Microsoft Word Sahin Fazil. Yaponiya Sefernamesi doc



Yüklə 213,4 Kb.
Pdf görüntüsü
səhifə19/45
tarix18.06.2018
ölçüsü213,4 Kb.
#49649
1   ...   15   16   17   18   19   20   21   22   ...   45

  Йапонийа сяфярнамяси 
 
 
89 
dövlətmiz  özünün  yeni  həyatını  yaşamağa  başladı, 
Azərbaycanda  tarixi  III  Respublika  quruldu,  prezident 
Əbülfəz  Elçibəyi  (Əliyevi)  prezident  Heydər  Əliyev  əvəz 
etdi.  Əlbəttə,  bu  sadəcə  bir  liderin  başqa  bir  lideri  əvəz 
etməsi deyildi. Bu Azərbaycanın müstəqilliyinin taleyüklü 
bir  vəziyyəti  idi.  Ə.Elçibəyin  görə  bilmədiyi  işi  H.Əliyev 
gördü,  hələ  süst  olan  müstəqillik  sür’ətlə  qüvvətlənməyə 
başladı,  iqtisadi  baxımdan  son  dərəcə  əhəmiyyətli  iri 
layihələr, ən başlıcası isə  Azərbaycan üçün  olduqca  vacib 
olan  Bakı-Tbilisi-Ceyhan  neft  kəməri  layihəsi  dünyanın 
güclü  dövlətləri  tərəfindən  dəstəkləndi,  imzalandı  və 
həyata  keçirilməyə  başladı,  Azərbaycanın  daxili  və  xarici 
siyasəti  genişləndi,  beynəlxalq  əlaqələr  sür’ətlə  artdı, 
ölkədəki  demokratik  islahatlar  yüksələn  xətt  üzrə  vüs’ət 
tapdı,  xalqın  maddi  vəziyyətinin  yüksəlişinə  doğru 
qətiyyətli addımlar atıldı. 
Budur  mənim  geniş  elmi  məqaləmin  qısa  icmalı. 
Amma sonda bunları da yazmağı unutmamışdım: 
Əsrin  son  onilliyində  Azərbaycanda  senzura  rejimi 
ləğv  olunmuş,  tədqiqatçılar  arxiv  fondlarından  geniş 
istifadə  etməyə  başlamışlar.  Son  illərdə  7  cildlik 
«Azərbaycan 
tarixi», 
«Azərbaycan 
Demokratik 
Respublikasının 
Ensiklopediyası», 
«Naxçıvan 
Ensiklopediyası»  adları  ilə  böyük  kitablar  çap  olunmuş, 
Azərbaycan  tarixinə  dair  dərs  vəsaitləri,  «Azərbaycan 
tarixi»  xəritələr  toplusu  işıq  üzü  görmüşdür.  Hal-hazırda 
da  Birinci  Respublikanın  –  Azərbaycan  Demokratik 
Respublikasının  tarixinə  olan  ümumi  maraq  sönməmişdir 
və  yeni-yeni  əsərlər  yaranmaqdadır.  Sovet  dövründə  isə, 
mə’lum  olduğu  kimi,  bu  mövzu  barədə  danışmaq  və 
yazmaq yasaq idi. 
Şahin Fazil 
 
 
90 
Sonda «Son söz»dən bir neçə cümlə: «Biz beləliklə, 
Azərbaycanın 
100 
illik 
böyük 
bir 
dövr 
milli 
tarixşünaslığına  qısa  bir  nəzər  saldıq.  Ümumiyyətlə,  hər 
hansı bir ölkə tarixinin obyektiv tədqiq olunması ölkədəki 
mövcud  dövlət  quruluşunun  hakimiyyətdə  olduğu  dövrdə 
gerçəkliyi  tam  düzgünlüklə  əks  etdirmir.  Obyektiv  tarixin 
yazılmasından  ötrü  baş  verən  hadisələrin  üzərindən  uzun 
illər  ötməli,  həqiqət  qorxmazlıqla  söylənilməli  və 
tarixşünaslar 
boş-boş 
tə’rif 
mövqeyindən 
uzaq 
olmalıdırlar.  Rus  diplomatı  və  tədqiqatçısı  V.F.Minorski 
yazırdı  ki,  o,  Ağrı  dağının  yanında  olarkən  həmin  dağın 
necə də yüksək olduğunu görə bilmədi, lakin dağı uzaqdan 
müşahidə etdikdə onun əzəməti diqqətini cəlb etdi. 
Bu 
günkü 
tam 
obyektiv 
tarixi 
gələcəkdə 
yazacaqlar!». 
Beləliklə, 
mən 
mühazirəmi 
yekunlaşdırıram. 
Demək,  XX  əsr  Azərbaycan  tarixşunaslığı.  Demək,  tarixi 
təcrübə  və  müasir  vəziyyət.  Zənnimcə,  tarixi  təcrübə 
müasir vəziyyət üçün örnək olmalıdır. Tarixi aldatmaq 
olmaz! 
Tarix 
əvvəl-axır 
yalanları, 
böhtanları, 
saxtakarlıqları üzə çıxarır
Tarixdə hər şey olduğu kimi yazılmalıdır
Beləliklə,  saat  21-dən  gecə  yarısınadək  Şaiqlə 
sabah  yaponlar  qarşısında  oxuyacağım  mə’ruzəmi  əməlli-
başlı  təhlil  etdik,  tərcümə  işlərini  yekunlaşdırdıq.  Şaiq 
dedi  ki, Yaponiyada elmi  məqalə yazan  müəlliflər sual 
cümlələrindən  sərf-nəzər  edirlər.  Məsələn,  mənim 
məqaləmdə 
belə 
cümlə 
vardı: 
«Müəllif 
(burada 
Ə.S.Sumbatzadə  –  Ş.F.)  müxtəlif  məsələlər  barədə  sovet 
alimlərinin  yazdıqlarını  obyektiv  təhlil  etmək  əvəzinə 
onların  dediklərini  əsasən  təsdiq  etməyə  üstünlük 


  Йапонийа сяфярнамяси 
 
 
91 
vermişdir.  Axı,  necə  də  təsdiq  etməyəydi?..  Axı,  başqa 
cür yazmaq olardımı?». 
Yaxud başqa  misal: «Tədqiqatçı M.R.Zülfüqarlı öz 
kitabında 
Q.Mehdiyevin 
«Azərbaycan 
Kommunist 
Partiyasının Böyük Vətən müharibəsi dövründə fəaliyyəti» 
adlı  monoqrafiyası  haqqında  yazır:  «Bu  kitabda  müəllif 
problemə  bütün  sovet  tarixçilərinə  xas  olan  partiyalı 
mövqedən yanaşdığına və subyektiv mülahizələrə üstünlük 
verdiyinə  görə  sırf  KP-nin  mövqeyini  əks  etdirir.  Kitabda 
müharibə  dövründə  Azərbaycan  əhalisinə  qarşı  yeridilmiş 
səhv 
siyasətdən, 
Stalin 
rejiminin 
qeyri-qanuni 
hərəkətlərindən  söhbət  açılmaması  isə,  fikrimizcə,  dövrün 
tələblərindən  irəli  gəlmişdir»  (Bunlar  M.Zülfüqarlının 
sözləri  idi).  Sonrasa  mən  məqalə  müəllifi  kimi  belə 
yazıram:  «Əlbəttə  elədir,  cənab  Zülfüqarlı.  Hansı  tarixçi 
dövrün  tələbini  yerinə  yetirməkdən  boyun  qaçıra 
bilərdi? 
Azərbaycanda 
yaşaya-yaşaya 
kim 
əks 
mövqedə  dayana  və  həqiqəti  qələmə  ala  bilərdi?»  Bu 
sual cümlələrinin üstündən də xətt çəkdik və beləliklə mən 
yapon  müəllifləri  kimi  məqaləmin elə cümlələrindən sərf-
nəzər etdim. 
Şaiq  öz  otağına  getdi.  Saat  1-ə  işləyirdi.  Yuxu 
gözümə  gəlmirdi.  Başıma  şe’r  gəldi.  Əlbəttə,  Yaponiya 
haqqında: 
 
Gündoğar ölkə 
 
Ey qoca Yer Kürəsində 
Vaxtın münasib bir və’dəsində 
Hamilə bir torpağın 
Gömbul qarnından çıxan 
Şahin Fazil 
 
 
92 
Gündoğar ölkə! 
Səni Allah yaratdı, 
Səni Yaradan yaratdı, 
Yaratdı və yaşatdı, 
Mə’lumdu bu. 
Səni Gün doğdumu, 
Yaponiya? 
 
Gecə-gündüz yanar 
Qap-qaynar 
Gündənmi doğuldun? 
Öz hərarəti ilə 
Gün elə qamaşdırdı gözünü, 
Qıyıqgöz oldun. 
Bəs başqa qıyıqgözlər? 
Bəs nanaylar,  
kalmıklar, 
qırğızlar? 
Axı o yerlərdə də 
Qıyıqgözdür adamlar, 
Amma,  
bənzəmirlər sənə o yerlər, 
çünki, sən 
Gündoğar ölkəsən, 
Yaponiya, 
İşıqlısan büsbütün,  
çünki, 
Yeri yaradan, 
Göyü yaradan, 
Günəşi yaradan 
Yaradanın –  


Yüklə 213,4 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə