141
C NAYƏ T
Səbəbsiz deyildir nə ölüm, nə qan,
Nə sevda, fırtına, nə dağda duman;
Bütün fəlakəti yaradır "insan",
Mən bu həqiqəti səndən öyrəndim.
Bəlkə sayıqladan məni azardır,
Başıma gen dünya yenə də dardır.
çimdə gizli bir"cinayət" vardır...
Nə qədər alçalıb, nə qədər endim,
Mən bu həqiqəti səndən öyrəndim.
Parçalan, ey qəlbim! Bir dəfə sökül!
Xəstə yarpaq kimi ovxalan, tökül!
Bəlkə zədələndi o dərdiyim gül...
Artıq öz-özümə baxıb iyrəndim,
Mən bu həqiqəti səndən öyrəndim.
1933, 7 oktyabr
142
B Z M BAYRAM
Hər il bu bayramın adı gələndə
Al geyib bəzənir bizim Vətən də.
O gün izdihama qarışıb mən də
Qəlbimin qanıyla şeir yazıram,
Bu şərətli günə mən də hazıram.
Bir gün silahlandı işçinin əli,
Yıxıldı dünyanın əski təməli.
Alıb dalğalara beynəlmiləli,
Sahillər boyunca oxudu Neva,
Yerin qüvvətindən titrədi hava.
Sibir çöllərində zəncir səsləri
Lal olub, ötmədi o gündən bəri;
Lenin - inqilabın böyük rəhbəri
Söylədi əmr ilə "bu gün" sözünü,
Zaman ayırmadı bizdən özünü.
O vaxtdan bəriyə onaltı ildir,
Dünya o əvvəlki dünya deyildir.
Mənim sözlərimi cahana bildir:
Yurdumun bu əziz, şanlı günündə
Qızarsın od kimi, rəngi günün də!
Kimdir əbasının altda ağlayan,
Yaslı gəlin kimi qara bağlayan?
Görsün, sular kimi coşub çağlayan
Bu qızıl bayraqlı gənc nəslimizi,
Dənizlər arxası tanısın bizi...
Bu əsgər, bu yürüş, bu hündürboy at,
Bu üstü yazılı rəngli plakat,
Bu daşqın həyəcan, bu qaynar həyat
nsanın fikrini alıb gəzdirir,
Hər biri şeirdir sayılsa bir-bir.
143
Bir su kənarında şəhərdən uzaq
Dağların qoynunda o şənliyə bax!
Kolxozçu yoldaşlar günəşdən qabaq
Durub qarşılayır bu böyük günü,
Aşıqlar da çalır öz gördüyünü.
Könül havalanıb gəzir dağları,
Sinəmdən getməyir elin ilqarı.
Bir də o yerləri görsəydim barı
Deyərdim onlara şerimi özüm,
Onda yaşarardı şadlıqdan gözüm.
Deyirlər bu ilin məhsulu çoxdur;
O gördüyüm kənddə dilənçi yoxdur;
Ə
limiz işdədir, gözümüz toxdur.
Bu xəbər ölkəmin zəfər səsidir,
Bu şanlı bayramın hədiyyəsidir.
Yenə də qışqırır yoldaş Lökbatan,
Bütün torpağında, daşında fantan;
Günəşə yüksələn, ulduza qalxan
Sağlam insanların intuziazmı
Dağlardan alçaqmı, sulardan azmı?
Bu hal düşündürur qan düşmanı,
Başına sıçrayır qəlbinin qanı;
Qoy külə döndərsin gendən baxanı
Ə
təkli çöllərdə ağaran dəniz;
O canlı sənəti görə bilsəniz!..
1935
144
SEVG
Yenə də ruhumu gəzdi bir duyğu...
Götür albomunu, mən deyim, sən yaz!
Bizim dünyamızda günah deyil bu –
Səninlə üz-üzə danışsaq bir az.
Götür albomunu, mən deyim, sən yaz!
Gecələr yalnızam mən yatağımda,
Bilirəm yalnızsan hələlik sən də.
Xəyalım dağılır yellər əsəndə,
Dalıb düşünürkən öz otağımda,
Gecələr yalnızam mən yatağımda.
