Microsoft Word risale1-22. 01. 2013. doc



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə30/181
tarix30.10.2018
ölçüsü2,57 Mb.
#76141
1   ...   26   27   28   29   30   31   32   33   ...   181

 

71

Məsələ 508: Heyzdə “ədədiyyə” adəti olmayan bir qadın doğuşdan sonra 

bir ay yaxud çox ardıcıl olaraq qan görsə, onun ilk on günü nifas, ikinci on 

günü isə istihazədir. Ondan sonra gördüyü qanın heyz olması mümkün 

olduğu kimi, istihazə  də ola bilər. Heyzi təyin etmək üçün ötən məsələdə 

açıqlanan göstərişə əməl etməlidir. 



Məssi-meyyit (meyitə toxunma) qüslü 

Məsələ 509: Bir şəxs ölmüş bir insanın soyumuş və qüsl edilməmiş bə-

dəninə  məss edərsə, yəni, istər yuxuda olsun, istərsə  də oyaq vaxtı, istər 

ixtiyari olsun, istərsə də qeyri-ixtiyari, bədəninin bir yerini ona toxundurarsa, 

məssi-meyyit (meyitə toxunma) qüslü etməlidir. Hətta onun dırnaq və ya sü-

müyünün bir yeri meyitin dırnaq və ya sümüyünə toxunarsa, qüsl etməlidir. 

Amma ölmüş bir heyvana toxunarsa, qüsl etmək vacib deyildir. 



Məsələ 510: Bədəni tam soyumamış meyitin soyumuş bir yerinə toxunu-

larsa, qüsl vacib olmaz.  



Məsələ 511: Əgər öz tükünü meyitin bədəninə yaxud öz bədənini meyi-

tin tükünə və ya tükünü meyitin tükünə toxundursa, qüsl vacib deyildir. 



Məsələ 512: Uşaq ölü dünyaya gələrsə, vacib ehtiyata əsasən, onun ana-

sı məssi-meyyit qüslü etməlidir. Anası öldükdən sonra dünyaya gələn uşaq, 

yetkinlik yaşına çatdıqdan sonra vacib ehtiyata əsasən, məssi-meyyit qüslü 

etməlidir. 



Məsələ 513: Əgər bir şəxs, üç qüslü tamamilə verilmiş meyitə toxunar-

sa, ona qüsl vacib deyil. Amma üçüncü qüslü qurtarmamışdan əvvəl bədəni-

nin bir yerinə toxunarsa – o yerdə üçüncü qüslü tamam olsa da – məssi-mey-

yit qüslü etməlidir. 



Məsələ 514: Əgər dəli və ya yetkinlik yaşına çatmayan uşaq meyitə to-

xunsa, dəli ağıllandıqdan sonra və  uşaq yetkinlik yaşına çatdıqdan sonra 

məssi-meyyit qüslü etməlidir. Əgər “müməyyiz” – yaxşını pisdən seçə bilən 

uşaqdırsa, qüslü düzgündür. 



Məsələ 515 Əgər diri bədəndən yaxud qüslü verilməmiş ölünün bədə-

nindən bir hissə ayrılsa, ayrılmış hissəyə qüsl verilməmişdən əvvəl insan ona 

toxunsa, məssi-meyyit qüslü lazım deyil. Əgər həmin hissə sümüklü olsa da, 

hökm eynidir. Amma bir meyitin bədəni tikə-tikə olsa, bir adam onların 

hamısına yaxud əksər hissəsini toxunsa, qüsl vacibdir. 

Məsələ 516: Qüslü verilməmiş bir sümüyə toxunmaq, istər ölmüş insan-

dan ayrılsın, istərsə də diri insandan, qüsl vacib olmaz. Ölmüş və ya diri in-

sandan ayrılan dişə toxunmaq da həmin hökmü daşıyır. 

Məsələ 517: Məssi-meyyit qüslü eynilə cənabət qüslü kimi icra edilir və 

dəstəmaz  əvəzindən kifayət edir. (Yəni, bu qüslü verəndən sonra namaz 

qılmaq istəyən şəxsin dəstəmaz alması lazım deyil). 



 

72

Məsələ 518: Əgər şəxs, bir neçə meyitə toxunarsa yaxud bir meyitə neçə 

dəfə toxunarsa, bir qüsl etməsi kifayətdir. 

Məsələ 519: Meyitə toxunduqdan sonra qüsl etməyən  şəxsin məsciddə 

dayanması, qadınla yaxınlıq etməsi və səcdəsi vacib olan ayələri oxumasının 

eybi yoxdur. Amma namaz və bu kimi əməllər üçün qüsl etməlidir. 

Can verənin (mühtəzirin) hökmləri 

Məsələ 520: “Mühtəzir”i, yəni, can verən mömini, istər kişi olsun, istər-

sə də qadın, istər böyük olsun, istərsə də kiçik, ehtiyata əsasən, imkan daxi-

lində arxası üstə uzadılmalıdır, belə ki, ayaqlarının altı üzü qibləyə olsun. 

Məsələ 521: Yaxşı olar ki, meyitin qüslü qurtarmayanadək onu əvvəlki mə-

sələdə deyildiyi kimi, üzü qibləyə uzandırsınlar. Amma qüslü qurtardıqdan son-

ra, yaxşı olar ki, ona namaz qılınan zaman uzandırdıqları kimi uzandırsınlar. 

Məsələ 522: Ehtiyata əsasən, can verəni üzü qibləyə çevirmək hər bir 

müsəlmana vacibdir. Əgər can verənin özü razı olsa və “qasir” də olmasa, bu 

iş üçün onun qəyyumundan icazə almaq lazım deyildir. Bundan digər hal-

larda onun qəyyumundan icazə almaq vacib ehtiyatdır.  



Məsələ 523: Can verən  şəxsə  şəhadət kəlmələrini, on iki imamın 

(Allahın salamı olsun onlara!) təsdiqi və sair haqq inancları başa düşəcək bir 

qayda ilə təlqin etmək müstəhəbdir. Yuxarıda deyilənlərin ölən vaxtadək tək-

rar olunması da müstəhəbdir. 



Məsələ 524: Can verən şəxsə bu duanı başa düşəcəyi tərzdə təlqin etmək 

müstəhəbdir: 



Allahumməğfir liyəl-kəsirə min məasikə, vəqbəl minnil-yəsirə min 

taətikə, ya mən yəqbəlul-yəsirə və yə`fu ənil-kəsirə, iqbəl minnil-yəsirə və`fu 

ənnil-kəsirə innəkə əntəl-əfuvvul-ğəfur. Allahummər-həmni fəinnəkə rəhim. 

Məsələ 525: Müstəhəbdir ki, çətin can verən şəxsi narahat olmasa, na-

maz qıldığı yerə aparsınlar. 



Məsələ 526: Müstəhəbdir ki, can verən  şəxsin rahat olması üçün başı 

üzərində mübarək  “Yasin”,  “Saffat”, “Əhzab”  surələri, “Ayətəl-kursi”, 



“Əraf” surəsinin 54-cü ayəsi və “Bəqərə” surəsinin son üç ayəsini, eləcə də 

Qurani–Kərimdən mümkün olan digər ayələri oxusunlar. 



Məsələ 527: Can verəni tək qoymaq, qarnının üstünə ağır şey qoymaq, 

yanında cənabətli və aybaşı qadının olması, həmçinin çox danışmaq, ağla-

maq və qadınları onun yanında tək qoymaq məkruhdur. 

Ölümdən sonrakı hökmlər 

Məsələ 528: Ölümdən sonra meyitin gözlərini, dodaqlarını  və  çənəsini 

bağlamaq, əl və ayaqlarını uzatmaq, üzərinə parça örtmək, əgər gecə ölmüş-




 

73

dürsə öldüyü yerdə  çıraq yandırmaq, onun dəfn edilməsi üçün möminlərə 



xəbər vermək və dəfninə tələsmək müstəhəbdir. Amma öldüyünə əmin deyil-

lərsə, ölməsi məlum olana qədər gözləməlidirlər. Həmçinin əgər meyit hami-

lədirsə  və  bətnindəki uşaq diridirsə, onun bir yanını yarıb, uşağı  çıxararaq 

yenidən onu tikincəyə qədər dəfnini təxirə salmalıdırlar. 



Meyitin qüsl, kəfən, namaz və dəfninin vacib əməlləri 

Məsələ 529: Müsəlmanın qüslü, hənutu, kəfəni, namaz və  dəfni on iki 

imama etiqadı olmasa da onun qəyyumuna vacibdir. Qəyyum bu işləri ya 

özü görməli ya da başqasını ona məmur etməlidir. Bu işi bir şəxs qəyyumun 

icazəsi ilə icra edərsə, vəzifə  qəyyumun üzərindən götürülər.  Əgər dəfn və 

bu kimi işləri qəyyumun icazəsi olmadan icra etsələr, yenə də vəzifə qəyyu-

mun üzərindən götürülər, onları yenidən təkrar etmək lazım deyildir. Əgər 

meyitin qəyyumu olmasa yaxud da qəyyum bu işlərin icrasından imtina edər-

sə, yerdə qalanlara “kifai vacib”dir ki, həmin işləri icra etsinlər. Əgər bəziləri 

bu işləri icra etsələr, başqalarının boynundan götürülər. Əks təqdirdə, onların 

hamısı günahkar sayılırlar. Meyitin qəyyumu imtina edən surətdə onun ica-

zəsi artıq şərt deyildir. 

Məsələ 530: Əgər bir şəxs meyitin işləri ilə məşğul olsa, başqasına bu işi 

görmək vacib deyildir. Amma bu əməli yarımçıq qoysa, başqaları tamam 

etməlidirlər. 

Məsələ 531: Əgər insan başqa birisinin meyitin işləri ilə məşğul olduğu-

na  əmindirsə, meyitin işləri ilə  məşğul olması ona vacib deyildir. Amma 

şəkk və ya güman edərsə, bu işlə məşğul olmalıdır. 

Məsələ 532: Bir şəxs meyitin qüsl, kəfən, namaz və ya dəfninin batil 

şəkildə icra olunduğunu bilərsə, onları yenidən icra etməlidir. Amma batil 

olduğunu güman edərsə və ya düzgün olub-olmadığına şəkk edərsə, bu işlə 

məşğul olması lazım deyildir



Məsələ 533: Qadının qəyyumu onun əridir. Bundan başqa hallarda isə 

irsin təbəqələrində deyildiyi kimi, varis meyitin qəyyumudur, irs aparan kişi-

lər, aralarındakı tərtibə əsasən, qadınlardan irəlidirlər. Meyitin atasının meyitin 

oğlundan, meyitin babasının onun qardaşından, meyitlə atabir-anabir qardaş 

olanın yalnız ata və ana tərəfindən olan qardaşından, yalnız ata tərəfdən olan 

qardaşının ana tərəfdən olan qardaşından və əmisinin meyitin dayısından irəli 

olması məsələsi mübahisəlidir. Deməli, belə hallarda ehtiyata əməl olunmalı-

dır. Əgər qəyyum bir neçə nəfər olarsa, birinin icazəsi kifayətdir. 



Məsələ 534: Yetkinlik yaşına çatmamış  uşaq və  dəli, meyitin işlərini 

görmək məsələsində qəyyum deyildir. Həmçinin şəxsən özü və ya bir nəfəri 

meyitin işlərini görməyə təyin edə bilməyən qaib bir şəxsin qəyyumluq hü-

ququ yoxdur. 




Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə