AZƏRBAYCAN RESPUBL KASI TƏHS L NAZ RL Y
AZƏRBAYCAN DÖVLƏT QT SAD UN VERS TET
MAG STRATURA MƏRKƏZ
Ə
lyazması hüququnda
RƏH ML ŞƏBNƏM CƏM L
qızı
«
QT SAD FƏAL YYƏT SAHƏS NDƏ NTERNET TEXNOLOG YALARI VƏ
K BERC NAYƏTLƏRƏ QARŞI MÜBAR ZƏN N HÜQUQ ƏSASLARI
»
mövzusunda
MAG STR D SSERTAS YASI
xtisasın şifri və adı: 060404 - “ qtisadiyyat”
xtisaslaşma: “ qtisadiyyatın hüquqi tənzimlənməsi”
Elmi rəhbər:
Magistr proqramının rəhbəri
hüquq üzrə fəlsəfə doktoru, iqtisad üzrə fəlsəfə doktoru,
dosent F.E. HƏTƏMZADƏ
dosent S.Z. SAYEV
Kafedra müdiri:
iqtisad elmləri doktoru,
professor F.P. RƏHMANOV
BAKI-2015
2
MÜNDƏR CAT
G R Ş.............................................................................................................................3
FƏS L I. QT SAD SAHƏDƏ C NAYƏTKARLIQĞIN SPES F K FORMASI
K M K BERC NAYƏTLƏR N KONSEPTUAL ASPEKTLƏR ...............6
1.1 qtisadi fəaliyyət sahəsində internet texnologiyalarının tətbiqi və bu
sahədə cinayətkarlığın əsas təzahür formaları................................................. 6
1.2 Kibercinayətkarlığın mahiyyəti vəxarakterik xüsusiyyətləri..........................19
1.3 ctimai təhlükəliliyi nöqteyi nəzərindən kibercinayətkarlığa
qarşı mübarizənin zəruriliyi...........................................................................32
FƏS L II. AZƏRBAYCANDA QT SAD C NAYƏTKARLIĞA QARŞI
MÜBAR ZƏN N MÜAS R VƏZ YYƏT VƏ K BERC NAYƏTKARLIĞA
QARŞI MÜBAR ZƏN N HÜQUQ TƏM NATI MEXAN ZM ..................39
2.1 Azərbaycan Respublikasının qanunvericilik sistemində iqtisadi
cinayətkarlıq formalarının hüquqi təsbiti........................................................39
2.2 Kibercinayətkarlıqla mübarizə sahəsində Azərbaycanın milli hüquq
sisteminin müasi vəziyyəti .............................................................................56
FƏS L III. MÜAS R ŞƏRA TDƏ K BERC NAYƏTKARLIQLA MÜBAR ZƏ
SAHƏS NDƏ XAR C TƏCRÜBƏDƏN ST FADƏ ST QAMƏTLƏR ....72
3.1 Kibercinayətkarlığa qarşı mübarizənin beynəlxalq
hüquqi təminatı................................................................................................72
3.2 Kibercinayətkarlıqla milli hüquq çərçivəsində mübarizə
sahəsində xarici ölkələrin təcrübəsi...............................................................86
NƏT CƏ VƏ TƏKL FLƏR........................................................................................98
ST FADƏ OLUNMUŞ ƏDƏB YYATLAR..........................................................101
3
G R Ş
Mövzunun aktuallığı. Cəmiyyətin kompüterləşməsinin ən ciddi mənfi nəticəsi
məhz kibercinayətlər hesab olunur. Kompüter sistemlərinin geniş yayılması, onların
kommunikasiya sistemləri vasitəsilə əlaqələndirilməsi, bu sistemlərə elektron
müdaxilə imkanını artırır. Bu cür cinayətlərin ənənəvi tipli cinayətlərdən tutmuş
yüksək riyazi və texniki hazırlıq tələb edən cinayətlərə qədər çox geniş əhatə dairəsi
mövcuddur. Fərdi kompüterlərin sayının sürətli artımı və inkişaf etmiş
kommunikasiya sisteminin mövcudluğu hətta həvəskar-cinayətkarların belə kompüter
sistemlərinə daxil olmasına imkan yaradır.
Ə
ksər ölkələrdə mövcud olan cinayət qanunvericilikləri bu tip cinayətlərin
təsnifləşdirilməsi baxımından kifayət qədər elastik olsalar da, sosial və texniki
dəyişikliklər bu hüquq sistemi çərçivəsindən kənarda qalan yeni-yeni problemlər
yaradır. Çünki dünya təcrübəsində mövcud olan bəzi kompüter cinayətlərinə cinayət
qanunvericiliyi təsir göstərə bilmir. Belə ki, hüquqi baxımdan bu əməllər cinayət
hesab edilə bilməz. Burada EHM-in bəzi əməliyyatlarının kriminallaşması problemi
nəzərdə tutulur.
Kibercinayətkarlıq təhlükəsi bütün dünya ölkələri kimi Azərbaycan üçün də
çox təhlükəli bir haldır və bu təhlükənin qarşısını almaq, həmçinin onunla effektli
mübarizə aparmaq məqsədilə ölkəmiz Azərbaycan Respublikasının tarixli
“Kibercinayətkarlıq haqqında” Konvensiyanın təsdiq edilməsi barədə 30.09.2009-cu
il Qanunu ilə Avropa Şurasının “Kibercinayətkarlığa dair” Konvensiyasına
qoşulmuşdur. Azərbaycan Avropa Şurasının “Kibercinayətkarlıq haqqında” 2001-ci il
23 noyabr tarixli Konvensiyasını imzalamış dövlətlər sırasına daxil olmasına
baxmayaraq, beynəlxalq əməkdaşlıq özü də bu gün kibercinayətkarlıq problemi ilə
mübarizənin yeni metodlarının axtarışı və vahid siyasətin işlənib hazırlanması
prosesini yaşayır.
Tədqiqatın əsas məqsədi və vəzifələri. Bu tədqiqatın məqsədi kibercinayət-
karlıq probleminin, onun ictimai təhlükəlilik dərəcəsinin qiymətləndirilməsi üçün
zəruri olan kriminal əhəmiyyətli aspektlərin öyrənilməsi, bu hala qarşı mövcud
4
cinayət-hüquqi tədbirlərin təhlili və kibercinayətkarlıqla mübarizənin cinayət-hüquqi
tənzimlənməsinin effektivliyinin artırılmasına yönəldilmiş təkliflərin işlənib
hazırlanması təşkil edir. Bu məqsədə nail olmaq üçün aşağıdakı vəzifələrin həyata
keçirilməsi nəzərdə tutulmuşdur:
- kibercinayətkarlığın vəziyyətinin, strukturu və dinamikasının dünya
miqyasında kriminoloji təhlilini aparmaq;
- iqtisadi cinayətkarlıq, onun xüsusi bir forması olan kibercinayətkarlıq və
eləcə də kibercinayət anlayışını formalaşdırmaq, kibercinayətlərin növlərini
xarakterizə etmək;
- kibercinayətkarlıqla mübarizənin hüquqi təcrübəsini iki səviyyədə -
beynəlxalq və milli səviyyədə təhlil etmək və eləcə də xarici ölkə qanunvericilik-
lərinin müqayisəli təhlilini aparmaq;
- kibercinayətkarlıqla mübarizə sahəsində beynəlxalq təcrübədən istifadə
istiqamətlərini təhlil etməklə milli qanunvericiliyin təkmilləşdirilməsi imkanlarını
müəyyən etmək.
Dissertasiya tədqiqatının obyektini kibercinayətkarlıqla mübarizə üzrə milli,
eləcə də ayrı-ayrı xarici ölkələrin hüquq sistemləri təşkil edir. Tədqiqatın predmeti isə
kibercinayətkarlığın kriminoloji aspektləri - onun vəziyyəti, strukturu, dinamikası və
bu dinamikaya təsir göstərən amillər, onun cinayət-hüquqi mübarizə məsələləri, eləcə
də kibermühitdə törədilən əməllərə görə məsuliyyəti müəyyən edən milli və
beynəlxalq cinayət-hüquq normalarıdır.
Dissertasiya işinin elmi yeniliyi tədqiq olunan problemin respublikamızda son
illər ərzində daha intensiv formada reallaşdırılmaqda olan internet texnologiyalarının
tətbiqi ilə şərtlənir. Belə ki, tədqiq edilən sahənin kifayət qədər yeni olması, bu
sahədəki elmi tədqiqatların aktuallığını və yeniliyini şərtləndirməkdədir.
Tədqiqatın informasiya bazasını mövzu ilə əlaqədar xarici tədqiqatçıların və
ekspertlərin araşdırmaları, beynəlxalq təşkilatların işçi materialları və sənədləri,
statistik və normativ – metodiki materiallar, o cümlədən kibercinayətkarlığa dair
beynəlxalq təşkilatlar tərəfindən toplanmış məlumatlar, ayrı-ayrı ölkələrdə kompüter
cinayətkarlığının vəziyyətinə dair məcmuələr, bir sıra seminar və konfransların
Dostları ilə paylaş: |