77
kompüter şəbəkəsində hüququ münasibətlərini tənzimləyən ən mühüm sənədlərdən
biridir.
Bu gün Kibercinayətkarlıq haqqında Konvensiya telekommunikasiya hüquqları
sferasının bazasını təşkil edən ən mühüm beynəlxalq-hüquqi aktlardan biridir. Onu
qlobal informasiya cəmiyyətinin Okinavi Xartiyası ilə bir cərgəyə qoymaq olar.
Lakin xartiyada informasiya kommunikasiya texnologiyalarının inkişafının ümumi
konsepsiyasının qəbul edilməsindən söhbət gedirdisə, bu Konvensiyada real hüquqi
tənzimləmə mexanizmləri öz əksini tapmışdır.
1
Milli və beynəlxalq səylər bir-birini tamamlayaraq kibercinayətkarlıq prob-
leminə qlobal diqqəti təmin edir, eləcə də bu problemin həllində atılacaq addımların
koordinasiyasını və milli qanunvericiliklərin unifikasiyasını şərtləndirir. Dünyanın
qırxdan çox dövləti kibercinayətkarlıqla beynəlxalq mübarizə strategiyasının forma-
laşdırılmasına cəlb edilmişlər. Onların bəziləri yüksək texnologiyalar sferasında cina-
yətlərlə mübarizə üzrə daha təkmil və praktikada istifadə olunan qanunvericiliyə
malik olduğu halda, digərləri bu istiqamətdə hələ yeni-yeni addım atırlar. Beynəlxalq
və üstmilli qurumların milli qanunvericiliklərdə islahatların keçirilməsində və kiber-
cinayətlərin aşkara çıxarılmasının prosessual, texniki və digər vasitələrinin koor-
dinasiya edilməsində böyük xidmətləri olmuşdur. Kibercinayətkarlıq sahəsində tədqi-
qatçı alim Ulrik Ziber belə bir qərara gəlmişdir ki, beynəlxalq səviyyədə həyata
keçirilən tədbirlərlə milli cinayət qanunvericiliklərdə edilən islahatlar arasında sıx
qarşılıqlı əlaqə mövcuddur.
Lakin milli qanunvericiliklərin formalaşdırılmasında və beynəlxalq səylərin
koordinasiyasında müşahidə edilən bu inkişafa baxmayaraq, qlobal anlamda kiberci-
nayətkarlıq haqqında qanunvericilik M. Qudman və S. Brennerin qeyd etdiyi kimi
“yeni qanunlar, artıq mövcud olan qanunlar və qanunların olmamasından ibarət xaos”
olaraq qalmaqdadır. Ekspertlər tərəfindən kibercinayətkarlıqla mübarizə üzrə qlobal
strategiyaya uyğun olan, hərtərəfli milli startegiyanın inkişaf etdirilməsi zəruriliyi
1
Окинавская
Хартия глобального информационного сообщества – URL: http://www.internet-
law.ru/intlaw/laws/okinava.htm
78
daim qeyd edilir. Belə ki, beynəlxalq səviyyədə həyata keçirilən səylər mütləq şəkildə
ayrı götürülmüş dövlət səviyyəsində tədbirlərlə möhkəmləndirilməlidir.
Kibercinayətkarlıqla mübarizədə beynəlxalq əməkdaşlıq bu tip əməllərin bəzi
ölkə qanunvericiliklərində kriminallaşdırıldığı halda, digərlərində cinayət əməli hesab
olunmadığı şəraitdə mümkün deyildir. Faktiki olaraq, milli qanunvericiliklərdə
mövcud bu fərqlər cinayətkarlar üçün xüsusi “baryer” rolu oynayaraq onların məsu-
liyyətdən yayına bilməsinə və cəzasız qalmasına xidmət edir.
nformasiya cəmiyyətinin sərhədləri ilə yanaşı hətta getdikcə dövlətlərin fiziki
sərhədlərinin silinməsinə səbəb olan qloballaşmadan öncə hər hansı bir əməlin krimi-
nallaşdırılması qərarı yalnız dövlətə məxsus idi və bu beynəlxalq mühitə təsir göstər-
mirdi. Dövlətə yalnız öz vətəndaşlarına və onun ərazisində olan şəxslərə təsir göstərə
bilmək vacib idi. Bununla yanaşı, 300-400 il bundan əvvəl hər hansı bir ölkə məsə-
lən, ngitərə vətəndaşının digər bir ölkə məsələn, Çin ərazisində olması imkanı çox az
idi. Lakin qlobal informasiya şəbəkəsinin meydana gəlməsi ilə ölkələr arasında
mövcud “virtual” sərhədləri aşmaq üçün yalnız internetə çıxışı olan kompüter olması
kifayətdir. Kibercinayətlər kibermühitin istənilən ərazisində, bu ərazinin hansı
ölkənin yurisdiksiyasına aid olmasından asılı olmayaraq silahlana bilərlər. Onlar
kompüter texnologiyalarının inkişafının bu sahədə münasibətləri tənzimləyən qanun-
vericiliyin inkişafını üstələməsi nəticəsində əmələ gələn hüquqi boşluqlardan uğurla
istifadə edirlər. Bu problemin iki aspekti var: Birincisi, kibercinayət törətmiş şəxslər
cəzalanmamış qalır, ikincisi, öz ölkəsində qanunlara riayət edən şəxslər kompüter
texnologiyaları sferasındakı münasibətlərin cinayət-hüquqi tənzimlənməsindəki fərq-
lərə görə digər ölkədə məhkəmə təqibinə məruz qala bilərlər.
Daha əvvəl də qeyd edildiyi kimi qlobal informasiya şəbəkələrində sərhədlərin
olmaması kibercinayətkarlıqla mübarizədə müəyyən ardıcıllığın olmasını və ölkələrin
fəaliyyətinin koordinasiya edilməsini tələb edir. Amerika tədqiqatçıları S. Brenner və
M. Qudman bu problemin iki həll yolunun mövcudluğunu iddia edirlər.
Birinci, kibercinayətlərə görə məsuliyyəti nəzərdə tutan universal vahid məcəl-
lənin yaradılması. Bu halda kompüter texnologiyaları sferasında törədilən cinayətlər
ayrı-ayrı milli qanunvericiliklə deyil, bu vahid beynəlxalq qanunla təqib ediləcək. Bu
79
isə kibercinayətkarlıqla mübarizənin cinayət-hüquqi tənzimlənməsinin milli qanun-
vericiliyin səlahiyyətindən çıxıb, beynəlxalq, üstmilli səviyyəyə qalxmasına, bununla
da ayrı-ayrı dövlətlərin fəaliyyətindəki uyğunsuzluqların aradan qalxmasına səbəb
olacaqdır. Lakin tədqiqatçıların fikrinə görə bu sistemin işləmə imkanı şübhəlidir.
Belə ki, ölkələr öz səlahiyyətində olan idarəetmə funksiyasını beynəlxalq səviyyəyə
qaldırmağa meyilli deyillər. Bu üsula alternativ variant isə yeni qanunların qəbulunda
və ya mövcud qanunlarda islahatların həyata keçirilməsində dövlətlərin rəhbər tuta
biləcəkləri müəyyən bir şablonun, prinsiplər dəstinin formalaşdırılmasıdır. Bu prin-
siplər kibercinayətkarlıqla mübarizə üzrə milli qanunvericiliklərdə boşluqların və
eləcə də hər hansı bir ölkə qanunlarının digərinin cinayət-hüquqi normaları ilə uyğun-
suzluğunun olmamasının zəmanəti kimi çıxış edəcəklər. Avropa Şurası da məhz bu
yolla gedərək “Kibercinayətkarlıq haqqında” Konvensiyanı qəbul etdi.
Cinayət-hüquqi tənzimləmənin funksiyası cəmiyyətdə sosial intizamın, döv-
lətin normal fəaliyyət göstərməsi və inkişafı üçün zəruri ictimai münasibətlərin
qorunmasından ibarətdir. Hər bir ölkə hansı ictimai münasibətlərin cinayət-hüquqi
mühafizəyə aid edildiyini özü müəyyən edir. Elə xüsusi əməllər var ki, onlar yalnız
bir və ya bir neçə ölkədə cinayət hesab edilir. Bu isə ölkədə mövcud dini, etik norma-
ların və ya siyasi rejimin mövcudluğundan irəli gəlir. Lakin elə cinayət növləri də var
ki, onlar demək olar ki bütün dövlətlərin cinayət qanunvericiliklərində təsbit olun-
muşdur. Bunlar:
1. şəxsiyyət əleyhinə cinayətlər (qətlə yetirmə, zorlama, sağlamlığa zərər
vurma);
2. mülkiyyət əleyhinə cinayətlər (oğurluq, dələduzluq, mülkiyyətin məhv
edilməsi);
3. dövlət hakimiyyəti əleyhinə cinayətlər (dövlətə xəyanət, cəsusluq, ədalət
ə
leyhinə cinayətlər);
4. ictimai əxlaq əleyhinə cinayətlər.
lk iki kateqoriya malum in se cinayətlər hesab olunurlar. Bu cinayətlərin
mahiyyəti ictimai qanunlara və əxlaq normalarına ziddir. Onları qadağan etmədən
cəmiyyət fəaliyyət göstərə bilməz. Ona görə də bu əməllərin həm
Dostları ilə paylaş: |