Müasir Azərbaycan dili
105
Sabitləşən ədatlara ən, lap, daha, düm, bəs, məgər, kaş, axı, di,
bəli, yox, xeyr, heç ədatları daxildir.
Qeyri-sabit
ədatlar. Qeyri-sabit ədatlar dedikdə
yerindən asılı olaraq həm ədat, həm də başqa nitq hissəsi kimi
işlənən sözlər başa düşülür. Bu qrupa daxil olan ədatların
özlərini də iki hissəyə ayırmaq olar: a) əsas nitq hissələri ilə
ortaq olan ədatlar, b) köməkçi nitq hissələri ilə ortaq olan
ədatlar.
Əsas nitq hissələri ilə ortaq olan ədatlar sifət, say, zərf
və fellərdən ibarətdir. Bu sözlər ədat kimi işləndikdə də öz
mənşəyi ilə əlaqəni kəsmir, ifadə etdiyi mənanın izlərini
saxlamış olur. Belə sözlər ədat kimi işləndikdə leksik mənanı
itirir, suala cavab vermir, cümlə üzvü olmur. Keçid
vəziyyətində olan belə sözləri aşağıdakı kimi qruplaşdırmaq
olar:
1. Belə, elə sözləri. Bu sözlər həm əvəzlik, həm də ədat
ola bilir. Bu sözlər cümlədə işlənərkən müstəqil məna
bildirərsə, o cür, bu cür sözləri ilə əvəz etmək olarsa, cümlədə
təyin və zərflik vəzifəsini daşıyarsa, müstəqil söz - əvəzlik olar.
Məsələn, O, belə adamlara həmişə hörmət etməyi sevirdi.
(Ə. Vəliyev) Adam özündən böyük ilə elə danışmaz.(M. Cəlal)
Həmin sözlər qeyd olunan xüsusiyyətlərdən məhrum olarsa,
ədat olur. Məsələn, İnci müəllimə bütün gücünü toplasa belə,
bədəni lərzəyə salmış qəzəb uçunmasının öhdəsindən gələ
bilmirdi. (V.Babanlı) Qoy elə mənim özümü güllələsinlər.
(C.Cabarlı)
2. Tək təkcə, bir, bircə sözləri dilimizdə say, zərf və
ədat kimi işlənir. Məsələn, Bircə kəlmə, bircə işarə kifayət
deyildimi ki, bu bədbəxtlik olmayaydı? (İ. Hüseynov) O illərdə
isə tamam tək idim. (M. Oruc)
Bu cümlələrdə bircə və tək sözləri müstəqil mənalı söz
kimi işlənmiş, uyğun olaraq təyin və xəbər yerində durmuşdur.
Aşağıdakı nümunələrdə isə əvvəlkilərdən fərqli olaraq, həmin
sözlər ədat kimi işlənərək məna çaları yaratmağa xidmət edir:
Gülarə Abdullayeva
106
Bir də hardasa tək bir it hürürdü. (Ə. Əylisli) Bunu bircə onlar
bilir. (Mir Cəlal) Təkcə bu rəhmətlikdə olan hümmətin yarısı
indiki dirilərdə olaydı. (Mir Cəlal) Ədat kimi işləndikdə həmin
sözləri yalnız, ancaq ədatları ilə də əvəz etmək olur.
3. Düz, artıq sözləri həm sifət, həm də ədat kimi işlənir.
Sifət kimi: Artıq tamah baş yarar. Düz qərar deyil, biz süni
sənədlərlə heç bir sadiq vətəndaşı incidə bilmərik. (S.Rəhimov)
Ədat kimi: Ceyran heç nə deməyib, düz mehtər Cəfərin
gözlərinin içinə baxdı. (Elçin) Artıq o illər arxada qalmışdı.
4. Bax, baxın, gəl, gəlin, gör, görün, qoy, qoyun,
görüm, görək sözləri cümlədə həm fel, həm də ədat kimi
işlənir. Fel kimi: Canını yerə qoy, a bala! (Y.Səmədoğlu)
Gecikmə, vaxtında gəl. (Y. Səmədoğlu) Hər şeyə diqqətlə bax.
(Y.Səmədoğlu) Baxın, baxın, yaxşı baxın, diqqətlə baxın!
Sizin tarix kitabında bu, qanla yazılmış bir səhifədir.
(C.Məmmədquluzadə)
Ədat kimi: Axı mən də kişiyəm. Qoy bir fikir eləyim.
(Y.V.Çəmənzəminli) Gör nə qədər qısaltdıq həsrətin mənzilini.
(Ə.Kərim) Bax birinci düşmən bu vələdüzzinadır. (S.Rəhimov)
və s.
b) Dilimizdəki ədatların bir hissəsi də həm bağlayıcı,
həm də ədat kimi işlənir. Başqa sözlə bağlayıcıların bir qismi
ədatlaşır, bağlayıcılıq funksiyasını itirərək, ədatlıq vəzifəsini
daşıyır. Yalnız, ancaq, amma, fəqət, da, də, hətta, isə(-sa,-sə),
ki, yoxsa dilimizdə həm bağlayıcı, həm də ədat kimi işlənir.
Yalnız, ancaq, amma, fəqət sözləri bağlayıcı kimi işləndikdə
cümlə üzvləri və tabesiz mürəkkəb cümlənin tərkib hissələri
arasında qarşılaşdırma, ziddiyyət mənası yaradır. Məsələn,
Burada keçə çəkmələr, isti əlcəklər vermişdilər, ancaq yenə
əlləri də ayaqları da sızıldayırdı. (İ.Məlikzadə) Tamaşa
başladı, amma mən bütün fikrimi toplayıb ömrümdə birinci
dəfə gördüyüm o sirk tamaşasına baxa bilmirdim. (Elçin)
Bilmirdi gülsün, yoxsa ağlasın. Yaylaq da, aran da doğmadır
mənə. (Z.Yaqub) Lələ də du atın peyda olmasını elə danışırdı
Müasir Azərbaycan dili
107
ki, bu an İsmayıl da ona inanmağa başlayırdı. (F. Kərimzadə)
Şirzada elə gəldi ki, Rüstəm kişi bu hərəkəti ilə nəinki çoban
Kərəmi heç adam yerinə qoymur, hətta ona da, Qoşatxana da
meydan oxuyur. (M.İbrahimov)
Ədat kimi: Mən şeir oxuduğum zaman ancaq öz
təbimdən məsləhət alıram.(M.S.Ordubadi) Qarşında diz çöküb
əyiləndə də, Yerdən göyə qədər ucalıram mən. (H.Arif) Mən ki
görməmişəm sevgini susan, Məhəbbət zirvədə bəslənən qarmış.
(N.Kəsəmənli) Belə bir şey onu maraqlandırmırdı da.
(Mir Cəlal) və s.
Şəkilçiləşən ədatlar. Müasir dilimizdə işlənən
ədatların bir qismi də şəkilçiləşməyə doğru inkişaf edir, yəni
şəkilçiyə çevrilərək sözə bitişik yazılır. Belə ədatlara -ca (-cə),
-sana (-sənə), -mı(-mi, -mu, -mü) aiddir. Məsələn, Mən
dəliyəmmi, oğlumu məktəbə, dərsə göndərəm?(M.Ə.Sabir)
Xırdaca gözlərini qaldırıb tavandan asılan koruş lampaya
baxdı. (Ə. Babayeva) və s.
Ədatların mənaca növləri. Ədatları aşağıdakı məna
növlərinə ayırırlar:
1. Qüvvətləndirici ədatlar;
2. Təsdiq ədatları;
3. İnkar ədatları;
4. Sual ədatları;
5. Təkid bildirən ədatlar;
6. Fərqləndirici, istinadedici ədatlar;
7. Emosionallıq bildirən ədatlar;
8. Zaman ədatları;
9. Şərt ədatı.
Qüvvətləndirici ədatlar. Bu məna növünə ən, lap, daha
da, bir daha, düm, ha, yenə ədatları daxil olub, sözün, ifadənin,
birləşmə və cümlənin mənasını qüvvətləndirir. Məsələn, İndi
lap asta de, yorulub dünya.(V.Səmədoğlu) Bu söz Nəcəfi daha
da qızışdırdı. (M. İbrahimov)
Gülarə Abdullayeva
108
Təsdiq ədatları: bəli, hə, bəli də. Bu və ya digər fikri
təsdiq etmək üçün işlənir. Məsələn, Hə, de görək sən hara,
bura hara? (M.İbrahimov) Bəli, bəli, düz sözə nə deyəsən,
düzdür də...(M.İbrahimov)
İnkar ədatları. Yox, xeyr, heç, heç də, əsla. Bu ədatların
əvvəlki ikisi dialoq zamanı fikri inkar etmək üçün işlənir.
Məsələn, Bəlkə qorxutdum sizi?-Xeyr, əsla.
Sual ədatları. Axı, bəs, məgər, yoxsa, olmaya, görəsən,
yəni, -mı (-mi, -mu, -mu). Bu ədatlar müstəqil sual yaradır və
ya sual mənasını gücləndirir. Məsələn , Bəs görmür ki, bıçaq
sümüyə dirənib daha? (Elçin) Tarix utanmazmı yaratdığından?
(S.Vurğun)
Təkid bildirən ədatlar: qoy, qoysana, bax, gəl, gəlin,
gör, görək, görüm, di və s. Bu məna növü bəzi kitablarda əmr
ədatları adı ilə verilmişdir. Bu ədatlar sözə, ifadəyə, cümləyə
diqqəti artırmaq üçün işlədilir. Məsələn, Gəl çıxaq seyrinə uca
dağların. (H.Arif) Bircə məni başa sal görüm.(İ.Əfəndiyev) Nə
tələsirsən, hələ tezdir, qoy hamı yığışsın.(M.İbrahimov)
Fərqləndirici, istinadedici ədatlar: ancaq, yalnız,
təkçə, bircə ədatları fərqləndirmə, ayırma, istisnaetmə,
məhdudlaşdırma mənası yaradır. Məsələn , Qız bayaq nə üçün
ansızın bir həyəcana qapıldığının səbəbini yalnız indi başa
düşdü.(Ə.Məmmədxanlı) Ancaq Qədir nə kötüyə əl vurdu, nə
ağacı yerindən tərpətdi, bircə Günəşə baxıb dişlərini
qıcırdatdı.(Ə.Əylisli) və s.
Emosionallıq bildirən ədatlar: kaş, barı, ki, təki, belə,
məhz, gərək, ha, axı və s. kimi ədatlar aid olduqları sözə,
ifadəyə emosional çalarlıq verir. Məsələn , Kaş ki, o sözlər
mənim çıxmayaydı dilimdən. (S. Rüstəm) Yavər yazıq pis söz
demədi ha.(İ. Məlikzadə) Mən ki damdan-bacadan baxmaz
idim. (M.Ə.Sabir) və s.
Zaman
ədatları. Bu qrupa idi, imiş köməkçi sözləri və
onların şəkilçiləşmiş formaları daxildir. Onlar hadisəni keçmiş
zamana bağlayır. Amma bu məsələdən gizli gözətçilərin də
Dostları ilə paylaş: |