Microsoft Word Sahin Fazil. Yaponiya Sefernamesi doc



Yüklə 213,4 Kb.
Pdf görüntüsü
səhifə21/45
tarix18.06.2018
ölçüsü213,4 Kb.
#49649
1   ...   17   18   19   20   21   22   23   24   ...   45

  Йапонийа сяфярнамяси 
 
 
99 
Prof. 
Seiçi 
Kitaqava 
(Tohoku 
UNiversiteti, 
Beynəlxalq Mədəni Tədqiqatlar Mərkəzi). 
Prof. 
Takaşi 
Kuroda 
(Tohoku 
UNiversiteti, 
Beynəlxalq Mədəni Tədqiqatlar Mərkəzi). 
Prof. Hiroki Takakura (Tohoku Universiteti, Şimal-
Şərqi Asiya Tədqiqatlar Mərkəzi). 
 
Forumun  gündəliyindəki  bütün  çıxışlar  dinlənildi, 
müzakirə  olundu.  Takaşi  Kurodanın  mə’ruzəsi  mənim 
üçün çox maraqlı idi: «İranda Sovet Sosialist Respublikası 
Gilan».  Çıxışçıları  «Hotel  Leopalase  Sendai»  adlı  böyük 
bir  restorana  də’vət  etdilər  və  şərəfimizə  ziyafət  verildi. 
Yenə  də  ən’ənəvi  yapon  yeməkləri.  Ofisiantın  gətirdiyi 
şorbada  ən  gözəl  və  yadda  qalan  keyfiyyət  qaynadılmış 
böyük  bir  balıqqulağının  tən  ortasındakı  kiçik  bir  qurd 
oldu.  Yeyənlər  kef  etdilər.  Həmin  qurdu  iki  çubuqla 
götürüb elə ləzzətlə yedilər ki... 
Otelə  qayıdırıq.  Piyada.  Senday  şəhərinin  mərkəzi 
küçələrini  bir  daha  maraqla  seyr  edirəm.  Təmiz  və  saf 
havalı  şəhər.  Hər  yanda  rəngarəng  neon  çıraqları.  Hər 
tərəfdə  özünəxas  yapon  təmizkarlığı.  Küçələrdə  qədəm 
basdığın  asfalt  o  qədər  təmizdir  ki,  buraya  nə  qədər  qar, 
yağış  yağsa  da  tər-təmiz  qalır,  çünki  asfaltın  üstündə 
palçıqdan  əsər-əlamət  görünmür.  Mən  artıq  3  gündür  ki, 
Senday  şəhərindəyəm.  Hələ  bircə  nəfər  də  polis  gözümə 
dəyməyib. Səbəbini Şaiqdən soruşuram: 
- Polis niyə görünmür? 
-  Polis  nəyə  lazımdır  ki?  Bir  ölkədə  ki,  qanunlar 
işləyir,  qaydalara  əməl  olunur,  oğurluq  və  rüşvət  halları 
yoxdur,  hər  kəs  nizam-intizamı  göz  bəbəyi  kimi  qoruyur, 
polis nəyə lazımdır ki? 
Şahin Fazil 
 
 
100 
Doğrudan  da  «polis  nəyə  lazımdır  ki?».  Əlbəttə, 
Yaponiyada polis var, amma onları görə bilmirsən. Zərurət 
olduqda  onların  özləri  çağırış-filan  gözləmədən  peyda 
olurlar.  Şəhəri  monitorlar  tam  nəzarət  altında  saxlayır. 
Doğrudan  da  «polis  nəyə  lazımdır  ki?».  Qanun-qaydanı 
gözləyən,  xuliqanlığa  yol  verməyən,  siqaret  kötüklərini 
hara gəldi tullamayan, küçə hərəkəti qaydalarını pozmayan 
adamlar  olan  yerdə  «polis  nəyə  lazımdır  ki?».  Mədəni 
davranış,  nəzakətli  rəftar,  qarşılıqlı  ehtiram  varsa  «polis 
nəyə  lazımdır  ki?».  Yaxşı  şe’r  mövzusudur,  deyilmi? 
Bəlkə  də  hər  yapon  düşünür:  «Mən  polisi  görməsəm  də, 
polis məni görür. Özümü lazımi səviyyədə aparmalıyam». 
Əgər  biz  də  belə  düşünsək  «polis  nəyə  lazımdır 
ki?». 
 
VI . 22 fevral. 
 
 Sürət  qatarı.  Senday-Matsuşi-
ma istiqaməti. Matsuşima şəhəri. Zuy-
ganji  mə`bədi.  Mə`bədin  geniş  həyə-
tindəki  müxtəlif  budda  heykəlləri    və 
fontanlar.  Zuyganji  İncəsənət  Muzeyi. 
Muzeyin müxtəlif  guşə və mərtəbələri. 
Çoxsaylı  eksponatlar. Sendaya dönüş. 
“ Kamikadze” adlı şeirim. 
 
Bu  gün  heç  bir  tədbir  nəzərdə  tutulmamışdır.  Bu 
gün  sadəcə  olaraq  gəzinti  günümüzdür.  Dünən  yaponlar 
haqqında bir qəzəl yazmışam: 
 
Aləmlə girib bəhsə fərasətli yaponlar. 


  Йапонийа сяфярнамяси 
 
 
101 
Heyrətdə qoyur aləmi heyrətli yaponlar. 
 
Qeyrətlə sevər torpağı qeyrətli oğullar, 
Qeyrətlə sevir torpağı qeyrətli yaponlar. 
 
Var burda təmizlik ki, digər ölkədə varmı? 
Zəhmətlə çatıb məqsədə zəhmətli yaponlar. 
 
 
Heç yerdə görə bilmədiyim paklığı gördüm, 
İbrətdi bugün bizlərə ibrətli yaponlar. 
 
Davranmağı ərkanla, nəzakətlə, ədəblə 
Təlqin eləyir xəlqə nəzakətli yaponlar. 
 
Dövlət var elə, sanki onun qanunu yoxdur, 
Qanunları işlək ulu dövlətli yaponlar. 
 
Rəbb hörməti vardır deyə hörmətli olublar, 
Alqış sizə, əhsən sizə hörmətli yaponlar. 
 
Mə’murları, Şahin, necə də düzlüyə məftun, 
Düzgünlüyü vardır deyə – sərvətli yaponlar. 
 
21 fevral, Senday 
 
Şaiqin  mənə  etdiyi  dünənki  təklifə  görə  bu  gün 
tarixi bir yerə getməliyik: Sendaydan təxminən 50-60 km. 
aralıda  yerləşən  Matsuşima  körfəzindəki  şəhərə  və 
istirahət güşəsinə. 
Qatara əyləşib yola düşdük. Seiçi Kitaqava və Vaja 
Kiknadze də bizimləydilər. 
Şahin Fazil 
 
 
102 
Ətrafı  seyr  edirəm.  Əcəb  təmiz  təbiətdir.  Yağış 
yağmağa  başladı.  Ətraf  daha  da  təzələndi.  Sizə  təəccüblü 
gəlməsin, əziz oxucular. Palçıq yoxdur bu yerlərdə. Asfalt 
qapqara,  maşınlar  tərtəmiz.  Burada  maşınları  yumağa 
ehtiyac yoxdur. Ayaqqabılar silinmir. Hər yandan təmizlik 
yağır,  təbiət  göz  oxşayır.  Yol  boyunca  yanından 
keçdiyimiz evlərə də göz yetirirəm. Evlərin damları. Sanki 
bu  damlar  bu  adamların  əlləriylə  çimdirilib,  asfalt  da, 
ağaclar da yuyundurulub. 
Baharın  tezliklə  yetişəcəyi  duyulur.  Bə’zi  budaqlar 
tumurcuqlayıblar.  Həyətləri,  hətta  evlərin  balkonlarını  da 
«Çin  qızılgülü»  adlandırılan  güllər  bəzəyir.  Gülsevərdir 
yaponlar.  Yol  boyunca  həmişəyaşıl  sərv,  şam,  küknar 
ağacları.  Mən  Yaponiyanı  dünyanın  böyük  bir  güldanı 
kimi təsəvvürümdə canlandırdım və bir bayatı yarandı: 
 
Qoynunda şəlalə – min, 
Qucağında lalə – min. 
Yaponiya ölkəsi 
Güldanıymış aləmin. 
 
Matsuşima şəhəri,  
22 fevral 
 
Qışda  bahar.  Sakura  çiçəkləri,  ərik  gülləri,  «Çin 
qızılgülləri»... 
Matsuşimadayıq.  O  qədər  də  böyük  olmayan  bir 
şəhər. Sakit Okean suları Matsuşimanın ayaqlarını yalayır. 
Məşhur yapon hayku janrlı şe’rin yaradıcılarından sayılan 
M.Başo  da  olub  Matsuşimada.  M.Başo  haqqında  bir  neçə 
söz: 


Yüklə 213,4 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə