83
olmur. Çünki, sayta fiziki olaraq zərər vurulmamış və o məhv edilməmişdir. Bu
hücum daxili kompüter sisteminə daxil olunmadan xaricdən törədildiyindən hətta
kibermühitin sərhədlərinin aşılması halı kimi də nəzərdən keçirilə bilməz.
Bu səbəbdən də köhnə təriflərin müasirləşdirilməsi, yeni normaların qəbulu və
onların müasir şəraitdə tətbiqi üçün yeni tərkiblərin – “konsensus əldə olunmuş kiber-
cinayətlərin” tərkiblərinin yaradılması zəruridir.
3. Dövlət hakimiyyəti əleyhinə cinayətlər: Daha öncəki iki kateqoriyada olduğu
kimi bu növ cinayətlərdə də kompüter texnologiyaları vasitəsilə törədilən əməlləri
ə
hatə edən tərkiblər mövcuddur. Məsələn, dövlətə qarşı xəyanət və ya cəsusluq kimi
ə
nənəvi tərkiblərdə cinayət əməlinin nəticəsindən danışılır və orada bu əməlin törə-
dilmə üsulu nəzərdə tutulmur. Həmçinin sənədlərin saxtalaşdırılması halı da yeni
tərkib yaratmır. Bununla belə problemlər mövcuddur və bu problemlər kütləvi qarı-
ş
ıqlığın yaradılması, dövlət hakimiyyətinin zorla dəyişdirilməsinə çağırışların edil-
məsi, milli düşmənçiliyinin qızışdırılması kimi cinayətlərin ixtisaslaşdırılması zamanı
meydana çıxa bilər. Belə ki, bu cinayətlərin kompüter texnologiyaları vasitəsilə törə-
dilməsi heç də həmişə ənənəvi tərkiblərdə əhatə olunmur. Bununla yanaşı ədalət əley-
hinə cinayətlərlə mübarizə üzrə milli qanunvericilikdə islahatların keçirilməsi də
zəruridir. Belə ki, bu cinayətlərin ənənəvi tərkiblərində məsələn, ədliyyə orqanlarının
kompüter sistemlərinə hücumların edilməsi, məhkumlara dair məlumatların dəyiş-
dirilməsi, eləcə də cinayətkarlar barəsində materialların məhv edilməsi və s. bu kimi
cinayət əməlləri nəzərdə tutulmayıb. lk baxışda bu məsələlərin yalnız milli səviy-
yədə həll olunmasının zəruriliyi və onların həlli ilə bağlı beynəlxalq səylərin koordi-
nasiyasına ehtiyac olmadığı nəzərə çarpır. Lakin kibercinayətlərin transsərhəd xarak-
teri bu cinayətlərin tədqiqində dövlətlərin bu və ya digər səviyyədə bir-birindən asılı
olduğunu aşkara çıxarır. Əgər kibermühitdə cinayət törədən şəxs hər hansı bir ölkədə
ə
dalət əleyhinə cinayət üzrə milli qanunvericiliyində boşluqlar aşkar edib onlardan
istifadə edərsə bu həmin ölkənin cinayət qurbanı olmuş vətəndaşlarına mənfi təsir
göstərə bilər.
4. ctimai əxlaq əleyhinə cinayətlər:Konsensus əldə olunmuş kibercinayətlərin
müəyyən olunması baxımından ictimai əxlaq əleyhinə cinayətlər kateqoriyasına aid
84
edilən əməllər daha problemli və mürəkkəb hesab olunur. Dünya ölkələrinin qanun-
vericilikləri bu məsələdə o qədər bir-birinə ziddir ki, bu əməllərdən hansılarının
bütün dövlətlərdə təqib edilməsi üzrə beynəlxalq razılığın əldə oluna bilməsi şübhə-
lidir. Belə ki, bir dövlətdə ictimai əxlaq əleyhinə cinayət hesab olunan əməllər
(avaralıq, qumar oyunları və s.) digər dövlətdə cinayət hesab olunmur.
ctimai əxlaq əleyhinə cinayətlər etik normalarla sıx bağlıdır. Bu normalar isə
ayrı-ayrı dövlətlərdə əhəmiyyətli dərəcədə fərqlidirlər. Xüsusilə bu dini normalarla
ə
laqəli olan və milli qanunvericilikdə nəzərdə tutulan cinayətlərə aiddir. Konsensus
ə
ldə olunmuş əməllər kateqoriyasına həmçinin narkotik maddələr və spirtli içkilərin
istifadə olunması kimi hallar da aid edilə bilmir.
Yuxarıda nəzərdən keçirilən 4 kateqoriya cinayət əməlləri ilə yanaşı elə cina-
yətlər də mövcuddur ki, eyni bir cinayət əməli ayrı-ayrı dövlətlərdə müxtəlif ictimai
münasibət növlərinə qarşı qəsd hesab olunur. Məsələn, terrorizm bəzi ölkələrdə
dövlət əleyhinə cinayət hesab olunduğu halda, digərlərində ictimai təhlükəsizlik əley-
hinə, bir qrup ölkələrdə isə hətta insanın şəxsiyyəti və mülkiyyəti əleyhinə cinayət
kimi nəzərdən keçirilir. Beləliklə “konsensus əldə edilmiş kibercinayətlərin” müəyyə
edilməsi və bu cinayətlərlə mübarizə üzrə strategiyanın işlənib hazırlanmasında
beynəlxalq səylərin koordinasiyası, eləcə də onların araşdırılması və cinayətkarların
məhkəmə təqibi üzrə fəaliyyət aşağıdakıları nəzərdə tutur:
- şəxsiyyət əleyhinə cinayətlərin kiberizləmə kimi yeni növlərinin müəyyən
edilməsi;
- mülkiyyət əleyhinə cinayətlər üzrə mövcud qanunvericilik normalarını
yenidən nəzərdən keçirməklə bu normalarda qeyri-maddi mülkiyyət obyektlərinə
qəsd olunması hallarının əhatə olunmasına nail olmaq;
- DNS-hücumları (Domain Name System) və informasiyanın zədələnməsinə
görə məsuliyyəti nəzərdə tutan, mülkiyyət əleyhinə yeni cinayət növlərinin müəyyən
edilməsi;
- ədalət əleyhinə cinayət üzrə normaların yenidən nəzərdən keçirilməsi ilə
onlarda elektron dəlillərin dəyişdirilməsi, məhv edilməsi və ya saxtalaşdırılmasına
yönəldilmiş əməllərin də öz əksini tapmasına nail olmaq;
85
- ədalətin təmin olunmasına maneələr yaradan cinayət növlərinin müəyyən
edilməsi;
- ictimai əxlaq əleyhinə cinayətlər haqqında normalara yenidən baxmaqla
kompüter texnologiyaları amilini də nəzərə almaq.
Ehtimal olunur ki, milli qanunvericilik normalarındakı uyğunsuzluqların
aradan qaldırılması üzrə işlər məhz mülkiyyət əleyhinə kibercinayətlər kateqoriyası
üzrə aparılacaq. Müəyyənedici amil kimi bu cinayət əməllərinin minimal xərclərlə
böyük itkilər törətməyə qadir olması, eləcə də transmilli şirkətlərin, qlobal maliyyə
bazarlarının işgüzar dairələrinin mülkiyyətlərinin təhlükəsizliyinin təmin olun-
masında maraqlı olmaları çıxış edir. Lakin konsensusun əldə olunmasını ləngidən
amillər də mövcuddur ki, bunlara bir çox kibercinayətkarlıq növlərinin milli
qanunvericiklərdə artıq mövcud olan normaların istifadə olunması ilə araşdırıla
bilməsi və eləcə də hansı əməllərin kriminal hesab olunması ilə əlaqədar dövlətlər
arası razılığın əldə olunmasında çətinliklərin mövcud olmasıdır. Bununla yanaşı
kibercinayətkarlıqla
mübarizə
üzrə
effektli
ə
məkdaşlığa
nail
olunması
qanunvericiliyin və hüquqi terminlərin vahidliyini zəruri edir. Bu hal isə özü də
konsensusun ələ olunması prosesini çətinləşdirə bilər. Lakin bütün bu çətinliklərə
baxmayaraq, kibercinayətlərin təsnifləşdirilməsində və elektron əməllərin
kriminallaşdırılması məsələsi üzrə ölkələr arasında razılığın əldə olunması kiber-
cinayətkarlıqla effektli mübarizə üçün zəruridir.
Mütəxəssislər ümid edirlər ki, Avropa Şurasının “Kibercinayətkarlıq haqqında
Konvensiyasının” qəbulu ilə başlanan bu proses nə vaxtsa uğurla tamamlanacaq və
dünya dövlətləri kompüter texnologiyaları vasitəsilə törədilən əməllərdən hansılarının
kriminal xarakterli olmasına dair razılığa gələ biləcəklər və bununla da kibercina-
yətlərlə mübarizə sferasında vahid cinayət-hüquqi qanunvericiliyin işlənib hazırlan-
masına və istifadəsinə nail olacaqlar.
Qlobal kiberməkanın bir parçası olan Azərbaycanda iqtisadi cinayətkarlıq və
onun xüsusi növü olan kibercinayətkarlıqla mübarizənin müasir vəziyyəti, eləcə də
mübarizənin hüquqi təminat mexanizmi və təkmilləşmə istiqamətləri isə növbəti
fəsildə daha ətraflı şərh olunacaqdır.
Dostları ilə paylaş: |