Microsoft Word risale1-22. 01. 2013. doc



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə12/181
tarix30.10.2018
ölçüsü2,57 Mb.
#76141
1   ...   8   9   10   11   12   13   14   15   ...   181

 

30

ğını bildiyi halda, ondan söylədiyi kəlmeyi-şəhadətə zidd bir hərəkət görün-



məsə də, hökm eynidir. 

 

8. Təbəiyyət (Təsirlənmə) 

Məsələ 208: Nəcis olan əşyanın, başqa bir əşyanın paklığı vasitəsilə pak 

olmasına təbəiyyət deyilir. 



Məsələ 209: Əgər  şərab sirkəyə çevrilərsə, onun qabı da şərabın 

qaynadığı halda yetişdiyi yerə qədər pak olar. Adətən, onun üzərinə qoyulan 

parça və bu kimi digər əşyalar da onun vaitəsilə nəcis olubsa, onlar da pak 

olar. Amma qabın zahirinə şərab toxunubsa, şərabın sirkəyə çevrilməsindən 

sonra vacib ehtiyata əsasən, ondan çəkinmək lazımdır. 

Məsələ 210: İki halda kafirin uşağı təbəiyyət yolu ilə pak olur: 

1. Bir kafir müsəlman olarsa, onun uşağı da paklıq da ona tabedir. Həm-

çinin kafir uşağın anası, ya babası, ya da nənəsi müsəlman olarsa, uşaq da 

pak olar. Əlbəttə, bir şərtlə ki, uşaq təzə müsəlmanın yanında və onun hima-

yəsində olsun, habelə ondan uşağa daha yaxın olan bir kafir, uşağın yanında 

olmasın. 

2. Kafir bir uşaq, müsəlmanın əlində əsir olarsa, onun yanında atası və 

ya babalarından biri yoxdursa, həmin uşaq pak olar. Amma bu iki halda 

uşağın təbəiyyət yolu ilə pak olması üçün uşaq ağlıkəsəndirsə, kafir 

olduğunu bəyan etməməlidir. 



Məsələ 211: Üzərində meyit yuyulan əşya və ya daş, meyitin övrətini 

örtən parça və meyitə qüsl verənin əli, meyitlə yuyulan hər bir əşya qüsl sona 

çatdıqdan sonra pak olar. 

Məsələ 212: Əgər şəxs əli ilə bir əşyanı yuyarsa, həmin əşya pak olduq-

dan sonra onunla birgə yuyulan əli də pak olar. 



Məsələ 213: Paltar və bu kimi əşyalar az su ilə yuyularsa, normal miq-

darda sıxılıb, yuyulduğu suyu çıxarıldıqdan sonra həmin paltarda qalan su, 

pakdır. 

Məsələ 214: Az su ilə yuyulan nəcislənmiş qabın paklanması üçün üzə-

rinə tökülən su ayrıldıqdan sonra onda qalan su (rütubət), pakdır. 



 

9. Eyni nəcasətin təmizlənməsi 

Məsələ 215: Əgər bir heyvanın bədəni qan kimi eyni nəcis və ya nəcis 

olmuş su kimi bir şeyə bulaşarsa, onlar təmizləndikdən sonra həmin heyva-

nın bədəni pak olar. İnsanın ağız, burun və qulağının içi kimi bədəninin daxi-

li də kənar bir nəcisə toxunması ilə nəcis olur və onun təmizlənməsi ilə pak 

olur. Diş laylarından çıxan qan kimi daxili nəcasət bədənin daxilinin nəcis 

olmasına səbəb olmaz. Həmçinin kənardan bir şey bədənin daxilindəki nəci-

sə toxunarsa, nəcis olmaz. Odur ki, ağızdakı süni dişə başqa dişlərin arasın-



 

31

dan çıxan qan toxunarsa, onu suya çəkmək lazım deyil, amma nəcis olmuş 



yeməyə toxunarsa, suya çəkmək lazımdır. 

Məsələ 216: Əgər ağızın içinin qanı diş laylarında qalan yemək qalıqla-

rına toxunarsa, onu nəcis etməz. 



Məsələ 217: Göz qapaqlarının və dodaqların bağlandığı zaman bir-biri-

nin üzərinə düşən miqdarı bədənin daxili hissəsi hökmündədir. Buna görədə

onlara kənardan bir nəcasət toxunarsa, suya çəkmək lazım deyil. Amma bə-

dənin daxili və ya xarici hissəsindən olması bilinməyən bir yerə kənar nəcis 

toxunarsa, yumaq lazımdır.  

Məsələ 218: Əgər üzərinə  nəcislənmiş toz və ya torpaq qonan paltar, 

xalça və buna bənzəyən əşyalardan silkələyərək ondan toz və torpaq tökülər-

sə, pakdır və yumaq lazım deyil. 

 

10. Nəcis yeyən heyvanın istibrası 

Məsələ 219: İnsan nəcasətini yeməyə adət etmiş bir heyvanın sidik və 

qaiti nəcisdir. Onu pak etmək üçün istibra etmək lazımdır. Belə ki, “nəcasət 

yeyən heyvan” deyilməyəcək qədər bir müddət onu nəcasət yeməkdən saxla-

malı və ona pak yemək verilməlidir. Bu müddətdən sonra bir daha “nəcasət 

yeyən heyvan” adını daşımasa da, nəcasət yemiş dəvəni qırx gün, inəyi iyir-

mi gün, qoyunu on gün, qaz və ördəyi yeddi və ya beş gün, toyuğu üç gün 

nəcasət yeməkdən saxlamaq müstəhəb ehtiyatdır. 

 

 

11. Müsəlmanın bir müddət gözdən qeyb olması 

Məsələ 220: Əgər yetkinlik yaşına çatan və ya paklıq-nəcasət məsələlərini 

ayırd edən bir müsəlmanın bədəni, paltarı yaxud xalça və qab kimi istifadə 

etdiyi bir əşya nəcislənərsə və həmin müsəlman bir müddət gözdən qeyb olarsa 

(onunla  əlaqə saxlamaq mümkün olmasa), insan o müsəlmanın həmin  əşyanı 

yuduğuna ağıla əsaslanan ehtimal verdiyi təqdirdə, əşya pak olar. 

Məsələ 221: Əgər insanın özü, nəcis olan bir əşyanın pak olduğuna yə-

qin etsə ya əmin olsa ya da iki ədalətli şəxs şəhadət versələr və onların şəha-

dət vermələri pak olma səbəbini göstərərsə, həmin əşya pak hökmündə olar. 

Həmçinin yalançılıqda ittiham edilməyən bir kimsə, öz ixtiyarında olan nəcis 

olmuş bir əşyanın pak olduğunu söyləyərsə  və ya bir müsəlman nəcis olan 

bir əşyanı yuyarsa, onun düzgün formada yuyub-yumadığı bilinməsə də, hə-

min əşya pakdır. 

Məsələ 222: Paltarın yuyulmasını boynuna götürən bir şəxs onu yuduğu-

nu söyləyərsə  və onun sözündən insanda əminlik yaranarsa, həmin paltar 

pakdır. 

Məsələ 223: Nəcis olmuş əşyanı yuyarkən onun paklandığına yəqin etmə-

yən vasvası insan onu camaatın yuduğu normal şəkildə yuyarsa, kifayət edər. 




 

32

12. Normal miqdarda qanın axması 



Məsələ 224: 96-cı məsələdə açıqlandığı kimi, şəriət qaydalarına uyğun 

şəkildə başı  kəsilən heyvanın qanı normal miqdarda axdıqdan sonra onun 

bədənində qalan qan pakdır. 

Məsələ 225: Yuxarıda qeyd olunan hökm – vacib ehtiyata əsasən – əti 

halal olan heyvanlara aiddir və əti haram olan heyvanlar bu hökmdən istisna-

dır. 

Qabların hökmləri 

Məsələ 226: İt, donuz və ya leş heyvanın dərisindən düzəldilmiş bir 

qabda yemək və içmək, hər hansı bir rütubətin həmin əşyanın nəcis olmasına 

yol açacağı təqdirdə, haramdır. Həmin qabdan  dəstəmaz, qüsl və ya mütləq 

pak əşya ilə görülən işlərdə istifadə etmək olmaz. Müstəhəb ehtiyata əsasən, 

it, donuz və leş heyvanın dərisindən – qab olmasa belə – istifadə edilməsin. 

Məsələ 227: Qızıl, gümüşdən hazırlanan qablarda yemək və içmək, hətta 

vacib ehtiyata əsasən, onlardan hər cür istifadə etmək haramdır. Amma on-

larla otağı və bu kimi yerləri bəzəməyin yaxud evdə saxlamağın eybi yoxdur

lakin bunu tərk etmək daha yaxşıdır. Zinət və ya saxlamaq üçün qızıl və 

gümüş qabları düzəltməyin və yaxud onları alıb-satmağın da hökmü eynidir. 

Məsələ 228: Qızıl və gümüşdən düzəlmiş stəkan tutacağına “qab” deyi-

lərsə, elə qızıl və gümüş stəkanın hökmündədir. Əgər ona “qab” deyilmirsə, 

istifadə olunmasının eybi yoxdur. 

Məsələ 229: Qızıl və gümüş suyuna çəkilmiş qabın istifadə edilməsinin 

eybi yoxdur. 



Məsələ 230: Əgər hər hansı bir metala qızıl və ya gümüş qatıldıqdan 

sonra ondan qab hazırlanarsa, qabın metalının miqdarı ona qızıl və ya gümüş 

deyilməyəcək qədər artıq olduğu  halda, istifadə olunmasının eybi yoxdur. 

Məsələ 231: Əgər insan qızıl və gümüş qabdakı yeməyi ayrı bir qaba 

boşaldarsa, adi halda ikinci qab birinci qabdan yemək yeməyə vasitə 

olmadığı təqdirdə, onun ikinci qabda yemək yeməsinin eybi yoxdur. 

Məsələ 232: Qızıl və gümüşdən hazırlanmış qəlyanın lüləsinin, qılıncın 

qınının, bıçaq və Quran qabının istifadə olunmasının eybi yoxdur. Amma 

qızıl və gümüşdən hazırlanmış tütün, sürmə  və  ətir qabının işlədilməməsi 

müstəhəb ehtiyatdır. 



Məsələ 233: Məcburiyyət qarşısında qızıl və ya gümüş qabda zərurəti 

aradan aparacaq miqdarda yeyib-içməyin eybi yoxdur. Amma bu miqdardan 

artıq yeyib-içmək caiz deyildir. 

Məsələ 234: Qızıl-gümüşdən, yoxsa başqa metaldan hazırlandığı bilin-

məyən qabdan istifadə etməyin eybi yoxdur. 




Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə