Microsoft Word risale1-22. 01. 2013. doc


Meyiti kəfənə bükməyin hökmləri



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə32/181
tarix30.10.2018
ölçüsü2,57 Mb.
#76141
1   ...   28   29   30   31   32   33   34   35   ...   181

 

76

Meyiti kəfənə bükməyin hökmləri 



Məsələ 557: Müsəlman meyiti “fitə”, “köynək” və “sərtasər” (bədəni 

tamamilə örtən parça) deyilən üç parçaya bükmək lazımdır. 



Məsələ 558: “Fitə” vacib ehtiyata əsasən, göbəkdən dizə qədər bədənin 

ətrafını örtməlidir. Yaxşı olar ki, sinədən ayağın üstünə (topuğa) qədər 

yetişsin. Köynək vacib ehtiyaya əsasən, çiyinin başından baldırın yarısına 

qədər (dizdən aşağı) bütün bədəni örtsün və yaxşı olar ki, ayağın üstünə ye-

tişsin. “Sərtasər”in isə, bütün bədəni örtəcək qədər olması lazımdır. Vacib 

ehtiyata əsasən, uzunluğu bədənin baş və ayaq tərəfindən bağlanacaq qədər, 

eni isə bir tərəfi o biri tərəfin üstünü örtəcək qədər olmalıdır. 

Məsələ 559:  Əvvəlki məsələdə deyildiyi kimi, kəfənin vacib miqdarı 

meyitin malının əslindən götürülür. Meyitin şəninə uyğun kəfənin müstəhəb 

miqdarı da (adi və normal qaydada) meyitin malının əslindən götürülə bilər. 

Amma müstəhəb ehtiyata əsasən, kəfənin vacib miqdarından artığını yetkin-

lik yaşına çatmayan varislərin payından götürülməsin. 

Məsələ 560: Əgər bir şəxs kəfənin müstəhəb olan miqdarının onun 

malının üçdə birindən götürülməsini vəsiyyət etsə və ya malının  üçdə birini 

onun özünə  xərcləməyi vəsiyyət etsə, lakin onun haraya sərf ediləcəyini 

təyin etməsə, kəfənin müstəhəb olan miqdarını normadan artıq olsa belə, 

onun malının üçdə birindən çıxa bilərlər. 

Məsələ 561: Əgər meyit öz kəfəninin malının üçdə birindən çıxılmasını 

vəsiyyət etməmişdirsə, kəfəni onun malının əslindən almaq istəsələr, 561-ci 

məsələdə söyləniləndən artığını meyitin şəninə layiq və xalq arasında adət 

olmayan müstəhəb şeyləri onun malının əslindən almasınlar. Əgər normadan 

daha bahalı bir şeyi kəfən üçün ödəsələr, onun artıq qiymətini malın əslindən 

verə bilməzlər, amma vərəsələrdən yetkinlik yaşına çatanların icazəsi ilə on-

ların payından götürmək olar. 

Məsələ 562: Qadının öz malı olsa da, kəfəni ərinin boynundadır. Əgər 

qadına (talaqın hökmlərində izah olunacağı kimi) “rici” talaq versələr və id-

dəsi tamam olmazdan əvvəl ölərsə,  əri onun kəfənini verməlidir.  Əgər  əri 

yetkinlik yaşına çatmasa və ya dəli olsa, ərinin qəyyumu qadının kəfənini 

onun malından verməlidir. 

Məsələ 563: Meyit sağ ikən, xərcini təmin etmək qohumlarına vacib 

olan şəxslərdən olsa belə, onun kəfənini tədarük etmək onlara vacib deyil. 



Məsələ 564: Əgər meyitin kəfən hazırlamaq üçün malı olmasa, onu çıl-

paq dəfn etmək caiz deyil; ehtiyata əsasən, müsəlmanlara vacibdir ki, onu 

kəfənə büksünlər. Onun xərcini də zəkatdan hesablamaları caizdir. 

Məsələ 565: Vacib ehtiyata əsasən, kəfən üçün istifadə olunan hər üç 

parça meyitin bədəni onun altından görünəcək qədər nazik olmamalıdır. 

Amma hər üçünü birləşdirdikdə, meyitin bədəni onların altından görünməyə-

cək şəkildə olarsa, kifayət edər. 




 

77

Məsələ 566: Qəsbi parça ilə kəfənləmək, bunun üçün başqa parça tapıl-

masa belə, caiz deyil. Əgər meyitin kəfəni qəsbi olsa və onun sahibi razı ol-

masa, dəfn etmiş olsalar da, onu bədənindən çıxartmaq lazımdır. (Bəzi geniş 

kitablarda izah olunan hallar istisnadır.) 

Məsələ 567: Nəcis əşya ilə, xalis ipək parça ilə və vacib ehtiyata əsasən, 

qızıl ilə toxunmuş parça ilə meyiti kəfənləmək caiz deyil, amma çarəsiz hal-

da eybi yoxdur. 

Məsələ 568: Nəcis olmuş heyvanın nəcis dərisi ilə kəfən etmək ixtiyar 

halında caiz deyil. Hətta nəcis olmuş heyvanın pak dərisi ilə və həmçinin əti 

haram olan heyvanın tükündən yaxud yunundan hazırlanmış parça ilə vacib 

ehtiyata əsasən, ixtiyar halında caiz deyil. Amma kəfən əti halal olan heyva-

nın dərisi, yunu ya tükündən olsa, eybi yoxdur. Müstəhəb ehtiyat odur ki, bu 

ikisi ilə də kəfənləməsin. 



Məsələ 569:  Əgər meyitin kəfəni öz nəcisinə  və ya başqa bir nəcasətə 

bulaşarsa, əgər kəfən xarab olmasa, qəbrə qoyulduqdan sonra olsa belə, nəcis ol-

muş miqdarı ya yumaq, ya da kəsmək lazımdır. Əgər onu yumaq və ya kəsmək 

mümkün deyilsə, dəyişdirilməsi mümkün olduğu təqdirdə dəyişdirilməlidir. 



Məsələ 570: Həcc yaxud ümrə üçün ehram bağlayan şəxs ölərsə, başqa-

ları kimi kəfənlənməlidir, başını və üzünü örtməyin eybi yoxdur.  



Məsələ 571: Müsthəbdir ki, insan sağ ikən özünün kəfən, sidr və kafuru-

nu hazırlasın. 



Hənutun hökmləri 

Məsələ 572: Qüsldən sonra meyiti hənut etmək vacibdir; yəni, alnına, 

əllərinin içinə, dizlərinə və hər iki ayağının baş barmaqlarının ucuna, bir qə-

dər onların üzərində qalacaq şəkildə, sürtməklə olmasa belə, kafur vurulma-

lıdır. Meyitin burnunun ucuna da kafur sürtmək müstəhəbdir. Kafur pak, 

təzə, mübah (qəsbi olmayan) və əzilmiş olmalıdır. Əgər köhnə olduğuna gö-

rə qoxusu aradan getsə, kifayət deyildir. 



Məsələ 573: Müstəhəb ehtiyata əsasən, kafuru əvvəlcə meyitin alnına 

sürtsünlər, amma başqa yerlərdə tərtib şərt deyildir. 



Məsələ 574: Yaxşı olar ki, meyiti kəfənə bükməzdən əvvəl hənut etsin-

lər. Əgər kəfənə bükən vaxtda və ondan sonra da olsa, maneəsi yoxdur. 



Məsələ 575: Həcc və ya ümrə üçün ehram bağlayan şəxs ölərsə, onu hə-

nut etmək caiz deyildir. 540-cı məsələdə izah olunan hallar istisnadır. 



Məsələ 576: “Etikaf” saxlayan, eləcə də əri ölən və iddəsi tamam olma-

yan qadının özlərini ətirləməsi haram olsa da, öldükləri zaman onların hənu-

tu vacibdir. 

Məsələ 577: Müstəhəb ehtiyata əsasən, meyitə müşk, ənbər, ud və sair 

xoş ətirlər vurmasınlar və onları kafurla da qarışdırmasınlar. 




Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə