165
verəcək səviyyədə) qeyri-mümkün hala çevrilir. Yüksək
səviyyədə hüquq normasının icrası üçün nəzəri-ideal baxışların
çoxluğu mühüm şərt rolunu oynayır. Lakin reallığın prizmaları
isə bunun bir qədər əksini göstərir. Bu baxımdan da yüksək
səviyyəli ideal dövlətin yaranması və təşəkkül tapması absurd
bir məsələ kimi qalmaqdadır. Bu, daima gələcəyin işi kimi
problem olaraq ortaya çıxır.
Dövlətlər yalnız bir-birilərindən inkişaf fərqlərinə görə
ayrılırlar və dərəcələnirlər. İdeallığın meydana gəlməsi
(təşəkkül
tapması)
üçün
cəmiyyətdə
ə
ksər
fərdlərin
düşüncələrinin və əməllərinin bütöv mücərrəd bir panel
ə
sasında yüksəlməsi mühüm prinsipə çevrilir.
Hüquqi dövlət və
yüksək cəmiyyət ideal düşüncənin obyektinə çevrilir və heç bir
zaman mütləq yuxarıya çatmaq mümkün olmur. İnsan
maraqları (fərdi və toplu qaydada) məhz hüquqi dövlətin ən
yüksək formasının əldə edilməsinə imkan verə bilmir. İdeal
ə
saslı hüquqi dövlət öz yerini real
məzmunlu kompromis
ə
saslı cəmiyyətə vermiş olur. O cəmiyyətdə ki, əksəriyyətin
maraqları nəzərə alınır və təmin olunur, o cəmiyyəti digərləri
ilə müqayisədə daha enerjili hesab etmək olar. Bu anda real-
ideal dövlətin formalaşması prosesləri həyata keçirilir. Seçki
isə şərti əsaslarla müəyyən səviyyəli hüquqi dövlətin
formalaşmasını müəyyən edir. Hüquqi dövlətin formalaşması
və onun yüksələn mərhələsi isə cəmiyyətin potensialının
yüksək kütləsindən asılı olur. Bu kütləni həm düşüncə, həm də
üzərində maddi təsirlərin olduğu material aləm meydana
gətirmiş olur.
Seçki prosesləri və inkişafın əsasları
Cəmiyyətin
və
dövlətin
inkişafı
mübarizədən
və
hərəkətlərdən, bu baxımdan hərəkətlərin motivlərindən
(hərkətlərin baş vermə səbəblərindən) asılıdır. Çünki mübarizə
167
və müəyyən istiqamətlər üzrə axan-digər materiyalara, maddi
aləmə doğru axan, hissəciklərin cəmidir. Bu baxımdan enerji
seldir, axındır, həm yüngül dərəcədə -az enerji olarsa, həm də
ağır dərəcədə (çox enerji olarsa) hiss edilən (sürtünmədən
hissiyyat yaranır) və bir çox hallarda gözlə görünən hissəciklər
birləşməsinin materiyalara doğru sürətli axınıdır. Enerjini ona
görə hiss edirik ki, bədənimizə toxunur, gözlə görə bilirik ki,
göz obyektimizə daxil olur
. Hissələrin qüvvələri də hərəkətləri
meydana
gətirir.
Burada
şə
rtləndirici
qüvvələrin
və
davamediciliyi təmin edən qüvvələrin mütləq və nisbi
başlıqları və sonluqları meydana gəlmiş olur. Şərtləndirici
qüvvə elementin hərəkətinə başlanğıc verəndir, davamedici
qüvvə isə hərəkətin davamını təmin edəndir. Hər bir
davamedici qüvvə şərtləndirici əsasları özündə birləşdirəndir.
Yəni, qüvvələr trayektoriyasında mövcud olan qüvvələr həm
şə
rtləndirici (başlayıcı), həm də davamedici (o da başlayıcı)
ə
saslara malik olur. Deməli, hərəkətin başlanğıc və sonunu
mikroməkanda
müəyyən
etmək
çox
çətindir.
Burada
başlanğıcın özündə belə sonu görmək olar. Sonda da başlanğıcı
görmək olar. (Təbii ki, böyüdücülük əsasında). Bunu üçün
həmin məkana böyük həcmdə böyüdücü vasitə tələb olunur.
Yəni, insanlar mexaniki qaydada ən kiçik başlanğıc və sonu
görə bilmirlər. Bu da sürətdən asıldır.
Sürət elementin müəyyən
trayektoriya üzrə məkan dəyişməsinin özüdür. Sürət enerjini
yaradır. Sürət çox olanda (məsələn, küləyin sürəti)
trayektoriyada hərəkət edən (toplanan, yəni öz məkanlarını
dəyişən) hissəciklərin sayı da çox olur. Hissəciklərin
(hərəkətdə olan) sayının çoxluğu kütləni əmələ gətirir.
Kütlə
müəyyən ölçülü məkanda mövcud olan, cəmləşən hissəciklər
toplusudur, hissəciklərin çəkisidir. Çəkini də elə hissəciklərin
özləri yaradır. Hissəciklərin yığımı müəyyən hissəcikləri
meydana gətirir və çəki əmələ gəlir. Çəkinin digər çəki ilə
ekvivalentliyi müəyyən olunur.