının adətini 



özü üçün heyz qərar verməlidir; istər ata tərəfindən olsun, istərsə  də ana 

tərəfindən; istər diri olsun, istərsə də ölü, amma iki şərtlə: 



1. Adət miqdarının öz heyz miqdarı ilə zidd olduğunu bilməsin; məsələn, 

özü cavan, sağlam olsa və adətini özü üçün heyz qərar verdiyi qadın isə yaisə 

yaşına yaxın olsun ki, adətən onun adət miqdarı az olur. Bu halın əksi də be-

lədir və “naqis” adəti olan qadın kimidir ki, bunun mənası və hökmü az son-

ra qeyd olunacaq. 

2.  Adət miqdarının birinci şərtdə olduğu kimi digər qohumlarının adət 

miqdarı ilə fərqli olduğunu bilməsin; amma fərq hesab olunmayacaq dərəcə-

də az olsa, eybi yoxdur. Həmçinin “vəqtiyyə” adəti olan qadın adət vaxtında 

əsla qan görməsə  və bu vaxtdan başqa on gündən artıq qan görsə, heyzin 

miqdarını da əlamətindən ayırd edə bilməsə, həmin hökmü daşıyır. 

Məsələ 479: “Vəqtiyyə” adəti olan qadın heyzi öz adət vaxtından kənar-

da qərar verə bilməz. Demək, əgər onun adətinin başlanğıc vaxtı məlum olsa, 

məsələn, hər ayın birinci günü qan görsə və bəzən beşinci gün, altıncı gün 

pak olsa, bir ay on iki gün qan gördüyü və heyzin əlaməti ilə onun sayını 

müəyyən edə bilmədiyi təqdirdə, ayın birinci gününü heyz hesab etsin və 

onun sayında ötən məsələdə qeyd edilən hökmə müraciət etsin. Əgər onun 

adətinin ortası və yaxud sonu məlum olsa, on gündən artıq qan gördüyü təq-

dirdə, sayını onun ortası ilə sonu adət vaxtına müvafiq bir şəkildə qərar ver-

məlidir. 

Məsələ 480: “Vəqtiyyə” adəti olan qadın on gündən çox qan görsə  və 

479-cı məsələdə açıqlanan hökmə əsasən, onu müəyyən edə bilməsə, üç gün-

dən on günə  qədər heyz miqdarı ilə uyğun gördüyü hər hansı bir miqdarı 

heyz qəbul etmək xüsusunda ixtiyar sahibidir. Yaxşı olar ki, onu özünə mü-

nasib gördüyü təqdirdə, yeddi günü heyz müddəti təyin etsin. Əlbəttə, ötən 

məsələdə qeyd edildiyi kimi, heyz təyin etdiyi günlərinin sayı adət vaxtı ilə 

uyğun olmamalıdır. 

 

3. “Ədədiyyə” adəti olan qadın 

“Ədədiyyə” adəti olan qadınlar iki qrupa bölünürlər: 

1. Heyz günlərinin sayı iki ay ardıcıl eyni olan, amma qan gördüyü vaxt 

eyni olmayan qadın; bu qadının qan gördüyü gün hər nə qədərdirsə bu onun 

heyz adəti sayılır. Məsələn, birinci ayın birinci günündən beşinci gününə qə-

dər, ikinci ayın isə on birinci günündən on beşinci gününə qədər qan görərsə, 

onun adəti beş gün olar. 

2. İki ay ardıcıl üç gün, yaxud ondan çox qan görüb, bir gün və yaxud 

ondan çox gün paklandıqdan sonra yenidən qan görən, lakin birinci və ikinci 

ayda qangörmə vaxtı fərqli olan qadın; bu xüsusda əgər qan gördüyü günlə-

rin sayı ilə arada qan kəsildiyi günlərin sayı birgə on gündən çox olmasa və 




 

66

qan gördüyü günlərin sayı da eyni olsa, bütün qan gördüyü günlər heyz adəti 



olar. Amma pak olduğu günlərdə ehtiyata əsasən, pak olan qadına vacib olan 

əməlləri icra edib, haiz qadına haram olan işlərdən də çəkinməlidir. Məsələn, 

birinci ayın birinci günündən üçüncü gününə  qədər qan görüb iki gün pak 

olsa və yenidən üç gün qan görsə, ikinci ayın da on birindən on üçünə qədər 

qan görüb iki gün pak olsa və yenidən üç gün qan görsə, onun adəti altı gün-

dür. Amma bir ayda, məsələn, səkkiz gün qan görsə və ikinci ayda dörd gün 

qan görüb paklanarsa, sonra yenidən qan görsə və qan gördüyü bütün günlər 

arada pak olduğu günlərlə birgə səkkiz gün olsa, bu qadın “ədədiyyə” adəti-

nə sahib deyil, əksinə hökmü sonradan qeyd ediləcək “müztəribə” hesab 

olunar. 


Məsələ 481: “Ədədiyyə” adəti olan qadın öz adət sayından az və yaxud 

çox qan görərsə və müddəti on gündən çox olmasa, onun hamısını heyz he-

sab etməlidir. Amma öz adətinin sayından çox qan görsə və bu müddət on 

gündən çox olsa, gördüyü bütün qanlar eyni şəkildə olduğu təqdirdə, qan 

gördüyü andan etibarən adət günlərinin sayını heyz, qalanını isə istihazə he-

sab etməlidir.  Əgər qanın heyz əlaməti olan günləri onun adət günlərindən 

çox olsa, yalnız adət günlərinin miqdarı heyz, qalanı isə istihazədir. Əgər qa-

nın heyz əlaməti olan günlər onun adət günlərindən az olsa, o günləri üst-

üstə adət günlərinin sayının miqdarında olan bir neçə günlə birgə heyz, qala-

nını isə istihazə hesab etməlidir. 

 

4. “Müztəribə” 

Məsələ 482: “Müztəribə” – dedikdə, bir neçə ay qan görsə də – nə vaxtı, 

nə  də sayında – müəyyən adəti olmayan (adət günləri fərqli olan) qadın 

nəzərdə tutulur. Belə bir qadın on gündən çox qan görsə və gördüyü bütün 

qanlar eyni şəkildə olsa, yəni, onların hamısı heyz əlamətlərini yaxud istiha-

zə əlamətlərini daşısa, ehtiyata əsasən, bu qadın öz adət vaxtından kənar qan 

görüb, əlamətlə heyzi istihazədən ayırd edə bilməyən “vəqtiyyə” adəti olan 

qadının hökmündədir. Bu mümkün olmadığı təqdirdə, 479-cı və 481-ci mə-

sələdə qeyd edildiyi kimi, üç günlə on gün arasında bir neçə günü özü üçün 

heyz günü təyin etməlidir. 

Məsələ 483: Əgər “müztəribə” bir neçə günü heyz və bir neçə günü isti-

hazə əlamətini daşıdığı halda on gündən çox qan görsə, 479-cı məsələnin əv-

vəlində qeyd edilən göstərişə əməl etməlidir. 

 

 

 

5. “Mübtədiə”  

Məsələ 484: İlk dəfə qan görən qadına “mübtədiə” deyilir. O, əgər on 

gündən çox görsə və gördüyü bütün qanlar eyni şəkildə olsa, 479-cı məsələ-

də qeyd edilən iki şərtlə qohumlarından birinin adət günlərini özünə heyz



Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə