Müasir Azərbaycan dili
53
Çoxaltma dərəcəsini sintaktik üsulla yaratmaq üçün
sifətlərin əvvəlinə
ən, lap, olduqca, çox ədatları,
tünd, zil və
düm sözləri artırılır:
ən gözəl, lap yaxşı, olduqca şirin, ən
böyük, lap əziz, tünd-qırmızı, zil qara, dümağ, zil göy, tünd-
yaşıl və s.
Azaltma dərəcəsi əlamət və keyfiyyətin normadan az
olduğunu bildirir.
Azaltma dərəcəsi də iki üsulla: morfoloji və sintaktik
üsulla yaranır.
1. Azaltma dərəcəsinin
morfoloji üsulla ifadəsi dedikdə
aşağıdakı şəkilçilər vasitəsi ilə ifadəsi başa düşülür:
-ımtıl, -imtil, -umtul, -ümtül şəkilçisi ilə:
ağımtıl, göyümtül,
sarımtıl, bozumtul və s.
-ımtraq,imtraq, umtraq, ümtraq şəkilçisi ilə:
ağımtraq,
göyümtraq, sarımtraq, bozumtraq və s.
-ımsov, -ümsov şəkilçisi ilə:
ağımsov, göyümsov və s.
-sov şəkilçisi ilə:
uzunsov, yumrusov, hündürsov, dəlisov və s.
-şın şəkilçisi ilə:
sarışın, qaraşın və s.
-yanız ünsürü bəzi rəng bildirən sifətlərə qoşulur:
qarayanız,
sarıyanız və s.
-raq, -rək şəkilçisi ilə:
yastıraq, yaxşıraq, gödərək və s.
Qeyd: kiçi (k) rək, gödə (k) rək, alça (q) raq kimi
sözlərdə bu şəkilçidən əvvəl q, k samitləri düşür.
2.
Sintaktik üsulla azaltma
dərəcəsinin ifadəsinə
aşağıdakılar daxildir:
- Sifətdən əvvəl
ala sözünü işlətməklə:
ala-çiy, ala-yarımçıq,
ala-babat və s.
- Sifətdən əvvəl
açıq sözünü işlətməklə:
açıq-qırmızı, açıq-sarı,
açıq-sürməyi və s
.
- Sifətdən sonra
təhər sözünü işlətməklə:
sarıtəhər, göytəhər
uzuntəhər və s.
- Sifətdən əvvəl
kəm sözünü işlətməklə:
kəmşirin, kəmturş və s.
-Sifətdən əvvəl
az, bir az,bir qədər dərəcə zərflərini işlətməklə:
az maraqlı, bir az turş, bir qədər qorxulu və s.
Gülarə Abdullayeva
54
Sifətin cümlədə sintaktik vəzifəsi təyin olduğundan
bütün quruluş və dərəcə xüsusiyyətlərinə malik
olan sifətlər bu
vəzifəni icra edə bilir. Lakin sifət isimləşməklə cümlənin
mübtədası və tamamlığı da ola bilir.
Sifətlər əşyadan ayrıldıqda isimləşir. Özünəməxsus bir
sıra xüsusiyyətləri itirir və isimdən gələn bir sıra yeni
xüsusiyyətlər qazanır.
Sifət isimləşərkən itirir:
1. Necə? nə cür? hansı? sualına cavab verməyi;
2. Cümlədə təyin ola bilmə xüsusiyyətini;
3. İsmin əvvəlində işlənib onu təyin etməyi.
Sifət isimləşərkən:
1. İsim kimi ad bildirməyə xidmət edir.
2. İsim kimi kim? nə? sualına cavab verir.
3. Cümlədə mübtəda və tamamlıq vəzifələrində işlənir.
4. Cəm, mənsubiyyət və hal şəkilçilərini qəbul edə bilir.
Məsələn,
Ağıllı öz işini vaxtında qurur. Könüllülər yola
düşdülər. Qaraların vəziyyəti yaxşı deyil.
Say, onun məna növləri
və quruluş xüsusiyyətləri
Əsas nitq hissələrindən biri də saydır. Bu nitq hissəsi
əşyanın miqdarını və sirasını bildirir. 1920-ci ilə qədər yazılmlş
bütün qrammatika kitablarında saylar da sifətlər kimi isim
bəhsinə daxil edilirdi. Onlar “ismi-ədəd”adı ilə isimlərin bir
növü kimi verilirdi. 1920-ci ildən 1933-cü ilə qədər saylar gah
isim, gah da sifətlər sırasında izah olunmuşdur. Sayların bəzən
isim, bəzən də sifət kimi qəbul edilməsi onun hər iki nitq
hissəsi ilə oxşar cəhətlərinin olmasından irəli gəlir. Saylar da
isim kimi ad
bildirir, lakin isim əşyanın, say isə kəmiyyətin
adını bildirir. Məsələn, beş bir, on isə başqa bir kəmiyyətin
adıdır. Saylar isimdən əvvəl gələrək onu izah etməsinə, onunla
Müasir Azərbaycan dili
55
yanaşma əlaqəsinə girməsinə, cümlədə təyin vəzifəsini icra
etməsinə görə sifətə oxşayır. Lakin sifət əlamət, say isə miqdar
və sıra bildirir.
Bununla bərabər, sayın aşağıdakı özünəməxsus
fərqli cəhətləri vardır:
1. Say təyin vəzifəsində işləndikdə yanaşdığı sözün
qrammatik əlamətlərini qəbul etmir.
2. Saydan sonra gələn isim cəm şəkilçisi qəbul etmir.
(Məsələn
, beş kitab-beş kitablar işlətmək olmaz.
)
3. Miqdar və sıra sayları toplu isimlərlə işlənmir.
4. Saylar ancaq substantivləşən zaman hal və cəm
şəkilçiləri qəbul edir.
(birincilər, birincilərin hazırlığı və s.)
5. Sifətlərdən fərqli olaraq, sayla onun qoşulduğu isim
arasında müxtəlif sözlər işlənə bilir. (Məsələn
, altı baş inək, beş
nəfər adam və s.)
Demək olar ki, bir çox xalqların dilində saylar eyni
sistem üzrə sayılır. Dünyada mövcud olan dillərin bir çoxu
onluq say sistemindən istifadə edir. Onluq say sistemi ondan
yüzə qədər onluqların on dəfə təkrar olunması deməkdir.
Məsələn, Azərbaycanca
səksən səkkiz on, doxsan doqquz on
demək olduğu kimi,
fars dilində həftad yeddi on, həştad səkkiz
on deməkdir. İber-Qafqaz dillərində və bəzi başqa dillərdə
əsasən iyirmilik say sistemindən istifadə olunur. Bu say sistemi
iyirmidən yüzə qədər iyirminin beş dəfə təkrar olunması
deməkdir. Məsələn, gürcü dilində
altmışa sammozda (üç
iyirmi), tat dilində
yetmişə sebistodəh(üç iyirmi bir on) deyilir.
(2, səh. 84)
Demək olar ki, dünyada olan dillərin təqribən hamısı
eyni sistemdə sayır. Lakin Azərbaycan dilində ondan yüzə
kimi əvvəlcə onluq, sonra təklik gəldiyi halda (on beş), bir çox
başqa dillərdə ondan
iyirmiyə qədər əvvəlcə təklik, sonra onluq
işlədilir. Məsələn, rus dilində
semnadsat, pyatnadsat və s.
Sayın mənaca növləri. Sayların mənasına görə iki
növü var: miqdar sayları və sıra sayları.
Gülarə Abdullayeva
56
Miqdar
sayları əşyanın miqdarını, kəmiyyətini bildirir,
neçə? nə qədər? suallarından birinə cavab verir. Miqdar
saylarının əşyanın miqdarını təyinetmə dərəcəsindən asılı
olaraq aşağıdakı növləri qeyd edilir:
1.
Müəyyən miqdar sayları;
2.
Qeyri-müəyyən miqdar sayları;
3.
Kəsr sayları.
Müəyyən miqdar sayları əşyanın dəqiq, konkret
miqdarını bildirir. Müəyyən miqdar sayları dilimizdə azlıq
təşkil edən qeyri-müəyyən miqdar saylarından başqa, bütün say
növlərinin əsasını təşkil edir. Bu
saylar quruluşca sadə və
tərkibi olur. Bir sözlə ifadə olunan saylar sadə, iki və daha artıq
sözlə ifadə olunanlar isə tərkibi say adlanır. Sadə saylar
birləşərək tərkibi sayları yaradır. Məsələn
, beş, on, qırx, yüz,
min sayları sadə
, on beş, yüz on altı, dörd yüz on beş və s.
sayları isə tərkibidir.
Belə saylar mürəkkəb sözlərdən fərqli olaraq, əksər
hallarda bir neçə sayın yanaşaraq birləşməsindən əmələ gəlir.
Saylarla onların təyin etdikləri isimlər arasında müxtəlif sözlər
işlənə bilər. Belə hallarda isimlər arasında üş cür vəziyyət
müşahidə edilir:
1. Azərbaycan dilində miqdar sayları ilə isimlər arasında
bir sıra sözlər işlənir ki, onlar müəyyən əşyaların tələblərinə
görə saylardan sonra, isimlərdən əvvəl gəlir. Dilçilikdə belə
sözlərə
numerativ sözlər deyilir. Həmin sözlər əsasən
aşağıdakılardır:
Nəfər-yalnız insan bildirən isimlərlə işlənir. Məsələn,
beş nəfər adam, iki nəfər oğlan və s.
Baş- əsasən ev heyvanlarının adlarını bildirən isimlərlə
işlənir. Məsələn,
beş baş öküz , altı baş inək və s.
Ədəd-dənə-tək-tək sayılan cansız əşyanın adını bildirən
isimlərlə işlənir. Məsələn,
beş dənə alma, iki ədəd dəftər və s.
Cüt- bir cüt ayaqqabı, beş cüt corab və s.
Dəst- bir dəst paltar, iki dəst yorğan döşək və s
.