Microsoft Word Sosial inkisaf?n t?min edilm?sinin regional aspektl?ri docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə26/36
tarix05.12.2017
ölçüsü5,01 Kb.
#14124
1   ...   22   23   24   25   26   27   28   29   ...   36

79 
 
alınaraq, onların müxtəlif sosial məqsədlər üçün ünvansız paylanmasınm səmərəsiz 
olduğu,  bu  yolun  gələcəkdə  həmin  ehtiyatların  özlərinin  getdikcə  azalmasına  və 
sosial  vəziyyətin,  müvəqqəti  yaxşılaşmasına  baxmayaraq,  davamlı  olaraq 
yaxşılaşmaq  imkanlarını  itirəcəyinə  səbəb  olacağı  əsaslandırılaraq,  davamlı 
inkişafa  xidmət  edən  şəkildə  səmərəli  istifadə  olunması  ön  plana  çəkilir.  Bunun 
üçün,  hazırki  şəraitdə  makroiqtisadi  sabitliyin  qorunub  saxlanılması  və  davamlı 
inkişaf  potensialının  gücləndirilməsi,  o  cümlədən  sahibkarlar  üçün  investisiya 
mühitinin  və  kredit  təminatının  yaxşılaşdırılması,  infrastrukturun  (o  cümlədən, 
yollar, kommunal xidmətlər, rabitə, meliorasiya və s.) inkişafi, insan resurslarmm 
inkişafına  investisiya  qoyuluşunun  artırılması  (əsas  səhiyyə  və  təhsil  xidmətləri 
üzrə  keyfiyyətin  və  həmin  xidmətlərdən  istifadə  üçün  bərabər  imkanların 
yaxşılaşdırılması),  kənd  təsərrüfatı  və  regional  inkişafın  dəstəklənməsi,  ətraf 
mühitin  mühafizəsinin  yaxşılaşdırılması,  enerji  sahəsində  islahatlar  aparılması, 
turizmin təşviq olunması istiqamətində nüvafiq tədbirlər həyata keçirilmişdir. 
Ölkədə  bu  istiqamətlərdə  qəbul  edilmiş  digər  vacib  proqramlardan  biri  kimi 
Azərbaycan  Respublikası  regionlarının  sosial-iqtisadi  inkişafı  Dövlət  Proqramı 
(2004-2008-ci illər) -ni da xüsusi olaraq qeyd etmək olar.Bu proqramda aşağıdakı 
vəzifələr müəyyən olunur: 
-müəssisələrin  istehsal  fəaliyyətini  bərpa  etmək  və  yeni  istehsal  müəssisələri 
yaratmaq; 
-yeni resurslardan istifadənin səmərəsini artırmaq; 
-regionların inkişafı üçün yeni zəruri infrastrukturun yaradılmasını və inkişafını 
təmin etmək; 
-aqrar sektorda islahatların ikinci mərhələsini sürətləndirmək; 
-investorların  regionlara  cəlb  olunması  üçün  əlverişli  şəraitin  yaradılmasını 
təmin etmək; 
-yeni iş yerlərinin yaradılmasını həvəsləndirmək; 
-əhalinin kommunal xidmətlərlə təminatını yaxşılaşdırmaq.[24] 


80 
 
Bu  proqramdan  sonra  2008-ci  ildə  Ümumi  Daxili  Məhsul  2003-cü  illə 
müqayisədə  2,3  dəfə  artaraq  15,26  milyard  manat,Ümumi  Daxili  Məhsulun 
adambaşına düşən həcmi 1578 ABŞ dolları,qeyri-dövlət sektorunun Ümumi Daxili 
Məhsulda  xüsusi  çəkisi  85  faiz  təşkil  etməsi  proqnozlaşdırılırdı.Lakin  həmin 
dövrdə  neftin  qiymətinin  kəskin  surətdə  artması  nəticəsində  proqnozlardan  daha 
yuxarı  bir  göstərici  əldə  edildi.Belə  ki,  2008-ci  ildə  ölkədə  ÜDM  40  milyard 
manatdan  çox  olmuşdur.2004-2008-ci  illərdə  ÜDM-un  strukturunda  bütün 
sahələrin,o  cümlədən  kənd  təsərrüfatının  artım  tempi  orta  hesabla  10-15  faiz 
səviyyəsində olacağı ərzində kənd təsərrüfatı istehsalının real artımı 62,5 faiz təşkil 
etməsi gözlənilirdi.Lakin ötən beş il ölkə sənayesində 2,5 dəfə, kənd təsərrüfatında 
isə  25,2  faiz  artım  olmuşdur.Bütün  maliyyə  mənbələri  hesabına  investisiya 
qoyuluşunun həcmi 16,8 mlrd. ABŞ dollarına çatması, bunun da təxminən 60 faizi 
regionlara  yönəlməsi  proqnozlaşdırılırdı.Halbuki  ölkə  iqtisadiyyatının  inkişafına 
bütün  maliyyə  mənbələri  hesabına  əsas  kapitala  qoyulmuş  investisiyanın  həcmi 
son  beş  ildə  33,5  mlrd.  manat  təşkil  etmiş,  bunun 53,2  faizi daxili,  46,8  faizi isə 
xarici  investisiyalar  olmuşdur.2008-ci  ildə  istifadə  edilmiş  investisiyanın  həcmi 
2003-cü  il  səviyyəsini  3  dəfə  üstələmiş,adambaşına  düşən  investisiyanın  həcmi 
2003-cü  illə  müqayisədə  605,8  manat  çox  olmuşdur.2003-cü  ildə  ümumi 
investisiyaların həcmində daxili investisiyaların payı 24,8 faiz olduğu halda,2008-
ci  ildə  bu  göstərici  78,6  faiz  təşkil  etmişdir.Bu  proqram  dövründə  planlaşdırılan 
600  min  yerinə  nisbətən  həyata  keçirilmiş  məqsədyönlü  tədbirlər  nəticəsində 
ölkədə  766  mindən  çox  yeni,o  cümlədən  547,5  min  daimi  iş  yeri  açılmışdır.Bu 
dövrdə respublikada 27,5 mindən çox yeni müəssisə yaradılmışdır ki, bunun da 40 
faizə  qədəri  regionlarda  fəaliyyət  göstərir.  Yeni  yaradılmış  müəssisələrin  88 
faizdən çoxunu xüsusi mülkiyyətli müəssisələr təşkil edir. 
crasına  2004-cü  ildən  başlanılmış  bu  proqramın  əsas  məqsədlərindən  biri  də 
ölkənin  regionlarında  yaşayan  vətəndaşların  mənəvi  ehtiyaclarının  daha  dolğun 
ödənilməsi və onların həyat şəraitinin yaxşılaşdırılması təşkil etimişdir. Proqramda 
ölkənin  regionlarında  yeni  iş  yerlərinin  yaradılması  vasitəsilə  əhalinin 


81 
 
məşğulluğunun  təmin  edilməsi,  yerli  istehsalın  genişləndirilməsi,  əsasən,  dağ 
rayonlarında  məskunlaşan  əhalinin  həyat  səviyyəsinin  yüksəldilməsi,  sağlamlığın 
bərpası  və  həmçinin,  istirahət  üçün  turizm  və  sanatoriya-kurort  sisteminin 
inkişafının  sürətləndirilməsi,  pensiyaların  və  digər  sosial  müavinətlərin  əhaliyə 
vaxtında  və  rahat  çatdırılmasının  təmin  edilməsi,  təhsil  sisteminin 
müasirləşdirilməsi,  əhalinin  sosial  müdafiəsinin  gücləndirilməsi,  xarici  ölkələrdə 
ə
mək  fəaliyyəti  ilə  məşğul  olan  Azərbaycan  vətəndaşlarının  sosial  müdafıəsinin 
gücləndirilməsi,  gənc  ailələrin  məşğulluğu  və  onların  faydalı  əməklə 
məşğulluğunun təbliği, istedadlı gənclərin müasir peşə və ixtisaslara yiyələnməsinə 
şə
rait  yaradılması  və  s.  bu  kimi  istiqamətlərdə  sosial  məsələlər  həyata 
keçirilmişdir. 
“Azərbaycan  Respublikası  regionlarının  sosial-iqtisadi  inkişafı  Dövlət 
Proqramı(2004-2008-ci  illər”nin)  uğurlu  icrası  bütün  regionların  inkişafında  yeni 
bir  mərhələnin  yaranmasına  səbəb  olmuş,  formalaşmış  əlverişli  iqtisadi  mühit 
ölkənin  sosial-iqtisadi  inkişafı  sahəsində  başlanmış  tədbirlərin  davam  etdirilməsi 
zərurətini yaratmışdır.Ölkədə qeyri neft sektorunun inkişafının sürətləndirilməsinə, 
iqtisadiyyatın  diversifikasiyasına,  tarazlı  regional  və  davamlı  sosial-iqtisadi 
inkişafa,  əhalinin  həyat  səviyyəsinin  daha  da  yaxşılaşdırılmasına  nail  olunması 
məqsədilə 2004-cü ildən başlanmış tədbirlərin davam etdirilməsi üçün Azərbaycan 
Respublikasının  Prezidentinin  2009-cu  il  14  aprel  tarixli  80  nömrəli  Fərmanı  ilə 
“Azərbaycan  Respublikası  regionlarının  2009-2013-cü  illərdə  sosial-iqtisadi 
inkişafı Dövlət Proqramı”təsdiq edilmişdir. 
“Azərbaycan  Respublikası  regionlarının  2009-2013-cü  illərdə  sosial-iqtisadi 
inkişafı  Dövlət  Proqramı”nın  uğurlu  icrası  nəticəsində  ölkədə  makroiqtisadi 
göstəricilərin  səviyyəsinə  yüksək  artım  əldə  edilmiş,  sosial-iqtisadi  inkişaf 
sahəsində  nəzərdə  tutulmuş  tədbirlərin  həyata  keçirilməsi  əhalinin  həyat 
səviyyəsinin daha da yüksəlməsində mühüm rol oynamışdır. 
2009-2013-cü  illəri  əhatə  edən  dövlət  proqramında  aşağıdakı  prioritet 
istiqamətlər müəyyən edilmişdir: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə