Microsoft Word risale1-22. 01. 2013. doc



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə18/181
tarix30.10.2018
ölçüsü2,57 Mb.
#76141
1   ...   14   15   16   17   18   19   20   21   ...   181

 

45

Məsələ 333: Əgər cəbirə yaranın ətrafını adi həddən artıq örtərsə və onu 

əziyyətsiz götürmək mümkün deyilsə, təyəmmüm etməlidir.  Əlbəttə,  əgər 

cəbirə təyəmmüm yerlərində olarsa, bu zaman həm təyəmmüm etməli, həm 

də dəstəmaz almalıdır. Hər iki halda əgər cəbirəni götürmək əziyyət vermir-

sə, onu götürmək lazımdır. Deməli, cəbirə üz və qollardadırsa, onun ətrafını 

yumalıdır; əgər başda və ya ayaqların üzərindədirsə, onun ətrafına məsh çək-

məlidir. Yara olan yer üçünsə, cəbirə hökmlərinə əməl etməlidir. 



Məsələ 334: Əgər dəstəmaz üzvlərində yara, kəsik və ya sınıq yoxdursa, 

amma başqa səbəbə görə su ona zərər yetirərsə, təyəmmüm etməlidir. 



Məsələ 335: Dəstəmaz üzvlərindən birinin damarı  zədələnmişsə 

(kəsilmişsə), və onu suya çəkmək mümkün deyilsə, təyəmmüm etməlidir. 

Amma suyun onun üçün zərəri varsa, cəbirə göstərişinə əməl etməlidir. 

Məsələ 336: Əgər dəstəmaz və qüsl yerinə götürülməsi mümkün olma-

yan və ya dözülməyəcək həddə əziyyətli olan bir şey yapışıbsa, vəzifəsi tə-

yəmmümdür. Amma həmin əşya təyəmmüm yerlərindədirsə, bu zaman həm 

dəstəmaz almalı, həm də  təyəmmüm etməlidir. Amma yapışmış  əşya dər-

mandırsa, cəbirə hökmünü daşıyır. 

Məsələ 337: Meyit qüslündən başqa qüsllərdə cəbirə qüslü eynilə cəbirə 

dəstəmazı kimidir. Amma vacib ehtiyata əsasən, onu ardıcıllıqla yerinə yetir-

mək lazımdır. Bədəndə yara və çiban olduğu təqdirdə, insan qüsl və ya tə-

yəmmüm arasında ixtiyar sahibidir. Qüslü seçdiyi təqdirdə, əgər yaranın üstü 

açıqdırsa, müstəhəb ehtiyata əsasən, üstü açıq olan yara və ya çibanın üstünə 

pak parça qoyub, həmin parçanın üzərinə məsh çəksin. Əgər bədəndə sınıq 

varsa, qüsl etməli və ehtiyata görə, cəbirənin üstünə  də  məsh çəkməlidir. 

Cəbirənin üstünə məsh çəkmək mümkün olmadığı və ya sınığın üstü açıq ol-

duğu təqdirdə, təyəmmüm etmək lazımdır. 

Məsələ 338: Vəzifəsi təyəmmüm olan bir şəxsin təyəmmüm üzvlərinin 

bəzisində yara, ya çiban və ya sınıq olarsa, cəbirə  dəstəmazın göstərişinə 

əsasən, cəbirə təyəmmümü etməlidir. 

Məsələ 339: Cəbirə qüslü və ya dəstəmazı ilə namaz qılmalı olan şəxs 

vaxtın sonuna qədər üzrünün aradan qalxmayacağını bilərsə, vaxtın əvvəlin-

də namaz qıla bilər. Amma vaxtın axırına qədər üzrünün aradan qalxacağına 

ümidvardırsa, yaxşı olar ki, səbr etsin. Əgər üzrü aradan qalxmasa, vaxtın 

sonunda namazını cəbirə qüslü və ya dəstəmazı ilə qılsın. Namazını vaxtın 

əvvəlində  qıldığı surətdə, vaxtın sonunda üzrü aradan qalxarsa, müstəhəb 

ehtiyata əsasən, dəstəmaz alaraq və ya qüsl edərək, namazını yenidən qılsın. 

Məsələ 340:  Əgər insan, göz xəstəliyinə (ağrısına) görə kipriklərini 

yapışdırmalı olarsa, təyəmmüm etməlidir. 



Məsələ 341:  Vəzifəsi təyəmmüm, yoxsa cəbirə  dəstəmazı olmasını 

bilməyən şəxs vacib ehtiyata əsasən, hər ikisini yerinə yetirməlidir. 



Məsələ 342: İnsanın cəbirə dəstəmazı ilə qıldığı namazları düzgündür və 

həmin dəstəmazla sonrakı namazları da qıla bilər. 




 

46

Vacib qüsllər 

Vacib qüsllər yeddidir: 

1. Cənabət qüslü. 

2. Heyz qüslü. 

3. Nifas qüslü 

4. İstihazə qüslü.  

5. Məssi-meyyit qüslü (meyitə toxunma) qüslü. 

6. Meyit qüslü. 

7. Nəzir, and və s. vasitə ilə vacib olan qüsllər. 

Əgər günəş  və ya ay bütövlükdə tutularsa və insan bilərəkdən “Ayat” 

namazını qılmayıb qəza edərsə, vacib ehtiyata əsasən, onun qəzasını qılmaq 

üçün qüsl etməlidir. 



Cənabətin hökmləri 

Məsələ 343: İnsan iki yolla cünub (cənabətli, qüsl etməyə vəzifəli) olur: 

1. Cima (cinsi yaxınlıq);  

2. Yuxuda və oyaq halda, az və ya çox miqdarda, şəhvət və ya şəhvətsiz, 

ixtiyari və ya ixtiyarsız spermanın xaric olması. 



Məsələ 344: Əgər insandan sperma, ya sidik və ya başqa bir şey olduğu-

nu bilməyən bir rütubət xaric olarsa, belə ki, həmin rütubət  şəhvətlə  və ya 

atıcılıqla xaric olub və xaric olduqdan bədəni süstləşdiribsə, həmin rütubət 

sperma hökmündədir. Əgər onda bu üç nişanədən heç biri, ya onlardan bəzi-

ləri olmasa, sperma hökmündə deyildir. Amma xəstə adamda həmin rütubə-

tin atıcılıqla xaric olması  və xaric olduğu zaman bədənin süstləşməsi  şərt 

deyildir; sadəcə şəhvətlə xaric olsa, sperma hökmünü daşıyır. Qadınlarda isə 

mazaqlaşan zaman, yaxud şəhvət yaradan şeyləri təsəvvür etməklə hiss et-

dikləri rütubət pakdır, qüslü yoxdur və dəstəmazı da batil etmir. Amma qa-

dınlarda şəhvətlə çıxan, “inzal” adlana biləcək həddə olan və libaslarını bu-

laşdıran, adətən, yüksək şəhvani durumda (orqazm halında) xaric olan rütu-

bət nəcisdir və  cənabətə  səbəb olur. Həmçinin vacib ehtiyata əsasən,  əgər 

ləzzət həddinə çatmasa, amma tam ləzzət həddinə  bənzər bir halda rütubət 

çox olarsa, həmin hökmü daşıyır. 



Məsələ 345: Xəstə olmayan bir kişidən, əvvəlki məsələdə deyildiyi ki-

mi, üç nişanədən birinə aid olan bir su çıxarsa və başqa nişanələrin də olub-

olmadığını bilməsə, o suyun çıxmasından  əvvəl dəstəmazlı olubsa, həmin 

dəstəmazla kifayətlənə bilər. Əgər dəstəmazlı deyildirsə, sadəcə dəstəmaz al-

ması kifayət edər və qüsl etməsi lazım deyil. 

Məsələ 346: İnsanın sperma xaric olduqdan sonra sidiyə çıxması mütə-

həbdir. Sidiyə çıxmadığı təqdirdə, qüsldən sonra ondan sperma və ya başqa 




Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə