80
təsnifləşdirilməsində, həm də onların məhkəmə təqibində yüksək ardıcıllıq müşahidə
olunur.
Milli qanunvericiliklərdə ən çox fərqlərin mövcud olduğu əməllər isə ictimai
ə
xlaq əleyhinə cinayətlərdir. Belə ki, bunlar mənəvi və dini prinsiplərdən asılıdırlar.
Bütün yuxarıda sadalananlar yüksək texnologiyalar sahəsindəki cinayətlərə də
tətbiq edilə bilər. Beynəlxalq tənzimləməyə daha çox insan həyatına, onun fiziki
toxunulmazlığına, eləcə də hüquqi, fiziki şəxslərin və dövlətin mülkiyyətinə qəsd
edən kibercinayətlər məruz qalır. Belə ki, bu cinayətlər də malum in se cinayətlər
hesab olunurlar. Hətta belə cinayətlərin təyinində də müxtəlif ölkə qanunvericilikləri
az və ya çox dərəcədə oxşardırlar. Lakin irqi və dini düşmənçiliyin təbliği ilə bağlı
cinayətlərlə vəziyyət çox mürəkkəbdir. Çünki müxtəlif dövlətlərdə etik və dini prin-
siplər o qədər güclü fərqlənirlər ki, bu məsələ ilə əlaqədar razılığın əldə olunması
sadəcə mümkünsüz olur.
S. Brenner və M. Qudman kibermühitdə törədilən cinayətlərlə bağlı məsələlər
üzrə ölkələr arasında razılığın əldə olunmasına həsr edilmiş “The Emerging
Consensus on Criminal Conduct in Cyberspace” (“Kibermühitdə cinayət xarakterli
davranışlarla bağlı formalaşan konsensus”) adlı işində “barəsində konsensus əldə
edilmiş kibercinayətlər” terminini təklif etmişlər. Bu növ kibercinayətlərə - barəsində
kibercinayətlərlə mübarizə üzrə öz səylərini koordinasiya edən dövlətlərin həmin
ə
məllərin cinayət hesab olunması məsələsində, eləcə də onların araşdırılması və məh-
kəmə təqibində razılıq əldə etdiyi və ya etməli olduğu cinayətlər aiddir. Onlar da
ə
nənəvi cinayətlər kimi cinayət əməlinin obyekti olan cinayət qanunvericiliyi ilə
qorunan ictimai münasibətlərin növündən asılı olaraq təsnifləşdirilirlər. M. Qudman
və S. Brenner belə “barəsində konsensus əldə edilmiş kibercinayətlər”-in 4 növünü
müəyyən edirlər. Bunlar şəxsiyyət əleyhinə, mülkiyyət əleyhinə, hakimiyyət əleyhinə
və əxlaq əleyhinə olan cinayətlərdir.
1
1. Şəxsiyyət əleyhinə cinayətlər: stənilən bir dövlətin qanunvericiliyində
şə
xsiyyətin cinayət əməllərindən müdafiəsinə istiqamətlənmiş cinayət-hüquqi
normalar mövcuddur. Lakin bununla belə şəxsiyyət əleyhinə cinayət törətmiş
1
http://www.lawtechjournal.com/articles/2002/03_020625_goodmanbrenner.php
81
kibercinayətkarlar qanunvericilikdəki boşluqlardan istifadə edərək məsuliyyətdən
yayına bilərlər. Bu isə aşağıdakılarla əsaslandırılır:
− ölkədə kibermühitin əmələ gəlməsi ilə meydana çıxmış yeni cinayət
növlərinə görə məsuliyyəti müəyyən edən normaların mövcud olmaması;
− şəxsiyyət əleyhinə cinayətlər üçün məsuliyyəti nəzərdə tutan cinayət
qanununun tərifləri fiziki reallığa o qədər əsaslandırılmışdır ki, kompüter
texnologiyalarının köməyi ilə virtual mühitdə törədilmiş cinayətlərə qanunun tətbiqi
mümkünsüzdür.
Bununla belə kompüter texnologiyaları vasitəsilə törədilən və cinayət qurba-
nına fiziki zərərin vurulmasını nəzərdə tutan cinayətlərin araşdırılması və məhkəmə
təqibi ilə bağlı ayrı-ayrı ölkə qanunvericiliklərində fərqlərin olması problem yaratmır.
Belə ki, bu əməllər demək olar ki, bütün dövlətlərdə ənənəvi tərkiblərlə əhatə olunur.
Şə
xsiyyət əleyhinə olan və barəsində razılığa gəlinməsinin zəruri olduğu “problemli”
cinayətlərə isə qeyri-fiziki, yəni izləmə və ya qorxutma kimi hallarla əlaqəli olan
kibercinayətlər daxildir. nternet öz anonimliyi ilə təhdid, qorxutma, şəxsi həyata
müdaxilə, izləmə kimi bir çox cinayətlərə əlverişli şərait yaradır. Kibermühitdə törə-
dilmiş belə cinayətlərə görə cinayət məsuliyyəti çox zaman ölkə cinayət qanunveri-
ciliklərində öz əksini tapmır. Xüsusilə də çətinliklər cinayətkar və cinayət qurbanının
müxtəlif dövlətlərin ərazisində olduğu hallarda meydana çıxır ki, belə situasiyaların
da bəzən praktiki olaraq həll oluna bilməməsi qanunpozucusunun cəzasız qalmasına
imkan yaradır.
2. Mülkiyyət əleyhinə cinayətlər: Şəxsiyyət əleyhinə cinayətlər kimi bu növ
cinayətlər də hər bir dövlətin cinayət qanunvericiliyində mövcuddur. Bu cinayətlərin
kibermühitdə kompüter texnologiyaları vasitəsilə törədilməsi belə əməllərin ixti-
saslaşması və onların təqibi ilə bağlı problemlər yaradır. Əsas problem “mülkiyyət”
anlayışının dərk olunması ilə bağlıdır. Belə ki, mülkiyyət münasibətlərinə qəsd
edilməsi ilə bağlı qanunvericilik normalarında mülkiyyət əleyhinə cinayətlərin pred-
meti kimi həmişə hər hansı maddi bir şey, yəni fiziki, gözlə görünə bilən predmetlər
nəzərdə tutulmuşdur. Bu isə öz növbəsində ənənəvi cinayət qanunlarının kibercina-
yətlərə də tətbiq olunması ilə bağlı problemlər yaradır. Belə ki, bu qanunlar informa-
82
siya, elektron məlumatlar və s. əleyhinə cinayətləri əhatə etmirlər. Mülkiyyətin qeyri-
maddi obyektlərinə real həyatda xərclənilə bilən pul məbləğləri haqqında informa-
siyanın mövcud olduğu müəyyən məlumatlar, proqram təminatları və s. aid edilir.
Lakin bəzi cinayətlərin ənənəvi qanunvericiliklə təqibi mümkün olu bilir. Məsələn,
ə
gər xaker kompüter texnologiyalarından istifadə edərək özgənin bank hesabına daxil
olub oradan öz hesabına külli miqdarda pul köçürmüşsə bu oğurluq əməli bəzi
ölkələrdə mövcud cinayət qanunvericiliyi ilə təqib edilir. Pul vəsaitləri özgə hesabdan
çıxarılıb cinayətkarın sərəncamına keçibsə cinayətkar onlara fiziki olaraq toxunmasa
belə bu cinayət əməli bir çox ölkələrin oğurluq haqqında ənənəvi hüquqi normaları
ilə əhatə olunur. Lakin əgər cinayətkar texnoloji tədqiqatlarla məşğul olan müəyyən
ş
irkətin kompüter sisteminə daxil olmaqla gizli məlumatlarının sürətini əldə edib
onlardan istifadə edirsə (satır və ya digər formalarda istifadə edir) bu əməl ənənəvi
anlamda oğurluq hesab olunmur. Belə ki, cinayətkarın informasiyanı əldə etməsinə
baxmayaraq şirkət bu məlumatdan məhrum olmur, yəni informasiya şirkətin
mülkiyyətindən çıxmış hesab olunmur. Lakin bununla məlumatın dəyəri və məxfiliyi
itir. Problemlər həmçinin əmlakın zədələnməsi kimi cinayətlərin təqibi prosesində də
meydana çıxır. Ənənəvi hüquq normaları yalnız maddi əmlakın zədələnməsi və məhv
edilməsi ilə bağlı məsuliyyəti müəyyən edir ki, bu səbəbdən də hər hansı bir saytı və
ya qiymətli informasiyanı məhv edən cinayətkarı cinayət məsuliyyətinə cəlb etmək
mümkün olmur.
Digər bir problem isə dələduzluğa dair normaların tətbiqi ilə bağlı meydana
çıxır. Dələduzluq dedikdə, əmlakın oğurlanması, eləcə də yalan və ya etibardan sui-
istifadə edilməsi yolu ilə özgənin əmlakına hüquqların əldə edilməsi başa düşülür.
Lakin ənənəvi təriflər kompüter sistemlərinin “aldadılması” halını nəzərdən keçirmir.
Kompüter texnologiyalarının tətbiqi mülkiyyət əleyhinə yönələn, lakin cina-
yətlərin bütün mümkün tərkiblərindən heç biri ilə əhatə oluna bilməyən qanunpo-
zuntuları doğurur. Məsələn, xaker hər hansı bir kommersiya müəssisəsinin saytına
girişi bloklayır və sayta ziyarətçilərin daxil olması mümkünsüz olur. Təbii ki, bunun
nəticəsində firma ziyan çəkir. Lakin bu əməl oğurluq hesab olunmur. Belə ki, xaker
hücum etməklə müəssisənin gəlirini mənimsəmir və eləcə də əmlakın məhvinə səbəb
Dostları ilə paylaş: |