Microsoft Word risale1-22. 01. 2013. doc



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə10/181
tarix30.10.2018
ölçüsü2,57 Mb.
#76141
1   ...   6   7   8   9   10   11   12   13   ...   181

 

25

Məsələ 160: Əgər ət və bu kimi ərzaq məhsullarının zahiri nəcis olarsa

onları pak qaba qoyaraq üzərinə bir dəfə su axıdıb boşaltsalar, pak olar. 

Amma onu nəcis olmuş qaba qoysalar, bu işi üç dəfə təkrarlamaq lazımdır. 

Bu zaman qab da pak olar. Əgər paltar və bu kimi sıxılması lazım olan bir 

əşyanı qabın içərisində yumaq istəsələr, üzərinə su axıdıldığı  hər dəfəsində 

sıxılmalı və qabı əyərək içərisində yığılmış qüsaləsi çölə tökülməlidir. 

Məsələ 161: Sinka və bu kimi rənglə boyanmış nəcis olmuş paltarı kür 

və ya axar suya batırsalar və su paltarın rəngilə qarışıq halını almazdan əvvəl 

onun hər tərəfinə çatarsa, həmin paltar pak olar. Əgər onu az su ilə yuyarlar-

sa, sıxılarkən ondan qarışıq su axmasa, pak olar. 



Məsələ 162: Kür və ya axar suda paltarı yuduqdan sonra onun üzərində 

su yosunu görünərsə, onun, suyun paltara yetişməsinə mane olduğu ehtimal 

olunmasa, həmin paltar pakdır. 

Məsələ 163: Əgər paltar və bu kimi əşyaları yuduqdan sonra üzərində 

palçıq və ya sabun parçası görünərsə, onun, suyun paltara yetişməsinə mane 

olduğu ehtimalını verməsələr, həmin paltar pak hökmündədir. Amma nəcis 

su palçığın və ya sabunun içinə nüfuz edərsə, onların zahiri pak, daxili isə 

nəcis olar. 

Məsələ 164: Nəcis olmuş bir əşyadan eyni nəcis aradan aparılmayınca, 

pak olmaz. Amma nəcisin qoxusu və ya rəngi həmin əşyanın üzərində qalar-

sa, problemi yoxdur. Buna əsasən də, qan paltardan yuyulduqdan sonra rəngi 

onun üzərində qalsa belə, həmin paltar pak hökmündədir. Lakin qoxu və ya 

rəng vasitəsilə  həmin  əşyada nəcasətin zərrələrinin qaldığına ehtimal və ya 

yəqin edərsə, həmin əşya nəcis hökmündə olar. 



Məsələ 165: Bədəndə olan nəcis kür və ya axar suda aradan aparılarsa, 

bədən pak olar. Bədən sidiklə  nəcis olarsa, vacib ehtiyata əsasən, kür suda 

bir dəfə yumaqla paklanmaz; amma sudan kənara çıxarıb, təkrar suya batır-

maq da lazım deyil. Əgər suyun içində əlini oraya çəkərək su bədəndən ayrı-

larsa və ikinci dəfə suyu bədənə çatdırarsa, kifayət edər. 

Məsələ 166: Dişlərin arasında qalan nəcis yemək, ağıza su alınıb çalxa-

lanaraq nəcis yeməyin hər yerinə çatdırılarsa, pak olar. 



Məsələ 167: Saç və saqqalın tükünü az su ilə suya çəksələr, saç və saq-

qal çox deyilsə, qüsalənin çıxması üçün sıxılması lazım deyildir. Çünki öz-

özünə normal miqdarda ayrılır. 

Məsələ 168: Bədən və ya paltarın bir yeri az su ilə yuyulduqda, o yerə 

bitişik olub, yuyulma zamanı suyun adətən sirayət etdiyi yerlər də nəcis ye-

rin pak olması ilə pak olar. Belə ki, nəcis yerin ətrafını ayrıca yumaq lazım 

deyil. Əksinə, nəcis yer və onun ətrafı birlikdə pak olur. Həmçinin nəcis bir 

əşyanın yanına pak bir əşya qoyub, hər ikisinin üzərinə su axıdıldıqda da 

hökm eynidir. Beləliklə, nəcis olmuş bir barmağı suya çəkmək üçün barmaq-

ların hamısının üzərinə su axıdılarsa, nəcis və pak su onların hamısına yetiş-

diyi təqdirdə, nəcis barmaq pak olmaqla digər barmaqlar da paklanır. 




 

26

Məsələ 169: Nəcis olmuş ət və quyruq digər ərzaq məhsulları kimi yu-

yulur. Suyun daxilinə nüfuz etməsinə mane olmayacaq miqdarda azyağlı bə-

dən, qab və ya paltar da eyni hökmü daşıyır. 



Məsələ 170: Nəcis olmuş bədən və ya qab sonradan suyun yetişməsinə ma-

ne olacaq şəkildə yağlanarsa, həmin bədən və ya qabı suya çəkmək istədikləri 

zaman suyun qabın səthinə yetişməsi üçün yağın aradan aparılması lazımdır.  

Məsələ 171: Kür suya birləşmiş krantdan gələn su, kür su hökmünü daşıyır. 

Məsələ 172: Bir  əşyanı yuyub pakladığını  yəqin etdikdən sonra onun 

üzərindən eyni nəcisin təmizlənib-təmizlənmədiyinə şəkk edərsə, eyni nəci-

sin təmizlənməsini yəqin etmək üçün onu yenidən yumaq lazımdır. 

Məsələ 173: Qum və çınqıl kimi suyu hopduran materiallarla örtülən yer 

nəcis olarsa, az su ilə də pak olar. 



Məsələ 174: Daş və ya kərpiclə döşənmiş olan və ya suyun hopmadığı 

sərt yer nəcis olarsa, az su ilə pak olar; amma axıncaya qədər onun üzərinə 

su tökmək lazımdır. Bu halda, onun üzərinə tökülən su bir yerdən çıxmayıb 

toplanarsa, oranın pak olması üçün toplanmış suyun bir parça və ya qabla 

kənara atılması lazımdır. 

Məsələ 175: Duz daşı və bu kimi əşyaların zahiri nəcis olarsa, kürdən az 

su ilə də pak olar. 



Məsələ 176: Ərimiş nəcis şəkərdən hazırlanan qənd, kür və ya axar suya 

qoymaqla pak olmaz. 

 

2. Yer 

Məsələ 177: Yer dörd şərtlə  nəcis olmuş ayağın və ayaqqabının altını 

pak edir: 

1. Yer pak olmalıdır. 

2. Yer quru olmalıdır. 

3. Vacib ehtiyata əsasən, ayaq və ya ayaqqabının altı yer tərəfdən (yeri-

məklə) nəcis olmamalıdır. 

4. Ayağın və ya ayaqqabının altındakı qan və sidik kimi eyni nəcis və ya 

nəcis olmuş palçıq kimi, sonradan nəcis olan əşya, yol yerimək və ya ayağı 

yerə sürtməklə aradan getməlidir; əgər nəcasət qabaqcadan aradan gedərsə

vacib ehtiyata əsasən, ayaq və ya ayaqqabının altı yol getmək və ya yerə 

sürtməklə pak olmaz. Həmçinin yer torpaq olmalı, daş və kərpiclə və ya bu-

na oxşar tikinti materialları ilə döşənmiş olmalıdır. Xalça, həsir və çəmənlik 

üzərində yol getməklə nəcis olmuş ayaq və ya ayaqqabının altı pak olmaz. 

Məsələ 178: Nəcis olmuş ayaq və ya ayaqqabının altının asfalt və ya 

ağacla döşənmiş bir yer üzərində yeriməklə pak olması mübahisəlidir. 



Məsələ 179: Ayağın və ya ayaqqabının altındakı nəcasət on beş ziradan (bar-

mağın başından dirsəyədək olan hissəyə zira deyilir və hər zira təqribən, 46 sm-

dir.) az yol getməklə və ya yerə sürtməklə aradan gedərsə belə, ayaq və ya ayaq-

qabının paklanması üçün on beş zira və ya daha artıq yol getmək daha yaxşıdır. 




Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə