5
sənədləri, tədqiqat mövzusu üzrə elmi araşdırmalar və digər elmi ədəbiyyatlar təşkil
edir.
ş
in nəzəri – metodoloji bazasını kibercinayətkarlıq anlayışının, onun kompüter
cinayətlərindən fərqinin, eləcə də bu halın mühüm kriminoloji əlamətləri və
kibercinayətkarlıqla milli və beynəlxalq səviyyədə mübarizə istiqamətlərinin
öyrənilməsi və tədqiqi ilə bağlı alimlərin tədqiqatları, onların əldə etdikləri nəticələr,
eləcə də milli və ayrı-ayrı xarici ölkələrin hüquq yaratma orqanlarının səlahiyyət-
lərinə müvafiq formalaşdırdıqları qanunvericilik aktları sistemi (beynəlxalq
qanunvericilik, o cümlədən Avropa Şurasının “Kibecinayətkarlıq haqqında” Konven-
siyası, xarici ölkələrin kibercinayətkarlıqla mübarizə məsələlərinə istiqamətlən-
dirilmiş milli qanunvericilikləri, Azərbaycan Respublikasının cinayət qanunvericiliyi)
təşkil etmişdir. Tədqiqatda qarşıya qoyulan məsələlərin həllinə nail olmaq üçün
müqayisəli təhlil, statistik təhlil, səbəb–nəticə, funksional, məntiqi, struktur,
həmçinin, analiz və sintez və s. tədqiqat üsullarından istifadə edilmişdir.
Dissertasiyanın strukturu giriş, üç fəsil, nəticə və təklifdən ibarətdir. Disser-
tasiyada iqtisadi cinayətkarlıq, eləcə də onun xüsusi forması kimi kibercinayətkarlı-
ğ
ın anlayışı, mahiyyəti açıqlanmış, kibercinayətlərin subyektlərinin təsnifatı aparıl-
mış, kibercinayətkarlığınmiqyası, ictimai təhlükəsi təhlil edilmiş və ona qarşı mübari-
zənin formalaşdırılması istiqamətləri tədqiq edilmişdir. Bununla yanaşı tədqiqat
işində Azərbaycan Respublikasının qanunvericilik sistemində iqtisadi cinayətkarlıq
formalarının hüquqi təsbiti məsələləri və kibercinayətkarlığa qarşı mübarizənin
hüquqi təminatının müasir vəziyyəti təhlil edilmiş, kibercinayətkarlıqla mübarizə
sahəsində ayrı-ayrı ölkələrin qanunvericiliklərinin müqayisəli təhlili həyata
keçirilmiş və Azərbaycanda kibercinayətkarlıqla mübarizə sahəsində beynəlxalq
təcrübədən istifadə istiqamətləri geniş tədqiq edilmişdir.
Tədqiqatın sonunda nəticələr ümumiləşdirilmiş və təkliflər çıxarılmış, istifadə
olunan ədəbiyyat siyahısı və internet resurslar təqdim edilmişdir.
6
FƏS L I. QT SAD SAHƏDƏ C NAYƏTKARLIQĞIN SPES F K FORMASI
K M K BERC NAYƏTLƏR N KONSEPTUAL ASPEKTLƏR
1.1
qtisadi fəaliyyət sahəsində internet texnologiyalarının tətbiqi və bu
sahədə cinayətkarlığın əsas təzahür formaları
nformasiya texnologiyaları XX əsrin son on illiklərində informatikanın
yaranması prosesində meydana gəlmişdir. nformasiya texnologiyalarının özəllikləri
ondan ibarətdir ki, orada əmək məhsulu və predmeti rolunu informasiya, əmək
alətləri rolunu isə hesablama texnikası və rabitə vasitələri oynayır. qtisadi və biznes
proseslərinin müasir KT əsasında idarə edilməsi istər konseptual, istərsə də tətbiq
baxımından qlobal hadisədir. E-biznesin, E-kommersiyanın iqtisadiyyatın inkişafına
təsiri artıq cəmiyyətin bütün sahələrini əhatə etməkdədir. Elektron kommersiya
sifarişçi tələblərinin formalaşmasına radikal təsir edə bilmə imkanı təklif edir ki, bu
da bazarları ya kökündən dəyişdirir, ya da tamamilə yeni tipli bazarlar yaradırlar.
Cəmiyyətin ayrı-ayrı üzvləri malların və xidmətlərin əldə edilməsi proseslərinə,
informasiya əlyetərliyinə və hökumət orqanları ilə qarşılıqlı əlaqələrin tamamilə yeni
imkanlarına malik olur. Bu zaman seçim imkanı coğrafi və vaxt məhdudiyyətindən
asılı olmayacaqdır. E-kommersiya texnologiyası alıcı və satıcılara aşağıdakı əlverişli
imkanlardan eyni dərəcədə istifadə etməyə imkan verir.
• Biznesin qlobal miqyasda aparılması. E-kommersiya sistemi hətta xırda
tədarükçü və sifarişçilərə də dünya miqyasında bizneslə məşğul olmaq imkanı verir.
• Satıcıların rəqabətqabiliyyətliliyinin yüksəlməsi. E-kommersiya tədarükçü-
lərə “sifarişçiyə yaxınlaşma” hesabına rəqabətqabiliyyətliliyini yüksəltmək imkanı
verir. Belə ki, bir çox şirkətlər satışqabağı və satışdan sonra geniş dəstək təklif edir.
• Satışın fərdiləşməsi. Elektron qarşılıqlı əlaqə vasitələrindən istifadə edərək
ş
irkət hər bir fərdi sifarişçinin sorğuları haqqında müfəssəl informasiya ala bilər və
avtomatik olaraq onun fərdi tələblərinə uyğun məhsulları və xidmətləri təklif edə
bilər.
• Sorğuya operativ reaksiya. E-kommersiya tədarükçüdən sifarişçiyə
göndərilən əmtəənin yolunu əhəmiyyətli dərəcədə qısaltmağa imkan verir. O həm
7
maliyyə, həm də vaxt məsrəflərini azaltmağa imkan verən optimal yol təklif edir.
Xüsusi hallarda məhsullar və xidmətlər elektron üsullarla çatdırıldıqda yola maksimal
qənaət olunur.
• Məsrəflərin azalması. Elektron yolla bağlanmış satış bir qayda olaraq xidmət
xərclərinin dəyərini aşağı salır. nsanlar arasında elektron qarşılıqlı əlaqədən istifadə
edən hər hansı biznes-proses hər iki tərəfin xərclərini azaltmaq potensialına malikdir.
• Biznesin aparılmasının yeni imkanları. E-kommersiya texnologiyaları
tamamilə yeni məhsulların və xidmətlərin meydana gəlməsinə şərait yaradır.
Ə
n yeni informasiya və telekommunikasiya texnologiyalarının tətbiqinə
ə
saslanan E-kommersiyanın əsas xüsusiyyəti alıcı ilə satıcı arasındakı bir çox
ə
laqələrin nternet vasitəsilə həyata keçirilməsidir. Elektron kommersiyanın
fərqləndirici xüsusiyyəti olaraq onun bütövlükdə təşkilatın daxili və xarici aləmini
xarakterizə edən, o cümlədən təşkilatın əlverişli bazar mühitinin yaradılması ilə bağlı
problemlərinin birləşdirilməsini hesab etmək olar. Bu isə elektron biznesin iqtisadi
inkişafın mühüm mənbələrindən birinə çevrilməsinə şərait yaradır. KT saziş
iştirakçıları arasında kommersiya informasiyalarının interaktiv və sürətli mübadiləsini
təmin edir ki, bu da nəticədə bir çox hallarda baş verə bilən anlaşılmazlıqları aradan
qaldırır. Eyni zamanda əvvəlcədən qəbul edilmiş məsuliyyətli qərarın, bağlanan
sazişin parametrləri haqqında tam, dəqiq və dürüst informasiya alanadək təxirə
salmaq imkanı vardır. Elektron biznes iqtisadi mühiti əhatə edən problemlərin
həllinin yeni üsullarını təqdim edir.
Elektron biznesdə (verilənlərin elektron mübadiləsi (ED ), elektron poçtlar,
kataloqlar, fondların elektron ötürülməsi və s.) müxtəlif texnologiyaların tətbiqi sa-
hibkarlıq fəaliyyətində müəyyən rəqabət üstünlükləri yaradır. Aparılan əməliyyatların
müxtəlifliyi malların və xidmətlərin reklam olunmasını və hərəkətini, bazarın kon-
yukturasının öyrənilməsini, elektron ticarətləri və ödənişləri, tədarük olunan malların
və xidmətlərin çatdırılmasını və satışdan sonrakı mühafizəsini təmin edir. Sifarişlərin
rəsmiləşdirilməsi də daxil olmaqla məhsulun istehsalçıları və alıcıları arasında olan
bütün kommersiya əməliyyatları - çatdırılma, hesabların açıqlanması və ödənilməsi
nternet şəbəkəsi vasitəsilə həyata keçirilir. Alıcılar, satıcılar, vasitəçilər nternet
Dostları ilə paylaş: |