Microsoft Word Sosial inkisaf?n t?min edilm?sinin regional aspektl?ri docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/36
tarix05.12.2017
ölçüsü5,01 Kb.
#14124
1   ...   21   22   23   24   25   26   27   28   ...   36

76 
 
verməsi,  əhalinin  həyat  səviyyəsini  xarakterizə  edən  göstəricilərin  kəskin  şəkildə 
pisləşməsinə  səbəb  olmuşdur.  Lakin,  1996-cı  ildən  etibarən  ölkədə  makroiqtisadi 
sabitliyə  nail  olunması  sosial  sahədə  də  bir  sıra  zəruri  göstəricilərin  müsbət 
istiqamətdə  dəyişməsinə  səbəb  olmuşdur.  Bu  isə  öz  növbəsində  müasir  dövrün 
tələblərinə cavab verən çevik, işlək və ədalətli hüquqi-normativ, təşkilati-idarəetmə 
və  iqtisadi  tənzimlənmə  sisteminin  tədricən  formalaşdırılması  imkanlarını  xeyli 
genişləndirmişdir. 
Azərbaycan 
Respublikasının 
Konstutusiyasında 
iqtisadiyyatın 
sosial 
yönümlülüyü  açıq  aydın  göstərilməsə  də,  bu  istiqamətdə  dünya  təcrübəsinə 
ə
saslanan mütərəqqi müddəaların olduğu da görünür. 
18  mart  2009-cu  il  tarixində  Azərbaycan  Respublikasının  Konstitusiyasında 
ümumxalq referendum yolu ilə edilən əlavələr və dəyişikliklər nəticəsində iqtisadi 
siyasətın  sosialyönümlülüyü  müəyyənləşdirilmişdir.  Belə  ki,  Azərbaycan 
Respublikasının  Konstitusiyasının  “Azərbaycan  dövləti  bazar  münasibətləri 
ə
sasında sosial yönümlü iqtisadiyyatın inkişafina şərait yaradır, azad sahibkarlığa 
təminat  verir,  iqtisadi  münasibətlərdə  inhisarçılığa  və  haqsız  rəqabətə  yol 
vermir”.[1] 
  qtisadiyyatın  sosialyönümlülüyünün  təmin  edilməsinin  ən  mühüm 
istiqamətlərindən biri minimum əmək haqqının dövlət tərəfindən tənzimlənməsidir. 
Bununla  əlaqədar  qeyd  edək  ki,  son  illər  minimum  əmək  haqqının  bir  neçə  dəfə 
artırılmasına  baxmayaraq,  onun  səviyyəsi  yoxsulluq  həddini  müəyyən  edən 
səviyyədən hələ də aşağıdır. 
       Ölkə  prezidentinin  5  oktyabr  2004-cü  il  tarixli  sərəncamına  əsasən  təsdiq 
edilmiş  “Yaşayış  minimumu  haqqında”  qanun  Azərbaycan  Respublikasında 
yaşayış  minimumunun  müəyyənləşdirilməsinin,  ona  dövlət  təminatının,  ölkənin 
sosial-iqtisadi  inkişafına  uyğun  olaraq  yaşayış  minimumunun  yüksəldilməsinin 
prinsiplərini  və  qaydalarının  müəyyən  edilməsi  üzrə  atılan  növbəti  addımdır.  Bu 
qanuna  əsasən,  onun  məqsədləri  üçün  istifadə  edilən  əsas  anlayışlar,  yaşayış 
minimumunun  təyinatı,  minimum  istehlak  səbətinin  formalaşdırılması  və  ona 


77 
 
yenidən  baxılması  və  tədqiqi  qaydaları,  ölkədə  əmək  haqqının,  pensiyaların 
minimum  məbləğinin,  müavinətlətin,  təqaüdlərin  və  digər  sosial  ödənişlərin 
müəyyənləşdirilməsi zamanı yaşayış minimumunun nəzərə alınması məsələləri öz 
ə
ksini  tapmışdır.  Burada  göstərilir  ki,  ölkə  əhalisinin  əsas  sosial-demoqrafik 
qrupları üzrə yaşayış minimumu ildə bir dəfə yenidən hesablanır və dövlət büdcəsi 
ilə birgə təsdiq edilir. 
Fikrimizcə,  belə  vacib  bir  qanunun  qəbul  edilməsi  ilə  yanaşı,  onun  səmərəli 
fəaliyyəti  üçün  işlək  mexanizmin  də  yaradılması  məqsədəuyğundur.  Belə 
mexanizmlər  kimi  əhalinin  gəlirlərini  bəyan  etməsi  (deklarasiyası)  mexanizminin 
işlənilməsi və tətbiq edilməsi də nəzərdə tutulmaqla vətəndaşların gəlirlərinin fərdi 
uçot  sisteminin  qurulması  üçün  zəminin  yaradılmasını  göstərmək  olar.  Eyni 
zamanda, bu addımın əhalinin sosial müdafiə sistemində şəffaflığın yaradılması və 
həmçinin, onun ünvanlılığını təmin edə biləcək bir vasitə kimi də qeyd etmək olar. 
Aparılan iqtisadi islahalar çərçivəsində sosial siyasətin müvəffəqiyyətinin əmin 
olunması üçün ilk növbədə, cari qiymətlərlə əmək haqqının uzlaşdırılmasını tələb 
edir.  Başqa  sözlə,  əmək  haqqı  sistemini  tənzimləməklə,mövcud  iqtisadi  sistemin 
transformasiyasına minimal sosial gərginliklə nail olmaq olar. 
Sosial  siyasətin  ən  həssas  və  eləcə  də  son  dərəcə  vacib  istiqamətlərindən  biri  də 
pensiyaçılara  diqqətin  artırılması  ilə  bağlıdır.Bu  istiqamətdə  həyata  keçirilən 
tədbirlər  nəticəsində  ölkədə  orta  aylıq  pensiya  məbləği  son  on  ildə  9,2  dəfə, 
minimum  pensiya  alanların,  ailə  başçısını  itirənlərin,  şəhid  ailələri  üzrə  nəzərdə 
tutulan  pensiyalar  7,1  dəfə,  “20  yanvar”  əlillərinin  və  Azərbaycanın  ərazi 
bütövlüyünün  müdafiəsi  ilə  alaqədar  əlil  olanların  pensiyalarına  hesablanan  aylıq 
mavinətləri orta hesabla 50%-ə qədər artmışdır.  
Məlumdur  ki,  sərbəst  bazar  münasibətləri  iqtisadi  səmərəliliyin  yüksəlməsini 
şə
rtləndirsə  də,  cəmiyyətdə  sosial  ədaləti,  o  cümlədən  əhalinin  aztəminatlı 
hissəsinin  (ahıllar,  əlillər,  uşaqlar,  xəstələr,  ailə  başçısını  itirmiş  ailələr,  tək 
valideynlər, çox-uşaqlı ailələr, tələbələr, işsizlər və s.) sosial müdafiəsini təmin edə 
bilmir. Ona görə də bu sahədə də dövlət tənzimlənməsi obyektiv zərurətə çevrilir. 


78 
 
Bunun  üçün  dövlət  özünün  səmərəli  sosial  müdafiə  sistemini  yaradır  və  əhalinin 
sosial  müdafiəyə  ehtiyacı  olan  aztəminatlı  təbəqələrinə  mütəmadi  olaraq  ünvanlı 
sosial yardım göstərir. 
      Qeyd  etmək  vacibdir  ki,  1995-ci  ildən  başlayaraq  beynəlxalq  təşkilatların,  o 
cümlədən BMT-nin ixtisaslaşdırılmış təşkilatlarının (xüsusən, Dünya Bankının və 
Beynəlxalq  Valyuta  Fondunun),  proqramlarının  (xüsusən,  nkişaf  Proqramının-
UNDP)  və  sair  qurumlarının,  həmçinin  digər  beynəlxalq  təşkilatların  texniki  və 
maliyyə  dəstəyi  ilə  ölkədə  makroiqtisadi  sabitliyin  təmin  olunmasına,  struktur 
yenidənqurulması  aparılmasına,  iqtisadi  artımın  bərpa  olunmasına  və  əhalinin 
həyat səviyyəsinin yuksəldilməsinə yönəldilmiş bir sıra proqramlar hazırlanmış və 
həyata  keçirilməyə  başlanılmışdır.  Dünyada  mövcud  olan  yoxsulluq  probleminin 
qlobal miqyasda həll edilməsi üçün BMT-nin təşkilatçılığı ilə 147 ölkənin başçısı 
2000-ci ilin sentyabrında Nyu-Yorkda Minilliyin Sammitinə toplaşaraq, Minilliyin 
nkişaf  Maqsədlərini  əks  etdirən  birgə  Bəyannamə  imzalamışlar.  Həmin 
Bəyannaməyə  əsasən  2015-ci  ilə  qədər  dövlətlər  yoxsulluğum  azaldılması 
məsələlərini  ölkələrinin  öhdəlikləri  kimi  müəyyənləşdirmişlər.  Nəzərdə  tutulan 
vəzifələri həyata keçirmək üçün 18 hədəfi və 48 göstəricini özündə əks etdirən 8 
qlobal məqsəd müəyyənləş- dirilmişdir. 
Qeyd  olunanlar  nəzərə  alınaraq,  “Azərbaycan  Respublikasıda  yoxsulluğun 
azaldılması  və  iqtisadi  inkişaf  üzrə  Dövlət  Programı  (2008-2015-ci  illər)” 
hazırlanmış  və  artıq  həyata  keçirilmişdir.  Bu  proqramda  BMT-nin  Minilliyin 
Bəyannaməsində  qarşıya  qoyulan  “Minilliyin  inkişaf  məqsədləri
,,
nə  istinad 
edilməklə  ölkədə  yoxsulluğun  azaldılması  və  davamlı  inkişafın  təmin  edilməsi 
istiqamətində həyata keçirilməsi zəruri olan kompleks siyasət tədbirləri və onların 
həyata  keçirilməsi  mexanizmləri  müəyyənləşdirilmiş  və  siyasət  matrisində  əks 
olunmuşdur. 
       Proqramda  Ölkədə  yoxsulluğun  azaldılması  davamlı  iqtisadi  inkişafla 
ə
laqələndirilməklə, əhalinin gəlir əldə etmək imkanlarınm artırılması üçün əlverişli 
mühit yaradılmasına xidmət etmişdir. Başqa sözlə, ehtiyatların məhdudluğu nəzərə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə