Microsoft Word Sosial inkisaf?n t?min edilm?sinin regional aspektl?ri docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/36
tarix05.12.2017
ölçüsü5,01 Kb.
#14124
1   ...   13   14   15   16   17   18   19   20   ...   36

51 
 
kvadratmetrdir.  2014-cü  ildə  1  191,3  milyon  manatlıq  mənzil  tikintisi  həyata 
keçirilib. Bu da əsas kapitala yönəldilmiş vəsaitlərin (17 milyard manat) cəmi 6,8 
faizi deməkdir. 2013-cü ildə 2403 min kvadratmetr mənzil sahəsi istifadəyə verilib. 
Bunun 1567 min kvadratmetri şəhərdə, 836 min kvadratmetri kənd yerlərində olub. 
Ə
halinin hər min nəfərinə düşən istifadəyə verilmiş mənzillər və yaşayış evlərinin 
ümumi sahəsinə gəlincə, 2013-cü ildə mənzillərin sayı 2,3, kvadratmetri 258 olub. 
2012-ci ilə nisbətdə cüzi artım baş verib. Həmin ildə əhalinin hər min nəfərinə 2,2 
mənzil  və  ya  234  kvadratmetr  düşüb.  Avropa  ölkələri  ilə  müqayisə  edəndə isə 
sözügedən artımın belə kiçik rəqəm olduğu ortaya çıxır. Belə ki, Fransada hər 1000 
nəfərə 490 mənzil, Böyük Britaniya və Hollandiyada 420 mənzil düşür. 
Bazar  iqtisadiyyatına  keçid  hər  bir  ərazidə  sosial-infrastruktur  sahələrinin 
səmərəli inkişafına geniş imkanlar yaratmalıdır. Belə ki, hər bir konkret regionda 
ahalinin 
sosial 
müdafiəsi 
real 
vəziyyətdən 
asılı 
olaraq 
düzgün 
müəyyənləşdirilməlidir.  Mövcud  iqtisadi  münasibətlerin  pozulduğu,  yeni 
münasibətlerin  isə  hələ  tam  formalaşmadığı  müasir  dövrdə  əhalinin  sosial 
müdafiəsi  dövlətin  qarşısında  duran  ən  aktual-strateji  əhəmiyyət  kəsb  edən 
problemlərdən  biri  hesab  edilir.  Buna  görə  də  iqtisadiyyatda  baş  verən 
dəyişikliklərə  tam  uyğun  olaraq,  hər  bir  regionda  sosial-infrastrukturun 
tənzimlənməsində  dövlətin  rolu  və  funksiyası  genişləndirilməlidir.  Bu  mürəkkəb 
və  çoxcəhətli  vəziyyəti  tənzimləmək  üçün  makro  və  mikro  səviyyələrdən  asılı 
olaraq  sosial  infrastrukturun  formalaşdırılması  tamamilə  yeni  prinsiplerə 
ə
saslanmalıdır. Ən başlıca prinsiplərdən biri əhalinin milli xüsusiyyəti, təbii iqlim 
şə
raiti,  sosial-iqtisadi  inkişafın  mövcud  səviyyəsi  hesab  edilir.  Məlumdur  ki, 
makroiqtisadi  tənzimlemə  abstrakt,  ümumi  icmal  xarakter  daşımaqla,  sosial 
infrastrukturun formaiaşmasını müəyyən mənada tədric edir, Buna görə də müasir 
qarışıq  iqtisadiyyat  şəraitində  ən  mühüm  problem  bazar  iqtisadiyyatı  tələblərinə 
tam  uyğun  olaraq  sosial  infrastrukturun  formalaşması  vətənzimlənməsidir. 
Cəmiyyət  miqyasında  sosial-infrastrukturun  tərkib  hissəsi  hesab  edilən  sahələrin, 
xüsusilə,  təhsilin,  səhiyyənin  və  digər  ictimai  əhəmiyyəti  yüksək  olan  sosial 


52 
 
sferaların  inkişafı  dövlət  büdcəsindən  maliyyələşdirilməli  və  tənzimlənməlidir. 
Bununla  belə,  indiki  müxtəlif  mülkiyyət  və  təsərrüfatçılıq  formalarına  əsaslanan 
müəssisələrdə  sosial  infrastrukturun  formalaşdırılması  və  inkişaf  etdirilməsində 
dövlət seyredici mövqe tutmamalı, onun da tənzimlənməsində bilavasitə iştirakçısı 
olmalıdır. 
II FƏSIL: DÖVLƏTIN SOSIAL STRATEGIYASININ IŞLƏNIB 
HAZIRLANMASI VƏ HƏYATA KEÇIRILMƏSI QAYDASI 
 
2.1. Dövlətin sosial strategiyasında
 
məşğulluq siyasətinin  məqsəd və 
vəzifələri.
 
       Dövlətin 
sosial 
siyasətinin 
ə
sas 
sahələrindən 
biri 
məşğulluq 
siyasətidir.Azərbaycanın öz müstəqilliyini əldə etməsi, bazar iqtisadiyyatına keçid 
ölkədə əhalinin əmək məşğulluğu sahəsində ciddi dəyişikliklərə səsəb oldu. 
         qtisadi  kateqoriya  kimi  məşğulluq  əhalinin  əmək  fəaliyyətində  iştirakı  ilə 
bağlı  münasibətlər  toplusu  olub,  əhalinin  əməkdə  iştirak  ölçüsünü,işçilərə  olan 
ictimai  tələbin  təmin  olunma  dərəcəsini,  haqqı  ödənilən  iş  yerləri  və  gəlir  əldə 
olunması  üzrə  fərdi  tələbləri  ifadə  edir.Bu  baxımdan  məşğulluq  əmək  bazarının 
ə
sas xüsusiyyətləri kimi çıxış edir. 
       “Məşğulluq  haqqında”Azərbaycan  Respublikasının  Qanununda  məşğulluq 
anlayışı  belə  verilir:”Məşğulluq-Azərbaycan  Respublikası  vətəndaşlarının, 
Azərbaycan  Respublikasında  daimi  yaşayan  vətəndaşlığı  olmayan  şəxslərin  və 
ə
cnəbilərin  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  zidd  olmayan  və  bir 
qayda olaraq onlara qazanc (gəlir) gətirən hər hansı fəaliyyətidir”.Bu anlayış həm 
sosial-iqtisadi, həm də  hüquqi məzmun daşıyır. 
       Məşğulluq insanların ictimai-faydalı fəaliyyətidir.Bu fəaliyyətlə ölkənin əmək 
qabiliyyətli əhalisinin böyük bir dəstəsi əmək müqaviləsi əsasında işləyənlər,haqqı 
ödənilən  vəzifələrə  təyin  və  təsdiq  olunanlar,sahibkarlıq  fəaliyyəti  göstərənlər, 
özünü  işlə  müstəqil  təmin  edənlər,  istehsal  və  s.  kooperativlərin  üzvləri,  hərbi 
xidmət  keçənlər,  ümumtəhsil  və  ali  məktəblərdə  əyani  təhsil  alanlar,  iş  yerində 


53 
 
müvəqqəti  olmayanlar  (əmək  qabiliyyətini  itirmə  nəticəsində  müvəqqəti 
işləməyənlər, məzuniyyətdə, təkmilləşmədə və ixtisasartırmada olanlar, tətil, və s. 
səbəblər nəticəsində əmək fəaliyyətini dayandıranlar) əhatə olunur. 
        Əmək fəaliyyətinə cəlb olunma formasına görə iqtisadiyyatla məşğul olanları 
üç qrupa bölmək olar: 
  1.Muzdla işləyənlər; 
  2. şəgötürənlər; 
  3.Özləri  məşğul  olanlar.[30]Bu  qrupa  öz  hesabına  işləyənlər,muzdlu  işçi 
qüvvəsini  daimi  əsaslarla  istifadə  etməyən  istehsal  kooperativlərinin  üzvləri 
daxildir. 
        Vətəndaşın məşğulluq dərəcəsi  müxtəlif meyarlarla ölçülə bilər.Bu məsələyə 
zaman  meyarı  baxımından  yanaşsaq,  şərti  olaraq  tam  zamanlı,natamam  zamanlı 
məşğulluq  anlayışlarını  qəbul  edə  bilərik.Tam  zamanlı  məşğulluq  işçinin  əmək 
fəaliyyəti  ilə  məşğul  olmaq  üçün  nəzərdə  tutulmuş  iş  vaxtı  ərzində  əmək 
fəaliyyətinə  cəlb  olunmasıdır.Məsələn,  işçi  səkkiz  saatlıq  iş  günü  ərzində  işlə 
məşğul  olur.Natamam  zamanlı  məşğulluq  isə  nəzərdə  tutulmuş  iş  vaxtının  bir 
hissəsində  əmək  fəaliyyətinə  cəlb  olunmağı  əhatə  edir.Bununla  yanaşı  müvəqqəti 
məşğulluq  anlayışından  da  istifadə  olunur.Müvəqqəti  məşğulluq-vətəndaşların 
müəyyən müddət ərzində ictimai-faydalı fəaliyyətidir.Bu növ məşğulluq iş günü ilə 
deyil,  ümumi  iş  müddəti  ilə  ölçülür.Məsəslən,  vətəndaş  mövsümi  işə  cəlb  oluna 
bilər.Bu müddət bitdikdən sonar o,yenidən məşğullar cərgəsindən kənarda qalmış 
olar. 
        Elmi  ədəbiyyatda  məşğulluğun  müxtəlif  formaları  göstərilir.Bunlardan  əsası 
tam  və  səmərəli  məşğulluqdur.Tam  məşğulluq  ölkənin  bütün  əmək  ehtiyatlarının 
işə cəlb olunmasıdır.Tam məşğulluğun mərkəzləşdirilmiş və  planlaşdırılan şəkildə 
həlli zamanı həyat fəaliyyətinin bir cox vacib sahələrinə ziyan vurulmuş olur. şçi 
onu təmin edən iş yerində çalışmır, işçinin fəaliyyəti onun səhhətinə,ailəsinə ziyan 
vurur. ş  yerinin  sərbəst  seçilməsi,  əmək  və  yaradıcılıq  qabiliyyətindən  istifadədə 
sərbəstlik göstərir ki, işaxtaranlar heç də həmişə istədikləri işi tapa bilmirlər. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə