98
NƏT CƏ VƏ TƏKL FLƏR
Tədqiqat işində beynəlxalq əməkdaşlıq üçün nisbətən yeni bir problem olan
kibercinayətkarlıq problemi və ona qarşı mübarizənin hüquqi təminatının həm milli
həm də beynəlxalq səviyyədə tədqiq edilmişdir. Yarım əsr bundan əvvəl meydana
gəlmiş kibercinayətkarlıq insan fəaliyyətinin demək olar ki, bütün sahələrini əhatə
etməsi və sürətli artım tempinə malik olması bu hala qarşı vaxtında adekvat
münasibət göstərilməsini tələb edir.
Kibercinayətkarlıq informasiya proseslərinin qloballaşmasının qaçılmaz nəticə-
sidir. nformasiya texnologiyalarını bəşəriyyət üçün cəlbedici edən sadəlik, asanlıq,
anonimlik, əl çatanlılıq və vaxta qənaət kimi keyfiyyətlər qeyri-qanuni hərəkətlər
törədən şəxslərin də diqqətini cəlb etməyə bilməzdi.
nsan fəaliyyətinin müxtəlif sahələrində informasiya texnologiyalarının istifa-
dəsinin artması ilə bu texnologiyaların cinayətlərin törədilməsi məqsədilə istifadəsini
də artır. nformasiya texnologiyaları sahəsindəki münasibətlərin qanunvericiliklə
99
tənzimlənməsi də bu texnologiyaların inkişafını nəinki üstələmir hətta bu inkişafdan
geri qalır.
Kibercinayətkarlıq problemi bir dövlət sərhədləri ilə məhdudlaşmadığına və
qlobal xarakterə malik olduğuna görə ciddi və miqyaslı tədqiqatların aparılmasını,
həmçinin vahid beynəlxalq standartların işlənib hazırlanmasını zəruri edir.
Tədqiqat işində “kibercinayətkarlığın” beynəlxalq standartlara cavab verən
şə
rhi verilmişdir. Kompüter texnologiyalarının tətbiqi ilə törədilən qanunsuz əməlləri
adlandırmaq üçün istifadə olunan “Kompüter cinayətkarlığı” termini son dövrlər
geniş yayılan bu halın təbiətini təqiq əks etdirmir. Belə ki, kibercinayətkarlıq
mahiyyət etibarı ilə kompüter cinayətlərindən daha geniş anlayışdır. Bu tədqiqat
işində kibercinayətkarlıq dedikdə, kompüter sistemləri və şəbəkələri, həmçinin
kibermühitə daxil olma vasitələrinin köməyi ilə kibermühitdə kompüter sistemləri və
şə
bəkələri çərçivəsində, kompüter sistemləri və şəbəkələri və məlumatları əleyhinə
törədilən cinayətlərin məcmusu başa düşülür. Uyğun olaraq, kibercinayətkarlıq-
kompüterlərin, kompüter proqramları və şəbəkələrinin işinə qanunazidd müdaxilə,
həmçinin kompüter məlumatlarının sanksiyalaşdırılmamış modifikasiya olunması və
digər qanunazidd ictimai təhlükəli əməllərdir.
Kibercinayətkarlığa minimal xərclərlə və aşağı risklə böyük zərər vura bilmə
imkanına görə yüksəl ictimai təhlükəyə malikdir. Bundan başqa, kibercinayətkarlıq
yüksək məxfiliklə xarakterizə olunduğuna görə hüquq mühafizə orqanlarının statis-
tikası kibercinayətkarlığın həqiqi vəziyyətini nə dövlət səviyyəsində, nə də
bütövlükdə dünya səviyyəsində dəqiq əks etdirmir. Bu səbəbdən də kibercinayət-
karlığın vəziyyətini qiymətləndirmək üçün məlumatların toplanmasının və bu halın
qiymətləndirilməsinin digər üsullarından istifadə etmək zəruridir.
Kibercinayətkarlığın son illərdə baş verən artımını dövlətin hüquq mühafizə
orqanlarının mütəxəssisləri, həmçinin alternativ üsullarla statistik məlumatları topla-
maqla tədqiqat aparan təşkilat işçiləri də təsdiq edir. Kibercinayətkarlıq nəticəsində
dəyən maliyyə itkiləri isə milyon dollarla ölçülür. Lakin kibercinayətkarlıq nisbətən
“yeni” növ cinayət əməli olduğundan və kibercinayətkarlığın transsərhəd xarak-
terindən asılı olaraq onun araşdırılmasının çətinləşməsindən irəli gələrək bu cina-
100
yətlərlə bağlı statistik məlumatlar hələ uzun müddət bu qəsdlərin real vəziyyətini
dəqiq əks etdirməyəcək. Kibercinayətkarlıqla bağlı bir çox dövlətlərin rəsmi statisti-
kasında göstəricilərin reallıqdan fərqli olaraq bir o qədər də yüksək olmamasına
baxmayaraq kibercinayətkarlıq problemi ilə bir çox dövlətlərlə yanaşı beynəlxalq
təşkilatlarda narahatdırlar. Bu halın transsərhəd xarakterindən irəli gələrək onunla
cinayət-hüquqi mübarizə məsələsi də qlobal problemə çevrilmişdir.
Kibercinayətkarlıqla effektiv mübarizə üçün milli səviyyədə cinayət-hüquqi
normaların qəbulu ilə yanaşı, vahid beynəlxalq standartların işlənib hazırlanması
zəruridir.
Kibercinayətkarlığın meydana gəlməsi və onunla mübarizə üzrə effektiv müba-
rizə tədbirlərinin işlənib hazırlanması ilə dünya ölkələrinin milli cinayət qanunve-
riciliklərində ciddi dəyişikliklər baş vermişdir. Bu dəyişikliklər kibercinayətkarlıqla
mübarizə sahəsində beynəlxalq sənədlərin qəbulu ilə paralel baş vermişdir. Lakin
ölkələrin milli qanunvericiliklərində bütün bu dəyişikliklər müəyyən bir beynəlxalq
sənədin qəbulu ilə şərtlənməsinə baxmayaraq, ölkələr səviyyəsində “avtonom”
şə
kildə qəbul edilir, dəyişdirilir və inkişaf edirdi. Belə ki, bəzi ölkələr cinayət
məcəlləsində dəyişikliklərin edilməsinə, digərləri kibercinayətkarlıqla mübarizəyə
yönəlmiş xüsusi qanunların qəbul edilməsinə üstünlük vermişlər.
Ölkələrin milli cinayət qanunvericilikləri kifayət qədər müxtəlif və ziddiy-
yətlidir. Ayrı-ayrı ölkələrin, hətta bir region çərçivəsində milli cinayət qanunveri-
ciliklərində eyniliyin olmaması kibercinayətkarlıqla effektli mübarizə metodlarının
inkişafını ləngidir. Bununla yanaşı bəzi dövlətlərdə - məsələn, ABŞ, taliya,
Almaniya,- kibercinayətkarlıqla bağlı qanunvericilik kifayət qədər yaxşı forma-
laşdırılmış və müvəffəqiyyətlə praktikada tətbiq edilir. Bu dövlətlərin təcrübəsi bey-
nəlxalq strategiyanın işlənib hazırlanması, eləcə də hər hansı konkret bir ölkənin
qanunvericiliyində islahatların həyata keçirilməsində müsbət rol oynaya bilər.
Həm ayrı-ayrı fərdlər, həm də cinayətkar qrupların qanunazidd fəaliyyəti üçün
geniş imkanlar yaradan informasiya texnologiyalarının istifadə sferasının geniş-
lənməsi ilə sözsüz artmaqda olan kibercinayətkarlıq təhlükəsiylə mübarizə üçün
daima beynəlxalq əməkdaşlıq zəruridir. Kibercinayətkarlığa nəzarət etmək və onunla
101
mübarizə aparmaq müəyyən bir dövlət səviyyəsində demək olar ki, mümkünsüzdür.
Beynəlxalq norma və standartların qəbulu dövlətlərin milli qanunvericiliklərinə
uyğun dəyişikliklərin edilməsi ilə müşaiət olunmalıdır.
Kompüter texnologiyalarının inkişafına təcili reaksiya vermə bilmək və uyğun
normaların qəbulu üçün dövlət səylərinin koodinasiyası zəruridir. Hazırki zamanda
kibercinayətkarlıqla mübarizə üzrə beynəlxalq strategiyanın formalaşdırılması ilə 40-
dan çox dövlət məşquldur və bu prosesin uzunmüddətli olacağı gözlənilir. Lakin
bütün bu çətinliklərə baxmayaraq, beynəlxalq əməkdaşlığın qanunvericiliyin unifi-
kasiyası problemi ilə bağlı bir qərara gəlmələri zəruridir. Əks halda kibercinayət-
karlığın transsərhəd xarakterini nəzərə alaraq, qanunvericilikdə müəyyən uyğun-
suzluqlar və ölkələrin cinayətkarlıq üzrə siyasətlərinin koordinasiya olunmaması
ictimai təhlükəli əməl törədən şəxslərə məsuliyyətdən yayınmağa imkan verəcək və
cinayətlərin araşdırılması, həmçinin qanunpozucularının təqibini çətinləşdirəcəkdir.
ST FADƏ OLUNMUŞ ƏDƏB YYATLAR
Nəzəri materiallar:
1. Грюлих К.В. «Киберпространство: специфическое регламентирование и
конкурентные
нормы в евопейских телекоммуникациях”, сборник научных
трудов
ИНИОН РАН, Москва, 2008
2. Авчаров И.В. Борьба с киберпреступностью / Информатизация и
информационная
безопасность правоохранительных органов. XI межд.
конф
.
3. Антонос Г. А. Международные изменения права киберпространства. / Право
и
информатизация общества: сб. науч. Тр.
4. Быков В. Совершенствование уголовной ответственности за преступления,
сопряженные
с компьютерными технологиями / В. Быков, А. Нехорошев, В.
Черкасов
.
102
5. Вехов, В. Б. Компьютерные преступления: способы совершения и
раскрытия
/ В.Б. Вехов; Под ред. акад. Б.П. Смагоринского - М.:
6. Волеводз А.Г. Российское законодательство об уголовной ответственности
за
преступления в сфере компьютерной информации / А.Г. Волеводз //
Российский
судья.
7. Дрёмин, В. Н. Глобализация информационных систем как фактор
глобализации
преступности / В.Н. Дрёмин // Информацiйнi технологii та
безпека
.
8. Завидов, Б.Д. Комментарий действующего законодательства о защите
объектов
интеллектуальной собственности и сферы высоких технологий /
Б
.Д. Завидов // Библиотечка Российской газеты.
9. Кашлев, Ю. Б. Становление глобального информационного общества и
место
России / Ю.Б. Кашлев. // Информация. Дипломатия. Психология. –
М
.: Издательство «Известия».
10. Козлов, В. Е. Теория и практика борьбы с компьютерной преступностью /
Е
.В. Козлов. - М.: Горячая линия
11. Компьютерная преступность и информационная безопасность // Под ред.
Леонова
А. П.
12. Ляпунов, Ю., Ответственность за компьютерные преступления. /
Ю
.Ляпунов, В. Максимов //
13. Мазуров, В.А. Компьютерные преступления: классификация и способы
противодействия
/ В.А. Мазуров.
Normativ-hüquqi aktlar:
1. Azərbaycan Respublikasının Konstitusiyası
2. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi 30.12.1999
3. “ nformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”
Azərbaycan Respublikası Qanunu 03.04.1998;
103
4. “Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan
Respublikası Qanunu 29.06. 2012
5. Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin Nümunəvi Cinayət Məcəlləsi.
6. Qlobal informasiya əməkdaşlığının Okinav Xartiyası. http://www.internet-
law.ru/intlaw/laws/okinava.htm
7. BMT-nin cinayətkarlığın qarşısının alınması və qanunu pozanlarla davranış üzrə
X Konqresi. http://www.un.org/russian/topics/crime/docs10.htm
nternet resursları:
1. http://www.setevoi.ru
2. http://www.lenta.ru/internet
3. http://www.crime-research.ru
4. http://www.crime-research.ru
5. http://www.socio.ru/wr/00-1/Cadtells.htm.
6. http://www.vesti.ru/news
7. http://www.cyberpol.ru/cybercrime.shtml.
8. http://www.crime-research.ru/articles/Mirosh1
9. http://www.supcourt.ru
10. http://www1.ifccfbi.gov/strategy
11. http://www.lawtechjournal.com/articles/2002/03_020625_goodmanbrenner.php
12. http://dictionary.cambridge.org
13. http://all.net
14. http://4law.co.il
15. http://www.coe.int/T/E/Com/Files/Themes
16. http://www.nautilus.org/info-policy/workshop
17. http://www.askoxford.com/
18. http://www.mosstingrett.no/index.html
104
АННОТАЦИЯ
В
диссертационной работе отмечается, что одним из важных отраслей
регулирования
является
регулирование
информационных
технологии
.
Информационная
система являясь необходимым елементом современной
жизни
тесно взаимасвязано с другими отраслями экономики, постоянно
оперативно
обнавляется и развивается. Информационные технологии сос-
тавляют
органическую часть факторов развития цивилизации.
Информационные
технологии являются важным средством положительно
ваздествующем
на развитие обшества. Она влияет на ряду государственными
органами
, институтами гражданского обшества, экономического бизнеса,
социалного
сектора, так же науке, образования, отраслей културы и
повстедневной
жизни. Во многих развитых и развивающихся странах
вслетствии
применения информационных коммуникационных технологий были
105
достигнуты
большие достижения, и таким образом ни укого не взывает
сомнение
что информационные технологии ведут будешщуму мировую
цивилизацию
.
В
диссертационной работе отмечается, что преступления в сфере
информационных
технологий включают как распространение
вредоносных
вирусов
,
взлом
паролей
,
кражу
номеров
банковских карт
и
других банковских
реквизитов
,
так
и распространение противоправной информации через Интер-
нет
,
а
также вредоносное вмешательство через компьютерные сети в работу
различных
систем.
Широкое
применение информационных технологии даёт силный толчок
обшему
социально-экономическому развитию страны, имеет действенные
средства
снижения бедности. По этому с целью усиления развития использо-
вания
потенциала страны, подготовка стратегии своей национальной информа-
ционной
технологии является решаюшим. А это осебенно необходимо для
такой
страны как Азербайджан каторое переживает перемены сосиально-
экономического
развития и стримится интеграции мировое сообшество.
ANNOTATION
In dissertational work it is noticed, that one of the important branches of regu-
lation is regulation of information technologies and telecommunications. Information
system being necessary a modern life it is close with other branches of economy,
constantly operatively and develops. Information technologies make an organic part
of factors of development of a civilisation.
Information communication technologies are the important means positively
on development. It influences on a number the state bodies, institutes civil, economic
business sectors, as to a science, formations, branches and lives. In many developed
and developing countries applications of information communication technologies
have been reached the big achievements, and thus the doubt does not appeal that
information and communication technologies conduct a world civilisation.
106
The thesis points out that computer crime include both the propagation of
malicious viruses, hacking passwords, steal credit card numbers and other bank
details, and the spread of illegal information via the Internet, as well as harmful
interference through computer networks of various systems work.
Wide application information and communication to technology gives a push
to social and economic development of the country, has effective means of decrease
in poverty. On it for the purpose of strengthening of development of use of potential
of the country, preparation of strategy of the national information and communica-
tion technology. And it is necessary for such country as Azerbaijan worries changes
of economic development and integration world comuniti.
REFERAT
qtisadiyyatın kompüterləşməsinin ən ciddi mənfi nəticəsi məhz kibercinayətlər
hesab olunur. Kompüter sistemlərinin geniş yayılması, onların kommunikasiya
sistemləri vasitəsilə əlaqələndirilməsi, bu sistemlərə elektron müdaxilə imkanını
artırır. Bu cür cinayətlərin ənənəvi tipli cinayətlərdən tutmuş yüksək riyazi və texniki
hazırlıq tələb edən cinayətlərə qədər çox geniş əhatə dairəsi mövcuddur.
Fərdi kompüterlərin sayının sürətli artımı və inkişaf etmiş kommunikasiya
sisteminin mövcudluğu hətta həvəskar-cinayətkarların belə kompüter sistemlərinə
daxil olmasına imkan yaradır. Əksər ölkələrdə mövcud olan cinayət
qanunvericilikləri bu tip cinayətlərin təsnifləşdirilməsi baxımından kifayət qədər
elastik olsalar da, sosial və texniki dəyişikliklər bu hüquq sistemi çərçivəsindən
kənarda qalan yeni-yeni problemlər yaradır. Çünki dünya təcrübəsində mövcud olan
bəzi kompüter cinayətlərinə cinayət qanunvericiliyi təsir göstərə bilmir. Belə ki,
hüquqi baxımdan bu əməllər cinayət hesab edilə bilməz. Burada EHM-in bəzi
ə
məliyyatlarının kriminallaşması problemi nəzərdə tutulur.
107
Kibercinayətkarlıq təhlükəsi bütün dünya ölkələri kimi Azərbaycan üçün də
çox təhlükəli bir haldır və bu təhlükənin qarşısını almaq, həmçinin onunla effektli
mübarizə aparmaq məqsədilə ölkəmiz Azərbaycan Respublikasının tarixli
“Kibercinayətkarlıq haqqında” Konvensiyanın təsdiq edilməsi barədə 30.09.2009-cu
il Qanunu ilə Avropa Şurasının “Kibercinayətkarlığa dair” Konvensiyasına
qoşulmuşdur. Azərbaycan Avropa Şurasının “Kibercinayətkarlıq haqqında” 2001-ci il
23 noyabr tarixli Konvensiyasını imzalamış dövlətlər sırasına daxil olmasına
baxmayaraq, beynəlxalq əməkdaşlıq özü də bu gün kibercinayətkarlıq problemi ilə
mübarizənin yeni metodlarının axtarışı və vahid siyasətin işlənib hazırlanması
prosesini yaşayır.
Tədqiqatın məqsədi kibercinayətkarlıq probleminin, onun ictimai təhlükəlilik
dərəcəsinin qiymətləndirilməsi üçün zəruri olan kriminal əhəmiyyətli aspektlərin
öyrənilməsi, bu hala qarşı mövcud cinayət-hüquqi tədbirlərin təhlili və
kibercinayətkarlıqla mübarizənin cinayət-hüquqi tənzimlənməsinin effektivliyinin
artırılmasına yönəldilmiş təkliflərin işlənib hazırlanması təşkil edir. Bu məqsədə nail
olmaq üçün aşağıdakı vəzifələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur:
- iqtisadi cinayətkarlıq, onun xüsusi bir forması olan kibercinayətkarlıq və
eləcə də kibercinayət anlayışını formalaşdırmaq, kibercinayətlərin növlərini
xarakterizə etmək;
- kibercinayətkarlıqla mübarizənin hüquqi təcrübəsini iki səviyyədə -
beynəlxalq və milli səviyyədə təhlil etmək və eləcə də xarici ölkə qanunvericilik-
lərinin müqayisəli təhlilini aparmaq;
- kibercinayətkarlıqla mübarizə sahəsində beynəlxalq təcrübədən istifadə
istiqamətlərini təhlil etməklə milli qanunvericiliyin təkmilləşdirilməsi imkanlarını
müəyyən etmək.
Dissertasiya tədqiqatının obyektini kibercinayətkarlıqla mübarizə üzrə milli,
eləcə də ayrı-ayrı xarici ölkələrin hüquq sistemləri təşkil edir. Tədqiqatın predmeti isə
kibercinayətkarlığın kriminoloji aspektləri - onun vəziyyəti, strukturu, dinamikası və
bu dinamikaya təsir göstərən amillər, onun cinayət-hüquqi mübarizə məsələləri, eləcə
də kibermühitdə törədilən əməllərə görə məsuliyyəti müəyyən edən milli və
beynəlxalq cinayət-hüquq normalarıdır.
Dissertasiya işinin elmi yeniliyi tədqiq olunan problemin respublikamızda son
illər ərzində daha intensiv formada reallaşdırılmaqda olan internet texnologiyalarının
tətbiqi ilə şərtlənir. Belə ki, tədqiq edilən sahənin kifayət qədər yeni olması, bu
sahədəki elmi tədqiqatların aktuallığını və yeniliyini şərtləndirməkdədir.
Tədqiqatın informasiya bazasını mövzu ilə əlaqədar xarici tədqiqatçıların və
ekspertlərin araşdırmaları, beynəlxalq təşkilatların işçi materialları və sənədləri,
statistik və normativ materiallar, o cümlədən kibercinayətkarlığa dair beynəlxalq təş-
kilatlar tərəfindən toplanmış məlumatlar, ayrı-ayrı ölkələrdə kompüter cinayət-
108
karlığının vəziyyətinə dair məcmuələr, bir sıra seminar və konfransların sənədləri,
tədqiqat mövzusu üzrə elmi araşdırmalar və digər elmi ədəbiyyatlar təşkil edir.
ş
in nəzəri – metodoloji bazasını kibercinayətkarlıq anlayışının, onun kompüter
cinayətlərindən fərqinin, eləcə də bu halın mühüm kriminoloji əlamətləri və
kibercinayətkarlıqla milli və beynəlxalq səviyyədə mübarizə istiqamətlərinin
öyrənilməsi və tədqiqi ilə bağlı alimlərin tədqiqatları, onların əldə etdikləri nəticələr,
eləcə də milli və ayrı-ayrı xarici ölkələrin hüquq yaratma orqanlarının səlahiyyət-
lərinə müvafiq formalaşdırdıqları qanunvericilik aktları sistemi təşkil etmişdir. Tədqi-
qatda qarşıya qoyulan məsələlərin həllinə nail olmaq üçün müqayisəli təhlil, statistik
təhlil, səbəb–nəticə, funksional, məntiqi, struktur, həmçinin, analiz və sintez və s.
tədqiqat üsullarından istifadə edilmişdir.
Dissertasiyanın strukturu giriş, üç fəsil, nəticə və təklifdən ibarətdir. Disser-
tasiyada iqtisadi cinayətkarlıq, eləcə də onun xüsusi forması kimi kibercinayətkarlı-
ğ
ın anlayışı, mahiyyəti açıqlanmış, kibercinayətlərin subyektlərinin təsnifatı aparıl-
mış, kibercinayətkarlığınmiqyası, ictimai təhlükəsi təhlil edilmiş və ona qarşı mübari-
zənin formalaşdırılması istiqamətləri tədqiq edilmişdir. Bununla yanaşı tədqiqat
işində Azərbaycan Respublikasının qanunvericilik sistemində iqtisadi cinayətkarlıq
formalarının hüquqi təsbiti məsələləri və kibercinayətkarlığa qarşı mübarizənin
hüquqi təminatının müasir vəziyyəti təhlil edilmiş, kibercinayətkarlıqla mübarizə
sahəsində ayrı-ayrı ölkələrin qanunvericiliklərinin müqayisəli təhlili həyata
keçirilmiş və Azərbaycanda kibercinayətkarlıqla mübarizə sahəsində beynəlxalq
təcrübədən istifadə istiqamətləri geniş tədqiq edilmişdir.
Tədqiqatın sonunda nəticələr ümumiləşdirilmiş və təkliflər çıxarılmış, istifadə
olunan ədəbiyyat siyahısı və internet resurslar təqdim edilmişdir.
Dostları ilə paylaş: |