Microsoft Word Sahin Fazil. Yaponiya Sefernamesi doc



Yüklə 213,4 Kb.
Pdf görüntüsü
səhifə20/45
tarix18.06.2018
ölçüsü213,4 Kb.
#49649
1   ...   16   17   18   19   20   21   22   23   ...   45

  Йапонийа сяфярнамяси 
 
 
93 
mamaça Allahın izni ilə 
Səni doğdu Gün, 
Yaponiya – 
Ey Gündoğar ölkə! 
 
Senday, 20 fevral 
Şahin Fazil 
 
 
94 
V.21 fevral. 
 
Tohoku  Universiteti.  Elmi  Forumun 
açılışı.    Saat  10.  Geniş  elmi  mə`ruzə  və 
verilən suallara cavablarım ( 1 saat 15 də-
qiqə). Məndən sonra prof ; Vaja Kiknad-
zenin  oxuduğu  elmi  məruzə  .Başqa  çıxış-
lar və məruzələr ( Hiroki Oka, Seiçi  Kita-
qava,Takaşi  Kuroda,  Hiroki    Takakura). 
“Hotel    Leopalase  Sendai”  Şərəfimizə  zi-
yafət. 
 
Dünən  yağan  qarı  axşam  başlayan  yağış  elə  dünən 
də  büsbütün  əritmişdi.  Amma,  gecə  yenə  də  qar  yağdı. 
Yaşıl  otların,  üryan  ağacların,  müxtəlif  rəngli  damların 
üstü  ağappaqdı.  Qar  ara-sıra  yenə  yağır.  Amma  günəş 
şüaları  da  çadra  buludların  üstünü  cırıb  özlərini  yerə 
çatdırmaq istəyirlər. 
Televizorun düyməsini basdım. ABŞ-ın yeni Dövlət 
Katibi  xanım  Hillori  Klintonun  Yaponiyaya  səfərindən 
fraqmentlər  göstərilir.  Müxtəlif  yerlərdə  bu  xanımın 
şərəfinə  təşkil  edilən  görüşlər,  jurnalistlərlə  press-
konferensiya və s... 
Vaxtımı  boş  keçirmək  istəmədim.  Televizoru 
keçirib, dəftərimi götürdüm: 
 
Qəzəl 
 
Mən Yaponda şərəfi, düzlüyü me’yar gördüm 
Və yaponlarda təmizlik sayağı var gördüm. 
 
 


  Йапонийа сяфярнамяси 
 
 
95 
İnkişafındakı vüs’ət məni heyran elədi, 
Onları zəhmətə heyran, vəfadar gördüm. 
 
Şeyx Nizami babamız «Məxzənül-əsrar»
 
yazdı, 
Bu gözəl mülkdə mən məxzənül-əsrar gördüm. 
 
«Mədəni» söyləmirəm hər adama, mən burada 
Mədəniyyət deyilən xisləti aşkar gördüm. 
 
Nə dilənçi gözə dəyməkdə, nə şair möhtac, 
Mən adamlarda həya seyr elədim, ar gördüm. 
 
Bağibandır elə bil burdakı hər bir insan, 
Bağı gülşən, dağı bağ, torpağı gülzar gördüm. 
 
Əyrilikdən uzaq olmuş bu yaponlar, Şahin, 
Mən yaponda şərəfi, düzlüyü me’yar gördüm. 
 
Senday, 21 fevral 
 
Vallah-billah 
yazdıqlarım 
həqiqətdir. 
Boş 
tərifnamələr,  yalançı  şüarnamələr,  bayağı  mədhnamələr 
(məsələn  «Canlanır  hər  qarış  yer  Sumqayıtda...»,  « 
Kolxozçular  başdan-başa  //  Bürünüblər  al  qumaşa”  kimi) 
məndən tamamilə uzaq «namə»lərdir. 
Şe’rimi  yazıb  pəncərəmin  pərdəsini  çəkdim  və 
Günəşlə görüşdüm (Eynən Yasif Nəsirli kimi). Yaxşı hava 
əhvalımı  yaxşı  edir.  Aprel  ayının  havası  dəli  olan  küləkli 
bir  günündən  sonrakı  yaxşı  havasından  tə’sirlənib  Bakıda 
belə bir şe’r yazmışdım: 
 
Şahin Fazil 
 
 
96 
 
Elə yaxşı hava var ki!.. 
 
Nə şaxta var, nə də ki qar, 
Elə yaxşı hava var ki. 
Şükür sənə, Pərvərdigar, 
Elə yaxşı hava var ki. 
 
Külək coşmur yava-yava... 
Tufandan sonrakı hava! 
Borandan sonrakı hava! 
Elə yaxşı hava var ki. 
 
Qışı – danmaq istəyirəm, 
Gündə – yanmaq istəyirəm, 
Havalanmaq istəyirəm, 
Elə yaxşı hava var ki. 
 
Təbim sönür, gedir bada 
Varsa duman, sis havada, 
Pis oluram pis havada, 
Elə yaxşı hava var ki. 
 
Xoşdur ki, xoş hava olur, 
Quşlar ilə yuva dolur, 
Ciyərimə hava dolur, 
Elə yaxşı hava var ki. 
 
Bu Şahinin duası var, 
Ürəyinin sevdası var, 
Başında eşq havası var, 
Elə yaxşı hava var ki... 
 


  Йапонийа сяфярнамяси 
 
 
97 
Bakı, 12.04.2005 
 
Havanın  və  əhvalımın  yaxşı  vaxtında  Şaiq  qapımı 
döydü.  Kafeyə  endik.  Sübh  yeməyi.  Sonra  küçə.  Taksiyə 
oturub,  Tohoku  Universitetində  bu  gün  keçiriləcək 
forumda  iştirak  üçün  məqsəd  istiqamətinə  yönəldik. 
Professor H.Oka artıq bizi gözləyirdi. 
Konfrans zalı. Bu günkü forumun proqramı, mənim 
və  Vaja  Kiknadzenin  edəcəyimiz  çıxışların  ayrı-ayrı 
nüsxələri,  eləcə  də  bir  neçə  yapon  aliminin  oxuyacaqları 
mə’ruzələrin  mətnləri  mizlərin  üstünə  qoyulmuşdu. 
Foruma Tokio və Sapporo şəhərlərindən də gələnlər vardı. 
İclası  prof.  Hiroki  Oka  açdı,  iştirakçıları  salamladı 
və  çıxış  üçün  proqrama  uyğun  olaraq  sözü  mənə  verdi. 
Əlavə  edib  dedi  ki,  çıxışım  və  suallara  cavablarım  üçün 
mənə  bir  saat  vaxt  ayrılmışdır.  Ön  divarda  qurulmuş 
monitorda yapon və ingilis dilində yazılmışdı: 
 
10:00 – 11:00 
 
Prof. Shahin F.Farzaliyev 
(Chief of Center of Translators of İnstitute of 
History, The Azerbaijan National Academy 
of  Sciences, Prof. at the Azerbaijan 
State University) 
The XX-th sentury Azerbaijan national  
historiography: historical expiriense and  
contemporary situation 
 
Saat 10
00
-dan 11
00
-dək. 
Şahin Fazil 
 
 
98 
Çıxışımı,  əlbəttə,  Şaiq  tərcümə  edirdi.  Alman 
dəqiqliyi,  bəllidir  ki,  biz  azərbaycanlılarda  da  yoxdur. 
Maraqla  qulaq  asırdılar.  Forum  iştirakçılarının  vaxtını  1 
saat  15  dəqiqə  aldım.  Mə’ruzəm  vaxtı  təkcə  bir  dəfə 
mərhum akad. Ziya Bünyadovdan gətirdiyim bir fikrə görə 
mənim  sözümü  kəsdilər.  Demişdim:  «Kommunist  rejimi 
dövründə  ölkəmizdə  tarix  elmi....  hər  kəsin  istədiyi  kimi 
rəftar  edən  əxlaqsız  qadına  çevrilmişdir.  Yuxarıların  ab-
havasını  tutub  gedən  müttəfiq  və  muxtar  respublikaların 
katibləri  (respublika  başçıları  –  Ş.F.)  tarixi  öz  istədikləri 
kimi idarə edirdilər». 
Yerdən sual: 
- Bəs indi necə? 
Dedim:  -  «İndi»  haqda  sonra  danışacağam.  «İndi» 
haqda  sonra  danışası  olmadım  və  sual  verən  şəxs  sualını 
təkrar  etmədi.  Əvəzində  başqa  suallar  başladı.  Burada 
yığışan  alimlərin  Azərbaycandan  və  onun  tarixindən 
müəyyən  xəbərləri  vardı.  Dörd  nəfərin  –  Finlandiyada 
yaşayan  iki  ər-arvadın,  prof.  Hiroki  Takakuranın, 
Hokkaydo  Universitetinin  doktoru  xanım  Takemura 
Yasinonun suallarına cavab verdim. Mənim üçün ayrılmış 
vaxt sona yetdi. 
10  dəqiqəlik  tənəffüs.  Saat  12-də  Vaja  Kiknadze 
(Gürcüstan  İ.Cavakişvili  adına  Tarix  və  Etnologiya 
İnstituta)  xitabət  kürsüsünə  qalxdı.  Onun  mövzusu  belə 
adlanırdı:  «Rus  sinodunun  dini  (kilsə)  siyasəti  və 
Gürcüstan Cəmiyyəti XX əsrin əvvəllərində». 
V.Kiknadzenin  çıxışından  sonra  yenə  10-15 
dəqiqəlik fasilə. Sonra daha 4 nəfərin çıxışı oldu: 
Prof. Hiroki Oka (Tohoku UNiversiteti, Beynəlxalq 
Mədəni Tədqiqatlar Mərkəzi). 


Yüklə 213,4 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə