85
zaman iqtisadi inkişafın ölkə üzrə bərabər paylanması, həyata keçirilən sosial
müdafiə sisteminin daim təkmilləşdirilməsi və sosial yardım proqramlarının
effektivliyinə nail olunması əsas ötürülməlidir.
Yoxsulluğun yaranma səbəbi kimi ilk növbədə əhali gəlirlərində baş verən
proseslər göstərilir. Belə ki, ölkə əhalisinin gəlirləri artdıqda elə onun bütün
təbəqələrinin gəlirləri bərabər sürətlə çoxalmır. Əsas etibarilə kasıb təbəqənin
gəlirləri aşağı templə artır. Nəticədə gəlirlərin qeyri-bərabər bölgüsü sosial
gərginlik yaratmaqla əvvəlcə ölkə daxilində, sonra isə beynəlxalq miqyasda
sabitliyin pozulmasına səbəb olur. Bəzi hallarda isə iqtisadi artım yoxsulluq
problemini daha da kəskinləşdirir. qtisadi artım o zaman səmərəli ola bilər ki, o,
yoxsul əhalinin tələbatlarını ödəyə bilsin.
Qeyd edək ki, ölkədə həyat səviyyəsinin yüksəldilməsinin və yoxsulluğun
azaldılması istiqamətində dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca
həlqələrindən biri də yaşayış minimumunun düzgün müəyyənləşdirilməsidir. Qeyd
etdiyimiz kimi yaşayış minimumu, minimum istehlak səbətinin dəyərini və icbari
ödənişləri özündə cəmləşdirən xərclərin məcmusunu təşkil edir. Yəni bu hədd
yoxsulluğun müəyyən edilməsi üçün istifadə olunan əsas normadır və dövlətin
yoxsulluqla mübarizə siyasəti ilə bağlı olan mühüm sosial normativ kimi qəbul
edilməlidir.
Bildiyimiz kimi, hazırda Azərbaycanda yaşayış minimumu minimum istehlak
büdcəsini üstələyir. Yüksək rifah büdcəsi insanın sosial və fizioloji tələbatlarının
tam şəkildə təminatına, həmçinin icbari ödəniş və yığımlara, büdcənin saxlanılması
üçün zəruri olan əmanətlərin formalaşmasına təminat verən səmərəli xidmət və
rifah dəstindən ibarətdir. Yüksək rifah büdcəsi insanın hərtərəfli inkişafına imkan
verən resurslardan yararlanmağa şərait yaradır. Bura insanın seçim imkanının
genişliyi, uzun və sağlam ömür yaşaması, təhsil almaq və ləyaqətli ömür sürmək
imkanları daxildir. Buna görə də ona sosial siyasətin müvəqqəti aləti kimi baxılır.
Bu, iqtisadiyyatı böhran vəziyyətindən çıxarmaq üçün məhdud dövr ərzində
istifadə olunmaq məqsədini güdür və insan üçün yalnız ən zəruri olan xidmətlərin
86
istehlakının minimal mümkün həddini xarakterizə edir. Lakin ölkənin iqtisadi
inkişafı ilə əlaqədar olaraq həyat səviyyəsi göstəricilərinin daim yüksəldilməsi
yaşayış minimumunun da artımına müsbət mənada təsir göstərir. Belə ki, yaşayış
minimumu yalnız əhalinin maddi və mənəvi ehtiyac normasının minimal həcminin
qiymətləndirilməsi üçün deyil, həmçinin yoxsulluq həddinin müəyyən
edilməsində, minimum əmək haqqı, pensiya, müavinət və digər sosial vəsaitlərin
ödənilməsində istifadə olunur.
Minimum istehlak büdcəsi insanların maddi və mənəvi tələbatlarının
ödənilməsi prosesidir. Minimum istehlak büdcəsi insanın sağlamlığının və həyat
fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və
xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur.[9]
Yoxsulluğun ölçülməsini gəlir imkanları ilə xarakterizə edərkən ilk olaraq
insanların onu əldə etməsi üçün hansı vasitələrdən yararlanmasını öyrənmək
vacibdir. Bu zaman əhalinin səhiyyə, təhsil və digər zəruri xidmətlərindən istifadə
imkanları araşdırılmalıdır. Fikrimizcə, dövlət yoxsulluğun uzaq perspektivdə
azaldılması üçün əhalinin təhsil və səhiyyə imkanlarını genişləndirməlidir.
Məlumat üçün bildirək ki, DB-nin 1990-cı il «Dünya inkişafı haqqında
hesabat»ında da yoxsulluqla mübarizədə fiziki kapitaldan əlavə təhsil və səhiyyəyə
diqqətin artırılmasının zəruriliyi qeyd olunmuşdur.[40]Aparılan tədqiqatlar
nəticəsində məlum olmuşdur ki, təhsilin kəmiyyət və keyfiyyət göstəricilərinin
yuxarı həddə olması gəlirlərin də yüksək olmasına zəmin yaradır. A.Muradov
təhsilin dərəcəsinin artmasını məşğulluğun təmin olunması imkanlarının
genişlənməsinə, pul gəlirlərinin çoxalmasına, əhalinin həyat səviyyəsinin
yüksəlməsinə və yoxsulluğun azalmasına xidmət etdiyini bildirir və təhsilin
yoxsulluq riskinin azaldılmasında mühüm rol oynadığını qeyd edir.
Təcrübə göstərir ki, yaxşı təhsilli və sağlam insanın gəlir əldə etmə imkanları
yüksək olur. Əks təqdirdə, yəni lazımi dərəcədə olmayan sağlamlıq və təhsil
səviyyəsi, kifayət qədər qidalanmama əmək məhsuldarlığını aşağı salır.
Ümumiyyətlə insanın təhsili onun yoxsulluq həddində yaşaması və yaxud da
87
həyatının təminatlı və sağlam yaşamasını şərtləndirir. Bu baxımdan yoxsulluqla
mübarizədə təhsilə xüsusi diqqət yetirilməsi vacibdir.
Təhsilə ayrılan investisiyalar davamlı iqtisadi artıma təminat verməklə yanaşı,
bərabərsizliyi aradan qaldırmaqla yoxsulluğun azaldılmasına şərait yarada bilər.
Aparılmış tədqiqat materiallarından məlum olmuşdur ki, l il orta təhsil fərdi gəlirin
10% artımına səbəb olur. Məhz bu baxımdan son illər dünyanın bir çox ölkələrinin,
o cümlədən Azərbaycan Respublikasının da qoşulduğu «Təhsil hamı üçün»
Proqramı 2015-ci ilə qədər hər bir oğlan və qızın tam ibtidai təhsilə riyələnməsini
nəzərdə tutur. Fikrimizcə, bu cür proqramların həyata keçirilməsi əhalinin, xüsusilə
də onun aztəminatlı hissəsinin təhsil və səhiyyə xidmətlərindən istifadə
imkanlarının yaxşılaşdırmaqla yoxsulluğun azaldılmasını göstərir. Əhalinin gəlir
ə
ldə etmə imkanlarının çoxalması isə öz növbəsində təhsilin və səhiyyənin də
inkişafına xidmət edir. Belə ki, gəlirlərin çoxalması nəticəsində insanların səhiyyə
xidmətlərindən istifadəsi və təhsil alması üçün daha yaxşı şərait yaranır və insanlar
ba sahələrə daha çox pul xərcləyirlər. Nəticədə əhalinin intellektual səviyyəsi
yüksəlir, sağlamlığı artır, bunlarla yanaşı onların yoxsulluq riski aşağı düşür.
Göründüyü kimi, əhalinin yoxsulluğu ilə onların təhsili və sağlamlığı arasında
sıx bağlılıq vardır. Yoxsul insanlar qida çatışmazlığı üzündən sağlamlıqları və
onun bərpası ilə bağlı bir sıra problemlərlə üzləşirlər. Düzdür son illərdə dövlət
büdcəsindən səhiyyə sektoruna aynlan vəsaitlərin həcmi bir neçə dəfə artırılmış,
yeni xəstəxanalar istifadəyə verilmiş, təmir edilmiş və zəruri avadanlıqlarla təmin
edilmişdir. Lakin bir çox hallarda yoxsul insanların bu xidmətlərdən yararlanmaq
imkanları məhdud olur. Bundan başqa büdcədən səhiyyəyə çəkilən adambaşına
xərclərin azlığı, tibbi xidmət xərclərinin Azərbaycan reallığı ilə uzlaşmaması
yoxsul insanların vəziyyətini ağırlaşdırır.
Yoxsulluğun azaldılması istiqamətində aparılan tədbirlər sırasında təhsil və
səhiyyə sahəsində islahatların tələb olunmasına baxmayaraq, yeni iqtisadi-siyasi
münasibətlər sisteminə daxil olmuş ölkələrdə radikal islahatların həyata keçirilməsi
mənfi nəticələrə səbəb ola bilər. Bu baxımdan islahatlar təhsil və səhiyyə
Dostları ilə paylaş: |