Söylə, təbiətə uyğunmu, səncə
Keçdiyim yollarda qalmasın bir iz?..
Özünü anlayıb, duyan bir gəncə
Gülüncdür bu başısoyuqluq şəksiz;
Keçdiyim yollarda qalmasın bir iz?..
Bax, nıəni incidir, ağrıdır bəzən
Hər axşam bir evdə qonaq qalmağım:
Rəngində ölümün kölgəsi gəzən
Ş
übhəli qızlardan adres almağım;
Hər axşam bir evdə qonaq qalmağım...
Bağışla, sevgilim, açıq söylədim!
Gizli nöqtələrə əl aparma sən.
Sonra o qızları, sorma neylədim.
Həyatın iç üzü örtünür bəzən.
Gizli nöqtələrə əl aparma sən...
1933
145
SEV RƏ M
Mən də bir insanam, mən də canlıyam,
Mənim də qəlbimin arzuları var.
Deyirlər arabir dəliqanlıyam.
Çox da deyinməsin dalımca əğyar!
Mənim də qəlbiınin arzuları var...
Mən səni sevmədim "o gözlər" deyə,
Gözümdən od kimi yaşlar tökmədim.
Mən sənə vermədim qızıl hədiyyə,
Çünki yalvarmadım və diz çökmədim;
Gözümdən od kimi yaşlar tökmədim.
Sən Xumar deyilsən, mən də ki, Sənan,
Bugünkü sevginin başqadır andı.
Nə Məcnun, nə Leyli, nə də biyaban
Qalmamış, onların adı yaşandı;
Bu günkü sevginin başqadır andı.
Qoy bizə gülməsin nə dost, nə də yad,
Ehtiyatlı danış, ehtiyatlı dur!..
Nə qədər mən sağam, get dolan azad!
Fəqət sevgilimdən xahişim budur:
Ehtiyatlı danış! Ehtiyatlı dur!..
Haydı, insanlara qaynayıb qarış
Qalma bu dünyada həyatdan iraq!
stəsən aləmi gəz qarış-qarış,
Xain adamları tez görüb buraq,
Qalma bu dünyada həyatdan iraq!
Hüsnünü örtməsin nə pərdə, nə rəng –
Ay kimi saf dolan, gün kimi açıq.
Keçmişin üstünə qələm çəkərək,
Vuruş meydanında vuruşmağa çıx,
Ay kimi saf dolan, gün kimi açıq!
146
Bu son sozlərimi qulağından as!
Dünyada, hər günün bir hökmü vardır.
Vaxtını almasın nə toy, nə də yas,
Gurlayan səsinlə "irəli!" hayqır;
Dünyada hər günün bir hökmü vardır.
1933
BƏ ZƏ K VƏ Z NƏ T
Deyirlər arabir arxamca baxıb
Sadə geyimimdən gileylənirsən.
Bəzən də yuxudan yarımçıq qalxıb,
Titrəyib, döyünən o qəlbinlə sən
Sadə geyimimdən gileylənirsən.
Omrümün ən yoxsul zamanlarından
Məndə bu sadəlik bir adət olmuş.
Başqadır güzəran, başqadır insan.
Könlüm azad gəzən havalı bir quş –
Mandə bu sadəlik bir adət olmuş,
Bir də sevgilimi aldatmaq üçün
Dəyişib cildimi başqalaşmadım.
Böyük bir hünərim yoxsa da bu gün,
Necə olsa, yenə şairdir adım;
Dəyişib cildimi başqalaşmadım.
Səndən əvvəlkilər uymuş zinətə,
Yaşamış dünyada simuzər üçün.
Nə qəlbə yanmışdır, nə məhəbbətə...
Qadın böyüdülmüş yalnız ər üçün:
Yaşamış dünyada simuzər üçün.
Hər daşı qaldırıb altına baxsan,
Ordan unudulmuş bir nalə gəlir...
(Sən həyata görə hələ uşaqsan)
Dünyada hər nə ki, xəyala gəlir –
Ordan unudulmuş bir nalə gəlir!..
Dostları ilə paylaş: |