65
Cinayətin subyekti xüsusi olmaqla EHM-ə, onun sistem və şəbəkəsinə daxil
olmağa icazəsi olan şəxsdir. Bütün bu şərh olunan maddələri özündə əks etdirən AR
CM-nin “Kompüter informasiyası sahəsində cinayətlər” adlı 30-cu fəsli kompüter
cinayətkarlığı ilə mübarizə sahəsində əsas mənbə olsa da bu fəsil mövcud müasir
vəziyyətə tam uyğun gəlmir. Belə ki, iqtisadi münasibətlərin daim yenilənməsi uyğun
olaraq cinayət qanunvericiliyində də dəyişikliklərin edilməsini zəruri edir. AR CM
qəbul olunandan bəri kompüterlər də sürətli templərlə insan fəaliyyətinin demək olar
ki bütün sferalarını əhatə etmişdir. Bu dövr ərzində Azərbaycanda nternet şəbəkəsi
istifadəçilərinin sayında da əhəmiyyətli artım baş vermişdir. Belə ki, “ nternet World
Stats”-ın məlumatına görə 2000-ci ildə bu rəqəm 12000 nəfər olduğu halda, 2012-ci
ildə istifadəçilərin sayı 4,7 milyon nəfərə çatmışdır.
1
Bu isə o deməkdir ki, ölkə
ə
halisin 50 %-ə qədər internet istifadəçisidir. Kompüter cinayətlərinin mövcud təd-
qiqi metodları və bu cinayətlərin törədilməsinə görə məsuliyyəti müəyyən edən nor-
maların müasir şərtlərə cavab verməməsi səbəbindən kompüter texnologiyalarının bu
inkişafı ictimai təhlükəli əməllərin törədilməsinə şərait yaratmışdır. Kompüter infor-
masiyası sferasında cinayətlərə görə məsuliyyət haqqında mövcud cinayət qanunveri-
ciliyi isə kibercinayətkarlıq probleminin yalnız həlli görüntüsünü yaradır. Ən əsası isə
bu normalar yalnız kompüter cinayətləri, yəni kompüterlər və kompüter infor-
masiyası əleyhinə törədilən cinayətləri əhatə edir. Belə ki, bu normalarda kompüter
vasitəsilə törədilən digər cinayətlərə görə məsuliyyət müəyyən olunmamışdır. Təbii
ki, bu o demək deyil ki, qanunvericidən CM-nin kompüter cinayətlərinə həsr olunmuş
fəslinə kompüter vasitəsilə törədilən lakin digər obyektlərə qəsd edən cinayətlər
barəsində normaların əlavə edilməsi tələb olunur. Lakin bizim fikrimizcə, CM-də
digər cinayət əməllərinin gizlədilməsi və ya onların törədilməsinin asanlaşdırılması
məqsədilə kompüter və kompüter məlumatları ilə səlahiyyətsiz əməliyyatlara görə
məsuliyyət nəzərdə tutulmalıdır. Beləliklə, qanunvericilikdə obyektini yalnız kom-
püter şəbəkələrinin fəaliyyətinin təhlükəsizliyi təşkil edən əməllər deyil, həmçinin
digər kibercinayətlərdə əks olunacaq. Qeyd edək ki, MDB-ə üzv dövlətlərin Nümu-
nəvi Məcəlləsi və onun kompüter informasiyası sahəsində cinayətlər barəsində fəsli
1
Internet Usage in Asiahttp://www.internetworldstats.com/stats3.htm#asia
66
fikrimizcə kompüter cinayətlərinə münasibətdə AR CM-dən daha ətraflı sənəddir. Bu
məcəllənin “informasiya təhlükəsizliyi əleyhinə cinayətlər” adlı XII fəslinə aşağıdakı
7 maddə daxildir.
- “Kompüter informasiyasına sanksiyalaşdırılmamış giriş”;
- “Kompüter informasiyasının modifikasiya olunması”;
- “Kompüter sabotajı”;
- “Kompüter informasiyasının qanunsuz ələ keçirilməsi”;
- “Kompüter sistemi və şəbəkəsinə qanunsuz girişi həyata keçirməyə imkan
verən vasitələrin hazırlanması”;
- “Zərərverici proqramların hazırlanması, istifadəsi və yayılması”;
- “Kompüter sistemi və şəbəkələrinin istifadəsi qaydalarının pozulması”.
AR CM-nin kibercinayətkarlığa həsr olunmuş normalarının təkmilləş-
dirilməsində sonralar bu maddələrdən istifadə etmək olar.
30-cu fəslin təhlili nəinki ayrı-ayrı maddələrdə, həmçinin bütövlükdə fəsildə
bəzi təzadların, çatışmazlıqların mövcudluğunu aşkara çıxarır. Hər şeydən öncə
qanunverici tərəfindən “EHM” termininin istifadəsi düzgün deyildir. Nəzərə alsaq ki,
271-ci maddədə “kompüter informasiyası”-na qanunsuz girişə görə məsuliyyət
nəzərdə tutulub, 272 və 273-cü maddələrdə isə “Elektron-hesablama maşınları”
barəsində danışılır. Buradan belə bir nəticəyə gəlmək olar ki, “EHM” termini
“kompüter” sözünün tam sinonimi olaraq işlədilir. Lakin müasir zamanda texnolo-
giyaların belə sürətli inkişafını nəzərə alsaq deyə bilərik ki, EHM və kompüterlər
müasir mənalarına görə heç də sinonim sözlər deyildir. Bizim fikrimizcə “EHM”
terminini daha universal və anlaşılan “kompüter” sözü ilə əvəz etmək daha məqsədə
uyğun olardı. Onu da qeyd edək ki, MDB-ə üzv dövlətlərin Nümunəvi Cinayət
Məcəlləsindədə “EHM” termini deyil, “kompüter” termini istifadə edilmişdir.
Onu da qeyd edək ki, qanunsuz olaraq daxil olma anlayışı alimlərin fikrincə,
является
оценочным, bu isə bir daha AR CM-nin 271-ci maddəsində hüquqi-texniki
çatışmazlıqların mövcudluğunu sübut edir. Fikrimizcə, maddənin hərfi şərhi bu daxil
olmanın hüquq normalarının pozulması vasitəsilə həyat keçirilməsi anlamına gəlir.
Bununla yanaşı, “qanunsuz” anlayışı sahibkarın və ya qanuni mülkiyyətçinin ixtiyarı
67
olmadan informasiyanın ələ keçirilməsi mənasını verir. Beləliklə, bu problem
“qanunsuz olaraq daxil olma” anlayışını “sanksiyalaşdırılmamış daxil olma” termini
ilə əvəz etməklə həll edilə bilər.
AR CM-nin 271-ci maddəsinin daha bir çatışmayan cəhəti ondan ibarətdir ki,
qanunverici bu cinayət əməlinin obyektiv cəhətinin məcburi əlaməti kimi infor-
masiyanın məhv edilməsi, təcrid olunması, modifikasiya olunması, onun surətinin
çıxarılması, yaxud EHM-in işinin, sisteminin və ya onların şəbəkəsinin fəaliyyətinin
pozulmasını müəyyən etmişdir. Beləliklə, informasiyaya sadəcə səlahiyyətsiz daxil
olma qanunla cəzalandırılmır. Bununla yanaşı, bizim fikrimizcə, informasiyanın
oxunması halı da onun surətinin çıxarılması qədər təhlükəli əməldir. Bəzi hallarda
bəd niyyətli şəxsin informasiyanı görməsi və oxuması bu informasiyanın öz dəyərinin
itirməsi və ya surətini çıxarmadan istifadəsi üçün kifayətdir. Məsələn, kompüterin
ekranının şəklinin çəkilməsi. Kompüter şəbəkə və sistemlərinə giriş əldə edən bir çox
şə
xslər hesab edir ki, onlar heç bir qanunsuz əməl törətmirlər. Əgər hətta bu əməl
istifadəçi tərəfindən qoyulmuş müdafiə sistemini pozmaqla törədilirsə də.
Biz hesab edirik ki, kompüter sistemlərinin normal fəaliyyətini, eləcə də
informasiyanın saxlanması və göndərilməsini təmin etmək üçün cinayət qanun-
vericiliyi kompüter sistemlərinin müdafiə vasitələrini istifadə edən hər bir istifa-
dəçinin kompüterini mühafizə etməlidir. Bununla belə, kompüter informasiyasının
surətinin çıxarılmasına görə cinayət məsuliyyət MDB-ə üzv dövlətlərin Nümunə
Məcəlləsində olduğu kimi ayrıca maddədə nəzərdə tutula bilər. Beləliklə, CM-nin
271-ci maddəsindən “kompüter informasiyasının sanksiyalaşdırılmamış ələ keçiril-
məsi”, “informasiyanın sanksiyalaşdırılmamış modifikasiya edilməsi”, “kompüter
sabotajı” (kompüterlərin və kompüter şəbəkələrinin fəaliyyətinə mane olmaq məqsə-
dilə informasiyanın qəsdən bloklaşdırılması və ya məhvi) kimi tərkibləri ayırmaqla
bu maddənin konkretləşdirilməsinə zərurət vardır.
CM-nin 273-cü maddəsinə gəldikdə isə bu maddədə aşağıdakı çatışmazlıqlar
mövcuddur.
Birinci, verilən maddədə “Elektron hesablayıcı maşınların (EHM), EHM siste-
minin və ya onların şəbəkələrinin istismarı qaydalarını pozma” halı nəzərdə tutulub.
Dostları ilə paylaş: |