Ağazeynal A. Qurbanzadə
206
tisadi inkişafın dayanıqlı strategiyası xarakterik olaraq dəyişilməkdədir. Sivil
iqtisadi inkişaını yaradan qərb dünyasının geosiyası strateji araşdırmaları mər-
kəzlərinin təqdim etdikləri “təkqütüblü” dayanıqlı hesablanmış modellər əks
qütüblərin (ölkələrin) qeyri-bərabər reaksiyaları ilə üzləşməkdədir. Məntiqi
olaraq müasir dünyanın geosiyasi və geoiqtisadi xəritəsinin dialektikasında
“çoxqütblü” mərkəzləri dinamik olaraq formalaşmaqdadır.
XXI əsrin ilk dövrlərinə qədər Avropa ölkələrinin dünyanın güc mərkəzlə-
rindən biri kimi dünyanın geoiqtisadi xəritəsində strateji əhəmiyyətli proqram
və lahiyələrində aktiv iştirak edirdi. ABŞ-ın strateji maraqların dairəsinin ge-
nişlənməsinin səbəbindən, artıq Avropa ölkələrinin
məqsədli strateji maraq-
larının qorumaq imkanlarını itirmək üzrədir. Maliyyəçi Corc Soros ideya kimi
göstərir ki, Avropa İttifaqı (Aİ) və Avropazona (AZ) təhlükə altındadır. “Die
Welt” nəşri qeyd edir ki, son illərdə baş verən siyasi-iqtisadi strateji funksi-
yalar effektsiz qala bilər. Maraqlı haldır ki, Almaniya artıq özünüün iqtisadi
inkişafını Avropa geoiqtisadi coğrafi məkanı ilə məhdüdlaşdırmaq istəmir.
Ekspertlərin fikrinsə, Aİ-nın tərkibinə daxil
olan ölkələr var ki, onların milli
maraqlarını ümumi birlik maraqlarından üstün tutması nəticəsində çoxsaylı
problemlərinin meydana gəlməsinə səbəb olmuşdur.
Eyni zamanda Fransa, Almaniya kimi ölkələrinin milli-etnik birliklərinin
amilini tez-tez irəli sürməsi Avrozona daxilində münasibətləri zəiflədir. İqtisa-
di cəhətdən dayanıqlı inkişafa malik olan ölkələr təsnifatına Avropa İttifaqına
daxil olan 27 ölkə, Qərbi Avropanın digər 3 ölkəsi (İsveçrə, Norveç, İslandi-
ya), ABŞ, Kanada, Yaponiya, Çin, Avstraliya, Yeni Zelandiya daxildir.
BMT-nın qeydiyyatında (1997-ci ildən) Cənubi Koreya, Sinqapur, Hon-
konq, İsrail və Cənubi Afrika Respublikası da inkişaf etmiş ölkələrinin sırasına
daxil edilmişdir. Türkiyə və Meksika iqtisadi əməkdaşlıq və inkişaf təşkilatı-
nın üzvü olduqları üçün inkişaf etmiş ölkələrinə aid olunması BMT fərəfindən
təklif olunur.
Qlobal miqyasda dayanıqlı iqtisadi inkişaf dərəcəsində ilk
növbədə ölkənin
daxili və xarici siyasətində sahibkar kapitalının miqrasiyasının genişliyi,
geridə qalmış ölkələrə yardımının fəallığı,beynəlxalq valyuta hesablaşmaların-
dakı üstünlüklərinə əsaslanırlar. Optimal səviyyədə iqtisadi və innovasiya tex-
nologiyalarının potensialı, maliyə mərkəzləri, TMK-lar və s. dayanıqlı mono-
funksionallığını göstərən komplekslər bu ölkələrində artıq iqtisadi inkişafının
formalaşmışdır.
Elmi mənbələrinin təhlili və nəticələri göstərir ki, funksional modelinin si-
yasəti əsasən üç bloklarının
= elmtutumlu, resurstutumlu və kapitaltutumlu
=
sənaye komplekslərinin üzərində qurulmuşdur. Milli
iqtisadi inkişafda fəaliy-
Dialektik coğrafiya
207
yət göstərən müxtəlif institutların ideyaları əsasında sənaye ölkələrinin model-
ləri elmi cəhətdən əsaslandırılmışdır. Bu modellərinin tədbiqi nəticəsində sə-
naye ölkələrinin geosiyasi və geoiqtisadi xəritəsinin dayanıqlı inkişafa nail ola
bilmişlər.
ABŞ iqtisadiyyatının formalaşmasında bazar münasibətlərinin mövqeyi
strateji əhəmiyyət kəsb edir. Milli TMK-lar ABŞ-ın iqtisadi-siyasi həyat tərzi-
ni reallaşdırır və tənzimləyir. Kreativ resurslardan istifadə edilməsi
sistemində
bu ölkənin öz xarakterik cəhətləri vardır. Ölkədə elmin inkişafına yatırılan in-
vestisiyalar maksimum səviyyədə dövlət büdcəsinin hesabına həyata keçirilir.
Dünyanın siyasi-iqtisadi xəritəsində
demokratik sistem üzərində qurulan
dövlət sahibkarlığı yüksəkdir. Məsələn, Qərbi Avropa ölkələrinin iqtisadi in-
kişaf tempinin səviyyəsi daxili və xarici geosiyasətinin əlaqəsinin çərçivəsində
formalaşır.
Sənaye ölkələrində məşğulluq siyasətinin coğrafiyasında kreativ iqtisadi in-
kişaf,
ümumi təhsil, işsizlik normasının müəyyən edilməsi (ABŞ-da bu norma
4-5%, B.Britaniyada 1.2-1.5%-dir) və s problemlərindən ibarətdir. Sənaye öl-
kələrində məşğulluq və işsizlik probleminin həlli yolları bütün dövrlərdə diq-
qət mərkəzində olması xarakterikdir. Məşğulluq siyasətinin həyata keşirilməsi
nəticəsində xərclərin xüsusi çəkisi B.Britaniyada 1.6-2.4%, Danimarka 5.8-
7.3%, Almaniyada 3.2-4.3 %, Avstriyada-2.8-4.9 % arasında dəyişilir (2005-
2015 il).
Sənaye ölkələrinin iqtisadi inkişaf fəaliyyətində daxili bazarının faydalılığı
tarixən geosiyasətinin diqqət mərkəzində olmuşdur. Hər bir ölkənin daxili
bazarının həcmi ilk təsnifatda ÜDM-in həcminə görə müəyyənləşir. İqtisadi
fəaliyyətinin
səviyyəsi, onun idxal və ixrac kvotası ÜDM-də idxal-ixracın xü-
susi çəkisi ilə müəyyən edilir. Məlumdur ki,ərazicə kiçik olan ölkələrdə ixrac
kvotası (Belçikada-70%, Hollandiyada-56%, İsveçrədə-37% və s.) yüksək ol-
duğuna görə bu ölkələrdə daxili bazar da kiçikdir, beynəlxalq bazar müna-
sibətlərindən çox asılıdır.
Dünya ölkələrində baş verən iqtisadi inkiaşaf
fonunda istehlak tələbi mü-
hüm əhəmiyyət kəsb edir. Daxili bazarın inkişafı məhdud olan ölkələrdə bu tə-
ləbin təsiri daha böyük olur. Məlumdur ki, istehlakın həcmi ilk növbədə əhali-
nin intelektual məşğulluq səviyyəsindən, əhalinin gəlirlərindən və s. asılıdır.
İnkişaf etmiş sənaye ölkələrində intellektual əmək üstünlük təşkil etdiyi üçün
bu sahədə çalışanların əmək haqqları daha yüksəkdir.
BMT-nin iqtisadi eks-
pertlərinin təhlillərinə əsasən (2010-2014-il) sənaye ölkərlərinin emal sənaye
komplekslırində çalışan intellekt işçilərinin bir saatlıq əmək haqqı = Almani-
yada-27, Yaponiyada-25, ABŞ-da-24 dollar təşkil edir.