Microsoft Word risale1-22. 01. 2013. doc



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə21/181
tarix30.10.2018
ölçüsü2,57 Mb.
#76141
1   ...   17   18   19   20   21   22   23   24   ...   181

 

53

Məsələ 395: Həm qüsl etməsi, həm də vacib ehtiyata əsasən, dəstəmaz 

almalı olan mütəvəssitə istihazəli qadın, əvvəlcə qüsl etməli, sonra isə dəstə-

maz almalıdır. Amma kəsirə istihazəli qadın dəstəmaz almaq istəsə, qüsldən 

əvvəl dəstəmaz almalıdır. 

Məsələ 396: Əgər qadının qəlilə istihazəsi sübh azanından sonra mütəvəssitə 

olsa, zöhr və əsr namazları üçün qüsl etməlidir. Əgər zöhr və əsr namazlarından 

sonra mütəvəssitə olsa, şam və xiftən namazları üçün qüsl etməlidir. 

Məsələ 397: Əgər qadının qəlilə, yaxud mütəvəssitə istihazəsi sübh na-

mazından sonra kəsirə olsa və bu halda qalsa, 393-cü məsələdə deyildiyi 

hökm zöhr, əsr, şam və xiftən namazlarında riayət etməlidir. 

Məsələ 398: 393-cü məsələdə deyildiyi kimi, kəsirə istihazəsi olan qadı-

nın qüslü ilə namazı arasında fasilə salmaması lazım olduğu halda, əgər na-

maz vaxtı çatmamışdan əvvəl qüsl etməsi fasiləyə səbəb olarsa, namaz üçün 

həmin qüslün faydası yoxdur və namaz üçün yenidən qüsl etməlidir. Bu 

hökm mütəvəssitə istihazəli qadına da aiddir. 

Məsələ 399: Qəlilə və mütəvəssitə istihazəsi olan qadın (hökmü deyilən 

gündəlik namazlardan başqa) istər vacib olsun, istərsə də müstəhəb, hər na-

maz üçün dəstəmaz almalıdır. Amma əgər qıldığı gündəlik namazını ehtiyat 

üçün yenidən qılmaq istəyərsə və ya təklikdə qıldığı namazı yenidən camaat-

la qılmaq istəyərsə, istihazə üçün qeyd olunan bütün işləri icra etməlidir. 

Amma namazdan dərhal sonra icra etdiyi təqdirdə, ehtiyat namazını, unudul-

muş səcdə və təşəhhüdü, habelə bütün hallarda səhv səcdəsi yerinə yetirmək 

üçün, istihazə işlərini görməsi lazım deyildir. 



Məsələ 400: İstihazəli qadının qanı kəsildikdən sonra qılacağı yalnız bi-

rinci namaz üçün istihazə işlərini icra etməlidir və sonrakı namazlar üçün hə-

min işləri icra etmək lazım deyildir. 

Məsələ 401: İstihazəsinin hansı növdən olduğunu bilməyən qadın namaz 

qılmaq istədiyi zaman ehtiyata əsasən, özünü yoxlamalıdır. Məsələn, ayıb ye-

rinə bir qədər pambıq daxil edərək, bir az gözləyərək onu çıxarıb istihazənin üç 

növdən hansı birinin olduğunu bildikdən sonra həmin növə aid olan işləri yerinə 

yetirməlidir. Amma namaz qılacağı vaxta qədər istihazənin dəyişməyəcəyini 

bilərsə, namaz vaxtı daxil olmamışdan əvvəl də özünü yoxlaya bilər. 



Məsələ 402: İstihazəli qadın özünü yoxlamamışdan əvvəl namaza başla-

sa, əgər “qürbət” niyyəti ilə öz vəzifəsinə əməl etmişsə, məsələn, istihazəsi 

qəlilə olmuşdursa və qəlilə istihazəsinin vəzifəsinə əməl etmiş olsa, onun na-

mazı düzgündür. Əgər “qürbət” niyyəti ilə olmasa və ya əməli vəzifəsinə uy-

ğun olmasa, məsələn, istihazəsi mütəvəssitə olduğu halda qəlilənin vəzifəsi-

nə əməl etsə, namazı batildir. 



Məsələ 403: İstihazəli qadın özünü yoxlaya bilməsə, şübhəsiz, öz vəzifə-

sinə əməl etməlidir. Məsələn, əgər istihazəsinin qəlilə və ya mütəvəssitə ol-

duğunu bilmirsə, qəlilə istihazəsinin əməllərini icra etməlidir. Əgər istihazə-

sinin mütəvəssitə  və ya kəsirə olduğunu bilmirsə, mütəvəssitə istihazəsinin 




 

54

əməllərini icra etməlidir. Amma əvvəllər üç növdən hansı birinin olduğunu 



bilirdisə, həmin növə aid vəzifəsinə əməl etməlidir. 

Məsələ 404: Əgər istihazə qanı birinci dəfə görünən zaman daxilində 

olsa və çölə çıxmasa, qadının qıldığı dəstəmaz və ya etdiyi qüslü batil etməz. 

Əgər az da olsa belə çölə çıxsa, dəstəmaz və ya qüslü batil edər. 

Məsələ 405: Müstəhazə qadın namazdan sonra özünü yoxlasa və qan 

görməsə, yenə qan gələcəyini bilsə belə, aldığı dəstəmazla namaz qıla bilər. 



Məsələ 406: Əgər müstəhazə qadın dəstəmaz və ya qüslə başladığı an-

dan etibarən özündən qan gəlmədiyini və ya ayıb yerinin daxilində də olma-

dığını bilərsə, pak qalacağını bildiyi zamana qədər namaz qılmasını  təxirə 

sala bilər. 



Məsələ 407: Əgər istəhazəli qadın namaz vaxtı keçmədən öncə tamamilə 

pak olacağını və ya namaz qıla biləcəyi bir vaxtda qanın dayanacağını bilər-

sə, vacib ehtiyata əsasən, gözləyib pak olduğu vaxt namazını qılmalıdır. 

Məsələ 408: Əgər dəstəmaz və qüsldən sonra zahirdə qan kəsilərsə, isti-

hazəli qadın namazını təxirə salmaqla qüsl, dəstəmaz və namazı yerinə yeti-

rəcək qədər tam pak olacağını bildiyi təqdirdə, vacib ehtiyata əsasən, nama-

zını  təxirə salmalı, tamamilə pak olduğu zaman, yenidən dəstəmaz və qüsl 

alıb, namazını qılmalıdır. Əgər qanın zahirdə kəsildiyi zaman namazın vaxtı 

azalarsa, yenidən dəstəmaz alıb qüsl etməsi lazım deyildir. Qabaqcadan al-

dığı dəstəmaz və qüsl ilə namazını qıla bilər. 

Məsələ 409: Kəsirə istihazəli olan qadın qandan tamamilə pak olduqda 

əvvəlki namaz üçün qüsl aldığı andan, artıq qan gəlmədiyini bilərsə, yenidən 

qüsl etməsi lazım deyil. Əks təqdirdə qüsl etməlidir. (Baxmayaraq ki, bu 

hökmün ümumiliyi ehtiyata əsasəndir.) Amma mütəvəssitə istihazədə qan-

dan tamamilə pak olması üçün qüsl etməsi lazım deyildir. 

Məsələ 410: Qəlilə istihazəli qadın dəstəmazdan sonra və mütəvəssitə 

istihazəli qadın qüsl və dəstəmazdan sonra, kəsirə istihazəli qadın isə qüsldən 

sonra 401 və 414-cü məsələlərdə  işarə olunan iki hal istisna olmaqla dərhal 

namaza başlamalıdır. Amma namazdan əvvəl azan və iqamə deməyin eybi 

yoxdur. Namaz vaxtı qunut və bu kimi müstəhəb əməlləri də icra edə bilər. 

Məsələ 411: Dəstəmaz və ya qüsl ilə namaz arasında fasilə salmamaq 

vəzifəsini daşıyan istihazəli qadın vəzifəsinə əməl etməsə, yenidən dəstəmaz 

və ya qüsl alıb dərhal namaza başlamalıdır. 

Məsələ 412: İstihazəli qadının qanı axar vəziyyətdə olub kəsilməsə, ona 

zərəri olmadığı təqdirdə, vacib ehtiyata əsasən, qüsldən əvvəl qanın çıxması-

nın qarşısını almalıdır. Amma səhlənkarlıq nəticəsində ondan qan xaric olar-

sa,  əgər namaz qılıbsa, onu yenidən qılmalıdır,  hətta yenidən qüsl etməsi 

müstəhəbdir. 

Məsələ 413: Əgər qüsl zamanı qan kəsilməsə, qüsl düzgündür. Amma 

qüsl əsnasında mütəvəssitə istihazə kəsirəyə çevrilərsə, qüslü yenidən başla-

malıdır. 



Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə