Microsoft Word S?M?D vurgun doc



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə19/49
tarix01.07.2018
ölçüsü2,81 Mb.
#52660
1   ...   15   16   17   18   19   20   21   22   ...   49

________________________Milli Kitabxana________________________ 
92 
 
Salon səssiz bir hal aldı, hərəkətdən əsər yox.  
Səhnədəki oynaq bir gənc söyləyirdi monoloq:  
- Buludlar oynaqdır, sanma şaşqındır. 
Dənizlər dalğalı, sular daşqındır; 
Həyat dedikləri hərəkətdədir, 
Bu ölməyən qanun təbiətdədir. 
Fikirlər, duyğular, əməllər hər an 
Dönər, təzələnər, çünki hər insan, 
Dünyada hər könül yüksəliş arar, 
Varlığın nə ilki, nə axırı var. 
 
1929 
  


________________________Milli Kitabxana________________________ 
93 
 
Ə
MƏK VƏ TƏƏ
 
Günəş doğub yayılmadan qayaları dələrək  
Balta vurar, külüng çalar yorulmayan qolları.  
Elektrik qüvvəsindən min bir cana gələrək,  
O hazırlar yer altında şöməndüfər
*
 yolları. 
 
Sonra qatar sürətilə trak... trak... tra... rak...  
Elçiləyər uzaqları dağı, daşı yırtaraq. 
 
Quş qonmayan o dağlar ki, nərəsindən yıxılar,  
Buludların rəngi qaçar bu sürətin səsilə;  
Nə yoruldum söyləyər o, nə də qəlbi sıxılar,  
Yıxar, qurar təbiəti bu günün nəğməsilə. 
 
O bilir ki, döyünməyən, hərəkətsiz bir ürək,  
ztirablar keçirirkən mumlar kimi sönəcək;  
O bilir ki, bu dünyada bəslənilən hər dilək,  
Çətinlikdən çəkinərsə bir xəyala dönəcək. 
 
Odur ki, bax, güvənərək qolundakı qüvvətə,  
Dəyişdirir kainatı, yeni bir donda qurur.  
Dalğalanan bu axın ki, məni salır heyrətə,  
Zaman axır sular kimi, saatlar çox tez vurur. 
 
Ə
srlərin qurduğuna qarşı duran bu sürət  
Güldürəcək, şübhəsiz ki, görüb duyan kəsləri;  
nsanlığın qüdrətinə təslim olur təbiət,  
Ş
air nəşə içindədir, duyur zəfər səsləri. 
 
1929 
 
 
 
 
 
 
 
 
                                                           
*
 
Dəmir yolu 
 


________________________Milli Kitabxana________________________ 
94 
 
 
 
 
 
ELLƏR DÜNYASI 
 
Al-yaşıl geyinmiş uca dağların  
Qartallı qoynundan uzaqlaşmışam;  
Könül bulandıran, xəyal küsdürən  
Tozlu bir diyarla qucaqlaşmışam... 
 
Burada hər tərəf – yerdən göyədək,  
Doğrudan yandırır, yaxır insanı;  
Acı bir hiss ilə gülümsəyərək,  
Deyirəm: gəzdiyim o yerlər hanı? 
 
Hanı ağ suların xoş təranəsi?  
Burda nə ildırım, nə şimşək çaxar:  
Yadıma düşdükcə Dilcan dərəsi  
Başından tüstülər, dumanlar qalxar. 
 
Gecələr ay gülməz buludlar qara,  
Boğulur varlığım hər bir addımda.  
Mən çox dırmanmışam qarlı dağlara,  
O ellər dünyası yaşar yadımda... 
 
[1929
  


________________________Milli Kitabxana________________________ 
95 
 
SƏR YYƏN N ÖLÜMÜ 
 
Mən görmədim, söyləyirlər bir gecənin sonunda  
Sənə qıyan mərhəmətsiz, soyuq bir əl qudurdu.  
Bu gün qurmaq istədiyin yeni həyat yolunda,  
Ağ sınənə sağalmayan isti yaralar vurdu.  
Dalğalandı bu xəbərdən xəyalımın dənizi,  
Uzaq-uzaq keçmişləri xatırladım nifrətlə...  
Bu hal mənə düşündürdü hər qulu, hər kənizi,  
Ancaq mən öpdüm onları şerimdəki hörmətlə...  
Mən görmədim söyləyirlər hənuz körpə yaşında,  
Ayrılaraq can evindən altunlara satıldın:  
O qaranlıq gecələr ki, gəlib durdu qarşında,  
Sevmədiyin bir qocanın qollarına atıldın.  
Sən sizi çəkdiyin soyuq ahlar buludlara toxundu,  
Baxdım ömür dəftərinə, nə dastanlar oxundu...  
O gündən ki, al şəfəqli bir günəşin dalğası,  
Buludların arasından sıyrılıb cilvələndi,  
O gündən ki, məzlumların safa çıxdı yarası,  
Başqa bir göz salmıladı hər şəhəri, hər kəndi.  
Artıq sənə ilham verdi, yeni həyat, yeni saz,  
Sən də sevinmək istədin, gülmək istədin bir az;  
Məbədləri, məscidləri, Məhəmmədin dinini  
Ayaqladın şərqə məxsus əfsanələr yurdunu...  
Saf havalar udmaq üçün, unutmaqçün dərdini  
Sən atıldın klublara, el, oba gördü bunu.  
Uzun qara saçlarını parça-parça kəsərək,  
"Yetər əyləncə olduğum!" - deyə bir gün bağırdın.  
Bu tufanlar əsrində sən yellər kimi əsərək,  
Qımıldandm dodaqaltı, xoş mahnılar çağırdın  
Və beləcə gündən-günə aşıb-daşdı əməlin,  
O səfalət yuxusundan diksinərək oyandın.  
Nə yazıq ki, çox sürmədən ən duyğusuz bir əlin,  
Dayanılmaz zərbəsilə qızıl qana boyandın. 
  


________________________Milli Kitabxana________________________ 
96 
 
TABUT KEÇ RKƏ
 
Sarılıqlar çökmüş kimi buludların rənginə, 
Günəşdən yox bir nişan; 
Bütün aləm pərişan...  
Ağır karvan yürüşilə dalğalanır insanlar, 
Həm də qızlar, oğlanlar, 
Komsomollar, pionerlər, məktəblilər, qadınlar  
Öndə gedən bir tabutun arxasınca addımlar... 
Dalğalanırdı Bakı, 
Onun qarşısındakı  
Salamlanan bu tabut ki, azadlığa verdi can, 
Hər gözdə bir həyəcan,  
Hər baxışdan kin püskürür o qatil qəlbə qarşı, 
Çalınır matəm marşı... 
Həzin-həzin bu nəğmədən döyünürdü ürəklər,  
Çıldıran bir quduz kimi səslənirdi küləklər... 
 
1930 
  


________________________Milli Kitabxana________________________ 
97 
 
MƏKTUB 
 
Nəşədir yaşamaq nəşədir həyat!  
Mikayıl Rəfili 
 
Nə qədər "xoş gəldi" qulaqlarıma 
Bir əfsanə qədər dadlı sözlərin... 
Duyduqca dərin, 
Dərin b r yalan var bu sözdə, yalan! 
Çılpaq çiyinləri günəşdə yanan 
Zəncirdəki zənci demozdi bunu! 
Deməzdi, inan! 
Küləkləri zəqqum qoxuyan 
qum çöllərinin,  
Görmədiyim, 
Fəqət tanıdığım şərq ellərinin  
qocası və gənci deməzdi bunu!  
Fəqət sən,  
Sən dedin, ey "şair", 
bunu kef üstdən...  
Çünki sən. 
qızğın qurşunlara sinə gərmədin,  
Atlı nəfərlərə yol göstərmədin...  
Çünki o yolu, 
O yol ki, varlığı üsyanla dolu,  
sən görmədin o yolu  
Yumşaq və ağ dərin  
pəklər içində xumarlandıqca,  
Yosma gözəllərə dastanlar dedin,  
Nəşələr yedin!  
Görmədin meşin jaketli  
rus işçisinin qızıl 
gülləsini, 
O top-tüfəng səsini.  
Görmədin sən,  
Aclığından dişləri kilidlənən 
  


Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə