Йапонийа сяфярнамяси
107
mövcuddur ki, hər ikisi geniş yayılmışdır. Hər iki dində
konfutsiçik tə’limi əsas yer tutur.
Mən indicə «iki din» ifadəsi işlətdim və hər iki
dində konfutsiçilik tə’liminin əsas yer tutduğunu qeyd
etdim. Yaponiya və yaponlar haqqında oxuduğum
kitabların böyük əksəriyyətində məhz iki dindən
sintoizmdən və buddizmdən danışılır. Bəkir Nəbiyev də
«Yaponiyada mövcud olan hər iki dinə (sintozim,
buddizm) məxsus irili-xırdalı onlarla bu cür mə’bəd şəhəri
üzük qaşı kimi dövrələmişdir» yazır (Bax: Bəkir Nəbiyev.
Göst. kitab, səh. 695). «Sakura budağı»nda yaponşünas
jurnalist V.Ovçinnikov da əsasən iki dindən danışmasına
baxmayaraq konfutsizmə əsərində «üçüncü din» kimi
baxmışdır. Onun kitabına nəzər yetiririk: «Yaponun
qəlbində üç din iz qoymuşdur. Sinto yaponları təbii
gözəlliyə həssaslıq, təmizkarlıq və allahdan törəmələri
haqqındakı
əfsanələr
vermişdir.
Buddizm
yapon
incəsənətinə
öz
fəlsəfəsini
əlavə
etmiş,
taleyin
kəşməkeşlərinə dözmək üçün xalqdakı fitri mətanəti
möhkəmləndirmişdir. Nəhayət, konfutsizm özü ilə belə bir
ideya gətirmişdir ki, mə’nəviyyatın əsası yaşlılara və
yuxarı rütbəlilərə minnətdarlıq kimi başa düşülən
sədaqətdir» (Bax: Sakura budağı, səh.23). Yapon dinləri
haqqında belə söz açmasına baxmayaraq, «Sakura
budağı»nda yenə də fəqət iki dindən təfərrüatla danışılır.
Oxuyuruq: «Mə’bədlərə aparan yolların özləri də
müxtəlifdir. Sinto mə’bədinə aparan yola həmişə çınqıl
tökülür ( mən bunu Zuyganji mə’bədində gördüm – Ş.F.),
adamın ayağı çınqıla batır. Ekskursiyaya gələnlər çox vaxt
təəccüblənirlər, məgər Meydz parkının xiyabanlarına asfalt
döşəmək olmaz? Lakin piyada üçün narahat olan bu yolun
Şahin Fazil
108
dini mə’nası vardır. İnsanın ayağı altındakı çınqıl sanki
dindarın beynindən bütün kənar fikirləri qovub çıxarır, onu
allahla söhbətə hazırlayır. Budda mə’bədinə isə adətən daş
tavalardan düzəldilmiş dolanbac, ensiz yollar aparır.
Nəhayət, dua edənlərin özlərinin hərəkətlərinə
baxıb din haqqında fikir yürütmək olar. Adamlar mə’bədin
qabağında dayanıb əl çalırlarsa (bir qədər aşağıda əl çalma
mərasimi haqqında akad. Bəkir Nəbiyevin də izləməsini
vermişik – Ş.F.), sinto allahlarının diqqətini cəlb etmək
istəyirlər. Lakin onlar hindlilər kimi dinməz durub
başlarını sinələrində qoşalaşdırdıqları ovuclarına tərəf
əyirlərsə, deməli Buddaya müraciət edirlər.
Əcnəbi bu fərqləri tədriclə öyrənəndən sonra
nəhayət Yaponiyada nə qədər sintoçu və nə qədər buddaçı
olduğu haqqında sual versə, cavabında çox qəribə
rəqəmlər eşidər. Həmin rəqəmlərdən elə çıxar ki, ölkədə
dindarların sayı əhalinin sayından iki dəfə çoxdur. Bu, o
deməkdir ki, hər bir yapon özünü həm sintoçu, həm də
buddaçı sanır, hər iki dinin mərasimlərində iştirak edir.
Allahların bu cür yanaşı durmalarını nə ilə izah
etmək olar? Onlar hər bir yaponun qəlbində necə yer
tapmışlar və öz aralarında necə yola gedirlər? Suallara belə
cavab vermək mümkündür: əməyin qəribə bölgüsü
sayəsində sinto insan həyatındakı bütün fərəhli hadisələri
götürmüş, kədərli hadisələri isə buddizmə vermişdir.
Uşağın anadan olması və toy sinto mərasimləri ilə qeyd
edilirsə, dəfn və sələflərin yası budda mərasimləri ilə
keçirilir.
Yeni doğulan yaponu ən əvvəl sinto mə’bədinə
aparırlar ki, yerli allaha təqdim etsinlər. Müəyyən
müddətdən sonra uşağın ölməsi təhlükəsinin sovuşduğu
Йапонийа сяфярнамяси
109
hesab ediləndə onu bu dəfə həyata möhkəm qədəm
qoymuş məxluq kimi yenidən ora gətirirlər...
Nikahla da ancaq sinto məşğul olur...
Ölümlə əlaqədar hadisələr və mərasimlər, necə
deyərlər, buddizmin səlahiyyətinə aiddir. Dəfn, yas,
qəbristanlara qulluq etmək – buddizm mə’bədləri üçün
gəlir mənbələri bunlardır... Buddizm ilə əlaqədar olan
yeganə xalq bayramı bon – mərhumların xatirəsi günüdür.
Həmin günü yayın ortalarında, ay yeddinci dəfə
bədirlənəndə qeyd edirlər. Həm də şadyanalıqla qeyd
edirlər ki, əfsanəyə görə əcdadlarının bu vaxt öz qohumları
yanına qonaq gələn ruhlarını sevindirsinlər» (Bax: Sakura
budağı, səh. 20-21).
Demək, ruhlar. Demək, ölümdən sonrakı həyat.
Demək, ruhun ölməzliyi. Mən altı il bundan əvvəl bu
haqda belə bir şe’r yazmışdım:
Ölülər ölü deyil
Behiştdə diri varsa,
Ölülər ölü deyil.
Əl çalıb oynayarsa,
Ölülər ölü deyil.
Ey Məmmədquluzadə,
Yaşamırmı dünyadə
Ölü – düşərsə yadə?
Ölülər ölü deyil.
Eşq gölünü üzürsə,
Cənnət bağın gəzirsə,
Şahin Fazil
110
Cəhənnəmə dözürsə
Ölülər ölü deyil.
Bu məfhumda varmı sirr?
Şəhadət eləyibdir,
Allah özü deyibdir
1
,
Ölülər ölü deyil.
Şahin Fazil, hər nəfər
Ölən kimi, dirilər.
Diridir, ey dirilər,
Ölülər ölü deyil.
13.08.2005
Üçüncü Divan, səh.645-646
Sintoizm, buddizm və konfutsizm haqqında görək
başqa mənbələr nə yazırlar: 1. Sintoizm – ibtidai təbiət
kultuna, nəsli və tayfa allahlarına inam və müxtəlif
sehrkarlıq adətləri əsasında meydana gəlmişdir (buddizmlə
yanaşı). Sinto-yaponca «Allahın yolu», yaxud «tə’limi»
deməkdir. Sintoizmə görə, insanın mənşəyi sonsuz sayda
ruhlardan, nüfuzlu allahlardan (kami) başlayır. Həmin
allahlar içərisində xüsusi yeri Günəş ilahəsi Amaterasu
tutur. Yeni eradan əvvəl 660-cı ildə «Yamato dövləti»nin
taxtına əyləşmiş əfsanəvi Yaponiya imperatoru Dzimmu
(Dzimmu - Tenno) birbaşa Amaterasunun nəslindəndir.
1
«Биз юлцляри дирилдярик»
Гу’ран, Йасин суряси, 12-ъи айя.
«Сонра Aллащ онлара «юлц» деди. Сонра щамысыны дирилтди».
Гу’ран, Бягяря суряси, 243-ъц айя.
Dostları ilə paylaş: |