147
1933
ANAMIN DƏRD
Bəzən o insanı düşündükcə mən,
Titrədir canımı dağlar ruzigarı;
Köklü ağac kimi qopub yeriradən,
Uçuram bir dərin boşluğa sarı,
Titrədir canımı dağlar ruzgarı.
O gözol xilqətin nəydi vərdişi? –
Beşik yırğalayıb, paltar yamamaq;
Onun belindəydi evin hər işi.
Anamı səslərdi günəşdən qabaq.
Beşik yırğalayıb, paltar yamamaq.
Atam yuxulardı tər tökə-tökə,
Günəş qurşağına qalxana kimi;
Onun qarşısında diz çökə-çökə
Anam çalışardı, bir ana kimi;
Günəş qurşağına qalxana kimi.
Sonra da dərindən nəfəs alaraq,
Ş
ikayət eylərdi öz taleyindən;
Qızlıq günlərini yada salaraq
Həyata, hər şeyə küsərdi bəzən,
Ş
ikayət eylərdi öz taleyindən;
Atam acıqlanıb döyəndə onu,
Durub boylanardı qara qul kimi;
Vaxtına çatmadı ömrünün sonu.
Qaranlıq üstündə qaraul kimi,
Durub boylanardı qara qul kimi.
Anamın gözləri baxtından qara...
Bəzən buluıdlara baxıb dalardı.
Dərdini söyləyib qarlı dağlara.
Qəlbini saz kimi tutub çalardı.
148
* * *
Bir sabah anamın belində sənək,
Yolda gah üşüyüb, gah əsnəyərək,
Dönüb qayıdanda bulaq başından,
Yolda söz atmışdı ona bir cavan:
"Bir dayan, ay gedən, de haralısan?
De hansı,dağların tək maralısan?"
Anam bu səsdəki hissi-hörmətə.
Təmiz şairanə bir məhəbbətə
Cavab verməyərək evə tələsmiş,
Vücudu yel kimi titrəyib əsmiş.
Sonra da atamı tutaraq dilə,
Açmış əhvalatı o gülə-gülə.
" nək göz etməsə, buğa sıçramaz", -
Deyərək, anama vurulan qapaz
Qadın başını endirmiş yerə...
O məhkum insana tutulan dirə;
Özün görursən ki, bir faciədir...
Anla ki, sevgilim, qısqanclıq nədir?
O gündən qadının qəlbi qanadı,
Bir də açılmadı qolu-qanadı.
Qəfəsdə inləyən o yaralı quş
Açıq bilirdi ki təhqir olunmaış.
Odur ki, hər zaman ah çəkib ağlar,
Ahını dinlərdi dinləyən dağlar...
O gündən bəriyə bir gün görmədi;
Onun cavan ömrü uzun sürmədi.
Qadın bu dərd ilə içini yedi,
Bir axşam varlığa əlvida dedi.
Çökdü evimizə acı bir sukut,
Gülürdü sağlara o ölü-tabut...
O gündən dəyişdi atamın halı;
Pozuldu onun da fikri, xəyalı,
Arabir anamın yatdığı yerə
Baxıb ağlayardı o birdən-birə
Tutduğu işlərə peşiman kimi.
149
Vaxtsız ayrılığa dözmədi qəlbi –
Ağardı saqqalı, saçı qar oldu,
Dərdi yetim qalmış uşaqlar oldu,
Dərdini, fikrıni dağıtmaq üçün
Gedib qonşuları gəzərdi hər gün.
Gəzdiyi - məhv olmuş səadət idi.
Son təsəllisi də - ibadət idi.
Ki, tanrı əfv edə onun suçunu.
O gündən gülmədi ömrü uzunu...
Sevgilim! Anla ki, qısqanclıq nədir?
Anla ki, doğrudan o, faciədir...
1933
150
SEVG L M N QILIĞ I
Gecə cansız, gecə sakit, gecə lal!
Nə qədər uçsa da uçduqca xəyal.
Udur insanı bu zülmətli gecə,
Bu vəfasız, bu rütubətli gecə.
Ay uzaqlarda, küsüb gendə durur,
Məni yelkən kimi fikrim uçurur
Döyür ətrafını şiddətli boran,
Sevgilimdir başım üstündə duran,
Yuxusuz gözləri hərdən süzülür,
Baxıb əhvalıma candan üzülür
Və deyir: "Yazma, yazıqsan, daha yat,
Düzələn şey deyil onsuz da həyat.
Nə mürəkkəb, nə kağız qalmadı, dur,
Bu esr şairi vaxtsız unudur...
Qapının ağzını almış qara qış,
Filosoflar belə şaşqın qalmış,
Bu həyatın dolaşıq yollarına,
Ac qalarsansa bu gündən yarına.
Bizə bir kimsə çörək verməyəcək,
Qadının "ver!", çocuğun "ver!" deyəcək.
Nə mürəkkəb, nə kağız qalmadı, dur!
Bu əsr şairi vaxtsız unudur...".
Xayır! Aldanma əziz arkadaşım,
Daşa dəysin də, qayıtsın da başım,
Ta ki, dünyadakı hər sirri bilim,
Uzun olsun da həyatımda dilim.
Demə sərsəm gecələr yolçusuyam,
Mən doyüşlərdə həyat ordusuyam!
Geri qalmaq - ölümün nərdivəni,
O qaranlıqlara qaytarma məni.
Sən deyirsən ki, "yazıqsan, daha yat,
Düzələn şey deyil onsuz da həyat".
Nə sənindir, nə mənimdir bu əməl,
Özgə bir yerdə danışma bunu gəl.
151
Düşün, ətrafını gör, bir də düşün,
Yoxsa mənasız olur hər gülüşün,
Daha xoşbəxt edəcəksən məni sən,
Özün öz taleyini həll etsən...
Sən deyirsən ki, "yazıqsan, daha dur,
Bu əsr şairi vaxtsız unudur".
Nə sənindir, nə mənimdir bu əməl,
Özgə bir yerdə danışma bunu gəl.
Qoparıb qəlbimi sən vurma daşa,
Gəl! Yaxın gəl! Oxuyub qıl tamaşa
Ə
sərimdən gorünən heykəlimi;
Tutma, qoy yazsın, əzizim, əlimi.
Nə rəyasət, nə cəlal istəyirəm,
Sadə hiss, sadə xəyal istəyirəm,
- Məni şerinlə sevindirdin, əvət!
- Yaşaşın öyləsə dünyada sənət!
Onun ardında nə hikmət görünür!.
Bütün insan və təbiət görünür.
1933
152
DƏN Z GƏZ NT S
Sevgilim, gecənin rənginə bir bax!
Sayrışan ulduzlar göz kimi parlaq.
Sallamış dənizə ay məndilini
*
,
Dəniz danışdırır öz sahilini.
Baxıb keçənlərə, göz qırpır mayak,
O bir keşikçidir hər zaman oyaq
†
.
Gəzdirir özünü böyük bir vapor,
Vaporda səslənir, döyünür motor.
Onun zirvəsində durur kapitan;
ndi təbiətə hökm edir insan.
Yorulmaq bilməmiş insanın əli
nsan yer üzünə tanrı gələli.
Görünməz olmuşdur dənizin dibi.
Qayıq yırğalanır bir beşik kimi.
Dalğalar atlanır, dalğalar enir,
Doğru demişlər ki, şairanədir,
Qayıq gəzintisi mahtaba
‡
qarşı,
Sahildə səslənir gazıntı marşı,
Gəzdirir bizi də mehriban dəniz
Açılıb dincəıir sinirlərimiz.
Suda ilan kimi şütüyür qayıq...
Xavərim, yatmamış... sevgilim ayıq!..
Sevgilim, nə gözəl bahar gecəsi!
Bizə layla çalır dənizin səsi.
O kimdir sulara qəzəl oxuyur,
Cahana hər gələn bir əsər qoyur...
Sussun o bayquşun pərişan səsi;
Sevgilim istəyir həyat nəğməsi!
Dalğalar əsəbi, dalğalar qara,
Köksünü çırpdıqca bu dalğalara
Suda ilan kimi şütüyür qayıq,
Sevgilim yatmamış... sevgilim ayıq!..
1933
*
Dəsmal (əl dəsmalı) mənasında
†
Yəni
‡
Ay işığı
Dostları ilə paylaş: |