Microsoft Word sahib eliyev doc



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə51/75
tarix12.10.2018
ölçüsü1,47 Mb.
#73591
1   ...   47   48   49   50   51   52   53   54   ...   75

Müasir  Azərbaycan  dili 
 
 
201 
“Qarabağ maralı”nı oxudu. (İ.Əfəndiyev) O, gözlərini bağçaya 
zilləyərək susdu.  (İ.Əfəndiyev) Gedib qapıda duran fərraşa 
yavaşdan deyir.(N.Nərimanov)  
2.  Hərəkətin  keyfiyyətini  bildirənlər.  Məsələn,  
Onun gözündə hər şey iyrənc görünürdü.   (Ə.Haqverdiyev)     
3.  Müqayisə  bildirənlər.  Məsələn,  O,  baş 
verəcəkləri duyurmuş kimi üzümə baxdı.  (İ.Əfəndiyev)   
4.  İşin  icra  tərzini  və  subyektin  hal  -vəziyyətini  
bildirənlər. Məsələn,  Oğlanlar baca-baca gəzərdilər. (İ.Şıxlı) 
Pakizə qaça-qaça doqqaza çıxdı. (İ.Şıxlı) 
Yer zərfliyi.  Yer zərflikləri   hərəkətin  icra  yerini  və  
ya  əşyanın yerləşdiyi  sahəni,  hərəkətin   istiqamətini,  
başlanğıc və  çıxış  nöqtəsini,  varacağı son nöqtəni, hərəkətin  
keçdiyi  yolu  bildirir.   Bu  zərfliklər   harada?  haraya?  
haradan?  harayacan?  haraya  qədər?  haraya  kimi?   
haradan-haraya? haradan-haraya qədər? hara ilə? 
suallarından  birinə  cavab  verir.  Məsələn,  Gənc çobanlar 
birlikdə qaranlıqda palçığı  şappıldada-şappıldada  ağıla sarı 
yüyürdü.  (İ.Əfəndiyev) Niyə  sən məni  oradan  çıxartdın?      
(Ə.Haqverdiyev)  Bu günlərdə orada Hacı Zeynal adlı bir varlı 
kişi vəfat  eləyibdir. (Ə.Haqverdiyev) Hacı bir-iki addım  irəli 
getdi.  (Ə.Haqverdiyev)   
Yer  zərfliyi  aşağıdakı  nitq  hissələri  və    söz  
birləşmələri ilə  ifadə  olunur:  
 1. Yönlük, yerlik  və    çıxışlıq   hallarında   olan  yer  
zərfləri ilə.  Məsələn,  Nadir  önə keçir və bundan hamı 
ürəklənir. (N.Nərimanov)   Atası onun səsini eşidib  içəriyə 
daxil oldu. (Ə.Haqverdiyev)   
2. Yönlük,  yerlik  və  çıxışlıq  halda  olan  yer   bildirən   
isimlərlə.  Məsələn,   Şuşada  sərrac dükanı  var                                
(Ə.Haqverdiyev) Həyətdə sakitlik idi. (İ.Şıxlı) 
3.  İsmi  birləşmələrlə,  o   cümlədən  ikinci  tərəfi  alt,  
üst,  yan,  böyür,  ara,  iç,  kənar  və  s.    köməkçi  adlardan  
ibarət    olan    ismi    birləşmələrlə. Məsələn,  Arxın qırağında 
Gülarə  Abdullayeva 
 
 
202
yarpız və yabanı  qızılgül kolları bitmişdi. (İ.Əfəndiyev) 
Qoymaram qeyri-millət  İran torpağında baş qaldırsın.          
(N.Nərimanov) 
4.  Hüdud,  məsafə  bildirən  kimi,  qədər,  -dək,  -can
2  
  
-ca
2
 qoşmalarının artırıldığı    məkan  mənalı    sözlər  və  
birləşmələrlə.  Məsələn,  Şəhərə  qədər heç birimiz dinib 
danışmadıq. (İ.Əfəndiyev) Yol boyunca əlvan güllər əkilmişdi. 
5. Birinci  tərəfi  çıxışlıq,  ikinci  tərəfi  yönlük  halda  
olan  (qoşmalı  və  qoşmasız)  birləşmələrlə.  Məsələn,  Evdən 
məktəbə qədər heç birimiz danışmadıq. 
6.  İlə  (-la,-lə)  qoşmalı    məkan  mənalı    sözlər  və  
birləşmələrlə.  Məsələn,  Biz  yenə  dar   cığırla    irəliləyirdik  
(İ.Əfəndiyev).   
7.  Haraya?  harada?  haradan?    sual    əvəzlikləri  ilə.  
Məsələn,  Axı geçənin bu qaranlığında  haraya gedəcəksən?   
(İ.Şıxlı) 
Zaman  zərfliyi.  Zaman  zərflikləri  hərəkət  və    ya  
əlamətin  baş vermə, meydana  çıxma,  bağlanğıc  və ya 
qurtaracaq,    həm  başlanğıc,  həm  də  qurtaracaq  zamanını  
bildirir.  Zaman  zərflikləri  nə  vaxt?  nə  zaman?  haçan?  nə 
vaxtdan?  nə  zamandan?  haçandan?  nə  zamanadək?  nə  
zamana  qədər?  nə   vaxtdan nə  zamana  kimi?    və s.  
suallardan  birinə    cavab    verir    və    həm  feli,  həm də  ismi  
xəbərlərə  aid  olur.  Məsələn,  Güney qışlaqdan çıxandan bəri 
həyatımın bu kədərli sərgüzəşti barədə    kimsəyə bir söz 
deməmişəm. (İ.Əfəndiyev)  Gözüm otağın yarıqaranlığına 
öyrəşəndən sonra adi taxtalardan düzəldilmiş  rəflərdəki 
kitabları  nəzərdən keçirdim. (İ.Əfəndiyev)  Mənim təkidimi 
gözləmədən  nəzərlərini Söyüdlü arxa dikərək “Qarabağ 
maralı”nı oxudu. (İ.Əfəndiyev)  Evə girəndə birinci onu 
görürdüm.  (İ.Əfəndiyev)  Axırda  kasıb düşüb evini satdı.      
(Ə.Haqverdiyev)   
Zaman  zərflikləri  feli  və  ismi  xəbərə  aid  olsa da,  
cümlənin  ümumi  məzmunu  ilə  bağlı  olaraq determinant  üzv 


Müasir  Azərbaycan  dili 
 
 
203 
kimi çıxış edir.  Başlıca  olaraq,  aşağıdakı  nitq   hissələri  və  
söz  birləşmələri  ilə  ifadə  olunur:  
1.  Sadə,  düzəltmə  və  mürəkkəb  zaman  zərfləri  ilə.  
Məsələn,  İndi xeyli qalxmış günəş od tökürdü.(İ.Əfəndiyev) 
2.  Yönlük,  yerlik  və  çıxışlıq  hallarında  olan  zaman  
mənalı  isimlərlə,  kimi,  qədər,  -dək,  -can
2
,  əvvəl,  sonra,  
bəri,  qabaq  qoşmalarının  qoşulduğu  zaman  mənalı  sözlər  
və    birləşmələrlə. Məsələn,    Səhərdən axşamadək yatdı.        
(Ə.Haqverdiyev)  O zamandan bəri  nə edəcəyini  bilmir.        
(Ə.Haqverdiyev)  Yoldaşları  o gələnə kimi durub getdilər.    
(Ə. Haqvediyev) 
4.  İsmi  birləşmələrlə:  
1)  O, bu,  həmin  sözlərinin  və  sayların  il, ay, gün,  
vaxt,  zaman,  an,  dəqiqə,  saniyə,  saat   sözlərinə  yanaşması  
yolu  ilə  yaranan  ismi  birləşmələrlə.  Məsələn,  Bu günlərdə 
orada Hacı Zeynal adlı bir varlı kişi vəfat  eləyibdir.              
(Ə.Haqverdiyev) .  Bu gün nahara gəlməyə macalım olmayıb. 
(İ.Əfəndiyev) Bu vaxtadək o fikirdə idi.  (N.Nərimanov) 
2) Feli  sifət  və    feli    sifət  tərkiblərinin  an,  vaxt,  
zaman  tipli  sözlərə    yanaşması    ilə.  Məsələn,    Özbəklərlə 
dava edən vaxt qoca anasını  əzabla öldürüblər.                     
(N.Nərimanov) 
3) Təyini söz birləşmələri ilə (qarşılıqlı  tabelilik  
əlaqəsində    olan    ismi    birləşmələrlə).  Məsələn,  Payızın 
sonlarında biz şəhərə qayıtdıq. (İ.Əfəndiyev) 
5.  Feli  bağlama  və  feli  bağlama  tərkibləri  ilə.  
Məsələn,  Mən gələndə  şamamalar gül idi.(“Qaçaq Nəbi") 
Mənsur içəri girəndə Sitarə üzüqoylu yerə  yıxıldı.                 
(C.Cabbarlı) Xoruzun axırıncı banından bir az keçmiş, Qəşəm 
kişi həyətə düşdü. (Elçin) İnsan üzünə baxınca biixtiyar 
fərəhindən gülümsəyir.(C.Cabbarlı) 
 6.  Nə  zaman?  nə  vaxt?  haçan?  nə    vaxtadək?  nə  
vaxtdan?    və s.  sual  əvəzlikləri  ilə.  Məsələn,  Nə vaxtadək 
Gülarə  Abdullayeva 
 
 
204
burada qalacaqsınız? (İ.Şıxlı) Yaxşı, bir de görüm haçan 
gəlmisən? (C.Cabbarlı) 
Səbəb  zərfliyi.  Səbəb  zərflikləri  hərəkətin icrasının  
və  ya  əlamətin  meydana  çıxmasının  səbəbini  bildirir  və  nə  
üçün?  nədən  ötrü?  niyə?  nə  səbəbə?   suallarından  birinə  
cavab  verir.  Məsələn, O məni görüb  hədsiz dərəcədə 
təəccüblənmişdi.  (İ.Əfəndiyev)  Əlacsızlıqdan  dayanmışdı.   
(Ə.Haqverdiyev) Axırda 
kasıb düşüb evini satdı.                   
(Ə.Haqverdiyev) və s. 
Səbəb  zərflikləri  aşağıdakı  nitq  hissələri  və    söz  
birləşmələri  ilə  ifadə  olunur: 
1.  Üçün, ötrü,  görə  qoşmalarının  -dığı

 şəkilçili  feli  
sifətlərə  və  feli  sifət  tərkiblərinə  qoşulması  ilə.  Məsələn, 
Bibim nə Xəzər barədə bir söz soruşdu, nə də qaçdığıma görə 
məni danladı. (Ə.Əylisli) Gövhərtac özünü köməksiz gördüyü 
üçün  divara yapışdı.  (Ə.Haqverdiyev) Qızıl Arslan məktubu 
aldığı üçün Həmədana hərəkət etdi. (M.S.Ordubadi) 
 2. Çıxışlıq  halda  olan  səbəb  mənalı  sözlər  və  söz  
birləşmələri ilə. Məsələn, Şadlığından ağladı. (N. Nərimanov) 
Utandığından dərdini kimsəyə deyə bilmirdi. (C. Cabbarlı) 
3.  Niyə? nə üçün? nə    səbəbə?  nədən?    və s. sual  
əvəzlikləri  ilə.  Məsələn,    Niyə  sən məni oradan çıxartdın?   
(Ə.Haqverdiyev) Sən 
nədən ötrü 
oraya 
getdin?                   
(Ə.Haqverdiyev)   
4.  Feli  bağlama  və  feli  bağlama  tərkibləri  ilə.  
Məsələn,  Atası  onun səsini eşidib içəri  daxil  oldu.                 
(Ə.Haqverdiyev)  Əjdər  əvvəlcə Boqdanın nəyə isə  işarə 
etdiyini düşünərək özünü itirdi, utandığından nə edəcəyini 
bilmədi. (S.Rəhman) Görüşün  şirinliyindən xoşlanaraq 
gülümsündü. (Əbülhəsən) 
Məqsəd  zərfliyi.    Bu    zərfliklər  hərəkətin  icrasının,  
əlamətin meydana  çıxmasının  məqsədini  bildirir  və        nə  
üçün?  nədən  ötrü?  niyə?  nə    məqsədə?  nə  məqsədlə?   
suallarından  birinə  cavab  verir.  Məsələn,    O,    bulağa  su  


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə