Microsoft Word risale1-22. 01. 2013. doc



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə28/181
tarix30.10.2018
ölçüsü2,57 Mb.
#76141
1   ...   24   25   26   27   28   29   30   31   ...   181

 

67

qalanını isə istihazə qərar verməlidir. Əgər bu mümkün olmasa, 481-ci məsə-



lədə izah olunan göstərişə əsasən, üç günlə on gün arasında olan bir neçə gü-

nü özünə heyz günləri təyin etməlidir. 



Məsələ 485: Əgər “mübtədiə” olan qadın bir neçə gün heyz və digər bir 

neçə gün istihazə əlamətinə malik olan on gündən çox qan görsə, heyz əla-

mətinə malik olan qan üç gündən az və on gündən çox olmadığı  təqdirdə, 

onun hamısı heyzdir. Amma heyz əlamətini malik olan qanın üzərindən on 

gün keçməmiş, yenidən heyz əlamətinə malik olan bir qan görsə, məsələn, 

beş gün qara qan, doqquz gün sarı qan və yenidən beş gün qara qan görsə, 

“müztəribə”də qeyd edildiyi kimi, birinci qanı heyz, qalan iki qanı isə istiha-

zə hesab etməlidir. 



Məsələ 486: “Mübtədiə” qadın on gündən çox qan görsə, ondan bir neçə 

günü heyz əlamətinə, digər neçə günü isə istihazə əlamətinə malik olsa, am-

ma heyz əlaməti olan qan üç gündən az, yaxud on gündən çox olsa, 479-cı 

məsələdə qeyd edilmiş göstərişə əməl etməlidir. 

 

6. “Nasiyə” 

Məsələ 487: “Nasiyə” – dedikdə, öz adətinin vaxtını, yaxud sayını ya da 

hər ikisini unudan qadın nəzərdə tutulur. Belə qadın üç gündən az, on gün-

dən çox olmayan bir qan görərsə, hamısı heyzdir. Amma on gündən çox 

olarsa, həmin qan bir neçə qismə bölünür: 



1.  “Vəqtiyyə” ya “ədədiyyə” yaxud hər iki adətə sahib olsun, amma öz 

adətini bütünlüklə unutsun; hətta ümumi olsa da onun vaxtını və yaxud sa-

yını yadına sala bilməsə, bu qadın yuxarıda qeyd olunan “mübtədiə” hök-

mündədir. 



2. “Vəqtiyyə” adəti olsun, istər “ədədiyyə” də olsun, istərsə də olmasın, 

amma öz adətinin vaxtından ümumi şəkildə bir şey xatırlasın; məsələn, filan 

günün onun adətinin bir hissəsi yaxud onun adət vaxtının ayın birinci yarı-

sında olduğunu bilsin. Belə qadın “mübtədiə” hökmünü daşıyır. Amma hey-

zin dəqiq  şəkildə adətinin bir günü olduğunu yaxud onun adəti ayın ikinci 

yarısında olduğunu bilsə, indi isə ayın əvvəlindən iyirmisinə qədər qan görsə 

– hətta heyzin əlamətlərini və ikinci ongünlük istihazənin əlamətlərini daşısa 

belə – öz adətini ayın ilk on gününü qərar verə bilməz. 



3.  “Ədədiyyə” adətinə sahib olub adətinin sayını unutsun; bu qadın da 

“mübtədiə” hökmündədir. Amma heyz qərar verdiyi sayı heyzin sayının on-

dan az olduğunu bildiyi bir saydan az qərar verə bilməz. Həmçinin adətinin 

sayının ondan çox olmadığı saydan çox qərar verə bilməz. 

Bu məsələnin bənzərini “naqis” ədədiyyə adətində  də riayət etmək la-

zımdır. Yəni, adət sayının iki ədəd üç gündən çox və on gündən az olan ara-

sında tərəddüd edən qadın, habelə hər ay altı gün ya yeddi gün qan görən bir 

qadın on gündən çox qan gördüyü zaman heyz əlamətlərini yaxud qohumla-




 

68

rından bəzisinin adətini  əsas götürmək və yaxud bir ədədi seçməklə bu iki 



ədəddən az bir miqdarı yaxud çox miqdarı heyz qəbul edə bilməz. 

Heyzlə bağlı müxtəlif məsələlər 

Məsələ 488: “Mübtədiə”, “müztəribə”, “nasiyə” və  “ədədiyyə” adəti 

olan qadınlar heyzin əlamətləri olan bir qan görsələr yaxud üç gün sürəcəyi-

nə yəqin etsələr, ibadəti tərk etməlidirlər. Sonradan heyz olmadıqlarını başa 

düşdükləri təqdirdə, icra etmədikləri ibadətləri qəza etməlidirlər. 



Məsələ 489: Heyzdə adəti olan qadın, istər heyz vaxtı adət olsun, istərsə 

də heyz sayında, ya həm vaxt, həm də say baxımından adət sahibi olsun, iki 

ay ardıcıl öz adətinin əksinə olaraq vaxt yaxud günlərin sayı və ya həm vaxtı, 

həm də sayı eyni olan bir qan görsə, onun adəti bu iki ayda gördüyünə qayı-

dır. Məsələn, əgər ayın birindən yeddisinə qədər qan görüb paklanırdısa, iki 

ay onundan on yeddisinə  qədər qan görüb paklandığı  təqdirdə, onun adəti 

ayın onundan yeddisinə qədər olar. 

Məsələ 490: Bir aydan məqsəd, ayın əvvəlindən axırına qədərki müddət 

deyil, “vəqtiyyə” adətinin təyin olunduğu haldan başqa, qangörmənin əvvə-

lindən otuz gün keçməsidir. Amma “vəqtiyyə” adəti ilə bağlı  təyin olunan 

ayda məqsəd, hicri şəmsi ayı deyil, hicri qəməri ayıdır. 



Məsələ 491: Adətən, ayda bir dəfə qan görən qadın bir ayda iki dəfə qan 

görsə və onların biri heyz əlamətlərini daşımasa da, arada pak olduğu günlə-

rin sayı on gündən az olmasa, hər ikisini heyz hesab etməlidir. 

Məsələ 492:  Əgər heyzi qanın xüsusiyyətlərindəki fərqdən ayırd edən 

qadın üç gün və daha artıq bir müddətdə heyz əlamətini daşıyan qan görərsə, 

bundan sonra on gün və ya daha çox istihazə  əlamətini daşıyan qan görsə, 

ikinci dəfə üç gün heyz əlamətini daşıyan qan görsə, heyz əlamətini daşıyan 

əvvəlki və sonrakı qanı heyz hesab etməlidir. Əgər iki qandan biri adət gün-

lərində olsa, aradakı on günün hamısının istihazə olması yaxud bir qisminin 

heyz olması  məlum olmasa, bu halda adət günlərində gördüyü qan heyz, 

qalanları isə istihazədir. 



Məsələ 493: Əgər qadın on gündən qabaq paklanıb, batində qan qalmadı-

ğını bilsə, on gün tamamlanmazdan əvvəl yenidən qan görəcəyini güman etsə də 

ibadətləri üçün qüsl etməlidir. Əgər on gün tamamlanmazdan əvvəl yenidən qan 

görəcəyinə əmin olarsa, əvvəldə qeyd edildiyi kimi, ehtiyata əsasən, qüsl edib 

ibadətlərini icra etməli və haiz  qadına haram olan işləri tərk etməlidir. 

Məsələ 494: Əgər qadın on gün tamam olmamış paklanıb içəridə qan ol-

duğuna ehtimal versə ya ehtiyatən ibadətlərini icra etməli ya da istibra etmə-

lidir.  İstibra etmədən ibadətləri tərk etməsi caiz deyildir. İstibra odur ki, 

övrətinə bir az pambıq qoyub bir müddət gözlədikdən sonra çıxarmalıdır. 

(Əlbəttə, qadınlar arasında adət sayılan heyz zamanı pak olduqları müxtəsər 



Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə