62
obyekti EHM-in, onun proqram təminatının və informasiya məzmununun təhlükəsiz
istifadəsi üzrə ictimai münasibətlər təşkil edir. Bu maddənin 1-ci hissəsi aşağıdakı
ə
məllərdən birinin törədilməsini nəzərdə tutur:
1. informasiyanın icazəsiz məhvinə, təcrid olunmasına, modifikasiya
edilməsinə və ya surətinin çıxarılmasına, EHM, EHM sisteminin və ya onların
şə
bəkələrinin işinin pozulmasına səbəb ola biləcək EHM proqramlarını yaratma;
2. mövcud proqramlara analoji halların baş verməsinə səbəb ola biləcək
dəyişikliklər etmə;
3. yuxarıda qeyd edilən hər iki növ proqramlardan istifadə etmə;
4. onları yayma;
5. belə proqramlarla yüklənmiş maşın daşıyıcılarından istifadə etmə;
6. belə maşın daşıyıcılarını yayma.
Proqramın yaradılması və dəyişdirilməsi dedikdə, EHM dilində yazılmış maşın
alqoritminin hazırlanması və dəyişdirilməsi başa düşülür. Proqramın istifadəsi və onu
yayma isə proqramın tətbiq edilməsi və onun tətbiq sferasının genişləndirilməsidir.
Bütün bu əməllərin nəticəsi daha öncəki maddələrlə analojidir, fərq yalnız
ondan ibarətdir ki, əməlin cinayət hesab olunması üçün proqramın işə salınması
zəruri deyil. Cinayət əməli ziyan verici – virus proqramın yaradılması və ya onun isti-
fadəsi və yayılması ilə başa çatmış hesab olunur.
Obyektiv cəhətin cinayət əməlinin törədilməsinin üsul və vasitələrini xarak-
terizə edən iki məcburi əlaməti var. Bunlar:
1. Cinayət əməlinin nəticələri sanksiyalaşdırılmamış (qanunsuz) olmalıdır;
2. Zərərverici proqramın özünün və ya proqramda belə dəyişikliyin
mövcudluğu.
272-ci maddənin 2-ci hissəsində isə eyni əməllərin ehtiyatsızlıqdan ağır nəticə-
lərə səbəb olması halı qeyd olunmuşdur. Cinayətin ehtiyatsızlıqdan törədilməsi CM-
nin 26-ci maddəsində aşağıdakı şəkildə öz əksini tapmışdır:
Cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq nəticəsində
törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) ehtiyatsızlıqdan törədilmiş cinayət
sayılır. (maddə 26.1. CM) Bunu CM-nin 272-ci maddəsinə aid etdikdə
63
ehtiyatsızlıqdan törədilmiş eyni əməlləri belə şərh etmək olar. Cinayət törətmiş şəxs
zərərverici proqram yaratdığını, istifadə etdiyini, eləcə də belə proqramı və ya
proqram daşıyıcısını yaydığını dərk etmiş, bu əməlin ağır nəticələrə səbəb olma
ehtimalını öncədən görə bilmiş, lakin kifayət qədər əsas olmadan onun qarşısını
alacağını güman etmişdirsə və ya bu əməlin ictimai təhlükəli nəticələr verə biləcəyi
imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə
biləcəyi halda, onları görməmişdirsə cinayət törətmiş hesab olunur və CM-nin 272.2
maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilir. “Ağır nəticələr” anlayışı hər bir konkret
cinayət işinin xüsusiyyətindən irəli gələrək qiymətləndirilir. Beləliklə, bu halda ağır
nəticələr dedikdə, bir və ya bir neçə şəxsin ölməsi, insan sağlamlığına ağır zərər
vurma, fəlakət, işin ciddi nizamsızlığı, böyük maliyyə itkisi və s. bu kimi hallar başa
düşülməlidir.
Cinayət əməlinin subyektiv cəhəti birbaşa qəsdlə xarakterizə olunur. Belə ki,
şə
xs zərərverici-virus proqramını yaratdığını və ya adi proqramı zərərli şəklə salmaq
üçün modifikasiya etdiyini dərk edir, bu proqramın digər EHM istifadəçiləri tərə-
findən istifadəsi nəticəsində zərərli nəticələrə səbəb olacağını və ya səbəb olma ehti-
malını öncədən görə bilir və bunu arzu edir.
Motiv və məqsəd bu cinayət tərkibinin əlamətləri qismində çıxış etmir və onun
təsnifləşdirilməsinə təsir göstərmir.
Cinayət subyekti – 16 yaşına çatmış anlaqlı şəxs hesab olunur. Azərbaycan
Respublikası qanunvericiliyi ictimaiyyət üçün zərərli əməllər törətmiş, lakin cinayət
məsuliyyətinə cəlb etmə yaşına çatmamış şəxslərə inzibati yolla tərbiyəvi xarakterli
məcburi ölçülərin tətbiqini də nəzərdən keçirir.
3. Elektron hesablayıcı maşınların (EHM), EHM sisteminin və ya onların şəbə-
kələrinin istismarı qaydalarını pozma (maddə 273 CM): AR CM-nin 273-cü maddəsi
EHM-lə, EHM sistemi ilə və ya onların şəbəkələri ilə işləməyə icazəsi olan şəxs tərə-
findən EHM-in, EHM sisteminin və ya onların şəbəkələrinin istismarı qaydalarının
pozulması nəticəsində EHM-dəki qanunla qorunan məlumatların məhvi, təcrid olun-
ması və ya modifikasiya edilməsi əhəmiyyətli zərər vurulmasına səbəb olan cinayət
ə
məllərinə görə məsuliyyəti müəyyən edir. Bu cinayət əməlinin bilavasitə obyekti
64
qismində kompüter sistemi və ya şəbəkəsi sahibinin bu sistem və ya şəbəkənin
düzgün istifadəsi üzrə marağı çıxış edir.
Cinayətin obyektiv cəhəti kompüter sisteminin və ya şəbəkəsinin istifadə
qaydalarının pozulması ilə əhəmiyyətli zərərin vurulmasına səbəb ola bilən hərəkət
və hərəkətsizliklə xarakterizə olunur. Bu hal faktiki olaraq kompüter sistemi və ya
şə
bəkəsinin təhlükəsizliyini təmin edən müəyyən qaydalara (məsələn, təkrar istifadə
olunan maşın daşıyıcılarında “virusların” möcvudluğunun yoxlanılmaması) əməl
olunmamasında və ya onlara açıq şəkildə etinazsızlıq göstərilməsində öz əksini tapır.
“Kompüter sistemindən istifadə qaydaları” dedikdə, səlahiyyətli dövlət orqanı
tərəfindən, eləcə də texniki istifadə qaydaları, proqramlarla iş üzrə qaydalar, EHM və
digər kompüter avadanlıqları istehsalçılarının müəyyən etdiyi qaydalar, həmçinin
kompüter sistemi sahibi və ya onun göstərişi ilə qurulmuş olan qaydalar başa düşülür.
Kompüter sisteminin istifadə qaydalarının pozulması EHM-in qanunla qorunan
informasiyasının məhvi, təcrid edilməsi və ya modifikasiya olunması, eləcə də
hüquqla qorunan qaydalara və fiziki, hüquqi şəxslərin, cəmiyyət və dövlətin maraq-
larına əhəmiyyətli zərər vurulması ilə nəticələnməlidir. “Qanunla qorunan infor-
masiya ” isə CM-nin 271-ci maddəsində “Maşın daşıyıcılarda, EHM, EHM-in sistemi
və ya şəbəkəsində saxlanılan informasiya” kimi müəyyən olunmuşdur.
Ə
həmiyyətli ziyan qiymətləndirilə bilən anlayış olub, istifadəçinin təqsiri
üzündən baş vermiş qanunla qorunan EHM informasiyasının məhv olması, təcrid
olunması və modifikasiya edilməsinin birbaşa nəticəsi olmalıdır. “Əhəmiyyətli ziyan”
ə
lamətinin müəyyən edilməsində ictimai təhlükəsizlik əleyhinə uyğun cinayətlər üzrə
qanunvericilik və məhkəmə praktikası nəzərə alınmalıdır.
Cinayətin subyektiv cəhəti birbaşa qəsdlə xarakterizə olunur. Günahkar şəxs
istifadə qaydalarını pozduğunu dərk edir, məhv olma, təcrid etmə və ya modifikasiya
olunma halının baş vermə mümkünlüyünü və ya qaçılmazlığını öncədən görür, bunu
arzu edir və bilərəkdən bunun baş verməsinə şərait yaradır. 273-cü maddənin 2-ci
hissəsində eyni əməllərin ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olma halı müəyyən
edilmişdir ki, belə əməllərin nəticələri daha öncə 272-ci maddənin 2-ci hissəsinin
şə
rhində qeyd olunmuşdur.
Dostları ilə paylaş: |