56
6.Vergi ödəməkdən yayınma: Müasir dövlətdə vergilər gəlirlərin əsas
formasıdır. Azərbaycan Respublikası Konstitusiyanın 73-cü maddəsinə əsasən,
qanunla müəyyən olunmuş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və
vaxtında ödəmək hər bir şəxsin borcudur. Vergi ödəməkdən yayınma isə ölkə iqtisa-
diyyatının və maliyyə sisteminin sabitliyini pozulmasına səbəb olur.
ki növ əsas vergi ödəyicisi – fiziki və hüquqi şəxslər bir-birindən fərqlən-
diyindən CM-nin 213-cü maddəsində cinayət hesab edilən əməllərin iki müxtəlif
növü təsbit olunmuşdur. Obyektinə görə oxşar olan bu cinayət tərkibləri obyektiv
cəhətinə və subyektinə görə xeyli dərəcədə bir-birindən fərqlənir.
CM-nin 213.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin obyekti
dövlətin maliyyə fəaliyyəti sahəsində ictimai münasibətlərdir. Bu cinayətin obyektiv
cəhəti isə fiziki şəxslər tərəfindən AR qanunvericliyində nəzərdə tutulmuş hallarda
gəlirlər haqqında bəyannamə təqdim etməməklə, yaxud gəlirlər və ya xərclər barədə
bilə-bilə təhrif olunmuş məlumatları bəyannamədə göstərməklə, yaxud digər üsulla
xeyli miqdarda vergiləri və ya başqa icbari ödənişləri ödəməkdən yayınmadan
ibarətdir.
CM-nin 213.3-cü maddəsində göstərilmiş cinayətin isə obyekti hüquqi şəxs-
lərdən vergilərin yığılması ilə əlaqədar dövlətin maliyyə fəaliyyəti sahəsində yaranan
ictimai münasibətlərdir.
CM-nin 213.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin obyektiv cəhəti
gəlirlər və xərclər barədə bilə-bilə təhrif olunmuş məlumatları təşkilat mühasibat
sənədlərində daxil etməklə, yaxud digər üsulla xeyli miqdarda vergiləri və ya başqa
icbari ödənişləri ödəməkdən yayınmada ifadə olunmuşdur.
Beləliklə, Azərbaycan Respublikasının CM-nin “ qtisadi fəaliyyət sahəsində
cinayətlər” adlandırılan 24-cü fəslində iqtisadi cinayətkarlıq formaları geniş şərh
olunsa da iqtisadi cinayətkarlığın xüsusi forması olan kibercinayətkarlıq və eləcə də
kompüter cinayətlərinə görə məsuliyyət bu fəsildə öz əksini tapmamışdır. Azər-
baycanda Respublikasının cinayət qanunvericiliyində kibercinayətkarlığın hüquqi
təsbiti məsələsi növbəti paraqrafda daha geniş şərh olunacaqdır.
57
2.2 Kibercinayətkarlıqla mübarizə sahəsində Azərbaycanın
milli hüquq sisteminin müasir vəziyyəti
Külli miqdarda müxtəlif informasiyaların istifadəsinə əsaslanan müasir
cəmiyyətin inkişafını cəmiyyətin bütün həyat sferalarına elektron hesablama maşın-
larının geniş tətbiqi olmadan təsəvvür etmək mümkünsüzdür. EHM-lər yalnız ayrı-
ayrı idarəetmə və eləcə də təsərrüfat vahidləri səviyyəsində informasiyanın işlənməsi,
saxlanmasına və ya vətəndaşlar arasında əlaqənin yaradılmasına xidmət etmir, o
həmçinin dövlətin daxili və xarici təhlükəsizliyinin təmin olunması məqsədilə geniş
tətbiq edilir. Amma elmi-texniki inqilabın genişlənməsi ölkə iqtisadiyyatının inkişaf
amillərinin tərkibində proqressiv dəyişikliklərə səbəb olmaqla yanaşı, kriminal
dünyanın neqativ tendensiyalarının genişlənməsinə, cinayət əməllərinin yeni forma
və növlərinin yaranmasına gətirib çıxarır. Bu isə özünü cinayətkar qrup və birliklərin
öz fəaliyyətində elm və texnikanın yeni nailiyyətlərindən aktiv istifadə etmələrində
daha aydın şəkildə göstərir.
Azərbaycanda kompüter texnikası vasitələrinin və informasiya emalı texnolo-
giyalarının istifadəsi ilə əlaqəli olan, eləcə də yerli hüquq elminə və praktikasına
məlum olmayan yeni növ cinayət əməllərinin – kompüter cinayətlərinin meydana
gəlməsi faktı xüsusi həyəcan doğurur. Bu isə öz növbəsində ölkə qanunvericiliyində
baş verən bu hala adekvat hüquqi təsir mexanizminin işlənib hazırlanmasını zəruri
edir. Bu istiqamətdə əks olunmuş cinayət əməlləri mahiyyət etibarı ilə heç də
cinayətin törədilməsi üçün vasitə kimi elektron hesablama texnikasının istifadəsini
nəzərdə tutmur. Cinayət Məcəlləsinin 30-cu fəslinə informasiyanın və EHM-nın
istifadəsi vasitəsilə informasiyanın işlənməsi sisteminin təhlükəsizliyinə qəsd edən
ictimai-təhlükəli əməllər daxil edilmişdir.
nformasiyanın qanunsuz istifadəsinin nəticələri çox müxtəlif ola bilər. Belə ki,
informasiyadan qanunsuz istifadə intellektual mülkiyyətin toxunulmazlığının
pozulması ilə yanaşı vətəndaşların şəxsi həyatları barədə məlumatlarının yayılmasına,
birbaşa itkilər və əldə olunmamış mənfəət şəklində mülkiyyətə zərər vurulmasına,
58
müəssisələrin nüfuzunun itirilməsi və müəssisələrin normal fəaliyyətinin pozulmasına
səbəb ola bilər. Bu səbəbdən də bu növ cinayətlərin Cinayət Məcəlləsinin “ ctimai
təhlükəsizlik və ictimai qayda əleyhinə olan cinayətlər” adlı X Bölməsində yerləş-
dirilməsi tamamilə doğrudur.
Azərbaycan Respublikası Cinayət Məcəlləsində Kompüter informasiya sfera-
sındakı cinayətlərə aşağıdakılar daxildir:
1. Kompüter informasiyasına qanunsuz olaraq daxil olma (maddə 271);
2. Elektron-hesablayıcı maşınlar üçün ziyanverici proqramlar yaratma,
onlardan istifadə etmə və ya onları yayma (maddə 272);
3. Elektron hesablayıcı maşınların (EHM), EHM sisteminin və ya onların
şə
bəkələrinin istismarı qaydalarını pozma (maddə 273).
Bu cinayət tərkiblərinin konstruksiyasının xüsusiliyi onların maddi tip üzrə
formalaşdırılmasıdır. Yəni, bu tərkiblərdə EHM istifadəçilərinə zərər vurulması
şə
klində ictimai təhlükəli hücumlar nəzərdə tutulmuşdur. EHM istifadəçilərinə
zərərin vurulması isə EHM-lərin və ya EHM şəbəkəsinin normal fəaliyyətinin pozul-
masından ibarətdir.
Kompüter texnikasınının fiziki olaraq zədələnməsi və ya məhv edilməsi,
qanunsuz ələ keçirilməsi isə maddi dəyərə malik predmetlər kimi AR CM-nin 23-cü
“Mülkiyyət əleyhinə cinayətlər” fəslində nəzərdən keçirilir.
Bütövlükdə AR CM-nin 30-cu fəslinin əsas məqsədi informasiyanın qorun-
masından və məhz buna əsasəndə bu informasiya ehtiyatlarının maddi daşıyıcıları
olan aparat texniki vasitələrinin də təhlükəsizliyinin təmin olunmasından ibarətdir.
Kompüter cinayətlərinin obyektiv tərəfi hərəkətlə yanaşı hərəkətsizliklə də
xarakterizə olunur. Hərəkət (hərəkətsizlik) kompüter informasiyasının istifadəsi ilə
bağlı hüquq və maraqların pozulması ilə əlaqəlidir.
Daha öncə də qeyd olunduğu kimi kompüter cinayətləri maddi tərkibə malik-
dirlər. Belə ki, bu hərəkət (hərəkətsizlik) şəxsiyyətin, cəmiyyət və ya dövlətin hüquq
və maraqlarına əhəmiyyətli zərər vurmalıdır. Lakin AR CM-nin 272-ci maddəsində
nəzərdə tutulmuş cinayət əməlləri yəni, elektron-hesablayıcı maşınlar üçün ziyan
verici proqramlar yaratma, onlardan istifadə etmə və ya onları yayma istina olaraq
Dostları ilə paylaş: |