Microsoft Word risale1-22. 01. 2013. doc



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə22/181
tarix30.10.2018
ölçüsü2,57 Mb.
#76141
1   ...   18   19   20   21   22   23   24   25   ...   181

 

55

Məsələ 414: Müstəhəb ehtiyat odur ki, istihazəli qadın orucdursa, bütün 

gün ərzində bacardığı qədər qanın kəsilməsinin qarşısını alsın. 

Məsələ 415: Məşhur nəzərə  əsasən, kəsirə istihazəli qadının orucu o 

zaman düzgündür ki, sabahı oruc tutmaq istədiyi gecənin şam və xiftən na-

mazının qüslünü, habelə günortanın da günorta namazları üçün vacib qüslləri 

vermiş olsun. Amma onun orucunun düzgünlüyündə qüslün şərt olmaması 

uzaq nəzər deyildir. Eyni zamanda daha güclü rəyə  əsasən bu, mütəvəssitə 

istihazəli qadında şərt deyildir. 



Məsələ 416: Əgər qadın əsr namazından sonra istihazə olarsa və axşam 

çağına kimi qüsl etməsə, orucu qüsursuz və düzgündür. 



Məsələ 417: Əgər qadının qəlilə istihazəsi namazdan əvvəl mütəvəssitə, 

yaxud kəsirə olsa, mütəvəssitə, yaxud kəsirə üçün deyilmiş  əməlləri icra 

etməlidir. Əgər mütəvəssitə istihazə kəsirə olsa, kəsirə istihazənin əməllərini 

icra etməlidir.  Əgər mütəvəssitə istihazə üçün qüsl edibsə, bunun heç bir 

faydası yoxdur və ikinci dəfə kəsirə üçün qüsl etməlidir. 

Məsələ 418: Namaz  əsnasında mütəvəssitə istihazəsi kəsirə olan qadın 

namazını pozub kəsirə istihazəsi üçün qüsl verməli və digər şərtləri icra et-

dikdən sonra həmin namazı qılmalıdır. Qüsldən qabaq dəstəmaz alması müs-

təhəb ehtiyatdır. Əgər qüsl etməyə vaxtı yoxdursa, onun əvəzinə təyəmmüm 

etməlidir.  Əgər təyəmmüm etməyə  də vaxtı yoxdursa, müstəhəb ehtiyata 

əsasən, namazını pozmadan, həmin halda namazını tamamlamalıdır. Amma 

sonradan qəzasını qılması lazımdır. Həmçinin əgər namaz əsnasında qadının 

qəlilə istihazəsi mütəvəssitə və ya kəsirə olarsa, namazı pozmalı, mütəvəssitə 

və ya kəsirə istihazənin əməllərini icra etməlidir. 

Məsələ 419: Namaz  əsnasında qan kəsilərsə  və istihazəli qadın qanın 

içəridən kəsilib-kəsilmədiyini bilməsə, yaxud paklıq (təharət)  əldə edib na-

mazı, ya onun bir hissəsini qılmağa möhlət verib-vermədiyini bilməsə, vacib 

ehtiyata əsasən, vəzifəsinə uyğun dəstəmaz alaraq və ya qüsl edərək namazı 

yenidən qılması lazımdır. 

Məsələ 420: Əgər qadının kəsirə istihazəsi mütəvəssitə olarsa, birinci 

namaz üçün kəsirənin  əməlini, sonrakı namazlar üçünsə mütəvəssitənin 

əməllərini icra etməlidir. Məsələn, əgər zöhr namazından əvvəl kəsirə istiha-

zə mütəvəssitə olsa, zöhr namazı üçün qüsl etməli və əsr, şam və xiftən na-

mazları üçün yalnız dəstəmaz almalıdır. Amma zöhr namazı üçün qüsl etmə-

sə  və yalnız  əsr namazını  qılmaq miqdarında vaxtı varsa, əsr namazı üçün 

qüsl etməlidir; əgər əsr namazı üçün də qüsl etməsə və yalnız xiftən namazı-

nı qılmaq miqdarında vaxtı olarsa, xiftən namazı üçün qüsl etməlidir. 



Məsələ 421: Əgər hər namazdan əvvəl qadının kəsirə istihazəsi kəsilib 

ikinci dəfə gələrsə, hər namaz üçün bir qüsl etməlidir. 



Məsələ 422: Əgər kəsirə istihazə qəlilə olarsa, birinci namaz üçün kəsi-

rənin  əməlini və sonrakı namazlar üçünsə  qəlilənin  əməlini icra etməlidir. 

Həmçinin əgər mütəvəssitə istihazə qəlilə olarsa, birinci namaz üçün mütə-



 

56

vəssitənin  əməlini və sonrakı namazlar üçünsə  qəlilənin  əməlini icra etmə-



lidir. 

Məsələ 423: Əgər istihazəli qadın ona vacib olan işlərdən birini tərk 

edərsə, namazı batildir. 



Məsələ 424: Qəlilə və ya mütəvəssitə istihazəli qadın namazdan başqa, 

dəstəmazın şərt olduğu başqa bir iş görmək istəsə, məsələn, bədənin bir yeri-

ni Qurani–Kərimin xəttinə toxundurmaq istəyərsə, əgər namaz qurtardıqdan 

sonra olsa, vacib ehtiyata əsasən, dəstəmaz almalı və namaz üçün aldığı dəs-

təmaz kifayət deyildir. 

Məsələ 425: İstihazəli qadın vacib qüsllərini icra etdikdən sonra məscidə da-

xil olması, orada dayanması, vacib səcdəsi olan ayəni oxuması və əri ilə yaxınlıq 

etməsi, hətta, pambığı və parçanı dəyişdirmək kimi namaz üçün icra etdiyi digər 

işləri yerinə yetirməmiş olsa belə, halaldır. Hətta bu işlər qüslsüz də caizdir. 



Məsələ 426: Əgər qadın kəsirə və ya mütəvəssitə istihazə zamanı nama-

zın vaxtından əvvəl vacib səcdəsi olan ayə oxumaq və ya məscidə getmək is-

təyərsə, müstəhəb ehtiyata əsasən, qüsl etməlidir. Əri onunla yaxınlıq etmək 

istədiyi təqdirdə də, həmin hökmü daşıyır. 



Məsələ 427: Ayat namazı istihazəli qadına vacibdir və ayat namazını  qıla 

bilməsi üçün gündəlik namazlar barəsində deyilən bütün işləri icra etməlidir.  



Məsələ 428: Gündəlik namazının vaxtında istihazəli qadına ayat namazı 

vacib olarsa, hər ikisini ardıcıl yerinə yetirmək istəsə  də, vacib ehtiyata 

əsasən, hər ikisini bir qüsl və dəstəmazla qıla bilməz. 

Məsələ 429: İstihazəli qadın qəza namazı qılmaq istədikdə, əda namazı üçün 

vacib olan bütün əməlləri hər qəza namazı üçün də icra etməlidir. Ehtiyata əsasən, 

qəza namazında, əda namazı üçün icra etdiyi əməllərlə kifayətlənə bilməz. 

Məsələ 430: Əgər qadın özündən gələn qanın yara qanı olmadığını bilsə 

və istihazə, heyz yaxud nifas qanı olduğunu ehtimal verərsə, bu halda əgər 

həmin qan şəriət baxımından heyz və nifas qanının hökmünü daşımasa, isti-

hazə hökmünə  əməl etməlidir. Hətta  əgər istihazə qanı, yoxsa digər qanlar 

olduğuna  şəkk edərsə, onların  əlamətini daşımırsa, vacib ehtiyata əsasən, 

istihazənin əməllərini icra etməlidir. 



Heyz (aybaşı) 

Heyz, qadınların rəhmindən (uşaqlıq yolundan) hər ayda bir neçə gün 

xaric olan qandır. Heyz qanı gördüyü zaman qadına, “haiz” – deyilir. 

Məsələ 431: Heyz qanı çox vaxt qatı, isti, qara, yaxud qırmızı  rəngdə 

olur, təzyiqlə və bir az da yandırıcı halda xaric olur. 



Məsələ 432: Qadınların altımış yaşından sonra gördükləri qan heyz 

hökmündə deyildir. Lakin qadınlar  əlli yaşından altımış yaşına qədər heyz 

qanı görür, hətta müstəhəbdir ki, seyidə olmayan qadınlar bu müddət ərzində 



Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə