Microsoft Word risale1-22. 01. 2013. doc



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə11/181
tarix30.10.2018
ölçüsü2,57 Mb.
#76141
1   ...   7   8   9   10   11   12   13   14   ...   181

 

27

Məsələ 180: Nəcis olmuş ayaq və ya ayaqqabının altının yaş olması la-

zım deyil. Quru olsa belə, yol getməklə pak olar. 

Məsələ 181: Nəcis olmuş ayaq və ya ayaqqabının altı yol getməklə pak 

olduğu zaman, normal miqdarda palçığa bulaşan kənarları da pak olur. 



Məsələ 182: Əlləri və dizləri üzərində yeriyən kəsin əl və ya dizləri nə-

cis olarsa, onların yol getməklə paklanması mübahisəlidir. Habelə  çəliyin, 

protez ayağın altı, heyvanların nalı, avtomobilin və ya faytonun təkərləri və 

bu kimi əşyalar da eyni hökmü daşıyır. 



Məsələ 183: Yol getdikdən sonra ayağın və ya ayaqqabının altındakı nə-

casətin gözlə görünməyən zərrəciklərinin, yaxud qoxusunun və ya rənginin 

qalmasının eybi yoxdur. Amma bunların da qalmaması üçün bir qədər yol 

getmək müstəhəb ehtiyatdır. 



Məsələ 184: Ayaqqabının içi yol getməklə pak olmaz. Corabın altının 

da, dəri və bu kimi materiallardan olmasa və onlarla yol getmək adət deyilsə, 

yol getməklə pak olması mübahisəlidir. 

 

3. Günəş 



Məsələ 185: Günəş beş şərtlə yeri, binanı və divarı pak edər: 

1. Nəcis olmuş əşya, başqa bir əşyanın onu toxunduğu zaman yaşlığı ona 

təsir edəcək qədər yaş olmalıdır. Buna görə də, əgər həmin əşya quru olarsa, 

günəşin qurutması üçün onu bir yolla islatmaq lazımdır. 

2. Əgər əşyanın üzərində eyni nəcis varsa, o, günəşin qurutmasından əv-

vəl aradan qaldırılmalıdır. 

3. Günəşin saçmasına hər hansı bir maneə olmamalıdır. Belə ki, günəş 

pərdə, bulud və bu kimi maneələr arxasından saçaraq nəcis olmuş əşyanı qu-

rudursa, həmin əşya pak olmaz. Amma bulud günəşin saçmasına maneə ol-

mayacaq qədər zəif olarsa, eybi yoxdur. 

4. Nəcis olmuş əşyanı yalnız günəş qurutmalıdr. Əgər nəcis olmuş əşya 

həm günəş, həm də küləyin vasitəsilə quruyarsa, pak olmaz. Amma onun qu-

ruması günəşə nisbət veriləcək həddə olarsa, eybi yoxdur. 

5. Günəş yer və binanın nəcis olmuş hissəsini bir dəfəyə qurutmalıdır. 

Əgər günəş birinci dəfə  nəcis olmuş yer və binanın üzərini, ikinci dəfə  də 

altını qurudarsa, yalnız onların üzü pak olar, altı isə nəcis olaraq qalar. 



Məsələ 186: Günəş nəcis olmuş həsiri pak edir, lakin həsir iplə toxun-

muşdursa, onun iplərini pak etməz. Eyni zamanda ağacın, bitkinin, qapı və 

pəncərənin günəşlə pak olması mübahisəlidir. 

Məsələ 187: Günəş  nəcis olmuş bir yerə saçdıqdan sonra, əgər insan, 

günəş saçdığı anda o yerin yaş olub-olmamasında və ya yaşlığının günəş va-

sitəsilə quruyub-qurumamasına şəkk edərsə, həmin yer nəcis hökmünü daşı-

yır. Həmçinin insan, günəşin saçmasından əvvəl həmin yerdən eyni nəcisin 

aradan aparılıb-aparılmamasında və ya günəşin  şüalarına bir şeyin mane 

olub-olmamasına şəkk edərsə, həmin yerin pak olması mübahisəlidir. 




 

28

Məsələ 188: Əgər günəş nəcis olmuş divarın bir tərəfinə saçarsa və nəti-

cədə, divarın günəşin saçmadığı digər tərəfi də quruyarsa, hər iki tərəfin pak 

olması uzaq bir nəzər deyil. Amma bir gün yerin və divarın çölünü, sonrakı 

gün isə içini qurudarsa, yalnız çölü pak olar. 

 

4. İstihalə (əslin dəyişməsi) 

Məsələ 189: Əgər nəcis olmuş bir əşyanın cinsi dəyişərək pak bir əşyanın 

şəklini alarsa, pak olar. Məsələn nəcisə bulaşmış ağacın yanıb kül olması və ya 

itin duzlağa düşüb duza dönməsi kimi. Amma nəcis olmuş  əşyanın cinsi 

dəyişməsə, (nəcis olmuş buğdanın una çevrilməsi və ya ondan çörək bişirilməsi 

kimi) pak olmaz. 

Məsələ 190: Nəcis olmuş palçıqdan düzəlmiş dolça və bu kimi əşyalar 

nəcis hökmündədir. Amma nəcis olmuş odundan əldə edilən kömür, əvvəlki 

xüsusiyyətlərindən heç biri onda olmasa, pakdır.  Əgər nəcis olmuş palçıq 

alovun təsirindən saxsıya və ya kərpicə çevrilərsə, vacib ehtiyata əsasən, nə-

cis hökmündədir. 

Məsələ 191: İstihalə olub-olmadığı bilinməyən nəcislənmiş  əşya nəcis 

hökmündədir. 



 

5. İnqilab (növün dəyişməsi) 

Məsələ 192: Şərab öz-özünə  və ya içinə sirkə və duz kimi maddələrin 

əlavə edilməsilə sirkəyə çevrilərsə, pak olar. 



Məsələ 193: Nəcis olmuş üzüm və bu kimi meyvələrdən çəkilmiş  şərab, 

yaxud ayrı bir nəcasətə toxunmuş şərab dəyişərək sirkəyə çevrilərsə, pak olmaz. 



Məsələ 194: Nəcis olmuş xurma, kişmiş  və üzümdən hazırlanan sirkə 

nəcis hökmündədir. 



Məsələ 195: Əgər üzüm və xurmanın çör-çöpü onların içində olsa, eləcə 

də sirkə tökülsə, zərəri yoxdur. Həmçinin onların içində sirkə olmazdan əv-

vəl xiyar, badımcan və bu kimi tərəvəzlər tökərlərsə, sirkə olmazdan qabaq 

məstedici olmadığı təqdirdə, eybi yoxdur. 



Məsələ 196: Üzüm suyu alovda və ya öz-özünə qaynayarsa, haram olar. 

Amma qaynamaqla üçdə ikisi gedib üçdə biri qalarsa, halal olar. 111-ci 

məsələdə üzüm suyunun qaynamaqla nəcis olmadığına dair məsələ qeyd 

olundu. 


Məsələ 197: Qaynamadan üçdə ikisi azalan üzüm suyunun qalan hissəsi 

qaynayarsa, əgər camaat arasında ona şirə deyil, üzüm suyu deyilərsə, vacib 

ehtiyata əsasən, haramdır. 

Məsələ 198: Qaynayıb-qaynamadığı bilinməyən üzüm suyu halaldır. 

Amma qaynayarsa, insan onun qaynayaraq üçdə ikisinin azaldığını  yəqin 

etməyincə, halal olmaz. 



 

29

Məsələ 199: Əgər bir salxım yetişməmiş üzümdə (qorada) bir neçə ye-

tişmiş üzüm dənəsi tapılarsa, ondan alınan suya üzüm suyu deyilməsə, qay-

nadığı təqdirdə yeyilməsi halaldır. 



Məsələ 200: Əgər alovda qaynamaqda olan məhlulun içərisinə bir üzüm 

dənəsi düşərsə və qaynadığı halda yox olmasa, yalnız o üzüm dənəsini ye-

mək vacib ehtiyata əsasən, haramdır. 

Məsələ 201: Əgər bir neçə qazanda şirə qaynadılarsa, qaynadılmış 

qazanın qarışdırıldığı  kəfkirlə qaynadılmamış qazanın qarışdırılması 

caizdir. 

Məsələ 202: Qora, yoxsa üzüm olduğu bilinməyən bir məhlul qaynayar-

sa, halaldır. 



 

6. İntiqal (köçürmə) 

Məsələ 203: Əgər ürfə görə qanı olmayan bir heyvan insanın, yaxud atı-

cı qanı olan bir heyvanın qanını, ağcaqanadın insan və ya heyvanın bədənin-

dən sorduğu kimi, sorub öz bədəninə köçürərsə  və o heyvanın bədənində 

həzm olunma ərəfəsində olarsa, həmin qan pak olar və bu proses “intiqal” 

(köçürmə) – adlanır. Amma müalicə  məqsədilə  zəlinin insandan sorduğu 

qan, onun bədəninin bir hissəsi sayılması  məlum olmadığından nəcis hök-

mündədir. 

Məsələ 204: Əgər insan bədəninə qonan ağcaqanadı öldürərsə və ağca-

qanadın ondan çəkdiyi qan xaricə çıxarsa, həmin qan pakdır. Çünki o qan ağ-

caqanadın qidası olmaq ərəfəsində idi. Baxmayaraq ki, qanın sorulması ilə 

ağcaqanadın öldürülməsi arasındakı zaman fasiləsi çox az idi, amma bu hal-

da həmin qandan çəkinmək müstəhəb ehtiyatdır. 

 

 

 

7. İslam 

Məsələ 205: Əgər kafir kəlmeyi-şəhadəti deyərsə, yəni, Allahın yeganəliyi-

nə  və peyğəmbərlərin sonuncusu həzrət Məhəmməd ibn Abdullah(s)-ın pey-

ğəmbərliyinə  şəhadət verərsə, hansı dildə söyləsə belə, müsəlman olar. Onun 

qabaqcadan hər nə qədər nəcis olmasına hökm edilirdisə, müsəlman olduqdan 

sonra da artıq onun bədəni, ağzının və burnunun suyu və təri pak olar. Amma 

müsəlman olduğu zaman bədənində eyni nəcasət varsa, onu aradan qaldırıb 

yerini yumalıdır. Hətta müsəlman olmazdan əvvəl bədənindəki eyni nəcasəti 

aradan aparmış olsa belə, vacib ehtiyata əsasən, onun yerini su ilə yumalıdır. 



Məsələ 206: Əgər kafir olduğu zaman paltarı yaş halda bədəninə  dəy-

mişdirsə, istər müsəlman olduğu zaman həmin paltar əynində olsun, istər də 

olmasın, vacib ehtiyata əsasən, o paltardan çəkinməlidir. 

Məsələ 207: Əgər kafir, kəlmeyi-şəhadəti deyərsə və insan onun qəlbən 

müsəlman olub-olmadığını bilməsə pakdır. Hətta qəlbən müsəlman olmadı-




Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə