Microsoft Word riyaziyyatin tedrisinde umumilesdirme 2009. doc



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə62/148
tarix23.11.2017
ölçüsü3,47 Mb.
#11936
1   ...   58   59   60   61   62   63   64   65   ...   148

_____________Milli Kitabxana_____________ 

 181


bacarığa alqoritmik və evristik komponentlər daxildir. Alqoritmik komponentdə 

axtarış təşkil edilir, evristikdə isə o, istiqamətlənir. Evristik komponentlər nəticəni 

almaq üçün həll edənə,  əməliyyatın  əvvəldən məlum olub-olmamasından asılı 

olmayaraq, isbatın axtarılmasında lazım gəlir.  İsbatla  əlaqədar fikri fəaliyyət 

bacarığının aşağıdakı  səviyyələrini göstərə bilərik: 1) reproduktiv-alqoritmik 

(şagird dərslikdə isbat edilmiş teoremin isbatını tapır); 2) produktiv-alqoritmik 

(dərslikdə isbat edilmiş teoremin isbatı yeni çertyoj və  işarələr  əsasında 

müəyyənləşdirilir); 3) reproduktiv-evristik (şagird bir qədər  əvvəl sinifdə isbat 

edilmiş hökmlərin isbatını verir); 4) produktiv-evristik (şagird yeni qarşılaşdığı 

hökmü isbat edir). 

İsbatın axtarılmasının öyrənilməsinə müxtəlif cəhətdən baxmaq olar. Məktəb 

həndəsə kursunun əvvəlində bu məsələyə daha çox diqqət vermək lazım gəlir. 

Şagirdlər isbatın axtarılmasının evristik priyomları ilə tanışdırlarsa onlar məsələ 

həllində o qədər də  çətinlik çəkmirlər. Tanış  məsələyə  gətirmə,  şərtin 

sadələşdirilməsi, xüsusi hallara baxmaq və s. belə priyomlara nümunə ola bilər. 

Lakin bunlar, şagirdlərin isbata aid müəyyən təcrübələri olduqda tətbiq edilə bilər. 

Riyazi fənlərin öyrənilməsinə başlanılan ondan isbatı axtarmaq bacarığının, ilk 

növbədə formalaşdırmaq mümkün olan, ümumi priyomlarını müəyyənləşdirmək 

lazımdır. Məsələ  həllinin axtarılması prosesi dairəvi baş verir. Bunu aşağıdakı 

sxemlə təsvir etmək olar. 

 

 

Məsələnin mətninin təhlili  



 

 

 Bu  halda  isbatı bir neçə üsulla axtarmaq olar (bu isə seçilmiş proqramın 



əsasıdır): 

1) Hökmün mətninin təhlilindən onun nəticəsinə keçmək (hökmün mətninin 

təhlili); 2) hökmün şərtinin təhlili və onun başqa şəkildə ifadə edilməsindən sonra 

nəticəyə keçmək (şərtin genişləndirilməsi); 3) hökmün mətninin təhlilindən və 

Şərtin başqa ifadəsi; 

Məsələdə tələb olunan; 

Tələbin başqa ifadəsi 



_____________Milli Kitabxana_____________ 

 182


nəticəni başqa şəkildə ifadə etdikdən sonra şərtə keçmək (tələbi genişləndirmək); 

4) hökmün mətnin təhlilindən və gah nəticəni, gah da şərti başqa  şəkildə ifadə 

etdikdən sonra nəticəyə keçmək (ardıcıl olaraq nəticə və şərtin təhlili). 

Apardığımız axtarış eksperimenti göstərdi ki, “nəticənin genişləndirilməsi” 

priyomu aşağı sinif şagirdləri üçün çətindir. Odur ki, burada əsas diqqəti isbatı 

qalan üç yolla tapmağı axtarmağın öyrədilməsinə yönəltmək məsləhətdir. 

Nəticənin tam genişləndirilməsi bacarığına sahib olmağa  şagirdlər tədricən 

gətirilir. Bunun üçün ardıcıl olaraq gah şərti, gah da nəticəni genişləndirməklə 

isbatın axtarılması  məşq edilir. İsbatı axtarmağın yuxarıda göstərilən hər sonrakı 

yolu  əvvəlkinin tərkib hissəsidir. Göstərilən priyomların ardıcıl olaraq 

formalaşdırılması  şərti belədir: Hökmün mətninin təhlili, onun şərtinin genişlən-

dirilməsi, ardıcıl olaraq şərtin və  nəticənin təhlili.  İsbatın axtarılması zamanı da 

şagird onun məntiqi strukturunu və necə qurulduğunu bilməlidir. Odur ki, isbatın 

axtarılmasının ümumi priyomlarının formalaşdırılması onun düzünə  və dolayı 

metodlarla aparılması üzrə  təlim priyomlarının daxil edilməsi ilə eyni zamanda 

yerinə yetirilir.  

Şagirdlərə isbatın axtarılması priyomlarının öyrədilməsi zamanı yerinə 

yetirilməli  şərtlərin müəyyənləşdirilməsilə, hər bir priyomun mənimsədilməsinin 

konkret metodikasına baxmaq lazımdır. Bununla əlaqədar təlim işinin priyomları 

müxtəlif ümumilik səviyyəsində ola bilər: hər hansı  məsələlər sinfinin həllində 

tətbiq edilən xüsusi priyomlar, geniş, daha əhatəli məsələlər sinfinin həllində tətbiq 

olunan ümumi priyomlar. Spesifik priyomlar biliklərin mənimsənilməsinə 

yönəldilmiş bacarıq və  vərdişlərin formalaşdırılmasına imkan verir. Ümumi 

priyomlar, daha geniş xarakterli bacarıqların formalaşdırılmasına, biliyin tətbiqi 

üsullarının mənimsənilməsinə yönəldilir ki, bu da daha şüurlu öyrənməyə  əsaslı 

təsir edir. Ümumi priyomların lazımi səviyyədə  mənimsənilməsi ilə onları digər 

fənlərdə də tətbiq etmək olar. Bu priyomların formalaşdırılması zamanı aşağıdakı 

şərtləri yerinə yetirmək lazımdır. 1) priyoma daxil olan əməliyyatların tam 

sistemini göstərmək; 2) priyomların elementlər üzrə  mənimsənilməsini təşkil 

etmək; 3) priyomun tətbiqini onun ilkin göstərilməsi və  mənimsənilməsi zamanı 




_____________Milli Kitabxana_____________ 

 183


genişləndirmək; 4) müxtəlif təlim materialları üzrə formalaşdırma, spesifik 

priyomlara nisbətən, uzun vaxt tələb edir. 5) əsas diqqət sxemlərin, cədvəllərin, 

kartoçkaların, evristik göstərişlərin və s. tətbiqinə verilir; 6) priyomların daxil 

edilməsi dərslikdə isbatı ilə verilən teoremlərlə reallaşdırılır. Şagirdlər priyomları 

müstəqil tətbiq edərkən, onlarda son nəticənin nümunələri olmalıdır. Bu isə 

göstərilən şərtlərin yerinə yetirilməsi ilə əlaqədardır.  

İsbat priyomlarının formalaşdırılması dörd mərhələdən keçir: hazırlıq, giriş, 

mənimsəmə, müstəqil tətbiq. 

İsbatın axtarılması və aparılması priyomlarının qısa xarakteristikasını verək. 

1) Hökmün mətninin təhlili. Bu priyomun öyrədilməsindən məqsəd şərt və 

nəticə arasında lazımi  əlaqəni tamamlamaqda şagirdlərə kömək etmək, hökmün 

mətninin  əvvəlcədən diqqətlə  təhlilini vermək bacarığını onlarda formalaşdır-

maqdır. 

2)  Şərtin genişləndirilməsi. Bu priyomun formalaşdırılmasından məqsəd 

şagirdlərə bilavasitə verilənlərdən ardıcıl olaraq nəticə  çıxarmağı, yeni alınandan 

yeni nəticə çıxarmağı (ikinci nəticə) öyrətməkdir.  

3) Hökmün şərtinin və  nəticəsinin ardıcıl təhlili. Baxılan priyomun daxil 

edilməsindən məqsəd  şagirdlərə  nəticənin yerinə yetirilməsi üçün ardıcıl olaraq 

kafi  şərti və  şərtdən alınan zəruri  şərti tapmağı, habelə ikinci zəruri və kafi şərti 

tapmağı öyrətməkdir. Bu əməliyyatları dəfələrlə aparmaqla şagird isbatı tapır. 

4)  İsbatın aparılması üzrə  təlim işi priyomları (Düzünə  və dolayı isbatlar). 

Bu işin aparılmasından məqsəd şagirdləri isbat metodları, məntiqi əməliyyat tərkibi 

ilə tanış etməkdən ibarətdir.  

İsbatın axtarılmasında şagirdlər hər hansı metoddan istifadə edirlər. Hər bir 

priyomun formalaşdırılmasının konkret metodikasını  aşağıdakı ardıcıllıqda  şərh 

etmək olar. 

- priyom, onun əməliyyat tərkibi; 

- priyomun formalaşdırıldığı məzmun; 

- onun formalaşdırılması üsulları; 

- formalaşdırmanın meyarı. 




Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə