Vaqif Sultanlı
128
Sarı dərviş bu sözlərlə qocaya ruh dərgahına gedən
yolçuluğun asan olmayacağını xatırlatmaq istəmişdi.
Bundan əlavə, Sari dərviş ruh dərgahının min ildə bir
dəfə açıldığını, zamanında yetişməzsə, yaxud hansı səbəb-
dənsə fürsəti əldən verərsə zəhmətinin hədər gedəcəyini də
bildirmişdi.
İndi qoca Sarı dərvişin ruh dərgahı haqqında daha nə-
lər söylədiyini təfərrüatı ilə xatırlamağa çalışdı, ancaq ya-
dına özgə bir şey düşmədi. Hafizəsində dərvişin söhbətləri
ilə bağlı nə varsa zamanın axarında əriyib itmişdi.
O axtardığı ünvana yetişdiyinə əmin olmaq üçün atını
irəli sürərək qarşısına çıxan bir nəfərdən:
– Ruh dərgahına getmək istəyirəm, düzmü gəlmişəm?
- deyə soruşdu.
Qocanın sualından adamın sifətinə qəribə bir təbəs-
süm yayıldı, ancaq dərhal da təbəssümünü gizlədərək əlini
qarşı səmtə tuşlayıb:
– Düz gəlmisiniz, o görünən ruh dərgahıdı, - dedi.
Qoca təşəkkürünü bildirərək yoluna davam etdi.
Uzaqdan böyük daş təknə içərisinə həkk olunmuş
«Ruh dərgahı» lövhəsi gözlərinə sataşınca üstündən ağır
yük götürülübmüş kimi rahat nəfəs aldı. Sanki uzaq yolun
yorğunluğunu indi, dərgaha çatdığı andaca hiss etdi. Zaman
duyğusunu itirdiyindən dərgaha yetişmək üçün nə qədər
yol gəldiyini xatırlamırdı.
Dərgahın qarşısı o qədər gur və izdihamlı idi ki, iynə
atsan yerə düşməzdi. Ona görə də ilk öncə atını yaxınlıqda
münasib bir yer taparaq rahatladı. Sonra Sarı dərvişin əma-
nət etdiyi düyünçəni bir daha əlilə yoxlayaraq dərgahın
giriş qapısına doğru yönəldi.
Səhra savaşı
129
Qəfildən bir dəstə adam qabağına yüyürüncə özünü
itirən kimi oldu. Onlardan birisi:
– Nə lazımdı sizə? Ruh alirsan, ya satirsan? - deyə so-
ruşdu.
Başqa birisi qolundan tutaraq:
– Mənimlə gəlin! - dedi. - Nə lazımsa kömək edəcə-
yəm.
Alçaqboy bir kişi isə hündürdən:
– Rahat buraxın onu, mənim müştərimdi! Onu hamı-
dan öncə mən gördüm...
Sonra qarşısını kəsən, tanımadığı bu adamlar tutaşıb
süpürləşməyə, qabağa keçmək üçün itələşməyə başlayınca
qoca onlardan yaxasını qurtarmaq üçün çarəsiz-çarəsiz bö-
yür-başına göz gəzdirdi. Ancaq ətrafdakılardan bir kimsə
ona məhəl qoymadığından kömək alacağına ümidini üzmüş
halda addım-addım geri çəkilməyə başladı.
Göz qırpımındaca hardansa peyda olan əli şallaqlı
hündürboy bir adam gəlib onları qovub uzaqlaşdırdı və qo-
caya sarı dönərək:
– Bunlar ruh dəllallarıdı, - dedi, - üz verməyin.
Dərgahın önündə giriş-çıxışa nəzarət edən xüsusi ge-
yimli darğaları görüncə içərisində qorxuya bənzər hansısa
duyğunun baş qaldırdığını sezdi.
Darğalar içəri girənlərin üst-başını yoxlayır, bəzilərini
sorğu-suala tutaraq kimliyi ilə maraqlanır, şübhəli bildik-
lərini isə uzaqdan-uzağa onlara göz qoyan mühafizəçilərə
təhvil verirdilər. Ancaq darğalardan heç biri ona məhəl
qoymadığından giriş qapısından rahatca adlayıb içəri keçdi.
Dərgahın içərisinə yenicə qədəm qoymuşdu ki, onun
naşılığını anladığındanmı, aldana biləcəyini düşündüyün-
Vaqif Sultanlı
130
dənmi, ya hansısa başqa bir səbəbdən tanımadığı kimsə
güclə eşidiləcək səslə:
–
Ehtiyatlı ol, - dedi - ruhunu çalarlar.
–
Necə yəni?
–
Bazar oğrularla, hırsızlarla doludu...
– Nə bazar? Bura bəyəm dərgah deyilmi? - qoca yan-
lış gəldiyini düşünərək narahat oldu.
Adam onun narahatlığını duyunca:
– Rəhmətliyin oğlu, nə qoyub nə axtarırsan? Fil qula-
ğında yatmısan bəyəm, dərgah neçə illərdi ki, bazara
dönüb, hələ xəbərin yoxdu...
Qoca nə isə söyləmək istədi, ancaq söhbətin lüzumsuz
məcraya yönələcəyini düşünərək susdu. Bir-iki addım at-
mışdı ki, arxadan həmin adamın səsini duyub geri çevrildi:
– Köməyə ehtiyacınız varsa, lütfən çəkinmədən söylə-
yin.
Qoca sanki bu sözə bəndmiş kimi:
– Ağ dərvişlə görüşmək istəyirəm. Tanrı eşqinə, onun
harda yaşadığını söylərmisiniz? - deyə sordu.
Onu başdan-ayağa kimi süzən kişi başını bulayaraq:
– Özünü yorma, - dedi, - Ağ dərvişlə görüşmək müş-
kül məsələdi.
– Nədən? Nə səbəbə?
– Sənin kimi minlərlə adam onunla görüşmək üçün
növbə gözləyir...
Qoca səsinə və cüssəsinə sığmayan bir qətiyyətlə:
– Necə olursa olsun, onunla görüşməmiş burdan gedə
bilmərəm, - dedi.
O, Ağ dərvişə şəxsən veriləcək əmanəti olduğunu və
bu əmanəti kimsəyə etibar etmədiyini söyləyincə, kişi
cavan bir oğlanı səsləyərək:
Səhra savaşı
131
– Oğlum, qonağı Ağ dərvişin iqamətgahına götür, -
dedi.
Gənc dinməz-söyləməz qocanın qabağına düşdü.
Ağ dərvişin iqamətgahına aparan yol dərgahın içə-
risindən, ensiz, buruşuq küçələrdən keçib gedirdi. Gənc bir
qədər irəlidə çevik addımlarla yeriyir, hərdən yerişini yava-
şıdaraq qocanın gəlib yetişməsini gözləyirdi. Güclə
ayaqlaşsa da, qoca səsini çıxarmadan gəncin dalınca
addımlayırdı.
Qoca Sarı dərvişin verdiyi düyünçəni bərk-bərk vücu-
duna sıxmışdı. Salıb itirə biləcəyindən, yaxud oğurlanaca-
ğından ehtiyat eləyirdi. Bəlli idi ki, düyünçəni əldən verər-
sə, Ağ dərvişlə görüşü müşkülə dönəcək və ruh dərgahına
gəlməsinin, bunca ağır yolçuluğun bir faydası olmayacaqdı.
Yol boyu gözlərinə toxunan hər bir şeyi heyrətlə izlə-
diyindən qoca Ağ dərvişin mənzilinə nə zaman yetişdiklə-
rini hiss etmədi.
Nəhayət, gəlib ətrafı qamış hasarla çevrələnmiş bir
iqamətgaha çatdılar. İqamətgahın qapısı önündə insan əlin-
dən tərpənmək mümkün deyildi. Ağ dərvişlə görüşmək
üçün gələnlərin sayı o qədər çox idi ki, adamların sırası bir
neçə dəfə iqamətgahın başına dolanırdı. Növbəyə duran-
ların əksəriyyəti halsız və ya xəstə olduğundan ayaq üstə
dayana bilmir, yerdəcə uzanıb gözləyirdi.
Gənc əlilə ətrafı hasarla çevrələnmiş qübbəni xatıla-
dan böyük bir çadırı nişan verərək:
– Ağ dərviş gördüyünüz bu alaçıqda yaşayır, - dedi
və sağollaşaraq qocadan ayrıldı.
Ancaq qocanı Ağ dərvişin hüzuruna asanlıqla burax-
madılar. İqamətgahın qapısına yaxınlaşmaq istəyəndə iki
nəfər divar kimi qarşısını kəsərək:
Dostları ilə paylaş: |