Microsoft Word Sosial inkisaf?n t?min edilm?sinin regional aspektl?ri docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/36
tarix05.12.2017
ölçüsü5,01 Kb.
#14124
1   ...   14   15   16   17   18   19   20   21   ...   36

54 
 
       Tam  məşğulluqla  yanaşı,  səmərəli  məşğulluq  anlayışından  da  istifadə 
edilir.Səmərəli  məşğulluq  əməyin  ictimai  məhsuldarlıq  səviyyəsinin  artımı 
ə
sasında cəmiyyətin hər bir üzvünün sağlamlıq, təhsil və peşə səviyyəsini artırmaq 
kimi  tələbatını  ödəyən  kafi  gəlirin  əldə  olunmasını  təmin  edən  məşğulluqdur.Bu 
cür  məşğulluq bir sıra göstəricilərlə-əhalinin peşəkar əməklə məşğulluq səviyyəsi, 
ə
mək  qabiliyyətli  əhalinin  ictimai  təsərrüfatda  məşğulluq  səviyyəsi,  cəmiyyətin 
ə
mək  ehtiyatlarının  ictimai  faydalı  sahələr  üzrə  paylanma  nisbəti,  işləyənlərin 
iqtisadi sahələr üzrə rasional paylanması kimi göstəricilərlə səciyyələnir. 
       Məşğulluğun  müxtəlif  formaları  arasında  ikiqat  məşğulluq  da  mövcuddur.Bu 
ə
mək  fəaliyyəti  ilə  məşğul  olanların  təkrar  əmək  fəaliyyətinə  cəlb 
olunmasıdır. kiqat məşğulluğun əsas səbəblərindən biri işçinin daha artıq gəlir əldə 
etmək istəyindən doğur. 
          
Azərbaycanda  məşğulluqla  bağlı  dövlət  siyasətinin  öyrənilməsi  “işsizlik”  və 
“işsizlər”  anlayışlarının  açıqlamasını  tələb  edir.Ölkədə  işsizlik  məsələsinin 
öyrənilməsi və ümumi durumu ilk dəfə müstəqillik illərində öyrənilmə obyektinə 
çevrilmişdir.  şsizlik  sosial-iqtisadi  hadisədir.Bu  zaman  əmək  qabiliyyətli,iqtisadi 
cəhətdən fəal əhali özünün işçi qüvvəsini tətbiq etmək imkanına malik olmur. 
       2013-ci  il  yanvarın  1-i  vəziyyətinə  ölkədə  iqtisadi  fəal  əhalinin  sayı  4688,4 
min  nəfər  olmuş,  onlardan  4445,3  min  nəfərini  iqtisadiyyatın  və  sosial  bölmənin 
müxtəlif sahələrində məşğul olan əhali təşkil etmişdir.[14]  
2013-ci ilin yanvar ayının 1-i vəziyyətinə məşğul əhalinin tərkib hissəsi olan 
muzdla  işləyənlərin  sayı  1477,7  min  nəfər,  o  cümlədən  iqtisadiyyatın  dövlət 
bölməsində  899,1  min  nəfər,  qeyri-dövlət  bölməsində  isə  578,6  min  nəfər  təşkil 
etmişdir.  Eyni  zamanda,  iqtisadiyyatın neft  sektorunda  37,2  min  nəfər,  qeyri-neft 
sektorunda isə 1440,5 min nəfər çalışmışdır. 
2013-cü  il  yanvarın  1-i  vəziyyətinə  məşğulluq  xidməti  orqanları  tərəfindən 
ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 37,3 min nəfər olmuş, onların 
41,9 faizini qadınlar təşkil etmişdir.  şsizliyə görə müavinətin orta məbləği 252,3 
manat olmuşdur. 


55 
 
          şsizlik  səviyyəsi  2011-ci  ildəki  5.4  %-dən  2012-ci  ilin  yekunlarına  əsasən 
5.2%-ə enmişdir. 
         Yaranma səbəblərinə görə işsizliyi friksion,struktur və dövri işsizlik olmaqla 
üç  qrupa  bölürlər.Friksion  işsizlik  işçinin  bir  müəssisədən  digərinə  keçid 
prosesində müvəqqəti işsiz qalması hadisəsidir.Bu,məcmu əmək təklifinin ona olan 
məcmu  əmək  tələbini üstələməsi  halına  uyğun gəlir.Friksion işsizlik halında olan 
işçinin  bilik  bacarıqları  istehsalatın  və  işəgötürənlərin  tələblərinə  uyğun  gəlir. şçi 
isə  öz  bilik  və  bacarıqlarının  daha  yaxşı  tətbiqi  ilə  bağlı  yeni  iş  yeri  axtarır. 
Struktur  işsizlik  əməyə  olan  tələbatının  kifayət  qədər  olmamasısıdır.Bu  məhsul 
istehsalının  aşağı  düşməsindən  irəli  gəlir.Məhsula  tələbatın  və  məcmu  xərclərin 
azaldılmasının nəticəsində baş verir.Struktur işsizliyə yaxın işsizlik növü texnoloji 
işsizlik  adlanır.Belə  işsizlik  istehsalatda  yeni  texnologuyanın  tətbiqi  ilə  işçi 
qüvvəsinin azaldılması prosesində baş verir. 
          nsanların məşğulluğunun təmin edilməsi və işləyənlərin əmək hüquqlarının 
qorunması  dövlətin  qarşısında  duranbaşlıca  vəzifələrdəndir.Bu  məqsədlə  dövlət 
məşğulluq  sahəsində  siyasəti  həyata  keçirir.Məşğulluqla  bağlı  dövlət  siyasəti 
ə
sasən aşağıdakıları nəzərdə tutur: 
  -işlə  təminatda  vasiyəçiliyi. şsiz  və  işaxtaran  vətəndaşlara  məşğulluq  xidməti 
orqanının  vasitəçiliyi  ilə  münasib  işin  secilməsinə  və  işədüzəlməyə  kömək 
göstərilməsini; 
  -işçilərə ixtisası dəyişmə ilə bağlı köməkliyi; 
  -işi müvəqqəti itirməklə bağlı müavinət almağı; 
  -işdən çıxarmanı məhdudlaşdırmağı və işdənçıxarma üzərində nəzarəti və s.; 
  -vətəndaşların  qanun  çərçivəsində  həyata  keçirilən  əmək  və  sahibkarlıq 
təşəbbüsünün  müdafiə  edilməsi  və  sahibkarlığın  inkişaf  etdirilməsi  məqsədilə 
onlara kömək göstərilməsini; 
  -işsizlərin sosial müdafiəsinin təmin edilməsini; 
  -işə  düzəltməkdə  çətinlik  çəkən  vətəndaşların  məşğulluğunun  təmin  edilməsinə 
kömək göstərən xüsusi tədbirlərin görülməsini; 


56 
 
  -sosial  müdafiəyə  xüsusi  ehtiyacı  olan  və  işə  düzəltməkdə  çətinlik  çəkən 
vətəndaşlar üçün kvotanın müəyyən edilməsini; 
  -beynəlxalq əmək normalarına riayət olunmasını.  
Ə
halinin  məşğulluğunun  sosial  səmərəliliyinin  təmin  edilməsinə  yönəldilən 
dövlət məşğulluq siyasətinin formalaşması və əmək ehtiyatlarının səmərəli istifadə 
edilməsi  məqsədilə  Azərbaycan  Respublikası  Prezidentinin  15  noyabr  2011-ci  il 
tarixli,  1836  nömrəli  Sərəncamı  ilə  “Azərbaycan  Respublikasının  Məşğulluq 
Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı” 
təsdiq edilmişdir.   
       “Azərbaycan  Respublikasının  Məşğulluq  Strategiyasının  həyata  keçirilməsi 
üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı” (bundan sonra - Dövlət Proqramı) 
ə
halinin  məşğulluğu  sahəsində  dövlət  siyasətinin  ardıcıllığını  təmin  edərək, 
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 oktyabr tarixli 1068 nömrəli 
Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası 
(2006-2015-ci illər)”nın ikinci mərhələsinin reallaşdırılmasına yönəldilmişdir. 
       Dövlət  Proqramı  işçi  qüvvəsinə  tələbatın  stimullaşdırılmasını,  səmərəli 
işgüzarlıq  mühitinin  formalaşmasını,  struktur  islahatlarının  dərinləşdirilməsini, 
investisiya  fəallığının  daha  da  artırılmasını  və  insan  kapitalının  yüksək  inkişaf 
səviyyəsinin təmin edilməsini nəzərdə tutur.   
 Dövlət Proqramının məqsəd və vəzifələri: 
       2006-2015-ci  illərdə  Azərbaycan  Respublikasında  məşğulluq  strategiyasının 
ə
sas məqsədi əmək ehtiyatlarından daha dolğun istifadə etməklə əhalinin səmərəli 
məşğulluğunu  təmin  etməkdən  ibarətdir.  Bu  məqsədə  nail  olmaq  üçün  aşağıdakı 
vəzifələrin həyata keçirilməsi nəzərdə tutulur: 
- sahibkarlığın,  xüsusilə  də  kiçik  və  orta  sahibkarlığın,  əhalinin  özünü 
məşğulluğunun inkişafı üçün zəruri şərait yaratmaq; 
- məşğulluğun səmərəli inkişafını təmin edən investisiya fəallığını dəstəkləmək; 
- işaxtaran  və  işsiz  vətəndaşların  sosial  müdafiəsini  gücləndirmək,  qeyri-formal 
ə
mək münasibətlərinin leqallaşdırılması istiqamətində tədbirlər həyata keçirmək; 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə