Microsoft Word risale1-22. 01. 2013. doc



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə71/181
tarix30.10.2018
ölçüsü2,57 Mb.
#76141
1   ...   67   68   69   70   71   72   73   74   ...   181

 

170


Əgər namazı batil edən bir iş görmədən öncə bunu xatırlasa, unutduğu iki 

səcdəni yerinə yetirməli, yenidən təşəhhüd deməli və namazın salamını ver-

məlidir. Vacib ehtiyata əsasən, əvvəl verdiyi salam üçün iki səhv səcdəsi ye-

rinə yetirsin. 



Məsələ 1252: Əgər namazı vaxtından əvvəl qıldığını bilsə, onu yenidən 

qılmalı, əgər vaxt keçmişdirsə, qəza etməlidir. Əgər namazını arxası qibləyə 

və yaxud doxsan dərəcə  əyri yaxud artıq qıldığını başa düşsə, vaxt keçmə-

mişdirsə, yenidən qılmalıdır.  Əgər vaxt keçmişdirsə  və  tərəddüddədirsə  və 

yaxud hökmü bilmirdisə, qəza etməlidir.  Əks təqdirdə, qəza etməsi lazım 

deyil. Əgər qiblənin əyriliyinin doxsan dərəcədən az olduğunu bilsə, qibləyə 

əyri durmaqda üzrlü olmasa, məsələn, qiblənin hansı  tərəfə olduğunu araş-

dırmaqda və yaxud məsələni öyrənməkdə  səhlənkarlıq etmişdirsə, ehtiyata 

əsasən, namazı yenidən qılmalıdır, istər namazın vaxtı keçsin, istərsə də keç-

məsin. Əgər üzrlü olubsa, namazı yenidən qılması lazım deyil. 



Müsafir namazı 

Müsafir zöhr, əsr və xiftən namazlarını səkkiz şərtlə yarı şəkildə, yəni, 

iki rükət qılmalıdır. 

1-ci şərt: Onun səfəri səkkiz fərsəxdən (təqribən, 44 km-dən) az olmasın. 

Məsələ 1253: Gedib-gəlməsi üst-üstə səkkiz fərsəx olan şəxs, istər gedi-

şi və ya gəlişi dörd fərsəxdən az olsun, istərsə də olmasın, namazı yarı qıl-

malıdır. Buna əsasən, əgər gedişi üç fərsəx və qayıdışı beş fərsəx və ya ək-

sinə olsa, namazı yarı şəkildə, yəni, iki rükət qılmalıdır. 



Məsələ 1254: Əgər gediş-gəlişi səkkiz fərsəx olarsa, getdiyi gün və ya 

həmin günün gecəsi qayıtmasa da, namazını yarı şəkildə qılmalıdır. Amma 

yaxşı olar ki, ehtiyat edərək namazını tam da qılsın. 

Məsələ 1255: Əgər insanın səfəri səkkiz fərsəxdən bir qədər az olarsa və 

ya getdiyi yolun səkkiz fərsəx olub-olmadığını bilməsə, namazını yarı qılma-

malıdır. Əgər səfərinin səkkiz fərsəxə çatıb-çatmadığında şəkk edərsə, araş-

dırması lazım deyil və namazını tam şəkildə qılmalıdır. 



Məsələ 1256: Əgər bir ədalətli və ya etimadlı bir şəxs onun səfərinin 

səkkiz fərsəx olduğunu xəbər versə və onun sözündən xatircəm olsa, namazı-

nı yarı qılmalıdır. 

Məsələ 1257: Səfərinin səkkiz fərsəx olmasına yəqin edən şəxs namazını 

yarı qılarsa və sonra səfərinin səkkiz fərsəx olmadığını bilərsə, onu dördrü-

kətli namaz kimi yerinə yetirməlidir. Əgər vaxtı keçibsə, onu qəza etməlidir. 

Məsələ 1258: İstədiyi bir yerə səfərə çıxmaq qərarına gələn şəxsin səfə-

rinin səkkiz fərsəx olmamasına yəqini olsa yaxud səkkiz fərsəx olub-olma-

masında şəkk etsə, əgər yolda başa düşsə ki, onun səfəri səkkiz fərsəx imiş, 

yolu bir az qalsa da, namazı yarı şəkildə qılmalıdır və əgər tam şəkildə qılıb-




 

171


sa, ikinci dəfə yarı  qılmalıdır. Amma vaxtı keçibsə, onu qəza etmək lazım 

deyildir. 



Məsələ 1259: Məsafəsi dörd fərsəxdən az olan iki məhəllənin arasında 

bir neçə  dəfə gedib-gəlməklə hamısı  səkkiz fərsəx olsa da, insan namazını 

tam şəkildə qılmalıdır. 

Məsələ 1260: Əgər bir yerə iki yol olsa, biri səkkiz fərsəxdən az, digəri 

isə  səkkiz fərsəx və ya ondan çox olsa və insan səkkiz fərsəx olan yoldan 

oraya getsə, namazı yarı qılmalı və əgər səkkiz fərsəx olmayan yoldan getsə, 

tam şəkildə qılmalıdır. 



Məsələ 1261: İnsan səkkiz fərsəxin başlanğıcını müsafir sayılacağı bir 

yeri keçdikdən sonra hesab etməlidir və  həmin yer əksər hallarda şəhərin 

sonudur. Amma bəzi böyük şəhərlərdə məhəllənin sonu ola bilər. 

2-ci  şərt:  Səfərinin  əvvəlindən etibarən məqsədi səkkiz fərsəx olmalı, 

yəni, səkkiz fərsəx gedəcəyini bilməlidir. Deməli, səkkiz fərsəxdən az olan 

bir yerə səfər edərsə və oraya çatdıqdan sonra gəldiyi yolla birlikdə səkkiz 

fərsəx olacaq bir yerə getməyə niyyət edərsə, əvvəlcədən məqsədi səkkiz fər-

səx olmadığından namazı tam şəkildə qılmalıdır. Amma oradan səkkiz fərsəx 

getmək istəsə və ya məsələn, qayıtmağı ilə birlikdə səkkiz fərsəx olacaq bir 

yerə getsə, namazını yarı qılmalıdır. 

Məsələ 1262: Səfərinin neçə  fərsəx olacağını bilməyən  şəxs, məsələn, 

bir itkini tapmaq üçün səfərə çıxıb, onu tapmaq üçün nə qədər yol gedəcəyini 

bilmirsə, namazını tam şəkildə qılmalıdır. Amma qayıdan zaman vətəninə və 

ya on gün qalacağı yerə  qədər səkkiz fərsəx yaxud çox olsa, namazı yarı 

qılmalıdır. Əgər getdiyi zaman gedib-qayıtmağı ilə birgə səkkiz fərsəx yolu 

getməyi niyyət edərsə, namazını yarı qılmalıdır. 



Məsələ 1263: Müsafir səkkiz fərsəx yol gedəcəyini qərara aldığı təqdir-

də, namazını yarı qılmalıdır. Deməli, əgər bir şəxs şəhərdən ayrılsa, məsələn, 

özünə yoldaş tapacağı təqdirdə, səkkiz fərsəxlik səfərə çıxmağı niyyət edər-

sə, yoldaş tapacağına əmin olarsa, namazı yarı, əgər əmin deyilsə, tam şəkil-

də qılmalıdır. 

Məsələ 1264: Səkkiz fərsəxlik səfərə getməyi niyyət edən bir şəxs hər 

gün az miqdarda yol getsə belə, “həddi-tərxxüs”ə çatanda namazını yarı 

qılmalıdır. Amma hər gün çox az miqdarda yol gedərsə, vacib ehtiyat əsasən, 

namazını həm yarı, həm də tam şəkildə qılsın. 



Məsələ 1265: Qadın, övlad, xidmətçi və məhbus kimi səfərdə başqasının 

ixtiyarında olan bir şəxs səfərinin səkkiz fərsəx olduğunu bilərsə, namazını 

yarı, əgər bilməsə, bütöv qılmalıdır və soruşması da lazım deyildir, lakin so-

ruşması yaxşıdır. 



Məsələ 1266: Səfərdə başqasının ixtiyarında olan şəxs dörd fərsəxlik 

yerə çatmamış ondan ayrılıb səfər etməyəcəyini bilərsə və ya güman edərsə, 

namazını tam şəkildə qılmalıdır.  



Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə