Microsoft Word S?M?D vurgun doc



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə18/49
tarix01.07.2018
ölçüsü2,81 Mb.
#52660
1   ...   14   15   16   17   18   19   20   21   ...   49

________________________Milli Kitabxana________________________ 
87 
 
SƏF L QADIN 
 
Oxuyun! 
     Oxuyun şerimin 
sizə bağışladığı həyat səhnəsini,  
Oxuyun onun 
xəyala hökm edən odlu səsini.  
Mən söylədiyim, 
söyləmək istədiyim bu səhnə 
köhnə, pək köhnə  
Fahişələr yurdundan bir nümunədir,  
O nədir?  
Ağarmış saçında qarlı qışların, 
boranlı giinlərin kölgəsi yaşar  
Ölgün gözləri göylərlə qucaqlaşar.  
Çünki yerdən, 
yerdəki cinayətdən, 
hər qanundan, hər adətdən,  
Yemiş dönə-dönə və diksinmişdir.  
Kinli gözlərdən uzaq, 
   pək uzaq bir küncə sinmişdir.  
Ey qadın!  
Ey ana!  
Bu gün sana  
soyuq baxan gözlər daşamı döndü'? 
          Yoxsa gözlərinə çirkinmi göründü?  
Dedilər sən böylə deyildin əzəl,  
Çiçəklərdən təmiz, güllərdən gözəl.  
Bəlkə də arxanca titrəyib qoşan  
illərin yorğunu bir könül varmış.  
Fəqət indi? 
Belin bükülmüş,  
saçın ağarmış,  
Nə dərdini bilən var,  
nə üzünə gülən var! 
 
[1929
  


________________________Milli Kitabxana________________________ 
88 
 
NQ LAB YURDU 
 
Dedilər hər sabah, hər axşam yenə  
Baxırsan yollara həsrətli gözlə...  
Mən də az anmıram o günləri ki,  
Alardın könlümü bir şirin sözlə. 
 
Söylə, yadındamı o zaman ki, mən  
Ə
lvida söylədim tanışlarıma;  
Duydum ki, inlədin, sızladın qəlbən,  
Dönüb göz gəzdirdin baxışlarıma... 
 
O gündən bəridir heç görüşmədik,  
Mümkünmü duymamaq keçən günləri?  
Nə bir danışmadıq, nə gülüşmədik  
Ayrılıq hökmünü verəndən bəri. 
 
Get, - deyirdi mənə o baxışların,  
Hicran günlərinin ömrü az olar.  
Qaydadır, boranlı, qarlı qışların  
Sonunda çiçəkli, güllü yaz olar. 
 
O sözün ağlımı yığdı başıma,  
Unutdum hər eşqi, unutdum yarı;  
Bir yeni kainat çıxdı qarşıma  
Öpürkən alnımı şimal ruzgarı! 
 
Başqadır burada həyat, hərəkət,  
Yazamam günlərin bu sürətini,  
Dünya dəyişmişdir, dönmüşdür əvət!  
Torpaqdan almışdır öz qüdrətini... 
 
Bu yerdə nə hicran, nə qayğı, nə qəm,  
Nə Sənan eşqi var, nə də intizar;  
Böyük fikirlərlə məşğuldur aləm,  
Bəşərin ölməyən dühaları var!.. 
 
  


________________________Milli Kitabxana________________________ 
89 
 
Söylə, nə göstərim bu günə dair?  
Könüllər sərbəstdir, duyğular azad...  
Bu yeni dünyanın yolçusu - şair  
Dərdli günlərini heç edərmi yad? 
 
Budur bax, gözlərim qəlbim kimi şən,  
Bütün kainatım, bütün varlığım,  
Sanasan çiçəkli, güllü bir gülşən...  
Bitib-tükənməyir bəxtiyarlığım. 
 
ndi mən ömrümün bahar çağları  
Bilmədiklərimi bilirəm burda;  
Könlüm çox axtarır uca dağları,  
Bir gün dönəcəyəm çıxdığım yurda... 
 
1929, 26 noyabr 
  


________________________Milli Kitabxana________________________ 
90 
 
KONSERT AXŞAMI 
 
Gecəydi... 
Moskva hər günkü kimi 
insan dalğasilə dalğalanırdı. 
Kim bilir, fikrim 
nələr düşunürdü, nələr anırdı? 
Yorğun-arğın insanlar 
işdən sonra 
Yığışmışdı, divarları 
daş aynalı bir salona 
Konsert olacaq!.. 
Ömrün varlığını izləyən şair 
bu günə dair 
nə isə düşünürdü haman salonda. 
Bu axşam onda 
büsbütün başqa bir həyəcan vardı, 
Həyata çox sağlam inamı vardı. 
Bu aralıq 
Bütün varlığilə gümrah, qayğısız, 
səmimi bir qız 
ona yaxınlaşaraq. 
-Bayaq sizi göstərəmk arkadaşım səylədi ki,  
O sadə gənc uzaqlardan, Şərq əlindən qonaq gəlmiş;  
Məqsədiniz bu torpaqdan qüvvət alıb dönmək imiş.  
Söyləsəniz çox xoş olar, düzmü onun dedikləri?  
Hansı qüvvət, hansı məqsəd bu yerlərə çəkdi sizi?  
Düşündürün bu xüsusda, azca əyləndirin bizi.  
Ş
air: 
- O yerdə ki, günəş gülər, dəniz gülər, göy gülər,  
O yerdə ki, sarı bülbül yaz gününü qarşılar,  
O yerdə ki, quşlar oxur, söylənilən türkülər,  
Andırır ki, o torpağın zəngin təbiəti var;  
Axşamları, səhərləri çox xoş olur, o diyar – 
Hər könülə ilham verər, hər yolçunu saxlayar. 
  


________________________Milli Kitabxana________________________ 
91 
 
O, Qafqazdır ki, şairlər vurulmuşdur nazına,  
Könül oynar ixtiyarsız təbiətin sazına. 
- Heç anırmı xatiriniz o nəşəli günləri? 
Sıxılırm! varlığınız? 
- Heç sormayın onu siz! 
Yenə dalğın xəyalımdan nələr keçdi bilsəniz!  
O zaman ki, çiçəklərin arasında bəxtiyar  
Dolaşırdım öz-özümə, coşub əsdikcə ruzgar;  
O zaman ki, məni Günəş salamlardı yar kimi,  
Çırpınardım ürəyimdə bir xəstəlik var kimi...  
O zaman ki, qarlı dağlar örtünərdi dumana,  
Dənizlərin dalğasından səs düşərdi ormana,  
Uca, qorxunc qayalardan ilham alib yazardım;  
Qaranlıqlar çökən zaman düz yolumu azardım;  
Gecələrdim təbiətin qucağında çox zaman,  
Mən nə idim, bir çöl quşu... 
- Çöldə yaşarmı insan? 
- Köçəridir xalqımızın çox hissəsi əzəldən, 
Nə söylədimsə doğrudur, yaratmadım bunu mən.  
Günəş azca qızan kimi çəkilərdik bağlara,  
Dağlar bizə mehribandır, sığınaraq dağlara.  
Üç ay yayı keçirərək göy yaylaqlar başında,  
Yurd salırıq o yerlərin torpağında, daşında.  
Ş
ahinlərin qıy vurması, buludların axması,  
Uzaq-yaxın üfüqlərdə şimşəklərin çaxması,  
Ürəklərə naşə səpər, könül səadət izlər;  
O yerlərdə cana gələr sarı, solğun bənizlər...  
Nə zaman ki, arabalar köç yoluna düzülər,  
Kəndli yoldaş əkinindən, biçinindən üzülər,  
Yazlıq əkin işlərini unudurlar tamamən.  
Yaşamışıtm dönə-dönə çox görmüşəm bunu mən.  
Tarladakı sünbülləri dənlər köçəri quşlar,  
Gecələr çox səssiz olur, yalnız ular bayquşlar.  
Yayın orta aylarında gün otları yandırır,  
Hərəkətsiz o təbiət məzarlığı andırır. 
  


Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə